Mühasibat uçotunun inkişaf mərhələləri (4-cü hissə)

posted in: Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (4-cü hissə)

3-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Əgər biz mühasibat uçotunu hesabdarlıq elmi kimi öyrəniriksə, o zaman vəziyyət bir qədər asanlaşır. Belə ki, onun tarixini dərc olunmuş əsərlərlə təsvir etmək olar. Ancaq kitabların və jurnal məqalələrinin bu labirintində əsrlər boyu əhəmiyyət kəsb edən, anlaşılmaz maraq doğuran şeyləri bizə tanış olmayan müasirlərdən ayırmaq, çox çətindir. Sosial sifarişin mühasibat uçotunun inkişafına nə zaman təsir etdiyini müəyyənləşdirmək daha çətindir və bu və ya digər bir problemi ilk həll edənin kimliyini, prioritetin kimə aid olduğunu anlamaq olduqca çətindir. Hesabdarlıq son reallığa can atmır, onun bir məqsədi var – iqtisadi prosesləri səmərəli idarə etmək üçün iqtisadi həyat faktlarının müfəssəl izahı; hesabdarlıqda –  effektiv və səmərəli qərarlar qəbul edilməsi üçün idarəedici orqana minimal məsrəflərlə lazımi qədər məlumat vermək. Həm hesabşünaslıq və həm də hesabdarlıq mahiyyət etibarilə eyni təşkilati əsasa malikdirlər.

Mühasibat uçotu sahəsində praktiki fəaliyyəti elmi işlə müqayisə etməklə, demək mümkündür ki, Luka Paçoliyə qədər mühasibat tarixini qədim sənədlər əsasında, sonra isə kitab və jurnal məqalələri ilə izah edirdilər. Nəzəri işlər əsrlər boyu təcrübəni əks etdirib, elmin gündəlik mühasibat həyatına təsiri isə sirr olaraq qalmaqdadır. Mühasibat uçotu tarixinin yazılmasında hansı yanaşmanın olmasından asılı olmayaraq, bu, həm ölkəmizdə, həm də xaricdə böyük maraq doğurur. Tarixin öyrənilməsi mühasib peşəsinin nüfuzunu yüksəldir, praktik problemləri başa düşməyi asanlaşdırır və mühasibat uçotuna sevgi aşılayır. Mühasibat uçotunun inkişafının dövrləşdirilməsi üçün bir çox yanaşmalardan istifadə edilmişdir. Lakin mühasibat nəzəriyyəsinin adekvat bir dövrləşdirilməsi mümkün deyildir. Baxmayaraq ki, elmin məntiqi bəzən inkişafın bu və ya digər proseslərini daha yaxşı anlamağa imkan verir. Lakin o, mühasibat uçotunun həqiqətən necə inkişaf etdiyi barədə heç nə və ya demək olar ki, heç nə deyə bilməz.

1-ci mövzu. Qədim dünyada təsərrüfat uçotu

İbtidai cəmiyyətdə ev təsərrüfatı elə də mürəkkəb deyildi, ona görə də onun haqqında məlumatlar o qədər də çox deyildi və o məlumatlar bir insanın beyninə sərbəst yerləşirdi. Yazı yaranana qədər təsərrüfat həyatı faktları insanın yaddaşında qeydə alınırdı. Buna baxmayaraq, təsərrüfat həyatı qədim dünyada da inkişaf edirdi və mühasibat uçotunun inkişafını tələb edirdi, eyni zamanda mühasibat uçotunun inkişafı sivilizasiyanın yüksəlişinini stimullaşdırırdı. Tədqiqatçıların fikrincə, yazılı uçotun yaranması, onun registrlərinin aparılması üçün bir neçə şərt lazımdır:

  1. iqtisadi fəaliyyətin inkişafı kifayət qədər nəzərə çarpan ölçüləri qəbul etməli idi;
  2. yazı və elementar hesabın mövcud olması.

Yazının meydana gəlməsi və hesabın inkişafı uçotun yaranması üçün baza yaratmış, təsərrüfat fəaliyyəti onun geniş yayılmasına səbəb olmuşdur. Qədim dünyanın ilk uçot üsulları inventarlaşdırma və kontokorrent-hesab hesablaşmaları idi. Arxeoloqların məlumatlarına görə, inkişaf etmiş uçot sistemlərinin ilk izləri Nil çayı vadisində – Qədim Misirdə, Dəclə-Fərat çayları vadisində – Babilistanda tapılmışdır.


5-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kassa, yoxsa hesablama metodu?

posted in: Xəbər | 0

Mühasib olmaq istəyənlər, Mühasib olmaq, Riskli vergi ödəyiciləri,Kassa metodu yoxsa hesablama metodu?

Sahibkarların tez-tez qaldırdıqları bu sualın cavabını maliyyə üzrə mütəxəssis Ramin Ramazanov aydınlaşdırır.

Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin və xərclərin dəqiq əks etdirilməsi üçün onların uçotunu vaxtında və dəqiq aparmalı, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.
Vergi Məcəlləsinin 130.4-cü maddəsində göstərilir ki, vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərtilə vergilərin uçotunu kassa metodu və ya hesablama metodu ilə apara bilər.

Məcəlləyə əsasən, kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Kassa metodunu tətbiq edən vergi ödəyicisi tərəfindən mal və xidmətlərə görə ödənişi hələ əldə etməyibsə, o zaman vergitutma obyekti yaranmır. Tutaq ki, vergi ödəyicisi 2020-ci ilin sentyabr ayı ərzində 100 min manat dəyərində xidmət təqdim edib və bu məbləğdə də elektron qaimə-faktura göndərib. 100 min manat dəyərində xidmət göstərilməsinə baxmayaraq, əgər bu xidmətə görə şirkətin bank və ya kassa hesabına ödəniş daxil olmayıbsa, vergi ödəyicisi heç bir gəlir vergisi ödəməyəcək. Əgər ödəmə 2021-ci ildə daxil olarsa, vergi öhdəliyi də 2021-ci ildə yaranacaq. Əgər həmin vergi ödəyicisi hesablama metodunu seçərsə, yuxarıda qeyd edilən dövr ərzində göstərilən xidmətə görə təqdim edilən elektron qaimədəki məbləğ 2020-ci il üzrə vergiyə cəlb edilməlidir.

Qısa desək, hesablama metodunda gəlir və xərc baş verdiyi anda uçota alınır və vergiyə cəlb edilir. Kassa metodunda isə gəlir və xərc yarandığı zaman deyil, onların ödənişinin alındığı zaman nəzərə alınır. Bir nüansı nəzərdən qaçırmayaq ki, vergi ödəyicisi mütləq bir vergi ili ərzində eyni metodu tətbiq etməlidir.

Kassa metodu ilə hesablama metodu arasında fərq nədir?

Fərq seçilən uçot dövrü üçün gəlir və xərclərin əks etdirilməsi üsulundadır. Yəni sual bu cür qoyulur ki, hesabat dövrü ərzində hansı əməliyyatları xərc, hansını gəlir hesab etmək olar? Bilirik ki, müəssisənin mövcud olduğu və fəaliyyət göstərdiyi müddət ərzində pul daxilolmalarının hamısı gəlirlər, bütün ödənişlər isə xərclərdir. Ancaq metod seçimi zamanı bizi bütün dövr deyil, konkret bir dövr maraqlandırır.

Kassa metodunu seçən zaman pul vəsaitlərinin kassaya və ya hesablaşma hesabına istənilən mədaxili gəlir, uçot dövrü ərzində həyata keçirilmiş istənilən ödəniş və ya köçürmə isə xərclər hesab edilir. Bu vəziyyətdə, eyni dövr üçün gəlir və xərclər arasındakı əlaqə heç bir əhəmiyyət daşımır.

Hesablama metodunda müəyyən bir dövr üçün gəlirlər onların ödənişindən asılı olmayaraq, həmin dövr ərzində satılmış malların və xidmətlərin satış dəyəri hesab olunur. Xərc isə realizə olunan malların və xidmətlərin maya dəyəri, habelə müəssisə tərəfindən malların və xidmətlərin istehlakıdır. Bu isə təchizatçıya ödəniş edilib- edilməməsindən asılı olmur. Başqa sözlə, əgər sizin gəlirləriniz mühasibat xidmətlərindən formalaşırsa, bu zaman həmin xidmətlə əlaqəli olan dövrə aid hər şey – icarə, mühasibin maaşı, kommunal xərclər və s. xərclər hesab olunur. Bu isə o deməkdir ki, bütün bunlar məhz həmin mühasibat xidmətinin satılmasına imkan yaradıb.

Hesablama metodu və kassa metodu – bu, əməliyyatların qeydiyyatı üçün istifadə olunan mühasibat uçotunun iki üsuludur. İki metod arasındakı əsas fərq əməliyyatın qeydə alınma vaxtıdır. Vaxt keçdikcə iki üsulun nəticələri təxminən eyni olur. Deyilənləri qısa etsək:
  • Hesablama prinsipi: əməliyyat və gəlir yarandıqda qeydə alınır və xərclər isə istehlak edildikcə qeyd olunur;
  • Kassa prinsipi: əməliyyat və gəlir müştərilərdən pul alındıqda əks olunur. Xərclər pul vəsaitləri təchizatçılara və əməkdaşlara ödənildikcə nəzərə alınır.

Misal 1: Avqust ayında şirkət alıcıya 30.000 manat məbləğində məhsul satıb. Sifarişçi bu hesabı sentyabr ayında ödəyib. Kassa metodundan istifadə zamanı şirkət satışı sentyabr ayında, yəni pul vəsaitlərini aldığı zaman qeydə alır. Hesablama metodu üzrə uçot zamanı isə şirkət satışı avqust ayında, ona hesab-faktura verildikdə qeydə alır.

Misal 2: Şirkət avqust ayında 1.500 manat dəyərində reklam xidməti alır, sentyabrda isə onun dəyərini ödəyir. Kassa metodu zamanı şirkət xərcini sentyabr ayında, ödəniş etdiyi zaman nəzərə alır. Hesablama metodu uçotu zamanı isə şirkət bunu avqust ayında, e-qaiməni (xidməti) təchizatçıdan aldığı zaman nəzərə alır.
Mühasibat sahəsinin nümayəndələrinə hər iki anlayış yaxşı tanış olsa da, bütün hallarda aydınlıq gətirməkdən ötrü prinsipial fərqi aydınlaşdırmaq zəruridir. Hesablama metodu gəlir və xərclərin kassadan faktiki olaraq nağd pul qəbulu/xaric olunmasından asılı olmayaraq, yarandığı dövrdə tanındığını bildirir. Kassa metodu isə əksinə, hesabdan pulun faktiki köçürülməsi/silinməsi zamanı gəlir və ya xərcləri tanıyır.

Nəzərə almaq lazımdır ki, hansı metodu istifadə etməyindən asılı olmayaraq, alınmış avans məbləğləri mal və ya xidmətlər təqdim edilməyənədək gəlir kimi nəzərə alınmır. Həmçinin, mal və xidmətlərə görə ödənilmiş avans məbləği həmin mal və xidmətlər silinməyənədək xərc hesab olunmur.

Hansı metod daha üstündür?

Həm hesablama metodunun, həm də kassa metodunun üstünlükləri və çatışmayan cəhətləri mövcuddur. Hesablama metodunun populyarlığının səbəbi ondadır ki, bütün gəlirləri və xərcləri yarandığı anda nəzərə alır. Kassa metodunda isə bu, ancaq ödəmə gəldiyi zaman nəzərə alınır.

Metodların seçilməsi, əslində, şirkətin, müəssisənin vəziyyətindən asılıdır. Kassa metodunun tətbiqi icra üçün daha asandır. Çünki ödəmə sistemlərinin məlumatlarına əsaslanır. Bunlar kassa və ya bank sistemində əks olunur və həmişə ilkin sənədlərlə təsdiqlənir. Bundan əlavə, kassa metodunun nəticəsi olan mənfəət kassa qalığı ilə uyğun gəlir, yəni çox asanlıqla (nağd pulların hesablanılması) yoxlanıla bilir.

Hesablama metodu isə daha mürəkkəbdir və onun mənfəəti kassadakı qalıqla üst-üstə düşmür. Lakin əldə edilən mənfəət müəssisənin rentabelliyinin göstəricisi hesab edildiyindən hesablama metodunun daha böyük əhəmiyyəti vardır. Çünki gəlir, xərc və mənfəət bir-biri ilə əlaqəlidir. Əgər sizin debitorlar ödənişləri gecikdirir və ya müqaviləyə əsasən uzun müddətdən sonra ödəyirlərsə, kassa metodu daha sərfəlidir. Nəzərə alın ki, kassa metodu nə dəqiq maliyyə hesabatlılığı mənzərəsi yarada bilir, nə də gələcək planlaşdırmaya kifayət qədər imkan verir.
Kassa metodunun üstünlükləri:
  • istifadədə çox sadədir, çünki yalnız ödənilmiş və ya əldə edilmiş nağd vəsaitləri nəzərə alır;
  • şirkətlərin pul axınını çox rahatlıqla izləmək mümkündür;
  • vergi öhdəlikləri ancaq vəsait daxil olduqda hesablanır;
Hesablama metodunun üstünlükləri:
  • Debitor və kreditor borcların daxil edilməsi, şirkətin uzunmüddətli gəlirliliyi barədə daha dəqiq fikir əldə etməyə imkan verir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qeyri-yaşayış sahələrinin satışından vergi öhdəlikləri

posted in: Vergi, Xəbər | 0

Qeyri-yaşayış sahələrinin satışından vergi öhdəlikləri

Qeyri-yaşayış sahələri, vergi öhdəlikləri, mühasib köməkçisi, vakansiya,ƏDV ödəyicisi olan müəssisənin mülkiyyətindəki qeyri-yaşayış sahəsi digər hüquqi şəxsə satılarkən müəssisənin bu satışla bağlı hansı vergi öhdəlikləri yaranır? 

Vergilər Nazirliyinin şərhində bildirilir ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, hüquqi şəxslər tərəfindən mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunması ləğv edilib. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən sonra ƏDV ödəyicisi olan müəssisə tərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsinin digər şəxsə təqdim edilməsindən ümumi qaydada mənfəət vergisi və ƏDV hesablanır.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

PAŞA Bank AzerGold şirkətinin istiqraz emissiyasını müvəffəqiyyətlə yerləşdirmişdir

posted in: Xəbər | 0

Biznes kreditləri, PAŞA Private Bankinq, vakansiya, Fraud idarəolunması üzrə mütəxəssis, Kreditlərin Monitorinqi üzrə Kiçik Mütəxəssis, Link ilə ödəniş, PASHA Bank Cup II, Məlumat təhlükəsizliyi xidmətləri, Private Banking müştəriləri, Biznes proqram təminatlarına dəstək, əmək haqqı tarifləri, Bonus milləri, PASHA Bank Cup - II, trendyol.com, PAŞA Bank VISA kart sahibləri, womENcourage, çirkli pulların yuyulması, PAŞA Bank, kredit, NICE Actimize,24 sentyabr tarixində Azərbaycanın aparıcı korporativ bankı, PAŞA Bank-ın dəstəyi ilə ölkənin kapital bazarlarında AzerGold şirkətinin istiqrazlarının buraxılışı uğurla həyata keçirilib. Bu buraxılış yerli bazarda ilk dəfə ölkə iqtisadiyyatının qeyri-neft sahəsini təmsil edən dövlət şirkətlərinin istiqrazlarının buraxılışı kimi qeyd olundu.

Bazar iştirakçılarının böyük marağına səbəb olan istiqrazların yerləşdirilməsi kütləvi yerləşdirmə metodu ilə həyata keçirilmişdir. PAŞA Kapital investisiya şirkətinin anderrayterliyi ilə həyata keçirilən yerləşdirmədə, istiqrazların planlaşdırılmış 20 mln. ABŞ dolları ümumi həcmidən ilk 10 mln. tranşı həyata keçirilib. İstiqrazların yerləşdirilməsinin müddəti 3 il, kupon ödənişləri – rüblük, hərrəcda irəli sürülə biləcək maksimal kupon faizi təklifi 4% təşkil etmişdir. Hərrac zamanı 40 investor tərəfindən qiymət intervalı 100.0000 (4.00%) və 102.8587 (3.00%) olan 88 sifariş təqdim edilmişdir. Auksion nəticəsində ümumi tələb 25 592 000 ABŞ dolları təşkil etmiş, orta illik faiz dərəcəsi 3.38% maksimal faiz həddi isə kəsmə qiymət üzrə 3.71% həcmində qeydə alınmışdır.

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, bu istiqrazların yerləşdirilməsi borc bazarının və ümumilikdə ölkə iqtisadiyyatının inkişafındakı mühüm hadisələrindən biridir.

“AzerGold, Bakı Fond Birjası, PAŞA Bank və PAŞA Kapitalın sıx əməkdaşlığı nəticəsidə ilk dəfə olaraq Azərbaycanın qiymətli kağızlar bazarı tarixində iqtisadiyyatın qeyri-neft sektorunu təmsil edən və eksport yönümündə fəaliyyət göstərən bir dövlət şirkətinin istiqrazları ilk dəfə buraxılıb. Bu, ölkədə investisiyaların cəlb edilməsində və Azərbaycan iqtisadiyyatının real sektorunu təmsil edən həm özəl, həm də dövlət şirkətlərinin inkişafı üçün əlverişli şəraitin yaradıldığını açıq şəkildə nümayiş etdirir. PAŞA Bank olaraq biz əminik ki, belə mühüm istiqraz emissiyasıyaların yerləşdirmələri növbəti iri layihələrə yol açacaq və Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına gətirib çıxaracaq”, – deyə T.Kazımov bildirib.

Qeyd edək ki, PAŞA Bankın investisiya bankçılığı xidmətləri borc və səhm kapitalının cəlb olunması, istiqrazların ilkin bazarda yerləşdirilməsi, birləşmələr və qoşulmalar, sindikatlaşdırılmış kreditlərin təşkil olunması və kredit reytinqinin təyin olunması və artırılması üzrə məsləhətçilik xidmətlərini əhatə edir.

Son illər ərzində PAŞA Bankın investisiya bankçılığı istiqamətində və yerli kapital bazarının inkişafı istiqamətində apardığı işlərin nəticələri yüksək qiymətləndirilir və 2017-2018-ci illərdə Bank “EMEA Finance” nüfuzlu beynəlxalq maliyyə nəşrinin “Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı” nominasiyası üzrə beynəlxalq mükafatına layiq görülmüşdür.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun