Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə müavinətin hesablanması barədə Qərarda dəyişiklik edilib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 596; 2000, № 10, maddə 764; 2001, № 3, maddə 214; 2003, № 6, maddə 342; 2005, № 7, maddə 661, № 9, maddələr 857, 858, № 12, maddə 1244; 2006, № 1, maddə 58, № 3, maddə 291, № 4, maddə 370, № 9, maddələr 819, 821, № 10, maddələr 902, 903; 2007, № 2, maddələr 185, 188, № 5, maddə 544; 2008, № 2, maddələr 114, 129, 130, № 9, maddə 853; 2009, № 10, maddə 857; 2010, № 3, maddələr 263, 264, № 8,
maddə 763, № 12, maddə 1123; 2011, № 5, maddə 449, № 7, maddə 742; 2012, № 2, maddə 180, № 7, maddə 773; 2014, № 4, maddə 459; 2016, № 7, maddə 1343, № 11, maddə 1973; 2017, № 4, maddə 610, № 5, maddə 995, № 9, maddə 1728, № 10, maddə 1913, № 12 (II kitab), maddə 2548; 2018, № 6, maddə 1348, № 9, maddə 1903, № 11, maddə 2458, № 12 (II kitab), maddə 2736; 2019, № 4, maddə 781, № 7, maddə 1319; 2020, № 4, maddə 480) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
- 8-ci hissədən “və ya sağlamlıq imkanlarının məhdudluğu” sözləri çıxarılsın.
- 21-ci hissə üzrə:
2.1. birinci abzasda “əlillərə (müharibə əlillərindən başqa və sağlamlıq imkanları məhdud uşaqlara)” sözləri “əlilliyi olan şəxslərə (müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdən başqa)” sözləri ilə və “əmək şikəstliyi” sözləri “istehsalat qəzası” sözləri ilə əvəz edilsin;
2.2. ikinci abzasda “əlilin və sağlamlıq imkanları məhdud uşağın” sözləri “əlilliyi olan şəxsin” sözləri ilə (hər iki halda), “əmək şikəstliyi” sözləri “istehsalat qəzası” sözləri ilə əvəz edilsin və həmin abzasa “sağlamlıq imkanlarının məhdudluğu” sözlərindən əvvəl “18 yaşınadək” sözləri əlavə edilsin;
2.3. üçüncü abzasda “əlillərə (vərəm xəstəliyi olan əlillərdən başqa və sağlamlıq imkanları məhdud uşaqlara)” sözləri “əlilliyi olan şəxslərə (vərəm xəstəliyi olan əlilliyi olan şəxslərdən başqa)” sözləri ilə, “baxılanadək” sözü “müəyyən edilənədək” sözləri ilə əvəz edilsin və həmin abzasa “sağlamlıq imkanlarının məhdudluğu” sözlərindən əvvəl “18 yaşınadək” sözləri əlavə edilsin.
- 44-cü hissənin ikinci abzasında və 46-cı hissənin dördüncü abzasında “əmək şikəstliyi” sözləri “istehsalat qəzası” sözləri ilə əvəz edilsin.
- 62-ci hissənin on beşinci abzasında “sağlamlıq imkanlarının məhdudluğu” sözləri “əlillik” sözü ilə əvəz edilsin.
- 79-cu hissənin ikinci abzasında “əlil olmuş” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
- 107-ci hissənin üçüncü abzasının üçüncü cümləsində “əmək xəsarəti” sözləri “istehsalat qəzası” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 29 sentyabr 2020-ci il
№ 360
Mənbə: nk.gov.az

Qədim Yunanıstan
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, sentyabrın 28-nə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş 29 min 268 vergiödəyicisi (275 min 765 işçi) və maliyyə dəstəyi almaq üçün 119 min 24 fərdi (mikro) sahibkar olmaqla ümumilikdə 148 min 292 vergi ödəyicisi müraciət edib.
Əmlakın icbari sığortası ilə bağlı ortaya çıxan sualları hüquqşünas Şəhriyar Həbilov aydınlaşdırır.