Pullar – mahiyyəti, funksiyaları və növləri (III hissə)

posted in: Xəbər | 0

pullar, bank,Pullar – mahiyyəti, funksiyaları və növləri (III hissə)

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Pul – universal ekvivalent olaraq xidmət edən xüsusi bir əmtəədir.

Pul dövriyyəsinin ortaya çıxması.

İqtisadi alt sistem

Maliyyə sistemi:

  • ölkədə pulların bölüşdürülməsi;
  • ölkə büdcəsinin formalaşdırılması.
Kredit alt sistemi:
  • daxili və xarici borcları tənzimləyir;
  • ssuda kapitalını formalaşdırır;
  • qiymətli kağızlar dövriyyəsi ilə bağlıdır;
  • beynəlxalq kredit-valyuta münasibətləri ilə əlaqəlidir.

Hazırda büdcə defisitinin bağlanılması üçün pul çapından istifadə olunmur. Lakin büdcə defisiti yarandıqda, hökumət onun aradan qaldırılmasından ötrü mənbələr axtarıb tapmalıdır.

Bazar mexanizmlərindən istifadə, defisitin qapadılması üçün mənbələri təmin edir və bunları nəzərdə tutur:

  •  dövlət borc istiqrazlarını buraxır, yəni, iqtisadiyyat subyektlərindən alınmış dövlət krediti azalır;
  • qiymətli kağızların satışından əldə edilən pulları dövlət büdcə defisitinin maliyyələşdirilməsinə yönəldir, pullar yenidən iqtisadiyyata qayıdır.

Dövlət qiymətli kağızlarının buraxılması nəticəsində iqtisadiyyatın subyektləri arasında pulun yenidən bölüşdürülməsi baş verir:

  • sərbəst pul vəsaitlərinə malik şəxslər, həmin vəsaitlərə istiqrazları alır, yəni, öz pullarını dövlətə kredit kimi verir;
  • büdcə təşkilatları bu pullların hesabına öz xərclərinin maliyyələşdirilməsini əldə edirlər.

Büdcə defisitini qapatmaqla, nəsə dəyişmir, inflyasiya güclənmir, amma, dövlət borcu yüksəlir.

Dövlət borcunun ödənilməsinə yönələn vəsaitlər büdcədə “Xərclər” maddəsində nəzərdə tutulur.


IV hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotunun inkişaf mərhələləri (6-cı hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (6-cı hissə)

5-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Mühasibat uçotu, İran

İranda uçotun çiçəklənməsi Daranın (e.ə. 552-486-cı illər) hakimiyyəti dönəminə təsadüf edir. Satraplıqlara bölünmüş çoxmillətli imperiyanın nəhəng ölçüləri, daimi fəaliyyət göstərən böyük ordu sərt nəzarət aparatının olmasını tələb edirdi. Bu imperiyada mühasiblər və nəzarətçilər yalnız açıq uçotu deyil, həm də gizli uçotu da aparırdılar. Burada yalnız təsərrüfat faktlarının qeyd olunduğu registrlər deyil, həm də anonim məktublardan ibarət jurnallar əsas sənəd hesab olunurdu. Uçotla məşğul olan şəxs isə demək olar ki, rəsmi olaraq “çarın gözləri və qulaqları” adını almışdı. Mənbələrdən məlum olur ki, Qədim İranda işçilərin əmək haqqının bir hissəsi pulla, digər hissəsi isə natural şəkildə ödənilirdi. İşçi idarədən “tələb-naryad” alırdı və onu ödəniş cədvəlini aparan və həmin cədvəldə pulun alındığını qeyd edən xəzinədara təqdim edirdi. Həmin tələb-naryada əsasən həm də ərzaqlar verilirdi. Beləliklə, İranda qeydiyyat geniş mülkiyyətin dövlət idarəçiliyi üçün böyük rol oynayıb, məmurlar təkcə mühasiblər deyil, həm də nəzarətçilər idi.

Qədim Çin

Tarixçilər belə hesab edirlər ki, bu ölkədə uçotun tarixi 8000 ildir. E.ə. XIII-VII əsrlərdə Çində maddi dəyərlərin uçotu üzrə inkişaf etmiş sistem formalaşmışdı. Mühasibat işçiləri gəlir, xərc və dəyər balansının qeyd olunduğu üç şöbədə idilər. Birinci və ikinci şöbələr maddi dəyərlərin hərəkətini göstərirdilər, üçüncüsü isə inventarlaşdırmanı aparırdı və təbii qalığı çıxarırdı. Lakin uçot qalığını bilmirdi. Bu, ona gətirib çıxarırdı ki, işlərin lazımi vəziyyəti haqqında təsəvvürə yalnız ali administrasiya malik idi. Çində maddi dəyərlərin uçotunun dördsütunlu sistemi geniş yayılmışdı:

M – X = Sq. Burada M – mədaxil, X – xərclər və ya məxaric, Sq – son qalıqdır.

Tədqiqatçıların fikrincə, bu, maddi balansın tənliyidir. Onun doldurulması tələb edirdi ki, dəyərlərin hər bir daxil olması və buraxılışı aktla rəsmiləşdirilsin. Mühasibat bu aktları qeyd edən qırmızı siyahılarda aparılmışdır. Siyahının bir nüsxəsi yoxlanılmaq üçün mərkəzi idarəyə göndərilirdi. Anbar qulluqçuları bu yeri yalnız üç il ərzində tuta bilərdilər. Ardınca inventarlaşdırmadan sonra maddi dəyərlər 15 gün ərzində təhvil verilirdi.

Beləliklə, Çindəki anbar təsərrüfatı təşkilatı “birinci partiya alınıb – birinci partiya buraxılıb” prinsipi üzrə həyata keçirilirdi ki, bu da maddi dəyərlərin dəqiq uçotundan xəbər verirdi. Nəzarətedici funksiyanı isə anbar işçiləri arasında olan şahidlər yerinə yetirirdilər.

Qədim Yunanıstan

Yunan mühasibat sistemi tədqiqatçılar tərəfindən aşağıdakı sənədlər üzrə yenidən qurulmuşdur:

  1. təsərrüfat qeydlərinin fraqmentləri;
  2. qanunvericilik sənədləri;
  3. natiqlərin nitqləri;
  4. mülklərin idarə olunması ilə bağlı mütəxəssislərin əsərləri;
  5. filosofların fikirləri;
  6. incəsənət əsərlərindən məlumatlar.

7-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Miqrasiya Xidməti əcnəbilərə müraciət etdi

posted in: Xəbər | 0

Dövlət Miqrasiya Xidməti, Əcnəbilər, DMX, sənədlərin notarial təsdiqiDövlət Miqrasiya Xidməti əcnəbilərə müraciət edib.

“Report” xəbər verir ki, müraciətdə deyilir:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2020-ci il tarixli, 359 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb.

Əcnəbilərin nəzərinə çatdırırıq ki, Dövlət Miqrasiya Xidməti-nin göstərdiyi bütün xidmətlərlə bağlı müraciətlərin qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzləri olmayan şəhər və rayonlarda regional miqrasiya idarələrində (Xaçmaz, Yevlax, Ağsu, Lənkəran, Şirvan regional miqrasiya idarələrində), həmçinin www.migration.gov.az saytı üzərindən elektron qaydada həyata keçirilir.

Müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

Karantin müddətində Xidmətin (012) 919 Çağrı Mərkəzi həftə sonları (3 və 4, 10 və 11, 17 və 18, 24, 25 və 31 oktyabr və 1 noyabr 2020-ci il tarixlərində) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə müraciətlər Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə də ünvanlana bilər.

Əlavə məlumat üçün Xidmətin (012) 919 Çağrı Mərkəzinə zəng edə bilərsiniz”.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sənədlərdə dəyişiklik edildikdə hansı addımları atmaq lazımdır?

posted in: Xəbər | 0

e-qaimə,Sənədlərdə dəyişiklik edildikdə hansı addımları atmaq lazım olduğunu iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.

Həmin Qanunun 9.2-ci maddəsində isə göstərilib ki, dəyişikliyin qeydiyyata alınması üçün dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır.

Kommersiya və publik hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktlarının hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün dəyişikliyin baş verdiyi andan 40 iş gündən gec olmayaraq “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” və ya “Publik hüquqi şəxsin qeydiyyatı haqqında” ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Kommersiya və publik hüquqi şəxsin nizamnaməsindəki məlumatlarda baş vermiş dəyişiklik faktının dövlət qeydiyyatına alınması zamanı aşağıdakı sənədlər təqdim olunur:

– Ərizə;

– Təsisçinin (təsisçilərin) qərarı;

– Nizamnaməyə dəyişiklik;

– Təsisçi dəyişikliyi zamanı yeni təsisçinin (təsisçilərin) şəxsiyyətini təsdiq edən sənəd;

– Hüquqi ünvan dəyişikliyi zamanı yeni hüquqi ünvanı təsdiq edən sənəd;

– Ərizə səlahiyyətli şəxs tərəfindən təqdim olunduqda onun səlahiyyətini təsdiq edən sənəd.

Dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması zamanı aşağıdakı sənədlər təqdim olunur:

– Ərizə;

– Təsisçinin (təsisçilərin) qərarı;

– İdarəetmə orqanlarının tərkibində (rəhbəri, idarə heyətinin və müşahidə şurasının üzvlərində) dəyişiklik olunduqda həmin şəxslərin şəxsiyyətini təsdiq edən sənəd;

– Ərizə səlahiyyətli şəxs tərəfindən təqdim olunduqda onun səlahiyyətini təsdiq edən sənəd.

Dəyişiklik barədə 40 iş günü müddətində qeydiyyat orqanına müraciət olunmaması İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Kommersiya və publik hüquqi şəxslərin adının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması zamanı qeyd olunan sənədlərlə yanaşı, həmin hüquqi şəxslərin möhürü və şəhadətnaməsi qeydiyyat orqanına təhvil verilməlidir.

Möhür itirildiyi halda bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayış təqdim edilməlidir.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun