Fərdi sahibkarların işçilərə görə ödəməli olduğu sosial sığorta haqqının hesablanması

posted in: Xəbər | 0

sosial sığorta, icbari sığorta, Yerli sığorta, sığorta bazarı, sığorta olunanın hüquqları, fərdi uçot,Fərdi sahibkarlıq subyektlərinin sosial sığorta haqqı məbləğlərinin hesablanması barədə saytımızda nəşr edilmiş yazı biznes mühitinin marağında olduğu məsələlərdəndir. Mövzunun şərhini iqtisadçı ekspert İsmayıl Bağırov davam etdirir.

“Sosial sığorta haqqında” Qanunun 14.5-ci maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı fərqli dərəcələrlə ödənilir. Fərdi sahibkarlar qanunda qeyd olunan dərəcələrlə məcburi dövlət sosial sığorta haqqını həm sahibkarlıq fəaliyyəti üçün hesablayıb ödəməli, həm də işçiləri üçün əməyin ödənişi fondundan məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər.

Misal 1: Tutaq ki, Bakı şəhərində pərakəndə ticarətlə məşğul olan fərdi sahibkar əmək müqaviləsi ilə 2 nəfər işçi qüvvəsindən istifadə edir. Hər işçiyə 300 manat əməkhaqqı ödəyir. Fərdi sahibkarın həm özü üçün sahibkarlıq fəaliyyəti üzrə, həm də işçilərin əməkhaqqına görə ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqının məbləğini hesablayaq:
Bu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs göstərdiyi sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı (250 manat) məbləğinin hər ay üçün 25 faizinin 100 faizi miqdarında, yəni 62,5 manat (( 250 x 25% = 62,5) x 100% = 62,5 manat) məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Eyni zamanda, həmin şəxs işçiləri üçün əməyin ödənişi fondunun öz vəsaiti hesabına ödəməklə 118 manat və işçinin əməkhaqqından ödəmə mənbəyində tutulmaqla 32 manat miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidir:

200 x 22% = 44 manat
100 x 15% = 15 manat
44 + 15 = 59 manat
59 x 2 = 118 manat.
200 x 3% = 6 manat
100 x 10% = 10 manat
6 + 10 = 16 manat
16 x 2 = 32 manat
118 +32 = 150 manat.

Deməli, fərdi sahibkar 2 işçiyə görə ayda 150 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Misal 2: Naxçıvan şəhərində ərzaq məsullarının satışı ilə məşğul olan fərdi sahibkarın əmək müqaviləsi ilə 5 nəfər işçisi var və hər işçiyə 600 manat əməkhaqqı ödəyir. Fərdi sahibkarın həm özü üçün sahibkarlıq fəaliyyəti üzrə, həm də işçilərin əməkhaqqına görə ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqının məbləğini hesablayaq:

Bu zaman, fərdi sahibkar sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (250 manat) hər ay üçün 25 faizinin 80 faizi miqdarında, yəni 50 manat (( 250 x 25% = 62,5) x 80% = 50 manat) məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. Eyni zamanda, həmin şəxs işçiləri üçün əməyin ödənişi fondu üzrə öz vəsaiti hesabına ümumilikdə 750 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

200 x 22% = 44 manat
400 x 15% = 60 manat
(44 + 60) x 5 = 520 manat.
200 x 3% = 6 manat
400 x 10% = 40 manat
(6 + 40) x 5 = 230 manat
520 + 230 = 750 manat.

Qeyd edək ki, bir neçə fəaliyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qanunvericiliklə iqtisadiyyatın sahələri üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğcə ən böyüyünu ödəyirlər.

Misal 3: Sumqayıt şəhərində topdan ticarət və əhaliyə məişət xidməti ilə məşğul olan fərdi sahibkar sahibkar qanunvericiliklə iqtisadiyyatın sahələri üzrə müəyyən edilən məcburi dövlət sosial sığorta haqqının məbləğcə ən böyüyü (ticarət üzrə minimum aylıq əmək haqqının 25 faizinin 90 faizi miqdarında) məbləğində, yəni 56,25 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

250 x 25% = 62,5 manat
62,5 x 90% = 56,25 manat.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Ürəklər”inizlə Silahlı Qüvvələrə dəstək olun!

posted in: Xəbər | 0

“Ürəklər”inizlə Silahlı Qüvvələrə dəstək olun!

Son günlər ölkədə müharibə şəraitinin davam etməsi səbəbindən əhali Silahlı Qüvvələrə Yardım Fonduna ianələr etmək istəyir. Bunu nəzərə alaraq, BirBank mobil tətbiqində sosial aksiya keçirilərək, yeni funksiya təqdim edilib. Belə ki, artıq tətbiq istifadəçiləri bonus şəklində topladıqları “Ürəklər”ini Yardım Fonduna ianə formasında “xərcləyə” bilərlər.

Fondun ianə hesabına 10 000 “Ürək” müqabilində 1 manat, 50 000 “Ürək” müqabilində 5 manat, 100 000 “Ürək” müqabilində isə 10 manat köçürmək olar.

Qeyd edək ki, BirBank mobil tətbiqinin istifadəçiləri POS terminal, İnternet və BirBank vasitəsilə nağdsız ödənişlər edərək, “Ürək” qismində olan bonuslar qazana bilirlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qeyri-rezidentə ödəmə zamanı ÖMV və ƏDV necə hesablanır?

posted in: Xəbər | 0

müavinət, mühasib, vakansiya,Sual: Fərz edək ki, qeyri-rezidentə 10000 USD ödəniş etmişəm. Bu zaman 17000 AZN məbləğə görə ÖMV hesablamaq üçün gross məbləğ tapılır (17000/0.9=18888.88 AZN) və bu gross məbləğə 10% ÖMV hesablanır. Sualım belədir ki, ƏDV məqsədləri üçün hesablama apararkən net 17000 AZN məbləğə, yoxsa gross 18888.88 AZN məbləğə 18% ƏDV hesablanıb ödənilməlidir?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən digər gəlirlərindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi agenti qeyri-rezidentə ödənməli olan məbləğə ƏDV hesablamalı və ödəməlidir. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.
Qeyd olunanlara əsasən rezident şəxs ilə qeyri-rezident hüquqi şəxslər arasında bağlanmış xidmətlərin göstərilməsi ilə bağlı müqavilədə müqavilə dəyərindən ÖMV tutulması ilə bağlı müddəanın olmamasından asılı olmayaraq rezident şəxs tərəfindən qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ödənilən məbləğdən (sorğuda qeyd edilən misalda 17 000 manatdan) ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsində ödənilir.

Bunlardan əlavə qeyri-rezident tərəfindən ƏDV ödəyicisi olan müəssisəyə göstərilən xidmətlərə görə tərəflər arasında bağlanmış müqavilə dəyərinin tam məbləğindən (gross up) 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci, 150-ci və 169-cu maddələri.


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

DGK cəbhədə baş verənlərə görə “Smart Customs”ın işini dayandırdı

posted in: Xəbər | 0

"Smart Customs" proqram təminatı, risk qiymətləndirməsi, büdcə daxilolmaları, Araz Supermarket, inzibati protokol, Gömrük Komitəsi, Dövlət Gömrük KomitəsiXaricdən sifariş edilən məhsulların ölkəyə gətirilməsi zamanı “Smart Customs” mobil tətbiqi vasitəsilə məcburi bəyanetmə müvəqqəti olaraq dayandırılıb. Bu barədə “Report”a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, mövcud vəziyyətlə əlaqədar internetdə yaranan məhdudiyyətlər  beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin “Smart customs” mobil tətbiqi  ilə məcburi bəyan olunmasında müvəqqəti çətinliklər yaradıb.  DGK isə yaranmış vəziyyət nəzərə alınaraq vətəndaşların bağlamalarını əldə etməsində problemlərin yaranmaması üçün analoji addımı atıb.

“Smart Customs” tətbiqi ilə bəyan edilməyən mallar gömrük qanunvericiliyinin pozulmadığı təqdirdə daşıyıcı şirkətlər və poçt şöbələri vasitəsilə sahiblərinə çatdırılacaq.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun