Kiçik və orta sahibkarlar üçün yeni və daha sərfəli əmək haqqı tarifləri

posted in: Xəbər | 0

Kiçik və orta sahibkarlar üçün yeni və daha sərfəli əmək haqqı tarifləri

Əmək haqqı layihəsinə yenilənmiş tarif paketləri ilə qoşulun!

İndi kiçik və orta biznes sahibləri əməkhaqqı kartlarının sifarişini və köçürmələri daha sərfəli və bizneslərinə uyğun şərtlərlə həyata keçirə bilərlər.

Onlayn Banka keçid: www.pashabank.digital

 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank Raiffeisen Bank International tərəfindən mükafatlandırılıb

posted in: Xəbər | 0

Kapital Bank dünyanın nüfuzlu maliyyə qurumlarından olan Raiffeisen Bank International AG tərəfindən “STP Quality Award 2019” mükafatı ilə təltif edilib. Bu mükafat beynəlxalq ödənişləri yüksək keyifyyətlə icra edən banklara təqdim olunur.

Məlumatların avtomatlaşdırılmış qaydada emal olunması müasir bank sistemində, xüsusilə köçürmələr və ödənişlər sahəsində mühüm rol oynayır. Beynəlxalq ödənişlərin icrası ilə bağlı prosesin avtomatlaşdırılması əməliyyat xərclərini minimuma endirərək hesablaşma-klirinq prosesini sürətləndirir. Raiffeisen Bank International beynəlxalq köçürmələrin və ödənişlərin icrası prosesinin təkmilləşdirilməsində əməkdaşlıq etdiyi müxbir bankların göstərdiyi səyləri yüksək qiymətləndirir.
“Beynəlxalq ödənişlərin təkmilləşdirilməsi sahəsi Kapital Bank üçün çox böyük əhəmiyyət kəsb edir. Məhz bu sahəyə verdiyi töhfələrə, yüksək STP göstəricisi ilə beynəlxalq köçürmələri keyfiyyətlə icra etdiyimizə görə “STP Quality Award 2019” mükafatına layiq görüldük. Pandemiya şəraitində Bankımızın belə bir nüfuzlu mükafata layiq görülməsi bank ödənişlərinin icrası ilə bağlı göstərilən ximətin yüksək səviyyədə olmasının ən bariz nümunəsidir”, – deyə, Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

Qeyd edək ki, STP (Straight-Through Processing) – davamlı, tam avtomatlaşdırılmış informasiya emalı prosesidir və ödənişlərin keyfiyyətli icrasının əsas göstəricisi hesab olunur. Müvafiq standartlara riayət edilməsi avtomatlaşdırılmış rejimdə ödənişlərin heç bir müdaxilə olmadan həyata keçirilməsində vacib rol oynayır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İnventarlaşdırma: tarix və müasirlik (III hissə)

posted in: Xəbər | 0

İnventarlaşdırma mühasibat uçotu metodu kimi / III hissə

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

İnventarlaşdırma müəssisənin iqtisadi gücünü müəyyən etməyə imkan verir. L. I. Gombert

İnventarlaşdırma – mühasib işinin ayrılmaz hissəsidir. Nə vaxtsa bu uçot işinin yeganə üsulu olub. Zamanla onun rolu dəyişildi, amma, o, yox ola bilmədi.

Kapitalizmin inkişafı inventarizasiya metodologiyasına ciddi təsir göstərdi: ilk növbədə, onun obyekti genişləndi. Birinci yerə kassa uçotu çıxmışdı: pul vəsaitləri, sonra debitor borcları və nəhayət qiymətli kağızlar. Maraqlıdır ki, kreditor borclarının inventarlaşdırılması daha sonra tanınacaqdı. Zira o dövrün insanları güman edirdilər ki, onların borcları kredit verənlərin özləri tərəfindən nəzərə alınmalı və izlənməlidir.

Lakin mühüm dərəcədə vacib olan o idi ki, kapitalizm maliyyə nəticələrinin hesablanmasını tələb edirdi və XIX əsrin sonlarına kimi bütün mühasiblər bunu bilavasitə yalnız inventarlaşdırma yolu ilə edə bilərdilər.

Məsələ burasındadır ki, istənilən əmtəənin, məsələn, ticarətdə hesabı debetə görə dəyərlərin alış qiymətlərinə daxil olmasını əks etdirirdi, malların silinməsi isə kredit və satış qiymətləri ilə aparılırdı. Dövriyyələrin gözlənilməzliyi buradan yaranırdı və maliyyə nəticəsini aşkar etmək üçün alış qiymətlərində dəyərləndirilən əmtəə qalıqlarının inventarlaşdırılmasına müraciət edirdilər. Sonrası isə asan oldu: malların ilkin qalığına hesabat dövründə malların mədaxilinin bütün daxilolmaları əlavə edilirdi və son qalıq çıxılırdı. Nəticədə satılmış malların maya dəyəri müəyyən edilirdi. Sonra isə onu gəlirdən çıxırdılar və mənfəət və ya zərəri tapırdılar.

İnventarlaşdırmanı adi və daimi iş kimi qəbul etdilər. O, demək olar ki, hər hansı bir firmanın maliyyə idarəetmə vasitəsi oldu. Çünki kapitalizm mənfəət və mühasibatlıq olmadan baş vermir.

Başımız gündəlik işlərə qarışdığından, biz bəzən necə bir qədim və hörmətli bir peşəyə mənsub olduğumuzu unuduruq. Tarixə nəzər salarkən biz çox vaxt təəccüblə aşkar edirik ki, bu gün bizi narahat edən problemlər həmkarlarımıza bir çox əsrlər bundan əvvəl də tanış olmuşdur. Ən maraqlısı odur ki, onlar çox müdrik və düzgün qərarlar tapırdılar. İşimizin tarixi ilə tanış olaraq, biz nə qədər parlaq şəxsiyyətlərin özünü mühasib adlandıraraq qürur duyduğunu öyrənirik. Hər bir mühasib bəzən öz işinin tarixinə də nəzər salmalıdır.

İbtidai insanlar çox sadə və həm də sadəlövh idilər. Onlar yazmağı bilmirdilər və biz bunu dəqiq bilirik. Amma hesablamağı necə bacarırdılarmı, bax, bu qaranlıq bir məsələ olaraq qalmaqdadır.  Əlbəttə, çox yəqin ki, hansısa rəqəmə kimi bacarırdılar. Lakin zamanla bu rəqəmlər yüksəlirdi. Ən qədim dövrlərdə saylar artdıqca və onları yadda saxlamaq çətinləşdikcə, həmin rəqəmlərin qeyd olunması zərurəti meydana çıxdı: əvvəlcə barmaqlarla, sonra isə sözlərlə.

Beləliklə, öncə yaddaşın inkişaf etdirilməsi zərurəti meydana çıxdı. Sonra isə yazını inkişaf etdirmək lazım gəldi və bunların unudulmaması üçün hər hansı bir daşıyıcıda qeyd olunması vacib oldu: papirusda, perqamentdə və daş üzərində.

Mühasibat uçotunun iqtisadi proseslər haqqında yaddaş kimi başa düşülməsi bu günə qədər yaşamaqdadır. Baxın, bunu iki görkəmli fransız müəllif İv Bernar və Jan Klod Kolli necə müəyyən edirlər:

“Bu və ya digər fəaliyyət barədə, onun yaddaşlarda qorunub saxlanılması məqsədilə nişanların vahid rəqəmsal üsulla təsdiqlənməsi və yazılması texnikası, onun inkişafını və nəticələrini əks etdirmək və ona nəzarəti təmin etmək imkanının verilməsi”.

Beləliklə, onun müasir anlamında mühasibat uçotu insanın təsərrüfatda baş verənləri yadda saxlamaq qabiliyyətinin davamıdır.


IV hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Coca-Cola şirkəti minlərlə əməkdaşına könüllü olaraq işdən çıxmağı təklif edib

posted in: Xəbər | 0

Coca-Cola şirkəti biznesini yenidən təşkil etmək qərarı verib və həmin çərçivədə dörd min əməkdaşa könüllü surətdə işdən çıxmağı təklif edib. Bu haqda şirkətdən daxil olan məlumata istinadən CNBC xəbər verib.

Sözügedən proqram çərçivəsində əgər işçilərin buna hüququ çatırsa, ABŞ, Kanada və Puerto-Rikodan olan əməkdaşlar işdən çıxarılacaqları təqdirdə müavinət ala biləcəklər. Alkoqolsuz içkilər istehsalçısı olan şirkət belə bir mexanizmi digər ölkələrdə də tətbiq etməyi planlaşdırır. Şirkət işdən çıxarılma üzrə əlaqəli olan proqramlar üzrə xərcləri 350 milyondan 550 milyona kimi dəyərləndirib.

2019-cu ilin dekabr ayına olan vəziyyətə görə, Coca-Cola şirkətində bütün dünya üzrə 86 mindən çox əməkdaş çalışırdı. İstehsalçı, hazırki 17 bölmənin yerinə dörd coğrafi sahədə doqquz bölməni əhatə edəcək yeni bir model yaratmaq istəyir. Koronavirus pandemiyası üzündən müəssisənin qazancı 2020-ci ilin ikinci rübündə 33 faiz aşağı düşüb.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun