Mühasibat uçotunun inkişaf mərhələləri (6-cı hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (6-cı hissə)

5-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Mühasibat uçotu, İran

İranda uçotun çiçəklənməsi Daranın (e.ə. 552-486-cı illər) hakimiyyəti dönəminə təsadüf edir. Satraplıqlara bölünmüş çoxmillətli imperiyanın nəhəng ölçüləri, daimi fəaliyyət göstərən böyük ordu sərt nəzarət aparatının olmasını tələb edirdi. Bu imperiyada mühasiblər və nəzarətçilər yalnız açıq uçotu deyil, həm də gizli uçotu da aparırdılar. Burada yalnız təsərrüfat faktlarının qeyd olunduğu registrlər deyil, həm də anonim məktublardan ibarət jurnallar əsas sənəd hesab olunurdu. Uçotla məşğul olan şəxs isə demək olar ki, rəsmi olaraq “çarın gözləri və qulaqları” adını almışdı. Mənbələrdən məlum olur ki, Qədim İranda işçilərin əmək haqqının bir hissəsi pulla, digər hissəsi isə natural şəkildə ödənilirdi. İşçi idarədən “tələb-naryad” alırdı və onu ödəniş cədvəlini aparan və həmin cədvəldə pulun alındığını qeyd edən xəzinədara təqdim edirdi. Həmin tələb-naryada əsasən həm də ərzaqlar verilirdi. Beləliklə, İranda qeydiyyat geniş mülkiyyətin dövlət idarəçiliyi üçün böyük rol oynayıb, məmurlar təkcə mühasiblər deyil, həm də nəzarətçilər idi.

Qədim Çin

Tarixçilər belə hesab edirlər ki, bu ölkədə uçotun tarixi 8000 ildir. E.ə. XIII-VII əsrlərdə Çində maddi dəyərlərin uçotu üzrə inkişaf etmiş sistem formalaşmışdı. Mühasibat işçiləri gəlir, xərc və dəyər balansının qeyd olunduğu üç şöbədə idilər. Birinci və ikinci şöbələr maddi dəyərlərin hərəkətini göstərirdilər, üçüncüsü isə inventarlaşdırmanı aparırdı və təbii qalığı çıxarırdı. Lakin uçot qalığını bilmirdi. Bu, ona gətirib çıxarırdı ki, işlərin lazımi vəziyyəti haqqında təsəvvürə yalnız ali administrasiya malik idi. Çində maddi dəyərlərin uçotunun dördsütunlu sistemi geniş yayılmışdı:

M – X = Sq. Burada M – mədaxil, X – xərclər və ya məxaric, Sq – son qalıqdır.

Tədqiqatçıların fikrincə, bu, maddi balansın tənliyidir. Onun doldurulması tələb edirdi ki, dəyərlərin hər bir daxil olması və buraxılışı aktla rəsmiləşdirilsin. Mühasibat bu aktları qeyd edən qırmızı siyahılarda aparılmışdır. Siyahının bir nüsxəsi yoxlanılmaq üçün mərkəzi idarəyə göndərilirdi. Anbar qulluqçuları bu yeri yalnız üç il ərzində tuta bilərdilər. Ardınca inventarlaşdırmadan sonra maddi dəyərlər 15 gün ərzində təhvil verilirdi.

Beləliklə, Çindəki anbar təsərrüfatı təşkilatı “birinci partiya alınıb – birinci partiya buraxılıb” prinsipi üzrə həyata keçirilirdi ki, bu da maddi dəyərlərin dəqiq uçotundan xəbər verirdi. Nəzarətedici funksiyanı isə anbar işçiləri arasında olan şahidlər yerinə yetirirdilər.

Qədim Yunanıstan

Yunan mühasibat sistemi tədqiqatçılar tərəfindən aşağıdakı sənədlər üzrə yenidən qurulmuşdur:

  1. təsərrüfat qeydlərinin fraqmentləri;
  2. qanunvericilik sənədləri;
  3. natiqlərin nitqləri;
  4. mülklərin idarə olunması ilə bağlı mütəxəssislərin əsərləri;
  5. filosofların fikirləri;
  6. incəsənət əsərlərindən məlumatlar.

7-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *