ADA Universitetinin və “ACM-W” Avropanın təşkilatçılığı və PAŞA Bankın baş sponsorluğu ilə ACM-in (Association for Computing Machinery) 7-ci beynəlxalq “womENcourage” toplantısı keçiriləcək

posted in: Xəbər | 0

ADA Universitetinin və “ACM-W” Avropanın təşkilatçılığı və PAŞA Bank-ın baş sponsorluğu ilə 24-27 sentyabr 2020-ci il tarixlərində ACM-in (Association for Computing Machinery) 7-ci beynəlxalq “womENcourage” toplantısı keçiriləcək.

Tədbirin əsas məqsədi texniki sahələrdə təhsil alan və fəaliyyət göstərən xanımları bir araya gətirmək, həmçinin karyeralarını informatika sahəsində qurmaq istəyən qadınları həvəsləndirməkdir.

Digər sponsor və tərəfdaşlar qismində Azərbaycan Konqreslər Bürosu, “Amazon”, “IBM” və “Azercell Telekom” MMC şirkətləri çıxış edir.

Tədbirdə iştirak etmək üçün qeydiyyat 31.08.2020-ci il tarixinədək davam edir.

Tədbir haqqında ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün keçid: http://womencourage.acm.org/2020/

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasiblərin sürətini artıracaq 8 shortcut

posted in: Excel, muhasibat, Xəbər | 0

Müasir dövrdə sürət hər şey deməkdir. Nə qədər sürətli işləsəniz, bir o qədər daha çox şey öyrənmiş və etmiş olarsınız. Bu səbəblə, Excel-də nə qədər çox shortcut bilsəniz, həm işinizi qısa zamanda bitirmiş, həm də ciddi şəkildə inkişaf etmiş olarsınız.

Excel – yeni bir dil öyrənmək kimidir. Nə qədər çox istifadə etsəniz, bir o qədər tez avtomatlaşdırarsınız.

Aşağıda işinizdə çox böyük asanlıqlar yaradacaq 8 shortcut var. Mütləq öyrənməyə və işinizdə tətbiq etməyə çalışın.

Shortcut 1: Ctrl + A – Bütün səhifəni seçmə

Worksheet-də olan bütün xanaları tək bir kombinasiya ilə seçməyə yarayır. Bütün sheet-in fontunu, onun rəngini, ölçüsünü dəyişmək istəsəniz, tək bir kombinasiya ilə bütün xanaları seçə bilərsiniz. Eyni funksiyanı aşağıdakı screenshot-da gördüyünüz qutucuğa klikləyərək də edə bilərsiniz.

10 shortcut - 1

Shortcut 2: Shift + Space – Sətiri bütövlükdə seçmə

Bütün sətri seçməyə yarayır. Bütünüylə seçmək istədiyiniz sətirin hər hansı bir xanasına gəlirsiniz və bu kombinasiyanı həyata keçirərək bütün sətri seçmiş olursunuz. Əgər birdən çox sətir seçiləcəksə, o zaman Shift düyməsi ilə birgə Aşağı düyməsinə basaraq lazımi qədər sətir seçmək mümkündür.Eyni əməliyyatı bütünüylə seçmək istədiyiniz sətirin nömrəsinə klikləyərək də edə bilərsiniz.

10 shortcut - 2

Shortcut 3: Ctrl + Space – Sütunu bütövlükdə seçmə

Bu kombinasiya isə bütün sütunu seçməyə yarayır. Eynilə 2-ci shortcut-da olduğu kimi. Bütün prinsiplər tamamilə eynidir.

10 shortcut - 3

Shortcut 4: Shift + Ctrl + “=” – Sətir/sütun əlavə etmə

2 sətir və ya sütun arasına yeni sətir/sütun əlavə etmək üçün istifadə olunur. Eyni funksiyanı mouse-un sağ düyməsinə klikləyib ordan Insert də seçilə bilər, lakin istifadə etməyə başladıqca, necə asan və effektiv yol olduğunu görəcəksiniz. Həyata keçirilməsi çox sadədir. Əvvəlcə, yeni sətir/sütunun hara əlavə ediləcəyini müəyyən edirsiniz, aşağıdakı screenshot-a nəzər yetirək.

10 shortcut - 4

Fərz edək ki, 9-cu sətirdən sonra yeni 2 sətir əlavə etmək istəyirik. Bu halda, 9-cu sətirdən sonra 2 sətir bütünüylə seçilir və Shift+Ctrl+= kombinasiyası həyata keçirilir. Yeni sütunlar əlavə etmək istəsəniz, eyni prinsipə baş vura bilərsiniz.

P.S. “=” düyməsi Backspace düyməsinin solundakı düymədir.

Shortcut 5: Ctrl + “-” – Sətir/sütun silmə

Bir öncəki shortcut yeni sətir/sütun əlavə edirdisə, bu shortcut, o sətir/sütunları silməyə yarayır. Silinmək istənən sətir/sütun bütünüylə seçilir və Ctrl + “-” kombinasiyası həyata keçirilir.

P.S. “-” düyməsi Backspace düyməsinsən 2 soldakı düymədir.

Shortcut 6: Ctrl + 1 – Formatlama

Hər hansı bir xananı formatlamaq istəsəniz (rəqəm, mətn, tarix, faiz dərəcəsi və s.), ya Home menusundan aşağıdakı screenshot-da göstərilən kiçik ox işarəsinə klikləməli, ya da daha effektiv yol olaraq Ctrl+1 kombinasiyasında istifadə etməlisiniz.

10 shortcut - 5

Hər iki halda da, qarşımıza tanış olan qutucuq çıxacaq. Bu qutucuqdan istənilən formatı verə bilərik.

10 shortcut - 6

Shortcut 7: Shift + Ctrl + L – Filteri aktiv/deaktiv etmə

Hər hansı bir cədvəli filterləmək istədiyimizdə, o cədvəli seçib, Data menusundan Filter düyməsini klikləməliyik. Lakin bunu klaviatura ilə etmək dəfələrlə asandır. Bunun üçün lazımi cədvəl seçilir və Shift+Ctrl+L kombinasiyası həyata keçirilir.

Shortcut 8: F2 – Xananı Edit etmə

Xananın daxilini edir etməyə yarayır. Hər hansı bir xanadakı formulu araşdırmaq istəsək, ya həmin xanaya 2 dəfə arxa-arxaya klikləmək, ya da F2 düyməsini basmağımız gərəkir. Hansının sizin üçün daha effektiv olduğuna özünüz qərar verin.

Müəllif: Elçin Xəlilov


Bax: 


Gələcəyin mühasibatlığı necə olacaq? (II hissə)

posted in: Xəbər | 0

Gələcəyin mühasibatlığı (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


Gələcəyin mühasibatlığı, Mühasibatlıq, müasir texnologiyalar,

Gələcəyin mühasibatlığı necə olacaq? Mən onu tamamilə aydın görürəm.

Müəssisənin bir çox işçiləri var ki, hər kəsin də öz hüquq və vəzifələri olur. Aydındır ki, ümumi kargüzarlıq çərçivəsində hər bir işçinin hüquq və vəzifələrini müəyyən etmək lazımdır: bizi maraqlandıran aspektlərdə o, sadəcə olaraq, bu və ya digər maddi dəyərlərdən istifadə etmək imkanıdır. Beləliklə, əqd bağlanarkən eyniləşdirmə ilə yanaşı, müəssisənin işçisi bu və ya digər təsərrüfat əməliyyatını yerinə yetirmək hüququnu təsdiq etməlidir. İT menecerlər üçün bu, əlbəttə, yenilik deyil.

Bu müəssisələrin fəaliyyətinə aiddir. Sadə vətəndaşlar isə sövdələşmələr aparmaq üçün kompüterlərlə yanaşı, terminallardan da istifadə edə bilərlər. Siz mağazaya daxil olursunuz, alış-verişi seçirsiniz, bundan sonra terminal sizi identifikasiya edir, satınalmaları müəyyən edir və hesabınızdan müvafiq məbləği silir. Müasir elektron texnikanın imkanlarından kənara çıxan heç bir şey yoxdur  – deyərdim ki, bu hətta həddən ziyadə bayağıdır.

Kollasiya (adekvat məlumatların aşkarlanması, hesabların yoxlanılması)

Sövdələşmənin bağlanmasından ötrü öz iradəni ifadə etmək vacibdir. Lakin qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki yalnız qeydiyyat aktı – digər başqa bir şey, o cümlədən kağız sənəd deyil – əqdin bağlanmasından xəbər verir.

Bir daha: tərəflər öz iradəsini ifadə edirlər və əqd verilənlər bazasında tipik təsərrüfat əməliyyatlarının qeydiyyatı vasitəsilə həyata keçirilir. Orada hansısa mühasibat provodkalarının aparılması barədə, müasir bankomatdan istifadə etməklə müqayisədə daha çox düşünmək lazım deyil: məlumatların strukturu və qeydlərin növləri qeydiyyat baş verənlər kompüter proqramına daxil edilmiş və istifadəçilər (yalnız fiziki şəxslər deyil, həm də müəssisələr) proqram təminatı ilə tanışlıqdan bir dəfəlik və həmişəlik xilas olmuşlar.

Bu nəyə gətirib çıxarır? İki aşkar nəticəyə:

  • birincisi – bir halda ki, biz coğrafi və siyasi amilləri qəbul etməməyə razılaşmışıqsa, proqram standart olmalıdır;
  • ikincisi – eyni səbəblərə görə məlumatlar bazası vahid olmalıdır. Elə isə hər bir müəssisə üzrə bazanı ayrı-ayrılıqda aparmalı deyilik ki?!

III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan Respublikasının Auditorlar Palatası imtahan keçirdir

posted in: Xəbər | 0

auditorların reytinqi, vebinar, Auditorlar Palatası, Kölgə iqtisadiyyatı, seminar-təlim, Auditorlar Palatası,imtahan,Daxili audit fəaliyyətinin təşkili, Auditorlar palatası, Təkliflər Paketi, Kölgə İqtisadiyyatı, Auditorlar Palatası seminar imtahan auditorAzərbaycan Respublikasının Auditorlar Palatası AUDİTOR ADI ALMAQ ÜÇÜN İmtahan keçirdir.

İmtahanda mühasibat uçotu, maliyyə, iqtisadçı və hüquqşünas ixtisasları üzrə ali təhsilə və ixtisas üzrə üç il əmək stajına malik olan Azərbaycan Respublikasının vətəndaşı iştirak edə bilərlər. İmtahanda iştirak etmək istəyən şəxslər 2020-ci il 01 dekabr tarixinədək aşağıda göstərilən sənədləri Azərbaycan Respublikasının Auditorlar Palatasına təqdim etməlidirlər.

İmtahan Komissiyası sədrinin adına müəyyən olunmuş formada ərizə;
Şəxsiyyət vəsiqəsi və onun sürəti;
Ali təhsil haqqında diplomun notarial qaydada təsdiq olunmuş surəti;
Əmək kitabçasının surəti;
4×6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil.
İmtahan ödənişlidir!

Maraqlananlar Azərbaycan Respublikasının Auditorlar Palatasının Kadr hazırlığı şöbəsinə müraciət edə bilərlər. Məlumat üçün bildiririk ki, auditor adı almaq üçün imtahanda iştirak etmək arzusunda olan şəxslərə imtahan qabağı ödənişli kurslar təşkil edilə bilər.

Ünvan: S.Y.Bakuvi 35
Əlaqə: 564-80-62 ; 465-21-75 (daxili 211)

Mənbə: audit.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun