Mühasibat uçotunun inkişaf mərhələləri (2-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (2-ci hissə)

1-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

inventarlaşdırma,Mövzu, öyrənmə metodları və fənnin tapşırıqları

Mühasibat uçotu elmi kateqoriyalar kompleksi, bir hesabdarlıq  kimi istənilən ölkədə istənilən praktiki mühasibatlıq fəaliyyətinin mahiyyətini müəyyən etməyə və qiymətləndirməyə imkan verir. Bu kateqoriyalar mülklərdə, tacir dükanlarındakı rəflərdə və dəyişmə məntəqələrində keçirilən təsərrüfat fəaliyyətini xarakterizə edirdi. İqtisadiyyat inkişaf etdikcə onlar iş adamlarının fəaliyyətinin xüsusiyyətləri ilə bağlı müxtəlif formaları qəbul edərək transformasiya olunurdu. Mühasibatlıq nə vaxt yaranmışdır sualına, üç cür cavab vermək olar:

  1. 6000 il bundan əvvəl, iqtisadi həyat faktlarının məqsədyönlü qeydiyyatı başlayanda;
  2. 500 il əvvəl Luka Paçolinin kitabı çapdan çıxdıqdan sonra mühasibat uçotunun təsviri anlayışı başladıqda;
  3. 100 il bundan əvvəl ilk nəzəri konstruksiyalar ortaya çıxanda.
6000 il bundan əvvəl mühasibat uçotu praktiki fəaliyyət, hesabdarlıq kimi, təsərrüfat prosesini anlamaq vasitəsi, onun dili kimi ortaya çıxmışdı; 500 il bundan əvvəl – ədəbi müzakirə mövzusu, ədəbi dilin bir hissəsi kimi ortaya çıxdı; və 100 ildir ki, o, müstəqil elm – hesabşünaslıq kimi, hesabdarlığın dili, uçotun başa düşülməsi vasitəsi kimi fəaliyyət göstərir. Bu son andan etibarən, hesabdarlıq və hesabşünaslıq paralel olaraq və sərbəst şəkildə mövcuddur.

Mühasibat uçotu tarixinin bir elm kimi predmeti təsərrüfat həyatı faktlarıdır, elmin məqsədi dəyərlərin qorunub saxlanmasını təmin etmək və təsərrüfat fəaliyyətinin nəticələrini aşkara çıxarmaqdır. Tədqiqat metodu iqtisadi həyat faktlarının qeydiyyatının modelləşdirilməsidir. Müxtəlif tarixi dövrlərdə mühasiblər üç vəzifəni həll etdilər:

  1. uçotu mümkün qədər məlumatlı və dəqiq etmək;
  2. onun sadəliyinə və ucuzluğuna nail olmaq;
  3. təsərrüfat həyatı faktları barədə vaxtında məlumat almaq.

Bununla birlikdə, bu vəzifələr kifayət qədər bir-birini istisna edir və buna görə uçot heç vaxt hərtərəfli, kifayət qədər dəqiq, ümuməlçatan, sadə və həqiqətən ucuz və vaxtında məlumat vermir. Bu uyğunsuzluq lap çoxdan məlum olmuşdu, mülkiyyətçinin, administratorun, işçilərin, hesabatlı şəxslərin, kreditorların və debitorların maraqları – ziddiyyətlidir və bu ziddiyyətlər labüdlüyü ilə mühasibat uçotunun registrlərində əks olunur.

Mühasibat uçotunun tarixini öyrənərkən belə bir nəticəyə gəlmək olar ki, bütün problemlər kompleksini, həyatın insanlara verdiyi bütün sualları izah edə biləcək yeganə düzgün nəzəriyyə, yeganə mümkün kateqoriya sistemi ola bilməz. İstənilən mühasibat kateqoriyası, istənilən hesab, iqtisadi prosesdə iştirak edən şəxslərin maraqlarını əks etdirir və əhəmiyyətli dərəcədə həm də onları gizlədir.


3-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *