Ani Ödənişlər Sistemində hesablaşma qaydası müəyyənləşib

posted in: Xəbər | 0

Yeni ödənişlər sistemi, Azərbaycan Mərkəzi Bankı, Ani ödənişlər sistemi, valyutadəyişmə, uçot dərəcəsi, Audit şirkətləri, qaynar xətt, şikayət, NBCBank, AGBank, Bank kreditlərinin təsnifləşdirilməsi,Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyəti tərəfindən təsdiq edilən reqlamentdə əməliyyat günü ərzində ödəniş sənədlərinin, sorğu, bildiriş və məlumatların göndərilməsi, qəbulu və emalı üzrə vaxt intervalları, sistemlərin iş vaxtlarının müvəqqəti dəyişdirilməsi proseduru, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində (XÖHKS) əməliyyat günü ərzində klirinq sessiyalarının sayı, Ani Ödənişlər Sistemində (AÖS) klirinq hesabının qalığı üzrə Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) ilə aparılan tənzimləmələrin sayı, habelə XÖHKS-də və AÖS-də qəbul edilən bir ödəniş sənədinin maksimal məbləği müəyyən ediləcək.

Bu, AMB-nin İdarə Heyətinin qərarı ilə Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nda edilən dəyişikliklərdə əksini tapıb.
Artıq bu Qaydalar Azərbaycan Respublikasının ərazisində banklararası mərkəzləşdirilmiş ödəniş sistemləri olan AZIPS və XÖHKS-lə bərabər AÖS iştirakçıları arasında hesablaşmaların aparılması qaydalarını da tənzimləyəcək.

AÖS iştirakçılar arasında hesablaşmaları təsdiq edilmiş reqlament əsasında 24/7/365 rejimində aparılması üçün istifadə olunacaq. 24/7/365 rejimi sistemlərdə ödəniş əməliyyatları üzrə hesablaşmaların və məlumat mübadiləsinin qanunvericiliklə müəyyənləşdirilmiş qeyri-iş günləri də daxil olmaqla günün istənilən vaxtı real vaxt rejimində həyata keçirilməsini nəzərdə tutan iş rejimidir. AÖS-də hesablaşmalar birbaşa iştirakçıların AÖS hesablaşma hesabları və iştirakçıların klirinq hesabları vasitəsi ilə həyata keçirilir. İştirakçılar AÖS-də ödəniş əməliyyatları həyata keçirən bank, Mərkəzi Bank (tərəfindən bank hesablarına xidmət göstərilən digər hüquqi şəxs və AZIPS-ə qoşulmuş bank vasitəsilə likvidliyin təmin edilməsi yolu ilə AÖS-də əməliyyatların həyata keçirilməsində iştirak edən hüquqi şəxslərdir.

Birbaşa iştirakçının özünün və onun hesablaşma bankı olduğu birbaşa olmayan iştirakçıların klirinq hesabları onun AÖS hesablaşma hesabı ilə əlaqələndirilir. Birbaşa iştirakçı ilə birbaşa olmayan iştirakçı arasında bu Qaydalardan irəli gələn münasibətlər aralarında bağlanan müqavilə ilə tənzimlənir. AÖS-ün iştirakçıları sistemlərdə informasiya mübadiləsinin aparılması məqsədi ilə yaradılmış Qapalı Telekommunikasiya Şəbəkəsinə (QTŞ) qoşulmalıdır. İştirakçı müvafiq daxili informasiya resurslarını AÖS-ün informasiya mübadiləsi üçün nəzərdə tutulmuş əsas və köməkçi komponentləri ilə aidiyyəti üzrə inteqrasiya etməlidir.

Ani Ödənişlər Sitemində informasiya mübadiləsinin təhlükəsizliyi aşağıdakı qaydada təmin olunur:

– informasiya təhlükəsizliyinin təmin olunması üçün  Mərkəzi Bankın Bank Sertifikat Xidmətləri Mərkəzinin (BSXM) elektron sertifikatlarından istifadə olunur. Bu zaman sanksiya olunmamış kənar müdaxilələrdən qorunmaq üçün istifadə olunan məlumat ötürülmə kanalları şifrlənir və iştirakçıların qeydiyyat kodları üzrə autentifikasiya aparılır;

– iştirakçı AÖS-dən alınan məlumatların tamlığını və həqiqiliyini BSXM tərəfindən təqdim olunan açıq açar infrastrukturunun imkanlarından istifadə etməklə yoxlayır. Qəbul olunmuş məlumatların elektron imzası ilə bağlı aşkarlanan hər bir çatışmazlıq haqqında dərhal AMB-yə məlumat (elektron və ya kağız daşıyıcılarda) verilir.

AÖS-də iştirakçılar klirinq hesabları üzrə debet limitini aşağıdakı qaydada idarə edə bilərlər:

– birbaşa iştirakçı AZIPS-ə müvafiq formatda sorğunu (MT205) göndərməklə AÖS hesablaşma hesabı üçün debet limitini ilkin müəyyənləşdirə və artıra bilər. Bu halda iştirakçının müxbir hesabından silinmə aparılmadan göstərilən məbləğ əsasında limit müəyyənləşdirilir və göndərilən hər bir sorğu əsasında nəzərdə tutulan məbləğ debet limitinə əlavə edilir. AZIPS-də iştirakçının müxbir hesabında bu tipli  debet limitinin dəyişdirilməsi üzrə emal olunan hər bir sifariş haqqında real vaxt rejimində AÖS-ə məlumat ötürülür;

– birbaşa iştirakçı AÖS-də müvafiq formatda sorğudan (camt.011) istifadə etməklə AÖS hesablaşma hesabı üçün debet limiti müəyyənləşdirə bilər. Debet limitinin idarə olunması üzrə sorğu ilkin olaraq AÖS-də emal olunur. Əgər sorğuda sifariş olunan məbləğ birbaşa iştirakçının AÖS hesablaşma hesabının xalis debet mövqeyindən artıqdırsa, sorğu real rejimdə AZIPS-ə ötürülür. Az olduğu halda isə birbaşa iştirakçının debet limitinin dəyişdirilməsi sorğusuna imtina bildirişi (camt.025/ERRC) göndərilir. Debet limitinin dəyişdirilməsi haqqında AZIPS-ə daxil olan sorğu iştirakçının müxbir hesabında olan vəsaitin həcminə uyğun olaraq emal olunur və nəticə barəsində AÖS-ə məlumat ötürülür. Sorğunun AZIPS-də emalının nəticəsindən asılı olaraq birbaşa iştirakçının debet limiti AÖS-də dəyişdirilir və bu haqda birbaşa iştirakçıya bildiriş göndərilir (camt.010);

– birbaşa iştirakçı AÖS-də müvafiq formatda sorğudan (camt.011) istifadə etməklə özünün və ya hesablaşma bankı olduğu birbaşa olmayan iştirakçının klirinq hesabı üçün debet limiti müəyyənləşdirə bilər. Debet limitinin idarə olunması üzrə sorğu AÖS-də emal olunur. Əgər sorğuda sifariş olunan məbləğ iştirakçının xalis debet mövqeyindən artıqdırsa, sorğu AÖS-də emal olunur. Az olduğu  halda isə iştirakçının klirinq hesabı üzrə debet limitinin dəyişdirilməsi sorğusuna imtina bildirişi (camt.025/ERRC) göndərilir. Sorğunun uğurlu emalı nəticəsində klirinq hesabının debet limiti müəyyənləşdirilir və iştirakçıya bu haqda bildiriş göndərilir (camt.010); 

– AÖS-də iştirakçıların klirinq hesablarında aparılan əməliyyatlar üzrə gün ərzində sistemin iş reqlamentinə uyğun olaraq birbaşa iştirakçıların AZIPS-dəki müxbir və cari hesabları ilə tənzimlənmə aparılır;

– iştirakçıların klirinq hesabları üzrə ayrılmış debet limit bu Qaydalara müvafiq olaraq təsdiq edilmiş reqlamentdə müəyyənləşdirilmiş həddən az olduqda AÖS aidiyyəti üzrə birbaşa iştirakçıya klirinq hesabları üzrə baş vermiş dəyişikliklər barədə bildiriş (camt.010) göndərir;

– iştirakçılar klirinq hesabındakı qalıq barədə məlumatın əldə olunması üçün AÖS-ə sorğu (camt.009) göndərir, kənarlaşma olduqda AÖS iştirakçıya imtina bildirişi (camt.025/ERRC), kənarlaşma olmadıqda isə cavab (camt.010) göndərir.
AÖS-də ödəniş əməliyyatları üzrə məlumat mübadiləsi aşağıdakı kimi həyata keçirilir:

– ödəniş tapşırığı (pacs.008) AÖS-ə göndərilir;

– ödəniş sorğusu (pain.001) AÖS-ə göndərilir;

– ödənişin geri qaytarılması tapşırığı (pacs.004) AÖS-ə göndərilir;

– ödənişin geri qaytarılması sorğusu (camt.056) AÖS-ə göndərilir.

İştirakçının ödəniş əməliyyatları üzrə AÖS-ə göndərdiyi məlumat formatlarında aşağıdakılar yoxlanılır:

– məlumat formatlarında məcburi sahələrin doldurulması;

– valyutalaşma tarixinin bu Qaydalara uyğunluğu (Sistemlərdə iştirakçının  göndərdiyi valyutalaşma tarixi əməliyyat günü ilə eyni olan ödəniş tapşırığı Mərkəzi Bank tərəfindən müvafiq ödəniş sistemi üzrə müəyyən edilən reqlament əsasında qəbul edilir və həmin gün emal olunur);

– sənəd nömrəsinin təkrarlanmaması;

– sənədin bu Qaydalara müvafiq olaraq AÖS üzrə müəyyənləşdirilmiş elektron ödəniş sənədlərinin formatlarına uyğunluğu;

– iştirakçı bank identifikasiya kodunun (BİK) düzgünlüyü;

– klirinq hesablarının düzgünlüyü;

– müxbir hesabların düzgünlüyü;

– iştirakçı BİK-nin və müxbir hesabının uyğunluğu;

– ödəniş məbləğinin AÖS-də qəbul edilən bir ödəniş tapşırığının maksimal məbləğini aşmaması.

Müəyyən edilmiş tələblərdən kənarlaşma olduqda sənədi AÖS-ə göndərən iştirakçıya emaldan imtina haqqında səbəbi göstərilməklə aşağıdakı bildirişlər göndərilir:

– ödəniş tapşırığının icrasından imtina edilməsi haqqında bildiriş (pacs.002/RJCT);

– ödəniş sorğusunun icrasından imtina edilməsi haqqında bildiriş (camt.025/RJCT);

– ödənişin geri qaytarılması tapşırığının icrasından imtina edilməsi haqqında bildiriş (pacs.002/RJCT);

– ödənişin geri qaytarılması sorğusunun icrasından imtina edilməsi haqqında bildiriş (camt.029).

İştirakçıların AÖS-də fəaliyyətin təşkili üçün köməkçi məqsədlərlə göndərdiyi  digər məlumat formatlarında (pacs.028, pain.998, camt.033, camt.060, camt.998, camt.011) bu Qaydaların 3.5-ci bəndinə müvafiq olaraq sistem üzrə müəyyənləşdirilmiş elektron sənəd formatlarından kənarlaşma olduqda iştirakçıya emaldan imtina haqqında bildiriş (camt.025/ERRC) göndərilir.

Müəyyən edilmiş tələblərdən kənarlaşma olmadıqda birbaşa iştirakçıların və birbaşa olmayan iştirakçıların göndərdikləri sənədlər üzrə əməliyyatlar aşağıdakı qaydada icra edilir:

– ödəniş tapşırıqlarının (pacs.008) icrası üzrə:

– emitent iştirakçı ödəniş tapşırığını (pacs.008) AÖS-ə göndərir;

– AÖS emitent iştirakçının klirinq hesabında ödəniş tapşırığındakı vəsaitin həcmi qədər bloklaşmanı həyata keçirir və ödəniş tapşırığını təsdiqlənməsi üçün benefisiar iştirakçıya göndərir;

– benefisiar iştirakçı ödəniş tapşırığını təsdiqlədiyi halda AÖS-ə təsdiq bildirişi (pacs.002/AUTH), təsdiqləmədiyi halda isə imtina bildirişi (pacs.002/NAUT) göndərir;

– AÖS benefisiar iştirakçıdan təsdiq bildirişi aldıqda emitentin klirinq hesabını debitləşdirərək, benefisiarın klirinq hesabını kreditləşdirir və hər iki iştirakçıya təsdiq üzrə bildiriş (pacs.002/STAT) göndərir;

– AÖS benefisiar iştirakçıdan imtina bildirişi aldıqda və ya bu Qaydalara müvafiq olaraq təsdiq edilmiş reqlamentdə  bu məqsəd ilə müəyyənləşdirilmiş vaxt intervalı ərzində cavab almadıqda, emitent iştirakçının klirinq hesabındakı ödəniş tapşırığının məbləği həcmində bloklaşmanı ləğv edir. Hər iki iştirakçıya imtina üzrə bildiriş (pacs.002/RJCT) göndərir;

– birbaşa iştirakçının tələbi ilə, onun vasitəsi ilə sistemdə fəaliyyət göstərən birbaşa olmayan iştirakçıların AÖS-də icra olunan ödəniş tapşırıqlarının surəti (pacs.008) birbaşa iştirakçıya göndərilə bilər.

AÖS benefisiar iştirakçıdan təsdiq bildirişi aldıqda emitentin klirinq hesabını debitləşdirərək, benefisiarın klirinq hesabını kreditləşdirir, emitent və benefisiar iştirakçılara (pacs.002/STAT), həmçinin vasitəçiyə (pain.002/STAT) təsdiq barədə bildiriş göndərir. AÖS benefisiar iştirakçıdan imtina bildirişi aldıqda və ya bu Qaydalara müvafiq olaraq təsdiq edilmiş reqlamentdə bu məqsəd ilə müəyyənləşdirilmiş vaxt intervalı ərzində cavab almadıqda, emitent iştirakçının klirinq hesabındakı ödəniş tapşırığının məbləği həcmində bloklaşmanı ləğv edir, emitent  iştirakçıya (pacs.002/RJCT), vasitəçiyə isə (pain.002/RJCT) imtina haqqında bildiriş göndərir.

Bu Qaydalarda müəyyən olunmuş tələblərdən kənarlaşma olmadıqda iştirakçıların göndərdikləri ödənişin geri qaytarılması üçün  tapşırıqlar üzrə əməliyyatlar aşağıdakı qaydada icra edilir:

– benefisiar iştirakçı ödənişin geri qaytarılması üzrə tapşırığı (pacs.004) AÖS-ə göndərir;

– AÖS benefisiar iştirakçının klirinq hesabında ödəniş tapşırığındakı vəsaitin həcmi qədər bloklaşmanı həyata keçirir. Ödənişin geri qaytarılması tapşırığını (pacs.004) təsdiqlənməsi üçün emitent iştirakçıya göndərir;

– emitent iştirakçı ödənişin geri qaytarılması tapşırığını təsdiqlədiyi halda AÖS-ə təsdiq bildirişi (pacs.002/AUTH), təsdiqləmədiyi halda isə imtina bildirişi (pacs.002/NAUT) göndərir;

– AÖS emitent iştirakçıdan təsdiq bildirişi aldıqda benefisiarın klirinq hesabını debitləşdirərək, emitentin klirinq hesabını kreditləşdirir və hər iki iştirakçıya təsdiq barədə bildiriş (pacs.002/STAT) göndərir;

– AÖS emitent iştirakçıdan imtina bildirişi aldıqda və ya bu Qaydalara müvafiq olaraq təsdiq edilmiş reqlamentdə  bu məqsəd ilə müəyyənləşdirilmiş vaxt intervalı ərzində cavab almadıqda, benefisiar iştirakçının klirinq hesabındakı ödəniş tapşırığının məbləği həcmində bloklaşmanı ləğv edir. Hər iki iştirakçıya imtina haqqında bildiriş (pacs.002/RJCT) göndərir;

– birbaşa iştirakçının tələbi olduqda, onun vasitəsi ilə sistemdə fəaliyyət göstərən birbaşa olmayan iştirakçıların AÖS-də icra olunan ödənişin geri qaytarılma tapşırıqlarının surəti (pacs.004) birbaşa iştirakçıya göndərilir.

İştirakçı AÖS-dən aşağıdakı məlumat və sənədləri ala bilər:

– sorğu (pacs.028) göndərməklə ödəniş tapşırığının icra statusu haqqında bildiriş (pacs.002/STAT);

– sorğu (pain.998) göndərməklə ödəniş sorğusunun icra statusu haqqında bildiriş (pain.002/STAT);

– sorğu (camt.033) göndərməklə sistemdə icra edilmiş ödəniş tapşırığının surətini (camt.034);

– sorğu (camt.060) göndərməklə Mərkəzi Bank tərəfindən müəyyənləşdirilmiş müddət çərçivəsində istənilən gün üçün klirinq hesabından çıxarış  (camt.998/TRANSREP);

– sorğu (camt.009) göndərməklə klirinq hesabındakı qalıq barədə məlumat (camt.010);

– sorğu (camt.018) göndərməklə cari əməliyyat günü barədə məlumat (camt.019).

İştirakçı AÖS-də 24/7/365 rejimində sərbəst mətn formatından (camt.998/TEXTMESSAGE) istifadə etməklə digər iştirakçılara məlumat göndərə bilər.  AÖS-də hər bir əməliyyat gününün sonunda iştirakçıya klirinq hesabından çıxarış  göndərilir.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əgər işçinin gəlir vergisi üzrə iki güzəşti varsa, hansı tətbiq edilir?

posted in: Xəbər | 0

Gəlir vergisi üzrə iki güzəşt varsa, hansı tətbiq edilir?


gəlir vergisi. vəsait,Sual: Böyük vətən müharibəsi iştirakçılarının övladlarına əmək haqqından tutulan vergi hesablanarkən 400 manat, yoxsa 600 manat güzəşt edilir? Əgər işçi II qrup əlildirsə.

Cavab: Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

– Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

– Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

– AR Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərinin (arvadının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

2-ci qrup əlillərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Yuxarıda qeyd olunan iki güzəştin ən yüksək olanı tətbiq olunur.

Eyni zamanda, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisi-ndən azaddır. Qeyd olunanlara əsasən, siz azadolmanı təsdiq edən sənədləri təqdim etməklə 600 manat güzəştdən faydalana bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Məşğul şəxslərin reyestri” gələn ilin əvvəlindən istifadəyə veriləcək

posted in: Xəbər | 0

birdəfəlik ödəmə, məşğulluq, Əmək münasibətləri, sığorta, Birdəfəlik ödəmə, işsizlikdən sığorta, orta aylıq pensiya, Əlillik, əmək qanunvericiliyi, hüquq pozuntuları, 190 manat, Əmək müqaviləsinin forması, 190 manat, Məşğulluq xidmətləri, pensiya, əmək məzuniyyəti, Ünvanlı sosial yardım, məzuniyyət, işəgötürən, işəgötürənlər, əmək, əlilliyi olan şəxslər, ƏƏSMN, qeyri-iş günləri, Pensiya ilə bağlı yeni qanun, pensiya, MDSS, işsizlik sığortası üzrə rekvizitlər, işsizlik səviyyəsi, Birdəfəlik ödəmə, işsiz şəxslərin sayı, birdəfəlik ödəmə, İşsiz şəxslər, İşsiz, İşsiz şəxslərin qeydiyyatı, sektorlara dəstək, xəbərdarlıq sahibkarlarƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən “Məşğul şəxslərin reyestri”nin hazırlanması işlərinin bu ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Nazirlikdən verilən məlumata görə, reyestr dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə formalaşdırılır.

Burada vətəndaşların iş yerləri, torpaq pay mülkiyyətçiləri, ailə kəndli təsərrüfatının üzvləri, sahibkarlar, haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər və s. barədə məlumatlar toplanacaq. Vətəndaşların xərclərinin strukturu barədə də informasiyalar da reyestrdə əksini tapacaq.

Reyestrin yaradılmasında məqsəd əmək bazarı ilə bağlı informasiya bazasını inkişaf etdirmək, qeyri-formal məşğulluğa nəzarət tədbirlərini gücləndirmək və daha effektiv fəaliyyəti təşkil etməkdir.

“Əmək münasibətləri və məşğulluq” altsisteminin tərkib hissəsi kimi hazırlanan reyestr gələn ilin əvvəlindən artıq istifadəyə veriləcək.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fiziki şəxslərə ödənilən dividendlərlə bağlı vergi güzəştləri

posted in: Vergi, Xəbər | 0

Fiziki şəxslərə ödənilən dividendlər ilə bağlı vergi güzəştləri

zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Fiziki şəxslərə ödənilən dividendlər ilə bağlı vergi güzəştləri və azadolmalar Vergi Məcəlləsinin 102-ci maddəsi ilə tənzimlənir. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Məsələyə tam aydınlıq gətirmək üçün 102.1.22-ci maddəyə nəzər yetirməliyik.

Maddədə 2016-cı il fevralın 1-dən yeddi il müddətində gəlir vergisindən azad olunan gəlirlər siyahısında yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri də göstərilib.

Maddənin əsas məqamlarını nəzərdən keçirək:

Güzəşt fiziki şəxslərin banklarda olan əmanətlərinə görə əldə etdiyi faizlərə verilir. Yəni faizlər ödəniləndə onlardan ödəmə mənbəyində 10 faiz vergi tutulmur.

İkinci məsələ, yerləşdirilən investisiya qiymətli kağızlarına görə emitent tərəfindən fiziki şəxlərə ödənilən dividendlərdən 10 faiz vergi tutulmur.

Bununla yanaşı, emitent tərəfindən yerləşdirilən investisiya qiymətli kağızları üzrə diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) ödənişlərindən də vergi tutulmur.

Son olaraq yerləşdirilən investisiya qiymətli kağızlar üzrə fiziki şəxslərə emitent tərəfindən ödənilən faizlərdən vergi tutulmur.

Nəzərdən keçirdiyimiz hallar üzrə bir neçə sual meydana çıxır:

  • Emitent kimdir?
  • İstənilən şəxs emitent ola bilərmi?
  • İnvestisiya qiymətli kağızları nədir?
Deməli, Məcəllənin 102.1.22.ci maddəsində göstərilən güzəşti əldə etmək üçün birinci emitent olmalıdır. İkincisi, emitent investisiya qiymətli kağızını buraxmalıdır ki, fiziki şəxslər bundan istifadə etsinlər, emitent bundan yararlansın. Son nəticə kimi yuxarıdakı ödənişlər ödəmə mənbəyində 10 faiz vergidən azad olunur.

Bunun üçün “Qiymətli kağızlar bazarı haqqında” Qanuna da nəzər yetirməliyik. Qanunda yazılmışdır: “Emitent – investisiya qiymətli kağızlarının emissiyasını bu Qanunun 2-ci fəsli ilə müəyyən edilmiş qaydada həyata keçirən hüquqi şəxs, dövlət (müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı vasitəsilə) və ya bələdiyyə. Emitent buraxdığı qiymətli kağızların mülkiyyətçisi deyildir”.

Maddə 4. İnvestisiya qiymətli kağızlarının buraxılışı haqqında qərar

4.1. Səhmlərin buraxılışı haqqında qərarı səhmdar cəmiyyəti səhmdarlarının ümumi yığıncağı qəbul edir.

4.2. İstiqrazların buraxılışı haqqında qərarı emitentin nizamnaməsi ilə müəyyən edilən orqan qəbul edir.

Qanunun yuxarıdakı və digər maddələrinə nəzər yetirsək aşağıdakılar aydın olur:

  • istənilən kommersiya hüquqi şəxs emitent kimi çıxış edə bilər;
  • həm MMC-lər, həm də səhmdar cəmiyyətləri emitent ola bilər;
  • investisiya qiymətli kağızları dedikdə səhmlər və istiqrazlar nəzərdə tutulur.

İndi isə qeyd olunanları bir neçə misal üzərində nəzərdən keçirək.

Misal1: Tutaq ki, “AA” ASC emitent kimi qaydalara uyğun olaraq qeydiyyata alınmışdır və qaydalara uyğun olaraq bütün addımları atır. 2019-cu ilin sonunda səhmdarları olan fiziki şəxlərə 100.000 manat divident ödəyəcəkdir. Bundan əlavə, ASC 500.000 manat dəyərində 10 faizlik istiqrazlar buraxmışdır, istiqrazlara görə ilin sonunda investorlara faizlərini ödəyəcəkdir.

Sual: Bu əməliyyatlardan vergilər necə tutulur?

Səhmdara ödənilən dividendlərdən 10 faiz vergi tutulmayacaqdır. Ona görə ki, yuxarıda açıqlandığı kimi, ASC-də hər iki hal mövcuddur: həm emitentdir, həm də onun səhmləri investisiya qiymətli kağızlarıdır.

Baxdığımız misalda 500.000 manatlıq istiqrazlara görə ödəniləcək 10 faizlik (50.000 manat) məbləğdən də vergi tutulmayacaqdır.

Misal 2: Tutaq ki, “AA” MMC emitent kimi qaydalara uyğun olaraq qeydiyyata alınmışdır və qaydalara uyğun olaraq bütün addımları atır. 2019-cu ilin sonunda təsisçiləri, payçıları olan fiziki şəxlərə 100.000 manat divident ödəyəcəkdir. Bundan əlavə, MMC 500.000 manatlıq 10 faizlik istiqrazlar buraxmışdır və istiqrazlara görə ilin sonunda investorlara faizlər ödəyəcəkdir.

Sual: Bu əməliyyatlardan vergilər necə tutulur?

Bu halda təsisçilərə, payçılara ödənilən dividentlərdən ödəmə mənbəyində 10 faiz vergi tutulacaqdır. Ona görə ki, cəmiyyətin əməliyyatı yuxarıdakı tələblərin ikisinə də cavab vermir. “AA” MMC emitent kimi qeydiyyatda olsa da, paylar investisya qiymətli kağızları sayılmır, ancaq səhmlər investisiya qiymətli kağızları sayılır. Odur ki, ödənilən 100.000 manatdan 10 faiz (10.000 manat) vergi tutulacaqdır.

MMC-nin emitent kimi buraxdığı istiqrazlardan isə vergi tutulmayacaqdır. Ona görə ki, MMC olmasına baxmayaraq, emitent kimi investisiya qiymətli kağızı olan istiqraz buraxa bilər. Bu halda da faizlərdən 10 faiz vergi tutulmur.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun