Riskli vergi ödəyicilərini hansı məhdudiyyətlər gözləyir?

posted in: Vergi, Xəbər | 0

vergitutma, alğı-satqı, vergi, Güzəştli vergi, vergilərin azaldılması,Vergi Məcəlləsinə 1 yanvar 2020-ci ildən riskli vergi ödəyicisi anlayışı gətirilib. İqtisadçı ekspert Mahmud Abasquliyev riskli vergi ödəyiciləri üçün nəzərdə tutulan məhdudiyyətlər barədə açıqlama verib.

Vergi Məcəlləsinin 83.7-ci maddəsində göstərilib ki, vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır.

Məcəllənin 87.3-1-ci maddəsində isə riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilməsi nəzərdə tutulub.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən, bundan sonra həmin meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin meyarlara görə:

1. Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə onlar riskli vergi ödəyicisi sayılır. Məsələn, tutaq ki, şirkətin idxal etdiyi mal Yük Gömrük Bəyannaməsinə əsasən elektrik avadanlıqları olduğu halda, satdığı mal e-qaimədə tikinti materialı kimi göstərilir. Bu halda, həmin şirkət riskli vergi ödəyicisi hesab olunacaq.

2. Aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə o, riskli vergi ödəyicisi sayılır. Tutaq ki, “AA” MMC-də vergi orqanının əsaslandırılmış qərarı ilə operativ vergi nəzarəti tədbirləri nəticəsində məlum olub ki, malları təqdim etmədən əmtəəsiz əməliyyat aparılıb. Bu halda, həmin şirkət riskli vergi ödəyicisi sayılacaq. Anbarda malların az olmasına baxmayaraq iri həcmdə mal satılması da riskli vergi əməliyyatı sayılır. Əmtəəsiz əməliyyat isə yalnız sənəd üzərində gerçəkləşdirilən əməliyyatdır.

3. İdxalçının, istehsalçının və ya idxalçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və ya qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə risk amili yaranır. Tutaq ki, xaricdən mallar idxal edən “ZZ” MMC-nin icarəyə götürdüyü anbarın sahəsi 100 kvadratmetr olsa da, ay ərzində idxal etdiyi mallara 300 kvadratmetrlik anbar tələb olunur. Bu halda, MMC riskli vergi ödəyicisi hesab olunur. Bununla belə, malların bilavasitə sifarişçilərə təhvil verildiyi və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi halda, şirkət riskli vergi ödəyicisi hesab edilmir.

4. Vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə uyğun olmayan malların vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə jrisk faktoru yaranır. Tutaq ki “ZZ” MMC 6 ay ərzində maya dəyəri 10.000 manatlıq mal satıb. Ancaq satdığı malların yalınız 4.000 manatlıq hissəsinin sənədi vardır, yerdə qalan mallar isə anbara sənədsiz mədaxil edilərək satışa verilib. Bu halda, həmin şirkət riskli vergi ödəyicisi hesab edilir. Burada vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna təşkil edir.

5. Vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə idxal etdiyi və ya əldə etdiyi malların həcmi müvafiq dövr üzrə dövriyyədən azı üç dəfə artıq olduqda o, riskli vergi ödəyiciləri siyahısına düşür: Tutaq ki, “ZZ” MMC 2020-ci ilin aprel-sentyabr ayları üzrə 17.000 manatlıq mal idxal edib və ya daxili bazardan elektron qaimə faktura ilə anbara mədaxil edib. MMC-nin 2020-ci ilin aprel-sentyabr aylarına aid dövriyyəsi isə 4.500 manat olub. Bu halda, həmin MMC-nin riskli vergi ödəyicisi hesab edilmə ehtimalı yaranır. Bir məqamı da nəzərə almaq lazımdır ki, malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar olarsa, MMC riskli vergi ödəyicisi hesab edilmir.

6. Yuxarıda qeyd edilən 5 bənd ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs, eləcə də riskli vergi ödəyicisi olan fiziki şəxs hər hansı hüquqi şəxsin rəhbəri və ya təsisçisi olduqda onun rəhbərlik etdiyi hüquqi şəxs də riskli vergi ödəyicisi hesab edilir. Tutaq ki, riskli vergi ödəyicisi olan “ZZ” MMC nin təsiscisi və ya rəhbəri “BB” MMC-nin də təsiscisi və ya rəhbəridir. Bu halda, “BB” MMC də riskli vergi ödəyicisi sayılır.

7. Beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər riskli vergi ödəyicisi hesab edilir.

Onu da deyək ki, Vergi Məcəlləsinin 222.3-cü maddəsinə əsasən, bu fəslin müddəaları əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə (əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir. Bu fəslin müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Eyni vaxtda iki qayda pozuntusuna görə maliyyə sanksiyasının hesablanması

posted in: Maliyyə, Xəbər | 0

maliyyə sanksiyası, Vergi Məcəlləsi, Gəlir vergisi, 102.2.5 maddəsi, 102.2.5 maddəsindəki güzəşt, güzəşt hüququ, satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,2020-ci ildən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbul olunmasından imtina olunmasına görə vergi ödəyicisinə müvafiq maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur. Bununla bağlı 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinin 58.7-ci maddəsində dəyişiklik edilib.

Vergilər Nazirliyindən bildirilib ki, Məcəllənin 58.7-ci maddəsinə əsasən, bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına,

POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.

Həmin maliyyə sanksiyasının məbləği belə müəyyən edilib:

  • təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat;
  • təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat;
  • təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat.

Vergi orqanı tərəfindən keçirilən operativ nəzarət tədbiri zamanı marketdə həm POS-terminalın quraşdırılmaması, həm də nağd alınmış mala görə nəzarət-kassa aparatının çekinin verilmədiyi aşkar olunub. Belə olan halda, vergi ödəyicisinə hansı məbləğdə maliyyə sanksiyası tətbiq ediləcək?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisi tərəfindən eyni əməliyyat üzrə bu Məcəllənin 58.7-ci maddəsində nəzərdə tutulmuş hesablaşma qaydalarının pozulması hallarına eyni vaxtda yol verildikdə, həmin qanun pozuntularına bir pozuntu halı kimi baxılır. Maliyyə sanksiyası bir dəfə tətbiq edilir.

Misal: Fərdi sahibkara məxsus marketdən alış-veriş edən vətəndaş aldığı malların dəyərini POS-terminal vasitəsilə ödəmək istəyir. Lakin fərdi sahibkar POS-terminalla vəsaitin qəbulundan imtina edir və əvəzində malların dəyərinin nağd qaydada ödənilməsini tələb edir. Vətəndaş həmin malların dəyərini nağd qaydada ödədiyi halda, fərdi sahibkar həmin məbləği nəzarət-kassa aparatına mədaxil etmir və alıcıya kassa çeki vermir. Məlum olur ki, fərdi sahibkar əhali ilə pul hesablaşmalarının aparılması qaydasının pozulması halına təqvim ili ərzində ikinci dəfə yol verib. Bu halda fərdi sahibkara POS-terminalla vəsaitin qəbulundan imtina edilməsinə görə 3.000 manat və alıcıya nəzarət-kassa aparatının çekinin verilməməsinə görə 3.000 manat olmaqla, 6.000 manat deyil, hər iki pozuntu halına cəmi 3.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Xatırladaq ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlər aşağıdakılardır:
  • dövriyyəsindən və ərazisindən asılı olmayaraq ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən);
  • dövriyyəsindən və ərazisindən asılı olmayaraq avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri. (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən);
  • rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri);
  • hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri;
  • vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət vəsaitləri hesabına malları (işləri və xidmətləri) satın alan təşkilatların nəzərinə!

posted in: Xəbər | 0

ixrac, kadr təyinatları, iqtisadiyyat Nazirliyi, Maliyyə dəstəyi,Dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinə uyğun olaraq satınalmaların təşkili məqsədilə satınalan təşkilat “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsinə əsasən satınalma planını təsdiq etməli, dövlət satınalmalarının vahid internet portalında həmin planı yerləşdirməli, satınalma predmetinin ehtimal olunan qiymətini hesablamalı, tender komissiyasını formalaşdırmalı, tenderin elanını və əsas şərtlər toplusunu hazırlamalı, tender komissiyası tərəfindən tenderin elanı və əsas şərtlər toplusu təsdiq edildikdən sonra həmin elanı rəsmi dövlət qəzetlərində və dövlət satınalmalarının Vahid İnternet Portalında (https://etender.gov.az) yerləşdirməlidir.

Satınalmaların təşkili və keçirilməsi məqsədilə satınalan təşkilatın formalaşdırdığı tender komissiyası tərəfindən malgöndərənlərdən (podratçılardan) daxil olan tender təklifləri “Dövlət satınalmaları haqqında” Qanunun 36-cı maddəsində nəzərdə tutulmuş qaydada qiymətləndirilməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 2 avqust tarixli qərarı ilə təsdiq edilmiş formaya uyğun olaraq tərtib olunan tender komissiyasının yekun protokolu sözügedən Qanunun 37.5-ci maddəsinə əsasən onun imzalanmasından sonrakı 3 bank günü ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim olunmalıdır.

Satınalan təşkilatlardan daxil olan yekun protokolların təhlili zamanı aşkar olunan pozuntu və nöqsanların nəticəsi olaraq yekun protokolların yenidən tərtib olunmasına və ya ümumiyyətlə satınalmaların nəticələrinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ləğv edilməsinə zərurət yaranır.

Göstərilənləri nəzərə alaraq dövlət satınalmalarının qanunvericiliyin tələblərinə uyğun təşkili və keçirilməsi, habelə keçirilmiş satınalmaların nəticələrinə dair yekun protokolların tərtibi prosesində

  • Müvafiq satınalma predmeti üzrə satınalma planının dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az) vaxtında yerləşdirilməsinə;
  • Tender komissiyasının qanunvericilikdə müəyyən edilmiş vaxtda formalaşdırılmasına;
  • Tender komissiyası tərəfindən tender elanının və tenderin əsas şərtlər toplusunun təsdiq edilməsinə;
  • Tender elanının və tenderin əsas şərtlər toplusunun qanunvericiliyə uyğun tərtib olunmasına, o cümlədən bu sənədlərin “Dövlət satınalmaları haqqında” Qanunun 14-cü maddəsinin tələblərinə uyğun hazırlanmasına;
  • Tender elanında və yekun protokollarda qeyd edilən satınalma predmetinin düzgün göstərilməsinə;
  • Tender barədə elanların rəsmi dövlət qəzetlərində və dövlət satınalmalarının vahid internet portalında qanunvericiliklə müəyyən edilmiş müddətlərdə və sayda dərc edilməsinə;
  • Tenderdə iştirak haqqının müəyyənləşdirilməsi zamanı qanunvericilikdə müəyyən edilmiş hədlərə riayət edilməsinə, iştirak haqqının ümumi məbləğinin tenderin əsas şərtlər toplusunu almış malgöndərənlərin (podratçıların) sayına uyğun olmasına;
  • Satınalma prosedurlarında iştirak edən malgöndərənlərin (podratçıların) adlarının, hüquqi ünvanlarının və bank rekvizitlərinin yekun protokollarda düzgün qeyd edilməsinə;
  • Satınalma prosedurlarında iştirak edən malgöndərənlərin (podratçıların) eyni ünvanda qeydiyyatda, habelə təsisçilərinin və qanuni təmsilçilərinin eyni şəxs olub-olmaması məsələlərinə;
  • Malgöndərənlər (podratçılar) tərəfindən tenderdə iştirak etmək üçün tələb olunan müraciət və sənədlərin qanunvericiliklə müəyyən edilmiş müddətlərdə satınalan təşkilata təqdim edilməsinə;
  • Malgöndərənlərin (podratçıların) kateqoriyasının (mikro, kiçik, orta və ya iri) yekun protokolda düzgün qeyd edilməsinə;
  • Yerli mallar (işlər və xidmətlər) təklif edən malgöndərənlərin (podratçıların) xeyrinə güzəştin tətbiqi məsələlərinə;
  • Malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinə dair satınalan təşkilat tərəfindən irəli sürülən tələblərin və malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin “Dövlət satınalmaları haqqında” Qanunun 6.2-ci maddəsinin tələblərinə uyğun olmasına;
  • Tender elan edildikdən sonra tenderin elanında və tenderin əsas şərtlər toplusunda əsassız dəyişikliklərin aparılmasına yol verilməməsinə;
  • Tender təkliflərinin açılışında elan olunan məlumatların tender komissiyasının yekun protokolunda düzgün əks olunmasına;
  • Tender təklifinin və tender təklifinin təminatının məbləğinin düzgün hesablanmasına, qüvvədə olma müddətlərinin mövcudluğuna və qanunvericiliyin tələblərinə uyğun olmasına;
  • Tender təklifinin, müqavilənin yerinə yetirilməsi (tələb olunduğu hallarda) və avans ödənişinə (avansın ödənilməsi nəzərdə tutulduqda) dair təminatların məbləğinin qanunvericiliyin tələblərinə uyğun yekun protokollarda qeyd edilməsinə;
  • Tələblərə cavab verməyən malgöndərənlərin (podratçıların) kənarlaşdırılması məsələlərinə;
  • Qanunvericilikdə nəzərdə tutulmuş hallarda tender komissiyasının qərarlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunub-olunmaması məsələlərinə;
  • Tender təkliflərində hesablama səhvləri aşkar edildikdə bu barədə məlumatın yekun protokolda qeyd edilməsinə;
  • Tender təkliflərinin qiymətləndirilməsi meyarlarının tender elanında göstərilən meyarlara uyğun olmasına və qanunvericiliyə uyğun tətbiq edilməsinə;
  • Tender proseduru ilə bağlı satınalan təşkilata daxil olan şikayətlər barədə məlumatın yekun protokollarda əks olunmasına;
  • Tender komissiyasının yekun protokolunun tender komissiyasının bütün üzvləri tərəfindən imzalanmasına xüsusi diqqət yetirilməsi tövsiyə olunur.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sosial müavinət və təqaüd kartlarının istifadə müddəti uzadıldı

posted in: Xəbər | 0

Sosial müavinət və təqaüd kartlarının istifadə müddəti uzadıldı

“Sosial təminat növləri üzrə ödəniş kartlarının müddəti hələ davam edir”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili deyib.

Yəni mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq sosial müavinət və təqaüd kartlarının müddəti bu il 30 sentyabr, əmək pensiyası kartlarının müddəti 30 noyabr, ünvanlı dövlət sosial yardımı kartlarının müddəti isə 31 oktyabr tarixinə qədər uzadılıb. Ondan sonrakı cari vəziyyətə uyğun olaraq hər hansı bir dəyişiklik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”, o bildirib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun