Read More9
Read More9

Hüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?

posted in: Xəbər | 0

Hüquqi şəxsin fəaliyyəti 10 ildir dayandırılıb. Təsisçisi Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin debitor və kreditor borcları, o cümlədən vergilər və digər məcburi ödənişlər üzrə heç bir borcu yoxdur. Qeyd olunan hüquqi şəxsin dövlət qeydiyyatından çıxarılması və VÖEN-nin ləğv edilməsi prosesi necə həyata keçirilməlidir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki , Mülki Məcəllənin 59-cu maddəsinə əsasən, hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.

Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər:

1. Onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq;

2. Hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda;

3. Lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə Mülki Məcəllədə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş başqa hallarda məhkəmənin qərarı ilə;

4. Məhkəmənin yekun qərarı ilə hüquqi şəxsə ləğvetmə növündə cinayət-hüquqi tədbir tətbiq edildikdə.

Hüquqi şəxs müflisolma nəticəsində də ləğv edilir. Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o, yalnız müflisolma nəticəsində ləğv edilə bilər.

Ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlanmasına səbəb olur.

Hüquqi şəxsin ləğv edilməsi proseduru, o cümlədən təqdim olunmalı sənədlərin siyahısı və sənədlərin təqdim edildiyi vergi orqanı barədə ətraflı məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://www.taxes.gov.az/az/page/huquqi-sexsin-legv-edilmesi-proseduru-haqqinda

Mənbə: vergiler.az

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi üzrə müavinət necə hesablanır?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi üzrə müavinət necə hesablanır?

posted in: Xəbər | 0

Artıq əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin hesablanması qaydası dəyişib. Yeniliklər barədə ötən məqalədə ətraflı məlumat verilib: (https://vergiler.az/news/article/39320.html)

Nazirlər Kabinetinin 30 yanvar 2026-cı il tarixli 31 saylı qərarı ilə 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarda mühüm dəyişikliklər edilib. Yeni qərarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin hesablanma qaydası da əksini tapıb.

Həmin qaydaları iqtisadçı ekspert Anar Bayramov izah edir.

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 2.8-ci bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği aşağıdakı düsturla hesablanır:

MM = TGS x OQM

burada:

MM – əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği;

TGS – əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdəki təqvim günlərinin sayı;

OQM – bir təqvim gününə düşən orta qazancın məbləği.

Bir tәqvim gününә düşәn orta qazancın hesablanması:

OQM = ÜQM / BTG

burada:

ÜQM – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl

4 rüb ərzində sığortaolunanın ümumi qazancının məbləği;

BTG – həmin 4 rüb üzrə bölən təqvim günlərinin sayı.

Bölən təqvim günlərinin sayında azalma ola bilər. Bu halda aşağıdakı düstur tətbiq edilir:

BTG = ÜTG − ÇTG

burada:

ÜTG – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb üzrə cəmi təqvim günlərinin sayı;

ÇTG – Qaydanın 2.13-cü bəndində göstərilən və hesablamadan çıxılan günlərin sayı.

Misal 1: İşçi aprel ayında əmək qabiliyyətini 20 təqvim günü müddətinə itirib. 6 aydan çox sosial sığorta stajı olan işçi 2025-ci ilin dekabr ayında da 10 təqvim günü müddətinə əmək qabiliyyətini itirib. İşçi üzrə əvvəlki ardıcıl 4 rübə görə hesablanmış məcburi dövlət sosial sığorta haqqı 20.000 manat, faktiki ödənilmiş məbləğ isə 12.000 manat olub. Müavinətin məbləğini düstur üzrə hesablayaq.

1. Düstura uyğun məlumatların qruplaşdırılması

10 gün – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində çıxılan günlərin sayı (ÇTG);

365 gün – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində cəmi təqvim günlərinin sayı (ÜTG);

355 gün (365 gün – 10 gün) – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində bölən təqvim günlərinin sayı (BTG);

48.000 manat (12 000 manat x 4 misli) – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində sığortaolunanın ümumi qazancının məbləği (ÜQM);

Qeyd edәk ki, әvvәlki ardıcıl 4 rübә görә hesablanmış mәcburi dövlәt sosial sığorta haqqı (20.000 manat) yox, ödәnilәn mәcburi dövlәt sosial sığorta haqqının (12.000 manat) 4 misli әsas götürülür.

139,13 manat – bir təqvim gününə düşən orta qazancın məbləği (OQM)

48.000 : 355 = 139,13 manat;

20 gün – əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdəki təqvim günlərinin sayı (TGS).

Beləliklə, yekun hesablama aşağıdakı kimi olacaq:

MM = TGS x OQM = 20 x 139,13 = 2782,60 manat.

Әmək qabiliyyətinin müvəqqəti itirilməsinin müddəti 14 gündən çox olduğu üçün ödənişlərin bölgüsünü də təqdim edirik:

Həmin məbləğin 14 təqvim gününə hesablanan hissəsi – 1.947,82 manat;

14 x 139,13 = 1.947,82 manat.

Bu məbləğ işəgötürən tərəfindən ödənilir.

14 gündən artıq olan 6 gün üzrə hesablanan məbləğ – 834,78 manat;

6 x 139,13 = 834,78 manat.

Bu məbləğ isə işçiyə DSMF tərəfindən ödənilir.

2. Əvvəlki və cari qaydaların müqayisəsi

Nazirlər Kabinetinin 189 saylı qərarı ilə tənzimlənən yeni qayda ilə əvvəl qüvvədə olan əsasnamə üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanma düsturunu müqayisə edək:

Әvvəlki qayda

Yeni qayda

1

Son 12 ay әsas götürülürdü

Әmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb əsas götürülür

2

İşçinin faktiki gәlirlәri әsas götürülürdü

Sığortaolunan üçün ödənilmiş (həmin dövr üçün hesablanmış) məcburi dövlət sosial sığorta haqqının 4 misli əsas götürülür

3

Qazanc dövründә iş günlәri bölәn kimi istifadә edilirdi

Әmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb üzrə bölən təqvim günlərinin sayı əsas götürülür

4

Əmәk qabiliyyәtinin itirildiyi dövrdә iş günlәrinin sayı nәzәrә alınırdı

Әmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdəki təqvim günlərinin sayı nəzərə alınır

Beləliklə, Nazirlər Kabinetinin 189 saylı qərarı ilə tənzimlənən yeni qayda üzrə aşağıdakı əsas dəyişikliklər baş verib:

Birincisi, müavinətin hesablanması üçün baza dövrü 12 aydan 4 rüb sisteminə keçirilib.

İkincisi, işçinin faktiki gəlirlərinə əsaslanan mexanizmdən məcburi dövlət sosial sığorta haqqı əsaslı hesablama mexanizminə keçid təmin edilib.

Üçüncüsü isə “iş günü” anlayışı “təqvim günü” anlayışı ilə əvəz edilib.

Bir məsələni xüsusi qeyd edək ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin iş günləri ilə deyil, təqvim günləri ilə hesablanması bəzi hallarda işəgötürənlər üçün maliyyə yükünün artmasına səbəb ola bilər. Qaydaların tələbinə əsasən, müavinət əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdəki təqvim günlərinin sayı üzrə hesablanır. Bu isə əvvəlki mexanizmdən fərqli yanaşmadır.

Misal 2: Beşgünlük iş rejimində çalışan işçi şənbə günü 3 gün müddətinə xəstələndiyi üçün xəstəlik vərəqəsi açılıb (şənbə, bazar və bazar ertəsi). Öncəki Qaydaya əsasən, işəgötürən yalnız bazar ertəsinə təsadüf edən iş gününə görə ödəniş həyata keçirirdi. Lakin Qaydaların yeni tələblərinə əsasən, müavinət təqvim günləri üzrə hesablandığı üçün işəgötürən bazar ertəsi ilə yanaşı, şənbə və bazar günləri üçün də müavinət ödəməlidir.

Misal 3: İşçi Novruz bayramı dövründə xəstələnib və xəstəlik vərəqəsi açılıb. Әmək məzuniyyəti zamanı bayram günləri üzrə istisna nəzərdə tutulsa da (Әmək Məcəlləsinin müvafiq maddələrinə əsasən bayram günləri məzuniyyət müddətinə daxil edilmir), əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında belə istisna nəzərdə tutulmayıb. Bu səbəbdən, işəgötürən bayram günlərinə görə də müavinət ödəməlidir.

Misal 4: İşçi növbəli iş rejimi üzrə iş vaxtının cəmlənmiş uçotu qaydasında çalışır. Aylıq maaş alan işçi bir ay işləyir, növbəti ay isə istirahət edir (aylıq əməkhaqqı alan işçi kimi). Əgər işçi istirahət etdiyi ayda xəstəlik vərəqəsi təqdim edərsə, işəgötürən aylıq əməkhaqqını, eyni zamanda istirahət dövrünə təsadüf edən xəstəlik vərəqəsinə görə müavinəti ödəməli olacaq. Bu isə praktik olaraq iki istiqamətli ödəniş yükü yarada bilər.

Doğrudur, bir günlük qazanc hesablanarkən də iş günləri deyil, təqvim günləri əsas götürüldüyü üçün orta günlük məbləğ əvvəlki sistemlə müqayisədə daha aşağı ola bilər. Lakin bəzi konkret hallarda (istirahət günləri, bayram günləri, növbəli iş rejimi və s.) təqvim günləri üzrə müavinətin hesablanması işəgötürənin ümumi əmək xərclərinin artmasına səbəb ola bilər. Bəzi hallarda isə əksinə, orta günlük qazancın azalması nəticəsində ümumi ödəniş məbləği əvvəlki sistemlə müqayisədə az da ola bilər.

Mənbə: vergiler.az

Sosial müavinət nədir?

Sosial müavinət nədir?

posted in: Xəbər | 0

Sosial müavinətlər dövlətdən birdəfəlik və ya ehtiyac olduğu müddətdə vaxtaşırı ödənilən pullardır. Məsələn, işiniz yoxdursa, ödəniş alırsınız, iş tapsanız, ödəniş başa çatır. Müavinət təkcə işsizlərə deyil, həm də səhhətində problem olanlara, ailəsində yeni övlad dünyaya gələnlərə ödənilə bilər.

Sosial müavinət nədir?

Vətəndaşların sosial təminat hüququ AR Konstitusiyasının 38-ci maddəsində təsbit olunub. Hər bir vətəndaşın qanunla müəyyən edilmiş qaydada, əmək pensiyası və müavinət formasında sosial təminat hüququ var. Bu hüquq sosial təminat, habelə əmək qanunvericiliyi çərçivəsində təmin olunur.

Əmək pensiyası – qanunvericilikdə nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

Əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” AR  qanunu ilə müəyyən edilir.

Sosial müavinətlər – qanunvericlikdə nəzərdə tutulmuş şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.

Sosial sığorta sahəsində münasibətlərin tənzimlənməsi, sosial sığortanın hüquqi, iqtisadi və təşkilati əsasları “Sosial sığorta haqqında” AR qanunu ilə müəyyən edilir.

İşçilərə sosial müavinətlər (müalicə, istirahət, məzuniyyət, məşğulluq üçün) kimi ayrılan vəsait stimullaşdırıcı və ya kompensasiya xarakteri daşımır, işçilərin ixtisasından, işin mürəkkəbliyindən, keyfiyyətindən, kəmiyyətindən, işin özünün yerinə yetirilməsi şərtlərindən asılı deyil. Sosial ödənişlər hüquqi normativ aktlar, kollektiv müqavilə, əmək müqaviləsi və digər yerli normativ aktla nəzərdə tutulur.

Müavinətlərin əksər hissəsi dövlətin təsis etdiyi sosial sığorta fondları tərəfindən, bir qismi isə işçinin iş yerində ödənilir. Ödəniş dövlətin məsul etdiyi qurumlar, o cümlədən işçinin əmək müqaviləsi bağlayaraq işlədiyi müəssisə və təşkilatlar tərəfindən, aylıq yaxud birdəfəlik qaydada həyata keçirilir.

Sosial müavinətlərdən kimlər faydalana bilər?

Qanunvericilikdə müəyyən edilmiş sosial sığorta hadisəsi (“Sosial sığorta haqqında” AR qanunu, maddə 4) baş verdiyi halların əhatə etdiyi şəxslər əmək pensiyası yaxud sosial müavinət almaq hüququndan yararlana bilər. Bu hüququn şamil edildiyi şəxslər aşağıdakılardır:

  • pensiya yaşına çatanlar;
  • səlahiyyətli orqan tərəfindən əlilliyi müəyyən edilmiş şəxslər;
  • ailə başçısını itirmiş ailənin üzvü (üzvləri);
  • qanunvericiliklə müəyyən olunmuş dövrdə əmək qabiliyyətini müvəqqəti itirənlər;
  • hamiləlik və doğum üçün qadınlar;
  • uşağın anadan olması və uşağa qulluq üçün ailə üzvü;
  • vəfat etmiş şəxsin dəfnini həyata keçirən şəxs;
  • sanatoriya-kurort müalicəsinə ehtiyacı olanlar;
  • qanunvericiliklə müəyyən olunmuş dövrdə işsiz olanlar.

Ayrı-ayrı kateqoriyalar üzrə sosial ödənişlərin növləri, təyin olunması qaydası DOST agentliyinə məxsus elektron resursun əmək pensiyası və sosial müavinətlər səhifəsində verilib. Ödənişlər aylıq yaxud birdəfəlik həyata keçirilir.

Aylıq müavinətlər

Dövlət qulluqçularına, yaşa görə, ailə başçısını itirilmiş şəxslərə, əlilliyə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına, bəzi kateqoriya şəxslərin kommunal, nəqliyyat və digər xidmətlərə görə xərclərini qarşılamaq məqsədi ilə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə), 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə, 5-dən çox uşağı olan qadınlara və övladlığa götürülən uşağa görə sosial təminat məqsədi ilə dövlət tərəfindən pul formasında aylıq müavinətlə ödənir.

Birdəfəlik müavinətlər

Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə müalicə məqsədi ilə hər il, uşağın anadan olmasına görə, dəfn üçün, tibbi və sosial yardıma ehtiyacı olan cəza çəkməkdən azad edilmiş şəxslərə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara ilk dəfə işə düzələn zaman, habelə işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün birdəfəlik sosial müavinət verilir.

Yuxarıda qeyd edilən aylıq və  birdəfəlik müavinətlər dövlət büdcəsi və məcburi dövlət sosial sığortası hesabına həyata keçirilir.

Müəssisələrin iştirakı tələb olunan hallar

Qanunla müəyyən edilmiş hallarda vətəndaşlara müavinətlərin təyin edilməsi əmək münasibətində olduğu müəssisələrin iştirakı ilə həyata keçirilir. Bu halda sosial ödənişlər müəssisənin iştirakı ilə yaxud iştirakı olmadan səlahiyyətli orqanlar tərəfindən aparılır. Qanunvericilikdə ödənişində müəssisələrin iştirakı tələb olunan sosial müavinətlər əsasən birdəfəlik xarakter daşıyır və aşağıdakı növləri vardır:

  • əmək qabiliyyətinin itirilməsinə görə müavinət;
  • işdənçıxarma müavinəti;
  • hamiləlik və doğuma görə müavinət;
  • dəfn üçün müavinət.

İşçilərin əmək pensiyası üzrə hesablamalar sosial müdafiə fondu tərəfindən həyata keçirilir.

Uşağın anadan olmasına görə birdəfəlik müavinət  proaktiv qaydada – şəxsin müraciəti olmadan hüququ yaranan an avtomatlaşdırılmış qaydada təyin olunur.

Yuxarıda qeyd edilən sosial ödənişlərin təyinatı, hesablanması və ödənilməsi haqqında buradan ətraflı məlumat almaq olar. “Uşağa qulluğa görə müavinət” aylıq ödənilən sosial müavinətlərə nümunədir.

Müəssisədə sosial ödənişlərin təyinatı müdiriyyətin müavinət təyin edən komissiyasının qərarı ilə təyin edilir. “Müavinət təyin edən komissiya necə yaradılır” adlı məqalədə komissiyanın təşkili, hüquq və vəzifələri haqqında ətraflı məlumat verilib.

Məcburi sosial sığorta nədir?

Məcburi sosial sığorta nədir?

posted in: Xəbər | 0

Sosial sığorta nədir?

Sosial sığorta sosial müavinət, sosial yardım sosial dəstək mərkəzləri ilə birgə dövlətin sosial müdafiə sisteminin əsasını təşkil edir ki, bu da öz növbəsində:

  • bioloji, sənaye, iqtisadi və s. səbəblərdən yaranan sosial risklərin qarşısını alır və minimuma endirir;
  • əhalinin maddi və sosial rifahının məqbul səviyyəsini təmin etmək məqsədi daşıyır;
  • ictimai sərvət kimi tanınır və müxtəlif səviyyəli büdcələr və sosial ayırmalar hesabına maliyyələşdirilir.

Azərbaycan Respublikasında məcburi sosial sığorta XX əsrin 90-cı illərinin əvvəlində, dövlət büdcədənkənar fondlarının maliyyələşdirilməsi sisteminin yaradılması ilə eyni vaxtda meydana çıxıb.

Hazırda respublikamızda bu sahədə münasibətlər “Sosial sığorta haqqında” AR qanunu ilə tənzimlənir. Qanun sosial sığortanın iki formasını tanıyır:

  • məcburi dövlət sığortası;
  • könüllü (əlavə) sığorta.

Məcburi dövlət sosial sığortası əmək müqaviləsi (kontraktı) üzrə işləyənləri əhatə edir. Yuxarıda qeyd edilən qanunda digər şəxslərin də məcburi dövlət sosial sığortasına cəlb olunma şərtləri əks olunub.

Sosial sığorta fondu

Dövlət məcburi sosial sığorta ilə könüllü sosial sığorta bir-birindən aşağıdakılarla fərqlənir:

  • onun maliyyə təminatı büdcədənkənar fondlara toplanmış sığorta haqları hesabına həyata keçirilir;
  • sığorta haqlarının həcmi ilə göstərilən sosial xidmətlərin həcmi arasında əlaqə mövcuddur (məsələn, pensiya təminat halları);
  • özündə eyni zamanda səmərəlilik, risklərin birləşdirilməsi və kollektiv həmrəylik prinsiplərini birləşdirir.

Sosial sığorta haqları fəaliyyəti qanunvericiliklə tənzimlənən fondlarda toplanır.

Dövlət Sosial Sığorta Fondu Azərbaycan Respublikasının büdcədənkənar fondları sistemində ən mühümdür. Fond sosial sığorta hadisəsi baş verdikdə sığortaolunanların müəyyən xərclərinin dövlət tərəfindən qarşılanması üçün yaradılıb. Belə sığorta hadisələrinin siyahısı yuxarıda qeyd edilən Qanunun 4-cü maddəsində təsbit olunub. Pensiya yaşına çatmaq, əlillik, xəstəlik, hamiləlik və doğum uşağın anadan olması, uşağa qulluq, ölüm belə hadisələrdəndir.

Məcburi dövlət sosial sığorta haqqı

Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən olunur, bir hissəsi sığortaedənin, digər hissəsi isə sığortaolunanın vəsaitindən ödənir.

Muzdlu işdən əldə edilən gəlirlərdən məcburi dövlət sosial sığorta haqqı:

  • sığortaedənin ödədiyi hissə – əməyin ödənişi fonduna və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərə – 22%:
  • sığortaolunan tərəfindən ödənilən hissə – işçinin əməkhaqqısına və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinə 3 faiz tətbiq olunmaqla hesablanır.

Bu zaman nəzərə almaq lazımdır ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda muzdlu işdən 01.01.2019-cu il tarixdən aşağıdakı dərəcələr tətbiq edilir:

Sığorta haqqına cəlb edilən aylıq gəlir Sosial sığorta haqqı dərəcəsi
Cəmi İşçinin gəlirindən tutulan İşəgötürənin vəsaiti hesabına ödənilən
200 manatadək 25 faiz 3 faiz 22 faiz
200 manatdan 200 manatdan 8000 manatadək 25 faiz 6 manat + 200 manatdan 8000 manatadək olan hissənin 10 faizi 44 manat + 200 manatdan 8000 manatadək olan hissənin 15 faizi
8000 manatdan çox olduqda 21 faiz 786 manat + 8000 manatdan çox olan hissənin 10 faizi 1214 manat + 8000 manatdan çox olan hissənin 11 faizi

Muzdlu işə aid olmayan gəlirlərdən məcburi dövlət sosial sığorta haqqı “Sosial sığorta haqqında” Qanunun 14.5 maddəsi ilə müəyyən olunub.

Sosial sığorta haqları hesabına ödəmələr

Sığorta hadisəsi baş verdikdə xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslərə (sığortaolunana) qanunvericilikdə müəyyən edilmiş pul ödənişləri verilir. Belə ödənişlərə pensiya, pensiyaya əlavələr, sosial müavinətlər və digərləri aiddir. Ödəniş dövlətin məsul etdiyi qurumlar, o cümlədən işçinin əmək müqaviləsi bağlayaraq işlədiyi müəssisə və təşkilatlar tərəfindən, aylıq yaxud birdəfəlik qaydada həyata keçirilir.

Sosial müavinətlər formasında ödənilən vəsait onu alan şəxsin:

  • ixtisasından;
  • görülən işin mürəkkəbliyindən;
  • keyfiyyət və kəmiyyət göstəricilərindən;
  • işin görülmə şərtlərindən asılı deyil.

Sığortaolunanların hüquqları sosial təminat və habelə əmək qanunvericiliyi çərçivəsində təmin edilir.

Müavinətlərin təyini, hesablanması və verilməsi AR Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi Əsasnamə əsasında aparılır.

Məzuniyyət vaxtı orta əməkhaqqını ödəmək üçün vəsaitin mənbələri

1 9 10 11 12 13 14 15 2. 699
error: Content is protected !!