Sahibkarlıq subyektlərində zəruri qayda və tələblərə əməl edilməsinin monitorinqi davam etdirilir

posted in: Xəbər | 0

Xüsusi karantin rejiminin zəruri qayda və tələblərinə əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 7-8 avqust tarixlərində keçirilmiş monitorinqlər zamanı Nəsimi rayonunda “Oba Market”də, “Usuplu”, “Ellips-Z” MMC-lərə məxsus ticarət obyektlərində, Zemfira Əliyevaya məxsus şirniyyat mağazasında, Mərifət Alıyevə məxsus tikinti malları, “İnteqral” QSC-yə məxsus telefon mağazalarında, Nərimanov rayonunda “Nur Market”də, “Arzu Market”də, “Çanakkale Seramik” santexnika satışı mağazasında, “Bamboo Tekstil”də, İlkin Novruzova məxsus “Balıq satışı” mağazasında, Arzu Kərimliyə məxsus gözəllik salonunda, Səbail rayonunda “La Room Butik”, “Hit Woman” mağazalarında, “Totu Market”də, “Fatimə Market”də, “Miks Mağazası”nda, Azər Əlizadəyə və Elidə Ağasiyevaya məxsus gözəllik salonlarında,

Nizami rayonunda Yousef Manzoriostada məxsus ayaqqabı mağazasında, Bəxtiyar Əliyevə, Şakir Qurbanova, Vidadi Hüseynova məxsus ticarət obyektlərində, Ceyhun Həşimliyə və Rasim Məmmədova məxsus xırdavat mağazalarında, “Zeytun Pharmaceuticals” MMC-yə məxsus aptekdə, Binəqədi rayonunda “Sulumart” mağazasında, “Shield Aluminium” MMC-yə məxsus plastik materialların satışı mağazasında, Çəmən İsgəndərovaya məxsus emalatxanada, Təliyə Əsədovaya, İsa Mehdiyevə, Saqif Yaqubova məxsus mağazalarda, Xəzər rayonunda “Al Market”də, “Fidan Market”də, Asim Atakişiyevə, Mayil Mustafayevə, Sədaqət Əliyevaya məxsus ərzaq mağazalarında, Ceyhun Məhərrəmova, Nəcib Məlikova məxsus ticarət obyektlərində,

Yasamal rayonunda “AMA Market”də, “Lala Şirniyyat Mağazası”nda, Sarvan Bağırova, İradə Məmmədovaya, Şahin İsmayılova məxsus mağazalarda, “VİTA Aptekləri” MMC-yə və “Buta Farm” MMC-yə məxsus apteklərdə, Xətai rayonunda “24 Saat Market Mağazası”nda, Zaur Vəzirova, Vüqar Həsənova, Hafiz Əlizadəyə, Vüsal İsmayılova, Rəşad Mirzəbəyova, Eliza Arzumanovaya, Kənan Lazımlıya, Elçin Səfərliyə, Şəhriyar Cabarlıya, Ramin Əsədova, Sadir Maksimova məxsus pərakəndə ticarət obyektlərində, Suraxanı rayonunda “Maşallah Market”də, “Araz Supermarket”də, Əntiqə Məmmədovaya, Elnur Musayevə məxsus pərakəndə ticarət obyektlərində, Hikmət Məmiyevə məxsus “Kimyəvi Təmizləmə” xidmət obyektində,

Qaradağ rayonunda Vahid Zeynalova, Müşkinaz Yusubovaya, Günel Səfərovaya, Saleh İsmayılova, Elçin Məhərrəmova məxsus mağazalarda, Sabunçu rayonunda “Dəniz Market”də, Elçin Axundova məxsus “1001 Xırdavat”da, ümumilikdə, monitorinq aparılmış 1296 obyektin 132-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Monitorinqlərdə müvafiq qayda və tələblərə əməl edilməsinin zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb, sahibkarlar tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.

7-8 avqust tarixlərində nəzarət-yoxlama tədbirləri keçirilmiş 1296 obyektin 132-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Qeyd edək ki, mayın 22-dən avqustun 10-dək monitorinq aparılmış 23004 sahibkarlıq subyektindən 7950-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Exceldə formul xətaları (formula errors) – #DIV/0! #REF! #NUM!

posted in: Excel, Xəbər | 0

Exceldə formul xətaları (formula errors) – #DIV/0! #REF! #NUM!

Exceldə formul yazarkən bəzi hallarda qarşımıza xəta mesajları çıxır. Hər birinin nə mənaya gəldiyini bilsək, problemi daha tez aradan qaldıra bilərik. Gəlin, qarşımıza çıxan xəta mesajlarını bir-bir ələ alaq.

Exceldə formul xətaları

#N/A

Bu xəta daha çox lookup funksiyaları istifadə edilərkən qarşımıza çıxır.  Lookup funksiyaları hər hansı bir məlumat bazasından müəyyən kriteriyaya uyğun gələn hər hansı bir məlumatın gətirilməsi zamanı istifadə olunur.


#DIV/0!

Xəta mesajları arasında nə olduğu ən asan anlaşılan xətadır. Hər hansı bir ədədi sıfıra böldüyünüz zaman qarşınızda bu xətanı görəcəksiniz.

#NAME!

Hər hansı bir formulun adı düzgün daxil edilmədiyi zaman qarşımıza NAME xətası çıxacaq. Məsələn, AVERAGE  funksiyasını səhvliklə AVERAEG olaraq daxil etsəniz, qarşınızda bu xəta mesajını görəcəksiniz. Və ya hər hansı bir aralığın cəmini hesablamaq istədiyinizdə, məsələn, SUM(A5:A23) əvəzinə A5 və A23 arasına : işarəsini qoymağı unudub SUM(A5A23) yazsanız, yenə eyni xətayla üzləşəcəksiniz.

Exceldə formul xətaları

#REF!
Fərz edin ki, A3, B4 və A5 xanalarındakı 3 ədədi  cəmləmək istəyirsiniz. Bunun üçün yazacağınız formul  – SUM(A3;B4;A5) olacaqdır.

Enterə klikləyirsiniz. Lakin daha  sonra B sütununu bütünüylə silmək qərarına gəlirsiniz. Az öncə yazdığımız formuldakı B4 xanası da bu silmə əməliyyatı ilə birgə silinmiş olur və cəmləmə əməliyyatımız avtomatik  #REF! xətasını verəcəkdir.

#NUM!

Əgər xanadakı ədəd xanaya sığmayacaq uzunluqda isə, o zaman Excel bu cür xəta mesajı verəcək. Məsələn hər hansı bir xanaya 20-nin 300-cü dərəcəsini hesablamaq üçün = 20^300 yazıb Enter düyməsinə bassaq, NUM xətasını görəcəyik. Çünki nəticə o qədər uzundur ki, Excel xanasına yerləşmir.

#VALUE!

VALUE xətası siz rəqəmsal funksiyaya mətn xarakterli məlumat daxil etdiyinizdə çıxır. Məsələn “klm” və “mno” məlumatlarını cəmləmək istəsəniz, qarşınıza bu xəta çıxacaq.

#########

Hər hansı bir məlumat xanaya sığmadığı zaman xananın içində bu cür işarələr görəcəksiniz. Bunun üçün xananın genişliyini artırmaq lazımdır.

Başqa bir səbəb isə, mənfi ədəd olan xananın Date formatına çevrilməsidir. Ədədi müsbətə çevirdiyiniz zaman, xəta da ortadan qalxacaqdır.

Müəllif: Elçin Xəlilov


Bax: 


Təsis paylarını satarkən əldə olunan vəsaitdən vergi ödənilməlidirmi?

posted in: Vergi, Xəbər | 0

Təsis paylarını satarkən əldə olunan vəsaitdən vergi ödənilməlidirmi? 


maliyyə sanksiyasıSual: Hüquqi şəxs 2014-cü ildə təsis edilib. Təsis paylarını satarkən əldə olunan vəsaitdən vergi ödənilməlidirmi?

Cavab: Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi fiziki şəxslərin gəlir vergisindən azaddır. Əldə olunan gəlirin qalan hissəsi isə Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada vergiyə cəlb edilir.

Əsas: Vergi Məcəlləsi, 102.1.27-ci maddə.

Mənbə: vergiler.az


Bax:


Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları azalıb

posted in: Xəbər | 0

büdcə daxilolmaları, Araz Supermarket, inzibati protokol, Gömrük Komitəsi, Dövlət Gömrük KomitəsiBu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları mlrd 360,6 milyon manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% azdır.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 4,8% azalaraq 568,5 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 0,1% azalaraq 1 mlrd 691,4 milyon manat, aksizlər üzrə daxilolmalar 2,1 dəfə azalaraq 78,4 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 17,4% azalaraq 21,4 milyon manat olub.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun