Almaniyanın vergi sistemi, formalaşması və inkişafı (VI hissə)

posted in: Vergi, Xəbər | 0

Almaniya vergi sistemi, formalaşması və inkişafı (VI hissə)

V hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Almaniya vergi sistemi, Almaniya Federativ Respublikası bir dövlət kimi siyasi və iqtisadi quruluşun müxtəlif mərhələlərini keçmiş, dəfələrlə dünya müharibələrinin yaratdığı dağıntılardan qalxmış, iqtisadi cəhətdən güclü, sosial yönümlü dövlətə çevrilmişdir.

Məqsəd vasitələri doğruldur?

Hesab olunur ki, zəngin almanlar xaricdəki hesablarda 300 milyard avro vəsaitlər saxlayırlar. Bunlar isə ümumiyyətlə, vergilərin ödənilmədiyi “yan” gəlirlər də ola bilər və ya ola bilsin ki, vicdanla qazanılıb. Amma müəyyən faiz qismində dövlətlə bölüşdürülməlidir.

Güman edək ki, bu pulların yarısı İsveçrədə saxlanılır. Təsəvvür edək ki, İsveçrə, Vaşinqtonun təzyiqi ilə amerikalılara münasibətdə olduğu kimi, bank sirrini də açacaq və alman investorları barədə məlumat verəcəkdir. Güman edək ki, bu bir neçə min insan xəzinəyə lazım olan məbləği ödəyəcək. Yəqin ki, layiqli bir məbləğ – bir neçə yüz milyon avro olacaq. Lakin bu alman vergi ödəyicilərinin Almaniyada ödəməkdən yayındıqları məbləğin yanında kiçik bir rəqəm təşkil edər.

Sistemin paradoksları

Məsələn, Almaniya Federativ Respublikası sakinlərinin yarıdan çoxu, mənzilləri kirayələyirlər və əmlak sahibinə kirayə haqqı ödəyirlər. Mənzil sahibləri isə həmin gəlirlərindən vergi ödəməlidirlər. Lakin onlar bu vergini ödəmirlər, bunu evin saxlanılması xərclərinin həmin gəlirlərdən daha çox olması ilə əsaslandırırlar.

Alman vergi qanunvericiliyi dünyada ən qarma-qarışıq olanıdır. Həmin qanunvericilikdə o qədər qaydalar, istisnalar, istisnaların özündən də istisnalar və güzəştlər vardır ki, vergi məsləhətçisi olmadan ondan baş çıxarmaq mümkün deyil.

Sadə alman milyonçusu

Bəzi alman “biliciləri” qanunla münaqişəyə girmədən, o qədər arifmetik şəkildə yoxsullaşır ki, bəzən maliyyə müfəttişi onlardan heç bir məbləğ tuta bilmirlər və ya güman ediləndən çox aşağı bir məbləğ ala bilirlər.

Almaniyada maksimum vergi dərəcəsi 42 faizdir. Lakin, bu faizi tək-tük adamlar ödəyirlər. Alman iqtisadi tədiqatlar institutunun hesabladığına görə hətta Almaniyanın 450 ən zəngin adamı belə xəzinəyə orta hesabla öz gəlirlərinin yalnız 34 faizini ödəyirlər. Maliyyə müfəttişinin sadə bir alman milyonerinin ağır vergi bəyannaməsini yoxlamaq üçün cəmi üç saat yarım vaxtı var.

Almaniyanın dövlət xəzinəsinə qanuni və qanunsuz vergidən yayınma nəticəsində dəyən ziyani, mütəxəssislər hər il 200 milyard qiymətləndirilir. 200 milyard illik büdcənin üçdə ikisini və cari il üçün planlaşdırılan yeni borcun iki qatından daha çoxunu təşkil edir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avropa dolların dünya hökmranlığı üçün təhlükə yaradıb

posted in: Xəbər | 0

Amerikalı zənginlər, qazanc,Dünyanın əsas ehtiyat valyutası kimi dolların hökmranlığı Avropa ittifaqı (AI) liderlərinin Avropa iqtisadiyyatının xilası ilə bağlı razılığa gəlməsindən sonra təhlükə altına düşə bilər. Bloomberg yazır ki, “Credit Agricole” və “Mizuho International Plc.” analitikləri bu cür nəticələrə dair qərar veriblər.

Dünya valyuta ehtiyatlarının 60 faizindən çoxu dolların payına (valyuta ehtiyatlarında avronun payı isə 20 faiz təşkil edir) düşür. O, beynəlxalq tranzaksiyalarda digər valyutalardan daha çox istifadə olunur.

Lakin, Aİ tərəfindən təsdiqlənmiş stimullar paketi vahid Avropa valyutasının cəlbediciliyini artırır. Ekspertlər hesab edirlər ki, qlobal iqtisadiyyat pandemiyadan bərpa olunmağa başlayınca, avro getdikcə daha da möhkəmlənəcək. Bundan başqa, Avropa İttifaqının birgə borc öhdəlikləri ABŞ-ın xəzinədarlıq istiqrazlarına alternativ ola bilər. Analitiklər hesab edirlər ki, əgər bu, baş verərsə, dolların ehtiyatlardakı payı 1990-cı illərdəki minimuma qayıda bilər.

A.G. Bisset Associate şirkətinin baş direktoru Ulf  Lindal proqnozlaşdırır ki, bu göstərici üzrə avro növbəti 16 ay ərzində dollara nisbətdə 30 faizdən çox qalxa bilər. Ancaq belə bir perspektiv üçün başlıca maneə, bütün valyuta əməliyyatlarının 85 faizinin dolların iştirakı ilə baş verməsidir.

Bundan əvvəl beynəlxalq valyuta fondunun (BVF) ekspertləri bildirmişdilər ki, dünya ticarətində və maliyyəsində dolların hökmranlığı təhlükə törədir. Bu, koronavirus pandemiyasının iqtisadi nəticələrini daha da ağırlaşdıra bilər.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Mühasib – Hakanfoods Azerbaijan Trading

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

mühasib köməkçisi, vakansiya,Vakansiya: Mühasib tələb olunur.

İşəgötürən: Hakanfoods Azerbaijan Trading

Vakansiya barədə məlumat:

– Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;

– Elektron portal proqramı ilə işləmək bacarığının olması;

– Vergi orqanları ilə yazışmalar;

– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi;

– E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı;

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;

– Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;

– Bank əməliyyatlarının aparılması;

– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;

– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;

– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək;

– Həftədə 6 iş günü (09:00-dan 19:00-dək);

– Həftədə 1 gün İstirahət (bazar günü).

Mühasib üçün tələblər:

– Cins: Qadın;

– 1C 8 versiyasını və MS Office proqramlarını bilməli;

– Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;

– Analitik təhlil bacarığı;

– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

Maraqlananlar / e-poçt ünvanına Mühasib qeyd edərək CV göndərə bilərlər.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əlavə iş yerində gəlir vergisi necə hesablanır?

posted in: Vergi, Xəbər | 0

Sual: Fiziki şəxsin əlavə iş yeri olduqda, əlavə iş yerindən ona ödənilən əmək haqqından gəlir vergisi hansı formada tutulur?

Cavab: Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

Sorğunuzda qeyd olunan şəxsin ikinci iş yeri dövlət sektoru olarsa, 2500 manatadək 14 faiz, 2500 manatdan artıq olan hissədən 25 faiz dərəcə ilə vergi hesablanır.  İkinci iş yeri müvafiq meyarlara əsasən neft-qaz olmayan və qeyri-dövlət sektoru hesab olunduğu halda 101.1-1–ci maddəyə əsasən, 8000 manata qədər 0 faiz dərəcə ilə, 8000 manatdan artıq məbləğdən 14 faiz dərəcə ilə vergi hesablanır.

Vergi güzəştlərinin əsas iş yerində tətbiq olunduğunu nəzərə alaraq, ikinci iş yerində əldə olunan gəlirdən vergi hər hansı güzəşt tətbiq edilmədən hesablanır.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci, 101.1-2-ci, 102.8-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

Mənbə: taxes.gov.az


Bax: