Read More9
Read More9

Vakansiya: Mühasib – Green City Hotel

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

mühasib keçmişdə, güzəştlər, baş mühasib, vakansiyaVakansiya: Mühasib tələb olunur

İşəgötürən: Green City Hotel

Vakansiya barədə məlumat:

Mal-material ehtiyatlarının hərəkətinin, avadanlıqların və əsas vəsaitlərin idarə olunması və saxlanmasının bütün mərhələlərində anbar fəaliyyətinin ən yüksək standartlara uyğun şəkildə təşkil olunmasının təmin edilməsi;

  • Mal-material ehtiyatlarının və əsas vəsaitlərin hərəkətinin qanunvericilik və mühasibat standartlarına uyğun uçotun təmin edilməsi;
  • Anbarlar üzrə mal-material ehtiyatlarının mədaxil və məxaric, yerdəyişmə və qaytarılma sənədlərinin (təhvil-təslim aktı, yerdəyişmə, silinmə aktı və s.) müntəzəm olaraq alınmasına və düzgün tərtib olunmasına, proqram təminatına vaxtında işlənməsinə nəzarət edilməsi;
  • Alınmış ilkin sənədlər və hesabatlar əsasında aylıq mal-materiallar ehtiyatlarının silinməsinin yoxlanılması;
Mühasib üçün tələblər:

Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)

  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi
  • Kompüter bilikləri: MS Office/Excel, mühasibat proqramları bilikleri üstanlükdür.
  • Nəzarət etmək və yerində təlimat vermək bacarığı
  • Azərbaycan dili mütləq, digər dil bilikləri üstünükdür.

CV-ni / ünvanına göndərin.

Mənbə: finstaff.az


Kapital Bank 2020-ci ilin ikinci rübünün nəticələrini elan edib

posted in: Xəbər | 0

Kapital Bank-ın aktivləri 1 iyul 2020-ci il tarixinə 4,9 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,2 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2020-ci il tarixinə 3,6 milyard manat olub.

Bankın 1 iyul 2020-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 487 milyon manat, adi və imtiyazlı səhmlər isə 225 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (18-ci hissə)

posted in: Xəbər | 0

Mühasibat uçotu ilə bağlı ifadələr (18-ci hissə)

17-сi hissəni oxumaq üçün keçidə daxil olun


Ezamiyyə, əmək haqqı hesablanması, Vakansiya Baş MühasibHesabat qeydlərini anlaşılan və hər kəsə əlçatan dildə təsvir etmək lazımdır. Bu zaman əcnəbi ifadələr, əksəriyyətimizə naməlum olan və lazım olan fikri çatdıra bilməyən sözlərdən istifadə etmək lazım deyil.

A.S. Salmin
Əgər mühasibat və maliyyə məlumatlarının təsərrüfat fəaliyyəti dili ilə müqayisəsi yerinə düşərsə, sağlam düşüncə və tədbir hissi əsasında bu dili bu gün elmi cəhətdən çətin dərk edən bütün təsərrüfat subyektlərinə daha aydın və daha əlçatan etmək bizim gücümüzdədir.
O.M. Askeri

Elmi və praktiki terminologiya tam unifikasiya olunmadıqda, heç olmasa, maksimal dərəcədə yaxınlaşmalıdır. Vahid, aydın və sadə terminologiyanın olması təkcə uğurlu tədqiqat deyil, həm də qarşılıqlı anlaşmanın vacib şərtidir.

Lakin uçot – analitik fənlər terminologiyası əhəmiyyətli çatışmazlıqlardan əziyyət çəkir. Bu terminologiyanın qüsurları nədən ibarətdir?

Çox vaxt sinonim kimi müxtəlif terminlərdən istifadə edirlər (xüsusən də müxtəlif mənaları olan); eyni terminlə müxtəlif iqtisadi anlayışları ifadə edirlər; Bəzi terminlər hətta sadəcə səhvdir.

V. Kopnyayev

İndiyə qədər uçot – iqtisadi anlayışların və kateqoriyalarının vahid elmi cəhətdən əsaslandırılmış sistemi hazırlanmamışdır. Bəzi hallarda bir sıra anlayışlar başqa anlayışlarla əvəz olunur və demək lazımdır ki, bu hadisə çox geniş yayılıb.

V.İ. Mosyaqin

Hesabdarlıqda biz anlayışların müəyyən edilməsi məsələsində qarşılaşdığımız müxtəlif cərəyanlarla görüşürük. Elmin özünün tərifinə qədər ən əsas anlayışlar hələ də özünün son, hamı tərəfindən qəbul edilən növünü tapmamışdır.

V.K. Hun

Mühasibat terminologiyasının qeyri-müəyyənliyi və müxtəlifliyi həmişə ciddi mühasibləri təəccübləndirib.

Baş mühasib vakansiya, aparıcı mühasibS.Q. Muxov

Dərc olunan hesabatlar göstərir ki, hər yerdə özbaşınalıq, qaranlıq və qeyri-müəyyənlik hökm sürür, eyni başlıq altında müxtəlif anlayışlar nəzərdə tutulur.

Z.P. Evzlin

“Dəyər” və “xərclər, maya dəyəri, qiymət” kimi tamamilə adi sözlər üçün inanılmaz sayda istifadə olunan şərhlər vardır.

B. Rayan

Mühasibatlıqda ən ciddi məsələlərə münasibətdə belə biz ümidsiz dolaşıqlıqda oluruq. Təmiz qazanc, təmiz gəlir, ümumi gəlir, mənfəət, xalis gəlir? Mən bir çox illər ərzində hər bir halda istifadə edilməli olan düzgün terminləri və burada verilmiş terminlərin hər birinin dəqiq mənasını tapmağa çalışmışam. Mən akademik müəlliflərə (iqtisadçılar və mühasib-mütəxəssislərə) müraciət etdim. Lakin onlarda da eyni qeyri-müəyyənliyi müşahidə etdim. Məhkəmələrə müraciət etdim və onların qərarlarında da ən məzəli qarışıqlıqlarla rastlaşdım.

Q.R. Qatfeld


19-cu hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



ƏDV-nin qaytarılması üçün e-qaimə fakturanın Vahid Forması təsdiqlənib

posted in: Xəbər | 0

ƏDV-nin qaytarılması üçün e-qaimə fakturanın Vahid Forması təsdiq edilib

dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın Vahid Forması”nın və “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın Vahid Forması”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə fakturanın Vahid Forması” təsdiq edilsin (1 nömrəli əlavə).
  2. “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə fakturanın Vahid Forması” təsdiq edilsin (2 nömrəli əlavə).
  3. “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron vergi hesab fakturasının Vahid Forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 sentyabr tarixli 343 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1571) ləğv edilsin.
  4. “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron vergi hesab-fakturasının vahid forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 13 aprel tarixli 150 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 637) ləğv edilsin.

Faylı yükləyin: ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın Vahid Forması

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 7 iyul 2020-ci il
№ 242

Mənbə: cabmin.gov.az


error: Content is protected !!