ABŞ vergi sistemi (4-cü hissə)

posted in: Vergi, Xəbər | 0

ABŞ vergi sistemi (4-cü hissə)

3-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

ABŞ vergi sistemi ən inkişaf etmiş vergitutma sistemlərindən biri hesab olunur. ABŞ iqtisadiyyatın liberal modelinə istiqamətlənən bir ölkədir və federativ dövlətdir. Burada üç səviyyəli vergi sistemindən istifadə olunur: federal vergilər, ştatların vergiləri, yerli vergilər.
Bəyannamə necə verilir?

Bəyannamə hər ilin əvvəlində təqdim edilir: yanvar ayının 1-də başlayır və son müddət kimi aprel ayının 15-i nəzərdə tutulur.

Sadəcə bir vergi forması seçməlisiniz (vəziyyətinizdən asılı olaraq onlardan bir neçəsi var), kalkulyatorda bir az sayıb, bu formanı doldurmalı, lazım olduqda bəzi sənədləri əlavə etməli və IRS-ə (Internal Revenue Service) göndərmək lazımdır.

Lazımi formanı çap etmək də olar, sonra isə onu əl ilə doldurmaq və poçt vasitəsilə göndərmək olar, və siz onu IRS saytında elektron formada və kiçik bir ödənişlə (10-40 ABŞ dolları) təqdim edə, eyni zamanda digər çoxsaylı xidmətlərdən də istifadə edə bilərsiniz.

ABŞ-da inzibati qurum kimi ştatlarla yanaşı, yerli hakimiyyət orqanlarının yurisdiksiyasına düşən təxminən 85 min rayon da var. Demək olar ki, bütün ştatlar bölgələrə bölünmüşdür, onlarda təxminən 20 min bələdiyyə var. Bölgələr, bələdiyyələr, qəsəbələr (müəyyən ərazi vahidləri) ümumi hökumətləri olan və ərazilərində xidmətlər göstərən öz idarəetmə orqanlarına malikdirlər. Hər bir özünüidarəetmə orqanı öz büdcəsini formalaşdıra bilər, vergilər tətbiq edə və ona gəlir təmin etmək üçün müxtəlif tədbirlər həyata keçirə bilər.

Korporasiyaların mənfəət vergisi

ABŞ-ın vergi sistemi. Bu, səhmdar cəmiyyətlərinin gəlir vergisidir. Vergilər İkinci dünya mharibəsindən sonra geniş yayıldı. Xalis mənfəət vergiyə cəlb olunur. Yəni, icazə verilən ayırmalar və vergi güzəştlərinin miqdarı ilə azaldılmış ümumi mənfəət nəzərdə tutulur. Bu, mütərəqqi vergidir. Sözügedən vergi pilləli tutulur, bu da aşağı gəlirləri olan kiçik və orta müəssisələr üçün böyük əhəmiyyət daşıyır.

Şirkətlər vergiyə cəlb edilən ilk 50 min dollar üçün 15%, sonrakı 25 min dollar üçün 25%, növbəti 25 min dollara görə 39%, 235 min dollar və qazanc 335 mini aşdıqda isə 34% vergi ödəyir. İnkişaf etmiş ölkələrin vergi sistemləri vergiləri biznesi qorumaq və stimullaşdırmaq üçün bir vasitə kimi istifadə edirlər. Bu məqsədlə sahibkarlar üçün müəyyən güzəştlər mövcuddur. Ən mühüm imtiyazlar aşağıdakılardır: sürətli amortizasiya, investisiya vergi krediti və “yerin təkinin tükənməsi” üçün endirim.


5-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ƏDV-nin qaytarılması üçün 364 min nəfər qeydiyyatdan keçib

posted in: Vergi, Xəbər | 0

ƏDV-nin qaytarılması üçün 364 min nəfər qeydiyyatdan keçib

Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi uğurla davam edir. İndiyədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda (www.edvgerial.az) 10 iyul 2020-ci il tarixədək təqribən 364 min nəfər qeydiyyatdan keçib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verib.

Məlumata görə, qeydiyyata alınmış istifadəçilərdən 80%-i (təqribən 290 min nəfəri) əldə etdiyi kassa çekləri barədə məlumatları portaldakı elektron kabinet vasitəsilə sistemə daxil edib.

Bu müddətə qədər vətəndaşlar tərəfindən 10,3 milyondan çox kassa çeki barədə məlumat www.edvgerial.az portalında qeydə alınıb. Həmin çeklər üzrə geri ödənilməsi tələb olunan ƏDV-nin məbləği təqribən 5 milyon manat təşkil edir. Artıq təsdiq olunmuş çeklər üzrə 2,7 milyon manat ƏDV məbləği geri ödənilib. İstehlakçıların elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilib, qalan ƏDV məbləği isə geri ödənilmə müddəti üzrə gözləmədədir.

Artıq “BirBank” mobil tətbiqinin “Bonuslar” hissəsində “ƏDV-ni geri al” bölməsi yaradılıb. Virtual “pul qabı”na yerləşdirilmiş vəsaitlərin ölkədaxili bank kartlarına köçürülməsi üçün texniki imkanlar təmin edilib. İndi vətəndaşlar https://www.edvgerial.az portalından topladığı vəsaitləri özünün kart hesabına köçürərək vəsaiti nağdsız ödənişlərdə xərcləyə bilərlər. Hər bir istifadəçi, balansına uyğun olaraq, minimum 5 manat məbləğində vəsaiti kart hesabına köçürə bilər. Karta bir köçürmə əməliyyatı üzrə maksimum məbləğ isə 500 manat müəyyən edilib.

Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir.

Xatırladaq ki, qaydalara əsasən, istehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin, “BirBank” tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər.

Nəzarət-kassa aparatı çekinin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi müvəkkil bank tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual “pul qabı”na yerləşdirilir. İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə bilərlər.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

BirBank mobil tətbiqi vasitəsilə www.edvgerial.az portalındakı şəxsi kabinetinizi idarə edin!

posted in: Xəbər | 0

Xəbər verdiyimiz kimi, Kapital Bank-ın maliyyə partnyorluğu ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, bir neçə ay əvvəl www.edvgerial.az portalını istehlakçıların ixtiyarına verdi. Alış-veriş zamanı təqdim edilən çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə isə 10%-i alıcının elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilir. Dövlət Vergi Xidmətindən verilən məlumata görə 10 iyul 2020-ci il tarixinədək təqribən 365 min nəfər portaldan qeydiyyatda keçib. 5 milyon manata yaxın vəsait çeklər əsasında müştərilərə geri qaytarılıb.

Layihə çərçivəsində BirBank mobil tətbiqi istifadəçiləri üçün daha bir mühüm yenilik təqdim edilib. Belə ki, BirBank mobil tətbiqinin “Bonuslar” hissəsində “ƏDV geri al” bölməsi yaradılıb. Artıq müştərilər portalda olan şəxsi kabinetlərini BirBank vasitəsilə idarə edə biləcəklər. Həmçinin virtual “pul qabı”na yerləşdirilən vəsaitləri ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür.

Qeyd edək ki, istehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində portal vasitəsilə müraciət etməli və çek barədə məlumatları – çekinin 12 simvollu fiskal İD-sini elektron kabinetə daxil olmaqla əlavə etməlidir. Eyni zamanda istehlakçı BirBank mobil tətbiqinin QR Pay xidmətindən istifadə edərək, çekin üzərində olan QR kodu skan edib, onu daha tez və rahat şəkildə portala əlavə edə bilər. Bu xidmətindən yararlanmaq üçün həm portal, həm də BirBank eyni mobil nömrə ilə qeydiyyatdan keçirilməlidir.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Mühasib – EuroDoor

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

baş mühasib, vakansiya, Maliyyəçi menecer, vakansiya, Maliyyə üzrə mütəxəssis, baş mühasib köməkçisi, vakansiya, Maliyyə Analizi, vakansiya, sərbəst mühasib, sosial sığorta, təcrübəçi, Kredit inzibatçılığı, maliyyə hesabatlığı üzrə mütəxəssis, büdcə, vakansiya, maliyyə, təlim, Əmtəə-material vakansiya material mühasibiVakansiya: Mühasib tələb olunur

İşəgötürən: EuroDoor

Vakansiya barədə məlumat:
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və nəzarət etmək;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, istehsal dövriyyəsini və xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının mühasibat uçotunu təşkil etmək və nəzarət etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
  • Vergi bəyannamələri, DSMF və statistika hesabatlarının hazırlanıb təqdim edilməsi;
  • Əmək haqqı, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətləri hesablanmasını və DSMF-yə göndərilməsi;
  • Şirkətə gələn mal alış sənədlərinin (qaimələrinin), müştərilərdən köçürmə yolu ilə cari hesaba daxil olan ödəmələrin müvafiq qaydada yoxlanılıb müvafiq proqrama daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
  • Aylıq, rüblük, illik hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
  • Maliyyə-mühasibat göstəriciləri və maliyyə durumunu göstərmək üçün zəruri halda milli və ya beynəlxalq mühasibat uçotu standartları əsasında hesabatlar hazırlamaq;
Mühasib üçün tələblər:

– Xanım namizəd

– Əmək haqqı 1000-1500

– Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);

– 1C 8.3 proqramında sərbəst işləmək bacarığı

– Excell proqramında yüksək səviyyədə işləmək bacarığı;

– Vergi və əmək qanunvericilikləri üzrə məlumatlı;

– Beynəlxalq mühasibat uçotu standartlarını bilmək;

– Hər növ Mühasibatlıq hesabatlarını hazırlamaq və Mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri bilmək;

– A.R. Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;

Əlaqə

E-MAIL: /

Web: www.eurodoor.az

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun