Vakansiya: Mühasib tələb olunur
İşəgötürən: EuroDoor
- Əmək haqqı: 1000 – 1500 AZN
- Şəhər: Bakı
- Yaş: 25 – 45 yaş
- Cins: Qadın
- Təhsil: Ali
- İş təcrübəsi: 3 ildən 5 ilə qədər
- Əlaqədar şəxs: HR
- Telefon: +012 408 30 33 / +994 50 254 56 67
- E-mail: office@eurodoor.az / info@finstaff.az
Vakansiya barədə məlumat:
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və nəzarət etmək;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, istehsal dövriyyəsini və xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının mühasibat uçotunu təşkil etmək və nəzarət etmək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
- Vergi bəyannamələri, DSMF və statistika hesabatlarının hazırlanıb təqdim edilməsi;
- Əmək haqqı, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətləri hesablanmasını və DSMF-yə göndərilməsi;
- Şirkətə gələn mal alış sənədlərinin (qaimələrinin), müştərilərdən köçürmə yolu ilə cari hesaba daxil olan ödəmələrin müvafiq qaydada yoxlanılıb müvafiq proqrama daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
- Aylıq, rüblük, illik hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
- Maliyyə-mühasibat göstəriciləri və maliyyə durumunu göstərmək üçün zəruri halda milli və ya beynəlxalq mühasibat uçotu standartları əsasında hesabatlar hazırlamaq;
Mühasib üçün tələblər:
– Xanım namizəd
– Əmək haqqı 1000-1500
– Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
– 1C 8.3 proqramında sərbəst işləmək bacarığı
– Excell proqramında yüksək səviyyədə işləmək bacarığı;
– Vergi və əmək qanunvericilikləri üzrə məlumatlı;
– Beynəlxalq mühasibat uçotu standartlarını bilmək;
– Hər növ Mühasibatlıq hesabatlarını hazırlamaq və Mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri bilmək;
– A.R. Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
Əlaqə
E-MAIL: office@eurodoor.az / info@finstaff.az
Web: www.eurodoor.az
Mənbə: finstaff.az