Bakıda nizamnamə kapitalı 410 min manat olan şirkət yaradılıb

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Metal Roofing Center” MMC-ni dövlət qeydiyyatına alıb.

Nazirliyə istinadən xəbər verilir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 124, mənzil 44, nizamnamə kapiatlı 409 700 manat, qanuni təmsilçisi isə Rahib Saleh oğlu Əhmədovdur.

Mənbə: report.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Putin varlılar üçün vergiləri artırmağı tapşırıb

posted in: Vergi, Xəbər | 0

Rusiya prezidenti Vladimir Putin yüksək gəlirli zəngin ödəyicilər üçün dərəcənin artırılması hesabına fiziki şəxslərin gəlir vergisini (fərdi mənfəət vergisi) artırmağı tapşırıb. Bu haqda prezident Vladimir Putin rusiyalılara ünvanladığı ənənəvi müraciətində məlumat verib. Dövlət başçısının sözlərinə görə, bu cür ödəyicilər üçün vergi dərəcəsi indiki 13 faiz əvəzinə 15 faiz təşkil edəcək. Eyni zamanda, yüksək faiz dərəcəsi yalnız ildə beş milyon rubldan çox olan gəlirlərin məbləğinə tətbiq olunacaq.

Əldə edilən vəsaitlər nadir orfan xəstəlikləri olan uşaqların müalicəsinə (əhalinin az bir hissəsini təşkil edir) istifadə ediləcək. Hal-hazırda, belə uşaqları olan ailələr çox vaxt büdcədənkənar mənbələrdən, o cümlədən xeyriyyə fondları vasitəsilə vəsait toplamağa məcbur olurlar.

Yeni vergi dərəcələri 1 yanvar 2021-ci ildən tətbiq olunmağa başlayacaq. Mövcud 13 faizlik vergi dərəcəsi vergi yığımını artırmaq məqsədi ilə 2000-ci ildən tətbiq edilmişdir. Putinin sözlərinə görə, indi vergilərin, o cümlədən fərdi gəlir vergilərinin inzibatçılığı çox yaxşılaşmışdır.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Özəl valyutadəyişmə məntəqələrinin fəaliyyəti ilə bağlı məlumatlara aydınlıq gətirilib

posted in: Xəbər | 0

Mərkəzi Bankdan bildirilib ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hazırda yalnız banklar və onların filialları, eləcə də “Azərpoçt” MMC-nin filial və şöbələri valyuta mübadiləsi fəaliyyəti hüququna malikdirlər.

Yuxarıda qeyd olunan təşkilatlar istisna olunmaqla, Mərkəzi Bank tərəfindən digər hüquqi və fiziki şəxslərə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməyib.

Mənbə: vergiler.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Mühasib – Fire Safety Caspian Azerbaijan

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

mühasib köməkçisi, böyük mühasib, baş mühasib, vakansiya, mühasib təcrübəçi,Vakansiya: Mühasib tələb olunur.

İşəgötürən: Fire Safety Caspian Azerbaijan.

İş barədə məlumat:

  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları yerinə yetirir.
  • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir
  • Sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onların hesabatını emala hazırlayır.
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir
  • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, işçilərin əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini və digər ödənişləri həyata keçirir

5 günlük iş həftəsi

Əmək Haqqı: 500-600 AZN

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə Ali təhsil
  • Mühasibatlıq və Vergi qanunvericiliyi biliyi;
  • Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi
  • Kompyuter biliyi MS Word, Excel, 1С 8.3,
  • Rus dili biliyi
  • Üstünlük kişi namizədlərə veriləcək
  • Mal Material sahəsində təcrübəsi olanlara üstünlük veriləcək.
Vakansiya ilə maraqlanan namizədlər CV-ni / elektron ünvanına, müraciət olunan vəzifənin adını (Mühasib) qeyd etməklə göndərə bilərlər.

Mənbə: finstaff.az