Aztəminatlı rusların həyatını yüngülləşdirmək istəyirlər

posted in: Xəbər | 0

Aztəminatlı rusiyalıları uşaq bağçalarına görə ödənişlərdən azad etmək barədə təklif irəli sürülüb. Belə ki, vətəndaşların həyatının yüngülləşdirilməsi ilə bağlı sözügedən təklif müzakirə üçün Dövlət Dumasına və hökumətə Milli valideyn komitəsinin sədri İrina Volınets tərəfindən göndərilib. Onun bununla bağlı sözlərini “Danışır Moskva” radiostansiyası səsləndirib.

Bu təklif adambaşına düşən aylıq gəliri iki yaşayış minimumundan az olan ailələrə şamil oluna bilər.

İyun ayının sonunda Dövlət Dumasının deputatı Vasiliy Vlasov uşaq bağçasında yerdən imtina edən ailələrə hər ay müavinət ödənilməsi ilə bağlı təklif irəli sürmüşdü. Onun fikrincə, belə bir tədbir uşaq bağçalarında növbələrin azalmasına gətirib çıxara bilərdi.

Bundan əvvəl isə aztəminatlı ailələrin vergilərdən, əsasən də fiziki şəxslər üçün tətbiq olunan vergidən azad edilməsi təklif olunmuşdu. Kremldə isə bununla bağlı dəqiq bir mövqe yoxdur. Hökumətdən bildirilib ki, belə bir təşəbbüs Nazirlər kabinetində müzakirə olunmayıb.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Startapınızın uğursuz olacağının 10 səbəbi (I hissə)

posted in: Xəbər | 0

Niyə startap-ların bir çoxu gəlir gətirmir? Əksər startap-ların sonluğunun iflas və qoyulan sərmayələrin itirilməsi ilə başa çatmasının səbəblərini araşdıraq.

1-ci səbəb. Siz düşünürsünüz ki, ətrafdakılardan çox bilirsiniz.

Həddən ziyadə lovğalıq heç vaxt yaxşı heç nəyə gətirib çıxarmayıb. Ona görə də elə düşünməyin ki, siz ətrafınızdakılardan daha çox şey bilirsiniz. Komandanın fikirlərini dinləməyə çalışın və heç vaxt tək qərar verməyin. Qərarın demokratik yolla verilməsinə çalışın. Ancaq qaydalardan istisna halları da var, bunu unutmayın.

2-ci səbəb. Startap-ınızın məqsədi yalnız mənfəət əldə etməyə hesablanıb.

Əgər sizin məqsədiniz – bu, istisnasız olaraq yalnız mənfəət əldə etməyə yönəlibsə, onda çox güman ki, sizin strartap məğlubiyyətə düçar olacaq. Məsələ ondadır ki, əgər siz pul dalınca qaçırsınızsa, onda iş yerində 8 saatdan çox ola bilməyəcəksiniz. Özünüzü həmin işə tam şəkildə həsr edə bilməyəcəksiniz. Nəticə etibarilə rəqibiniz qlobal planları ilə həmişə qarşınızda üstün vəziyyətdə olacaq.

3-cü səbəb. Siz ətrafınızdakıların fikirləri barədə düşünürsünüz.

İnsanların həmişə öz fikirləri olaraq və həmişə sizi nədə isə təqsirləndirəcəklər. Yəni, sizin hansı variantdan olan qərarı qəbul etməyinizə baxmayaraq, tənqid həmişə olacaqdır. Bu səbəbdən, əgər siz müəyyən nəticələrə nail olmaq istəyirsinizsə, onda ətrafdakı şəxslərin barənizdə nə deyəcəkləri ilə bağlı ümumiyyətlə, heç nə düşünməyin.  Lakin, bir ən böyük istisna var – o da sizin alıcınızdır. Bax, ona daim qulaq asmaq və onun probleminin həlli üçün maksimum səy göstərmək lazımdır. Uğurlu biznes elə bunun üzərində qurulur.

4-cü səbəb. Sizin gəlirləriniz harasa yoxa çıxır.

Əgər siz öz gəlirinizlə bağlı dəqiq təsəvvürə malik deyilsinizsə, onda startap-ınızın məhsuldar şəkildə inkişaf etməsi ehtimalı çox azdır. Belə ki, biznesin inkişafından ötrü pul vəsaitləri lazımdır, həmin pullar isə daim bahalı həyatın gözəllikləri üçün axıb, gedir. Bu səbəbdən siz hökmən öz startap-ınızın pulunu savadlı şəkildə idarə etməyi öyrənməlisiniz. Bunun üçün isə məsrəf və mənfəətinizin uçotunu aparmalısınız.

5-ci səbəb. Məhsulun keyfiyyətinə əhəmiyyət verməmək.

Məhsulunuz keyfiyyətli deyilsə və ya dəyişdirilməsə, onun satışları pis olacaq. Bu halda satış həcmini artırmaq, çox problemli olacaq.  Sizin biznesiniz isə zərər görməkdə davam edəcək. Alıcınız, hər hansı digər alıcılar kimi, tələbkardır və pullarını özünə faydalı şəkildə sərf etmək istəyir. Ona görə, öz məhsullarınızın və ya xidmətlərinizin keyfiyyətini həmişə yüksək səviyyədə saxlayın.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

KOBİA onlayn maarifləndirmə tədbirlərinə başlayıb

posted in: Xəbər | 0

KOBİA, KOB subyektləri, vergi məcəlləsi, Gənc Sahibkarlar Forumu, sahibkarlar, turizm, vergi güzəştləri, KOBİA, sahibkarlıq, seminar,Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri ilə bağlı onlayn maarifləndirmə tədbirlərinə başlayıb.

KOBİA-dan bildirilib ki, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən KOB subyeklərinin və bankların iştirakı ilə təşkil olunmuş tədbirdə agentliyin və Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri güzəştli kreditləşdirmənin yeni mexanizmləri, yeni biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin bir hissəsinin subsidiyalaşdırılması, eləcə də bu dəstəkdən yararlanmaq üçün yaradılmış Elektron Kredit Platforması (www.e-edf.gov.az) barədə ətraflı məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, sahibkarların məlumatlandırılması üçün onlayn maarifləndirmə tədbirləri mütəmadi təşkil olunacaq. Bununla yanaşı, sahibkarlar güzəştli kreditləşdirmənin yeni mexanizmləri ilə bağlı informasiya, məsləhət və əlaqələndirmə xidmətlərindən istifadə etmək üçün KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB dostlarına da müraciət edə bilərlər.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Almaniyanın vergi sistemi, formalaşması və inkişafı (I hissə)

posted in: Vergi, Xəbər | 0

Almaniyanın vergi sistemi, formalaşması və inkişafı (I hissə)

Almaniya vergi tarixi, vergi sistemiAlmaniya Federativ Respublikası bir dövlət kimi siyasi və iqtisadi quruluşun müxtəlif mərhələlərini keçmiş, dəfələrlə dünya müharibələrinin yaratdığı dağıntılardan qalxmış, iqtisadi cəhətdən güclü, sosial yönümlü dövlətə çevrilmişdir.

1871-ci ildə Alman imperiyasının yaranması zamanı bütün əsas birbaşa vergilərin müəyyən edilməsi ona daxil olan dövlətlərin (indiki torpaqların) ixtiyarında idi. İmperiyaya yalnız gömrük rüsumları və əmtəələrə: tütün, pivə, araq, şəkər, duz üçün ümumimperiya vergiləri təyin etmək hüququ verildi. Gömrük rüsumları və aksiz rüsumları toplamaq hüququnun möhkəmləndirilməsi vahid iqtisadi məkanın yaranmasına zəmin yaratdı. Ancaq, təbii ki, bu ümumi xərcləri maliyyələşdirmək üçün kifayət deyildi. Vəsait mənbəyi, poçt və teleqraf şöbələrindən və seçki vergisi xüsusiyyətinə malik olan ayrı-ayrı torpaqların adambaşına paylarından daxil olan gəlir idi. Fövqəladə ehtiyacları ödəmək üçün istiqrazlara müraciət etmək imkanı nəzərdə tutulmuşdu.

Ayrı-ayrı dövlətlərin müntəzəm üzvlük haqları imperiyanı onlardan ciddi asılı vəziyyətə gətirib çıxarmışdı. Elə, alman vergi sistemi inkişafını bu müəyyənləşdirdi. Ötən əsrin doxsanıncı illərində qiymətli kağızlara, veksellərə, oyun kartlarına gerb yığımları, 1906 – cı ildə mirasdan vergi, 1913 – cü ildə əmlak vergisi və eyni zamanda əmlak artımı vergisi tətbiq edilmişdir. 1916-cı ildən Almaniya artıq birbaşa vergitutma imkanlarından fəal istifadə edib. 1918-ci ilin iyul ayında Almaniya ilk növbədə 0.5% dərəcəsi ilə dövriyyə vergisini tətbiq etdi. O, əlavə edilmiş və ya yeni yaradılan əmlakın altmışıncı illərdə baş vermiş vergiyə keçməsinə qədər mövcud idi.

1919-cu ilin dekabr ayında maliyyə naziri Erzberger tərəfindən hazırlanan imperiya vergi qaydalarının təsdiqi ilə ən böyük vergi islahatı başladı. Onun əsas əhəmiyyəti ondan ibarətdir ki, torpaqların maliyyə suverenliyi ləğv edildi. Dövlət vergi tutulması və onların idarə edilməsi üçün müstəsna hüquq əldə etdi. Dövriyyə vergisi artırıldı, zinət əşyalarına vergi tətbiq olundu, böyük sərvət sahibləri əlavə vergi ödədilər. Gəlir vergisi haqqında qüvvədə torpaq vergisi ilə bağlı 26 qanun differensiallaşdırılmış şkala və maksimum vergitutma dərəcəsi olan olan 60%-lik imperiya gəlir vergisi ilə əvəz edilmişdi. Bu və digər tədbirlər dövlətin sosial ehtiyaclara olan xərclərini beş dəfə artırmağa imkan vermişdir.

Birinci Dünya müharibəsinin iqtisadi və sosial nəticələri nəticəsində yaranmış böyük maliyyə çətinlikləri vergitutma sahəsində mərkəzləşmənin güclənməsinə gətirib çıxardı. Nəticədə, Veymar Respublikasında vergilərin sonrakı paylanmasından asılı olmayaraq, bütün növlərinə nəzarət edən vahid maliyyə idarəetməsi yaradılmışdır. Bu maliyyə idarəsi 1945-ci ilin may ayına qədər fəaliyyət göstərmişdir.

Müharibədən sonrakı Almaniyada dövlət vəzifələrinin federasiya ilə onun tərkibinə daxil olan torpaqlar arasında bölüşdürülməsi qanunvericiliklə təsdiq olunmuşdu. Eyni zamanda, federasiyalar və torpaqlar öz funksiyalarını yerinə yetirərkən yaranan xərcləri ayrı-ayrılıqda daşımalı idilər; öz büdcə quruluşu məsələlərində isə federasiyalar və torpaqlar müstəqil idilər. Federal dövlət və torpaqlarla yanaşı, yerli büdcələrə malik olan icmalar da müəyyən ictimai-sosial funksiyaların daşıyıcıları sayılırdılar.

Vergi qanunvericiliyində əsas vəzifələr federasiyalara məxsus idi. Eyni zamanda, Almaniyanın vergi sisteminin idarə edilməsinin bütün üç səviyyəsinin maliyyələşdirilməsini təmin etmək üçün ən böyük qaynaqlar bir anda üç və ya iki büdcəni təşkil edən bir şəkildə qurulmuşdu.

Belə ki, fiziki şəxslərdən gəlir vergisi aşağıdakı kimi bölüşdürülürdü: daxilolmaların 42.5% – i federal büdcəyə, 42.5% – i müvafiq torpağın büdcəsinə və 15% – i yerli büdcəyə göndərilirdi. Korporasiyalar üzrə vergi federal və torpaq büdcələri arasında 50%/50% nisbətində bölünürdü. Sahibkarlıq fəaliyyəti üzrə vergi yerli idarəetmə orqanları tərəfindən tutulurdu. Lakin bunun yarısı onlara qalırdı, ikinci yarısı isə federal və torpaq büdcələrinə köçürülürdü. Əlavə dəyər vergisi də üç büdcəyə bölünürdü. Bu vergi bölgüsünün nisbəti ən müxtəlif ola bilərdi və vaxt keçdikcə dəyişirdi. Çünki bu, tənzimləyici gəlir mənbəyi kimi xidmət edirdi.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun