Şirkət əvvəlki illərdə alınmış daşınmaz əmlakını satarkən vergilər necə hesablanmalıdır?

posted in: Xəbər | 1

fiziki şəxsin vergi öhdəliyi, vergi öhdəliyi, əmlak, vergi, Əmlakını satanlar, fiziki, emlak vergisi, daşınmaz əmlak bazar, əmlak vergisi,Sual: ƏDV ödəyicisi olan MMC 2020-ci ilədək gələcəkdə satış məqsədilə 100 ədəd daşınmaz əmlaka (yaşayış və qeyri-yaşayış) investisiya yatırmışdır. Nəzərinizə çatdırım ki, bu əmlaklar alınan zaman notarius tərəfindən sadələşdirilmiş vergi tutulub dövlət büdcəsinə ödənilmişdir. Yəni əmlakın dəyərinə bu vergilər də daxil edilmişdir.

2020-ci ildə bu əmlaklar satılarkən hansı vergilərə cəlb olunacaq? Əgər ƏDV hesablanarsa, bu əmlakın dəyərini əhəmiyyətli dərəcədə yüksəldəcək və MMC nəinki qazanc götürəcək, hətta bu əməliyyatlardan zərər edəcəkdir.

Cavab: 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, hüquqi şəxslər tərəfindən mülkiyyətindəki yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunması ləğv edilib. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən sonra ƏDV ödəyicisi olan müəssisə tərəfindən  mülkiyyətində olan qeyri-yaşayış sahəsinin digər şəxsə təqdim edilməsindən ümumi qaydada mənfəət vergisi və ƏDV hesablanır.

Əsas: Vergi Məcəlləsi, 104.1-ci, 159.1-ci və 218.4.3-cü maddələr.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Mühasib – AGA Group of Companies

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Vakansiya: Mühasib tələb olunur.

İşəgötürən: AGA Group of Companies

Vakansiya barədə məlumat:

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili

– Vergi və mühasibat uçotunun aparılması

– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi

– Debitor və kreditor hesablaşmaların aparılması

– Əmək haqqı, məzuniyyətlərin hesablanması

– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.

– Mal-materialların uçotunun aparılması

– İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması

– Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi

– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət

– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması

– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması

– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti

orqanlara təqdim edilməsi

– AR əmək məcəlləsinə əsasən sənədləşmə:

İş qrafiki: bazar ertəsi – cümə; iş saatı: 09:00 – 18:00

– Korporativ dəstək paketi

– Karyerada inkişaf imkanları

Mühasib üçün tələblər:

– Yaş həddi: 25-40

– Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi

– Ali təhsil

– 1C (8.3) proqramında işləmək bacarığı

CV-ni / ünvanına göndərin.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Exceldə xalis bugünkü dəyərin hesablanması – Video Təlimat

posted in: Excel, Xəbər | 0

Xalis bugünkü dəyərin hesablanması (NPV)

Bu gün qoyulan investisiyanın gələcəkdə gətirəcəyi pul axınları ilə müqayisə edilə bilməsi üçün, pul axınlarının bu günkü dəyərlərinin tapılması zəruridir. Bu videoda bunu hesablamanın sadə yolundan bəhs etmişik.

Alıcı biznes kartla Pos-terminaldan ödəniş edib, sonra e-qaimə tələb edə bilər?

posted in: Vergi, Xəbər | 0

Alıcı biznes kart ilə Pos-terminal-dan ödəniş edib, sonra e-qaimə tələb edə bilər?

Sual: Müqavilə əsasında A (ƏDV ödəyicisi olan fiziki şəxs) şirkəti B (ƏDV ödəyicisi olan hüquqi şəxs) şirkətinə mehmanxana xidməti göstərir. B şirkətinin əməkdaşı xidmətdən istifadə edir, xidmətin dəyərini (şəxsi əmək haqqı kartı və yaxud şəxsi plastik kartı ilə) tam şəkildə posterminal vasitəsi ilə ödəyir. Bunun müqabilində A şirkəti kassa çeki mehmanxana qəbzi verir. B şirkəti isə verilmiş sənədlərə əlavə olaraq ödənişin (şəxsi əmək haqqı kartı və yaxud şəxsi plastik kartı ilə) pos-terminal vasitəsi ilə ödənməsini əsas tutaraq E-VHF tələb edir. Yuxarıda qeyd etdiyim kimi ödəniş tam şəkildə pos-terminaldan ödənib. Sadəcə olaraq B şirkətinin şəxsi plastik kartı vasitəsi ilə. Sizcə bu düzgündürmü və qanunla necə tənzimlənir?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur.

ƏDV-nin ödəyiciləri olmayan alıcılara pərakəndə mal göndərildikdə və ya xidmət göstərildikdə, elektron vergi hesab-fakturası əvəzinə qaimə-faktura və ya e-qaimə faktura və ya qəbz / çek verilə bilər.

Sorğunuzda qeyd olunanlara əsasən, müqaviləyə əsasən xidmətin alıcısı ƏDV ödəyicisi olan hüquqi şəxs olduğu üçün, xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturası təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 176-cı maddəsi.

Mənbə: taxes.gov.az


Bax: POS-terminalın quraşdırılması kimin vəzifələrinə aiddir?