Əmək müqaviləsinin forması təkmilləşdirilir

posted in: Xəbər | 0

Əmək müqaviləsinin forması təkmilləşdirilir

190 manat, Məşğulluq xidmətləri, pensiya, əmək məzuniyyəti, Ünvanlı sosial yardım, məzuniyyət, işəgötürən, işəgötürənlər, əmək, əlilliyi olan şəxslər, ƏƏSMN, qeyri-iş günləri, Pensiya ilə bağlı yeni qanun, pensiya, MDSS, işsizlik sığortası üzrə rekvizitlər, işsizlik səviyyəsi, Birdəfəlik ödəmə, işsiz şəxslərin sayı, birdəfəlik ödəmə, İşsiz şəxslər, İşsiz, İşsiz şəxslərin qeydiyyatı, sektorlara dəstək, xəbərdarlıq sahibkarlarƏmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırlanmış yeni qanun layihəsində əmək müqaviləsinin forması ilə bağlı da Məcəllədə təkmilləşdirmənin aparılması nəzərdə tutulub.

Nazirlikdən  bildirilib ki, Məcəlləyə əsasən, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunmaqla, onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılmalıdır.

Lakin işçinin əmək müqaviləsinin bir nüsxəsini alması faktını müəyyən edən qayda nəzərdə tutulmayıb. Həmçinin əmək müqaviləsinin həcmi böyük olduğu üçün bu müqavilə bir vərəqdə yerləşmir və bir neçə səhifədən ibarət olur. İşəgötürən və işçi əmək müqaviləsinin yalnız sonuncu səhifəsini imzalayırlar.

Belə olan halda, təcrübədə müqavilənin bir nüsxəsinin işçiyə verilmədiyi zaman işəgötürən tərəfindən bundan sui-istifadə edilməklə müqavilənin əvvəlki səhifələrində dəyişiklik (məsələn, müqavilənin müddəti ilə bağlı) edilə bilməsinə şərait yaranır.

Belə sui-istifadə hallarına imkan yaranmaması üçün layihədə Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Yəni həmin hissədə əmək müqaviləsinin iki nüsxədən az olmayaraq tərtib olunması, işçi və işəgötürən tərəfindən müqavilənin sonunci deyil, bütün səhifələrinin imzalanması, son səhifənin işəgötürənin möhürü (möhür olmadıqda imzası, VÖEN-i qeyd edilməklə) ilə təsdiqlənməsi, müqavilənin bir nüsxəsinin işçidə, digər nüsxəsinin işəgötürəndə saxlanılması, işçinin əmək müqaviləsinin nüsxəsini aldığını işəgötürəndə saxlanılan nüsxədə bu barədə müvafiq qeydi imzalaması ilə təsdiq etməli olduğunun qeyd edilməsi təklif olunur.

Mənbə: fed.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Karantin rejiminin pozulmasına görə cərimələr artırılır

posted in: Xəbər | 0

İnzibati Xətalar, məsuliyyət, Vakansiyalar, İnzibati Xətalar, Məşğulluq hesabatları, cərimələrİnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Məcəllənin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) yeni redaksiyada verilir.

Yeni redaksiyaya görə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.

Hazırda isə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər şəxslər 1 500 manatdan 2 000 manatadək cərimə edilir.

Digər bir dəyişikliklə isə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs , hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə ediləcək.

Hazırda isə işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə olunur.

Məcəlləyə dəyişiklik layihəsi parlamentin iyunun 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Stalinin mühasibat uçotu və mühasiblər barədə söylədikləri

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Fövqəladə uçot. İ.V. Stalin mühasibat uçotu və mühasiblər barədə.

İnqilabdan və Vətəndaş müharibəsindən sonra gənc yenilikçi-mühasiblər meydana çıxdı. Bu sahədə nizam-intizam yaratmaq cəhdlərindən biri “Çrezuçot”un (“Çrezvıçynıy uçot” – fövqəladə uçot) yaradılmasına göstərilən səy idi. Bu uçot orqanı 1920-ci ildə Petroqradda yaradılmışdı. O, Petroqradın bütün maddi resursları haqqında məlumatların toplanacağı bütün paytaxtı əhatə edən qlobal kartotekanın tərtibinə başlamışdır. Hətta hazırkı avtomatlaşdırma səviyyəsində bu az real görünürsə, o dövr barədə nə söyləmək olar. Daha bir yenilik mühasibatlığa yaxından toxunan əməyin elmi təşkili nəzəriyyəsinin yaradılması idi. Beləliklə, məsələn, “axın sistemi” hesabat cihazı yaradıldı.  Bu, taxta parçası və ona keçirilmiş millər və millərə keçirilmiş metal şaybalardan ibarət əyani vəsaitdir. İşləmə prinsipi çox sadədir: hər hansı bir mühasibat əməliyyatı həyata keçirilərkən, yazılı qeyd əvəzinə mühasibat registrlərində şaybalar bir mildən digərinə atılmaqla keçirilirdi. Bu istənilən direktor üçün aydın və anlaşılan idi (yeri gəlmişkən, bu indinin özündə də aktualdır).

Staxanov hərəkatı və sosializm yarışları da mühasibatlıqdan kənarda qalmamışdı. Məsələn, belə bir nümunə var. Baş mühasibdən illik hesabatı yanvarın 2-də verilməsini “xahiş etmişdilər” və həmin təşəbbüsün isə yuxarıdan deyil, aşağıdan gəlməsi kimi təqdim etməyi tapşırmışdılar. Bunu hətta fiziki cəhətdən deyil, bütün sənədlər olmadan faktiki olaraq necə etmək lazım gəldiyini izah edə bilməsələr də, əvəzində onu təhdid də etmişdilər. Bütün həqiqətlərdən üz çevirib, bunu etmək lazım gəlmişdi. Çünki baş mühasib tapşırığı yerinə yetirməsəydi, başı bəlalar çəkə bilərdi.

Dövrün sitatı. “…Təəssüf ki, bizim mühasiblərimiz heç də həmişə, adi bir dürüst burjua mühasibinin elementar xüsusiyyətlərindən fərqlənmirlər. Mən onların bəzilərinin qarşısında baş əyirəm. Onların arasında vicdanlılar, sədaqətli işçilər vardır. Amma aralarında istənilən bir hesabat yaza bilən və əksinqilabçılardan daha təhlükəli olan pis insanlar da var. Onları məhv etmədən biz ölkənin təsərrüfatını və ticarətini daha da irəli apara bilmərik” (İ.V. Stalin “MK-nin təşkilat hesabatı, 1924-cü il”).


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiyada yeni vergi yaranacağı proqnozlaşdırılır

posted in: Məqalə, Vergi, Xəbər | 0

Rusiyada yeni vergi yaranacağı proqnozlaşdırılır

Rusiyada 2030-cu ilədək süni intellekt texnologiyasına vergi və ya lisenziya tətbiq oluna bilər. Bu tədbir cəmiyyət üçün təhlükəli olan İT-həllərin yaradılmasına mane olacaq və tərtibatçıların xərclərini artıracaqdır. Bu haqda PricewaterhouseCoopers (PwC) tərəfindən Rusiyada keçirilən sorğuda iştirak edən mütəxəssislərin fikirlərinə istinadən, RBK nəşri yazıb.

Mütəxəssislər süni intellektin müxtəlif sahələrə tətbiqinin nəticələri arasında foto və videoların saxtalaşdırılmasının, şəxsi məlumatlarla manipulyasiyanın ola biləcəyini proqnozlaşdırırlar. Bununla əlaqədar hökumət bu sahənin tənzimlənməsini sərtləşdirməyə məcbur olacaq: şirkətləri əvvəlcə texnologiyaların inkişafı və istismarı üçün lisenziya və ya sertifikatlar əldə etməyə məcbur edə bilərlər. Sonra isə süni intellekt vergisi ortaya çıxa bilər.

Yeni yığımın yaranması dövlətə bu yolla əldə edilmiş vəsaiti texnoloji tərəqqi səbəbindən itirilmiş əməkdaşların xeyrinə yenidən bölüşdürməyə imkan verəcək ki, onlar yenidən ixtisaslaşa bilsinlər. Digital Leader-in meneceri Aleksey Sidorin bildirib ki, sənayenin tənzimlənməsi cəhdləri artıq indidən görünməkdədir. O xatırladıb ki, ABŞ hakimiyyəti Facebook və Google-u ötən prezidentlik kampaniyası zamanı alqoritmlərinin vətəndaşların seçiminə təsir etməsinə imkan yaratmaqda günahlandırır.

Eyni zamanda, Sberbankın məlumatlarının araşdırılması üçün səlahiyyətlərin inkişafı idarəsinin idarəedici direktoru Maksim Yeremenko süni intellekt vergisinin ortaya çıxmasını qeyri-real hesab edir. O izah edib ki, gələcəkdə süni intellektdən, məsələn, elektrik enerjisi və ya digər hasil olunan mənbələrdən istifadə olunduğu kimi tez-tez istifadə olunarsa, belədə vergini istifadə etməyə görə deyil,  “hasilat” vergisi şəklində tətbiq etmək daha məntiqli olardı.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun