Əmək haqqı təyin edilərkən nələrə diqqət yetirilməlidir?

posted in: Xəbər | 0

Əmək haqqı, kompensasiya hesablanması,, dəymiş zərər,Əmək Məcəlləsinin 155-ci maddəsinə əsasən, minimum əmək haqqı iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Maddənin üçüncü hissəsində qeyd edilir ki, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əməkhaqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.

Qeyd edək ki, ölkəmizdə minimum əməkhaqqı 1 sentyabr 2019-cu il tarixdən 250 manat müəyyən edilib. Əmək qanunvericiliyinə əsasən, minimum əməkhaqqı ilə bağlı vacib məqamları diqqətinizə çatdırmağı zəruri hesab edirik:

1) Minimum əmək haqqı yalnız ixtisassız işçilərə verilə bilər

Açıqlama: İşəgötürən tərəfindən aylıq iş normasını işləyən mühasibə 250 manat əməkhaqqı müəyyən edilməsi qanunaziddir. Çünki mühasib vəzifəsiz və ixtisassız əməyin siyahısına aid edilmir. Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış məşğulluq təsnifatına əsasən, “ixtisassız işçilər” təsnifatının açıqlaması belədir: “O peşələr daxil edilir ki, onlarda əl alətlərindən istifadə etməklə əsas etibarilə sadə təkrar olunan, bəzən xeyli fiziki qüvvə tələb edən, kiçik müstəsnalıqla, məhdud sərbəstliklə vəzifələrin yerinə yetirilməsi üçün lazım olan bilik və təcrübənin olması tələb olunur. Başlıca vəzifələr malların küçələrdə satılmasından, qapıçı və gözətçi funksiyalarının yerinə yetirilməsindən, habelə təmizləmədən, paltar yumaqdan, ütüləməkdən, hasilat sənayesində, kənd təsərrüfatında, balıq tutulmasında, tikintidə və ya sənət emalatxanalarında qeyri-ixtisas işlərinin yerinə yetirilməsindən ibarətdir”.

Buna satıcı, gözətçi, kuryer və ya qeydiyyatçı kimi vəzifələri nümunə göstərmək olar.

2) Aylıq iş vaxtı normasını işləmiş işçilər minimum əmək haqqından az əməkhaqqı ala bilməz

Açıqlama: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər ilin sonunda növbəti il üçün istehsalat təqvimi və iş norması vaxtını təsdiqləyir. 2019-cu ilin oktyabr ayı üzrə iş norması 184 saat müəyyən edilib. Əgər işəgötürənin “ixtisassız işçi” kateqoriyasına aid edilən işçi ilə bağladığı əmək müqaviləsinə uyğun olaraq işçi 92 saat işləyərsə və aylıq əməkhaqqı 150 manat təşkil edirsə, bu, qanun pozuntusu hesab olunmayacaq. Çünki işçi iş vaxtı normasını tam yerinə yetirməyib və iş normasına əsasən müəyyən edilən əməkhaqqı işlənilmiş iş vaxtı normasından yüksəkdir. Yəni 184 saata uyğun minimum əməkhaqqı 250 manat olmaqla 92 saata düşən əməkhaqqı 125 manat olduğu halda, işçiyə 150 manat aylıq əməkhaqqı hesablanıb.

3) Minimum əmək haqqı müəyyənləşdirilərkən digər gəlirlər nəzərə alınmır

Açıqlama: Aylıq iş vaxtı normasını yerinə yetirən işçinin əməkhaqqı 200 manat olsa da, əməkhaqqına aylıq 40 manat əlavə və 30 manat mükafat hesablanır. İşçinin yekun əməkhaqqı 270 manat təşkil edir ki, bu da minimum əməkhaqqı məbləğindən yüksəkdir. Lakin bu cür hesablama qanunvericiliyin tələbinə ziddir. Çünki Əmək Məcəlləsinin 155-ci maddəsinin 5-ci hissəsinə əsasən, əməkhaqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əməkhaqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əməkhaqqının məbləğinə daxil edilmir.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hansı biznes virus səbəbiylə sıradan çıxacaq? (4-cü hissə)

posted in: Xəbər | 0

Hansı biznes sıradan çıxacaq? (4-cü hissə)

3-ci hissəni oxumaq üçün keçidə daxil olun

Unikal böhran iqtisadiyyatın strukturunu yenidən quracaq: bir seqmenti öldürəcək, digərini isə yaradacaq. Yeni dünyada hansı biznes və peşələrə tələbat olacaq və hansı biznes tükənmək təhlükəsi altında qalacaq?
Yüksək texnologiyalar sahəsində startaplar

Bütün planetin ucuz peyk interneti ilə əhatə olunacağını vəd edən Britaniyanın startapı koronavirusa görə bazarların qeyri-sabitlik şəraitində lazımi maliyyələşməni cəlb edə bilmədiyindən, iflasla bağlı müraciət edib. Ehtimal ki, onun ardınca digərləri də eyni müraciətlə çıxış edəcəklər, Pavel Siqal belə hesab edir. “İlk növbədə, indi yüksək texnologiyalar sahəsində istiqamətlər, xüsusilə startaplar sıradan çıxacaq, – Siqalın təxmini belədir. – Silikon vadisində böyük yenidənqurma başlanıb: IT – sahəsində texnoloji açılım hesab edilən strartaplar maliyyəsiz qaldıqlarından, bağlanırlar. Böyük hesabla demək olar ki, post-sənaye dövrünə keçid baş tutmadı – dünya ötən əsrin 50-ci illərindəki sistemə tərəf sürünməkdədir”.

Müsbətdə olanlar

Qənaət seqmentləri

Böhran, gəlirlərin azalması və işsizlik yeni reallıqlarda daha çox tələb olunan qiymət seqmentinə dəqiq işarə edir. “Obyektiv olaraq iqtisadiyyatın və aşağı orta seqmentində sənayenin artımını və sürətli bərpasını proqnozlaşdırmaq olar”, – Zalogoff.com lombardlar birliyinin rəhbəri Sergey Zemelkin belə söyləyir. Söhbət baza komfortu üçün zəruri hesab olunan mallardan (ərzaq məhsulları, benzin, məişət texnikası, tikinti materialları, avtomobil ehtiyat hissələri) gedir. Xidmət sahəsində isə bunlar məsələn, bərbərlər, avtomobil servisləri, tibbi və stomatoloji xidmətlərdir”.  Xüsusilə də inşaat sahəsi daha tez bərpa olunacaq, çünki bir çoxları bu il məzuniyyətə getməyib, öz bağ evlərində dincəlməyə üstünlük verəcəklər.

Bəs yerdə qalan reteyllər? Briskly şirkətinin yaradıcısı hesab edir ki, bu sahə bütövlükdə daha sürətlə özünü bərpa edən seqmentlər sırasında olacaq. Nümunə kimi isə o, Çində açılan mağazaları misal gətirir və həmin mağazalara böyük insan axını olduğunu söyləyir.

“Özünütəcriddə insanlar mağazalardan adi hallardan orta hesabla 30% az onlayn mal alırdılar, – Xaritonov sözünə davam edir. – Səbəb: onlardan ötrü mağazada malları nəzərdən keçirərkən, aldıqları təmas və emosional təcrübə çox vacibdir. Yaddan çıxarmayın ki, bazarlıq etmək, həm də bir əyləncədir”. Buna misal kimi o, karantindən dərhal sonra açılan və 2,7 mln dollar qazanc əldə edən Hermes mağazasını nümunə gətirir.

Avtomatlaşdırma və məsafədən satışlar

Karantin insanların həm istehlak, həm də iş vərdişlərini dəyişdirib. Özünütəcrid dövrü başa çatdıqdan sonra tələb olunan yerə çatdırılma seqmenti biznesin lider istiqamətlərindən birinə çevriləcək. Buna görə, çatdırılmanı inkişaf etdirən və evlərində qalmağa məcbur olan istehlakçıların sədaqətini qazanan şirkətlər lider olacaq. Amma eyni zamanda, məsfədən biznesi dəstəkləyən bütün peşələr və istiqamətlər qazanacaqlar. Elektron satışların, genişzolaqlı internetin və s. daha da artacağını gözləmək olar. Avtomatlaşdırma ilə məşğul olan bütün bizneslər güclü addımlarla inkişaf edəcək.


5-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

icaze.e-gov.az portalında qüvvədə olan icazələrin sayı məlum olub

posted in: Xəbər | 0

icaze.e-gov.az, yeni xidmət, "icaze.e-gov.az" saytında yeni xidmət, saxta icazə arayışı, icaze.e-gov.azicaze.e-gov.az portalında qüvvədə olan icazələrin sayı açıqlanıb.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirilib.

Belə ki, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək məhdudiyyətlərin tətbiq edildiyi müddətdə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə icaze.e-gov.az portalına daxil edildikdən sonra yol verilib.

Əməkdaşlar üçün icazənin alınması ilə bağlı 15 200 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 241 689 icazə qüvvədə olub.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Uğurlu mühasib olmaq üçün 4 sadə üsul

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Uğurlu mühasib olmaq üçün 4 sadə üsul


Bir çox həmkarlarımızın axtarışına çıxdığı uğurlu reseptlər hansılardır? Hamıya məlum olduğu kimi əla yaxşının düşmənidir və uğur dalınca can atdıqca, biz reallıq hissini itirə və yaddan çıxara bilərik ki, həyatda başlıca şey – harmoniyadır.

O səbəbdən, biz Rusiyada ünsiyyətdə olduğumuz onlarla mühasiblə söhbət zamanı belə bir nəticəyə gəldik ki, onlardan ötrü öz işlərinin öhdəsindən layiqincə gəlmək, karyerada yüksəlməkdən daha vacib anlam kəsb edir. Və işinin öhdəsindən gələ bilməyənlərin karyeralarında hansısa uğura nail ola biləcəkləri həqiqətən də mümkünsüz bir şeydi. Özünüz də bizimlə razılaşarsınız ki, əla mühasiblərə yaxşı mühasiblərlə müqayisədə daha az-az rast gəlinir.

Həmkar-mühasiblərlə söhbət zamanı biz, adi mühasiblərin yaxşı mühasib ola bilməsi üçün dörd sadə üsulu dürüstləşdirə bildik. Özünüz də indi buna əmin olun.

Ünsiyyət – ən yaxşı təhsildir
Uğurlu mühasib

İxtisası xüsusi kurslar və ya təcrübəli məşqçilərin yanında öyrənməklə artırmağın mümkünlüyü qəbul olunub. Bu, əlbəttə ki, danılmaz bir ortamdır, lakin, fakta istinad etsək, bahalı kurslar, gözəl sertifikatlar və işdənkənar aparılan bir neçə günlük məşqlər heç də həmişə gözləntiləri doğrultmur. Təcrübəli mühasiblərin qeyd etdiyi kimi, peşənin öyrənilməsi müntəzəm getməlidir, buna isə yalnız həmkarlarınla fasiləsiz ünsiyyət yolu ilə nail olmaq mümkündür.

Digər şirkətlərdən olan həmkarlarınızla ünsiyyət qurmaq istəyirsiniz. Bu gün buna bütün şərait var: forumlar, portallar, sosial şəbəkələr. Bu meydançalar sizə daim öz biliklərinizi aktuallaşdırmaq imkanları və konkret praktiki məsləhətlər almağa imkanlar yaradır. Həm də yaddan çıxarmayın ki, vergitutma, qanunvericilik, hüquqi münasibətlər və s. sahələr üzrə bir çox aparıcı məsləhətçilər və ekspertlər həmin forumlarda və portallarda ünsiyyət qururlar. Siz onlara birbaşa suallar verməklə, bilavasitə məsləhətlər ala bilərsiniz. Onların email ünvanlarını götürün, abunə olun və öz suallarınızı göndərib ünsiyyət qurun.

Başqa peşələrdən də nələrisə öyrənin

Uğurlu mühasibAdi menecerin gündəlik iş rejimi mühasibin iş qrafikindən çoxmu fərqlənir?? Əslində elə də çox fərqlənmir. Belədirsə, onda niyə digər peşələrdən olan nümayəndələrin öz iş rejimlərini və vaxtlarını necə təşkil etdiklərinə diqqət yetirməyək?

Layihə rəhbərlərindən time-menecmenti öyrənmək olar – bu, iş gününüzün hər bir dəqiqəsindən səmərəli şəkildə istifadə etməklə, həm də peçenye ilə çay içməyə imkan əldə etməniz deməkdir. Satış üzrə mecerlərdən kommunikasiyanı (ünsiyyət) necə qurmaq üsullarını öyrənmək olar (biz əminik ki, mühasib – heç də susqunluq peşəsi deyil). Hüquqşünaslar sizə qanunvericiliklə bağlı kurslarda  necə iştirak etməyi, hansı servislərə və xəbər lentlərinə abunə olmağı söyləyə bilərlər. Marketoloqlar maraqlı forumları məsləhət görə bilərlər.

Yeri gəlmişkən, siz öz smartfonunuzdan iş üçün istifadə edirsiniz?  Bir çox müxtəlif mobil xidmət var – informasiya, istinad, əlaqə və planlaşdırma, hər şey üçün, – və onlar sizə iş gününüzü düzgün və səmərəli şəkildə qurmağa, mühasibat dünyasında dəyişikliklərdən xəbərdar olmağa və mövcud problemləri həll etməyə kömək edəcəkdir.

Mühasibat – bu, rəqabət üstünlüyüdür
Uğurlu mühasib

Təəssüflər olsun ki, hələ də mühasibatlığı şirkətlərin kommersiya fəaliyətinin bir hissəsi hesab etməyən adamlar var. Bəli, mühasib marketinqdə, satışlarda və ya istehsalda iştirak etmir, lakin bu o demək deyildir ki, mühasib öz işini şirkətlərdə rəqabət üstünlüyü kimi qura bilməz. Sizin təşkilatınızın əsas məqsədi – nələrisə kimlərdənsə daha yaxşı yerinə yetirməkdir və bu məsələdə mühasibat uçotu da istisna təşkil etmir.

Menecment nöqteyi-nəzərincə, mühasibatlıq da şirkətlərin digər bölmələri kimi bir bölmədir. Beləliklə, onun üçün də məhsuldarlıq və effektivlik məsələləri tamamilə müvafiqdir. Hətta burada şirkətlərin effektivliyinə görə ikinci dərəcəli proseslərdən söhbət getsə belə, bu faktdır. Məsrəflərin uçotu nöqteyi-nəzərincə mühasibatlıq – gəlirlərin/xərclərin mərkəzidir və nəticə etibarilə onları idarə etmək olur və bunu etmək lazımdır. Öz işinizdə aşağıdakı kriteriyaları tətbiq edin:

  • mühasibat uçotu registrlərinin aparılmasının dəqiqliyi və səhihliyi (düzgünlüyü);
  • vergi və idarəetmə hesabatlarının vaxtında formalaşdırılması;
  • mühasibat və vergi hesabatında məlumatların tamlığı.

Bunlar üçün göstəricilər müəyyənləşdirin və onlar üzrə hərəkət edin. Bir müddət sonra təkcə siz deyil, həm də sizin rəhbərliyiniz işinizin effektivliyini bilavasitə hiss edəcək.

Ağılla istirahət edin

Uğurlu mühasibBütün hallarda mühasib işi kəskin ağıl, diqqətlilik və son dərəcə dəqiqlik tələb edir. Ona görə, intellektinizi daim məşq etdirmək çox vacibdir. Və bunu istirahət zamanı etmək daha yaxşıdır. Ən sadə üsul – oxumaqdır. Və digər xoşagələn variantlar da var – stolüstü oyunlar oynamaq, rəsm çəkmək və ya tikmə ilə məşğul olmaq və s. Yəqin ki, siz artıq bunların hansındansa istifadə edirsiniz.

Asudə vaxtınızı mədəni şəkildə rəngarəng etmək lazımdır. Sevimli seriallar – bunlar yaxşı istirahət üsuludur, lakin, kinoya və ya teatra getməyiniz daha yaxşı olardı. Hətta ən stressli günlərdə, hesabat və yoxlama vaxtlarında belə, yaxınlıqda yerləşən teatrda hər hansı bir tamaşaya baxmağa bir saat vaxt ayırmağa dəyər. Bu cür istirahət harmonik və kamil şəxsiyyətin bir parçası hesab olunur, peşəkarın özünə əminliyi və etibarlılığıdır.

Gördüyünüz kimi, bizim məsləhətlərdə nağıla bənzər nəsə yoxdur: bu sadə və əlçatan üsullar yapon pəhrizindən daha asandır. Ən başlıcası, heç bir stress olmur!

Artıq siz özünüz də bunlara nələrisə əlavə edə bilərsiniz. Bu isə o deməkdir ki, siz “yaxşı mühasib” anlayışına daha çox yaxınlaşmısınız.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun