İtaliyada absurd vergilər

posted in: Məqalə, Vergi, Xəbər | 0

İtaliyada absurd vergilər

İtaliyada yüzdən çox müxtəlif vergi növü mövcuddur. O cümlədən elə vergi növləri var ki, rasional və məntiqi izahı belə yoxdur. Aşağıda həmin vergi növlərindən bir neçə nümunəni diqqətinizə çatdırırıq.

Kölgəyə görə vergi: Əgər mağaza sahibi talvar tikirsə və onun kölgəsi ictimai əraziyə “daxil olursa”, ictimai torpağın “qeyri-leqal işğalına görə” məcburi ödəniş etməlidir.

Bataqlıq vergisi: Sözügedən vergi növü 1904-cü ildə kral fərmanı ilə qüvvəyə minib və vətəndaşlar, bataqlıq ərazini qurudub, oranı kənd təsərrüfatı məhsullarının becərilməsindən ötrü istifadə etsələr, buna görə ödəniş etməlidirlər. İtaliyanın bir çox regionlarında hələ də bu vergini ödəməkdə davam edirlər.

Göbələk yığımına görə vergi: İtaliyada hətta meşələrdən göbələk yığımına görə belə vergi tətbiq olunub.

Magistrala çıxan yollara görə vergi: Evlərdən magistral yollara aparan “cığırlara” (ensiz yollar) görə vergi ödənişi ideyası 1997-ci ildə doğulub və bir çox kommunalarda bu vergi növü öz çiçəklənmə dövrünü yaşamaqdadır.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Elektrik enerjisindən səmərəli istifadəyə görə vergi: Elektrik enerjisi ödənişi ilə bağlı qəbzinizə diqqət yetirin; bir çoxlarınız orada sirli Ef-En abbrevaturasını aşkar edəcəksiniz, bu müştərinin elektrik enerjisindən nə qədər səmərəli istifadə etməsinin göstəricisini əks etdirir. Nəticə belə olur, həmin vergi səbəbiylə xəzinəyə milyonlarla avro daxil olur.

Üç rəngli bayraqdan istifadəyə görə vergi: Bayramlar dövründə mağaza, otel, restoran və s. sahibləri İtaliyanın dövlət bayrağını görünən yerdən asarlarsa, çox güman ki, yaxın vaxtlarda öz poçt qutularında brenddən şəxsi məqsədləri üçün istifadə etdiklərinə görə vergi ödəməli olmaları ilə bağlı qəbzə rast gələcəklər.

Yaddaşa görə vergi: bu vergi növü müxtəlif texnoloji avadanlıqlara sahib olan şəxslərdən tutulur, hansılar ki, şəxsi istifadə üçün musiqi trekləri və kinofilmlərinin surətini çıxarmağa imkan verir. Bu, müəllif hüquqlarının qorunmasına xidmət edir. Mahiyyət etibarilə, mobil telefon, smartfon, daşınan sərt disk, fləş-kart sahibləri həmin vergini ödəməyə borcludurlar.

Xəyali atom elektrik stansiyalarına görə vergi: Eletrik enerjisindən istifadəyə görə qəbzlərə italyan AES-nə xidmətə görə vergi də daxil edilib. Amma, təssüflər olsun ki, İtaliyada hələ AES-lər yoxdur. Həmin vergi növünü italyanlar yalnız ölkə ərazisində  AES-lər istifadəyə verildikdən sonra ödəməli olacaqlar.      


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Mühasib – Bizim Market

posted in: Xəbər | 0

mühasib köməkçisi, vakansiya, mühasib operator, mühasib köməkçisi, vakansiya,Vakansiya: Mühasib tələb olunur.

İşəgötürən: Bizim Market.

Əmək haqqı: 900 – 1100 AZN.

Vakansiya barədə məlumat: 

• Bank əməliyyatlarının aparılması,
• İşçilərlə hesablaşmaların və sənədləşmələrin təşkili,
• Aylıq, rüblük, illik Dövlət orqanlarına hesabatların göndərilməsi,
• Pul vəsaitlərinin planlaşdırılması, proqnoz, ödənişlərin bölüşdürülməsi.
• Birbaşa rəhbərin və Maliyyə Direktorunun tapşırıqlarının icra edilməsi.

İş şəraiti:

• 5 günlük iş həftəsi
• Əmək haqqı 900-1100 AZN
• Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur

Koronavirus qarşısında ən həssas valyuta müəyyən edilib

posted in: Məqalə, Xəbər | 0

Koronavirus qarşısında ən həssas valyuta

Koronavirusun qlobal pandemiyası və Avropa ölkələrinin ümumi təhlükə qarşısında birləşə bilməməsi fonunda inkişaf etmiş iqtisadiyyata malik ölkələrin pul vahidi olan avro ən zəif valyutaya çevrilib. Bu haqda Bloomberg agentliyi məlumat verib.

İlin əvvəlindən bəri avro dollara nisbətdə 3,5 faiz zəifləyib. Bazar iştirakçıları sözügedən valyutanın zamanla öz dəyərini daha da itirəcəyinə əmindirlər. Epidemiyanın tüğyan etdiyi vaxtda belə Avropa birliyi ölkələri hələ də iqtisadiyyatı dəstəkləmək üçün vahid fiskal siyasət işləyib hazırlaya bilmirlər. Məsələn, İtaliyanın dəstəklənməsindən ötrü 540 milyard avroluq qısamüddətli plan işlənib hazırlanıb. Amma ölkə iqtisadiyyatının bərpasının uzunmüddətli proqramı ilə bağlı ölkələr hələ də öz aralarında razılaşa bilməyiblər. Yaranmış vəziyyət isə valyuta bazarında narahatlıqlar doğurur.

Bir müddət əvvəl isə İspaniya baş-nazirinin müavini Pablo İqlesias Avropa ittifaqının dağılmaq təhlkəsilə üzləşə biləcəyi ilə bağlı xəbərdarlıq da etmişdi. O bəyan etmişdi ki, hazırda ölkələr arasında COVİD-19-dan əziyyət çəkən vətəndaşlara maliyyə yardımı barədə fikir birliyi yoxdur.

Pandemiya dövründə ən dayanıqlı valyutalara gəldikdə isə, bunların Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya milli valyutaları olduğu müəyyən edilib. Bu ölkələr digər dövlətlərlə müqayisədə koronavirus epidemiyasının öhdəsindən daha uğurla gəlməyi bacara biliblər. İndi investorlar Avstraliya və Yeni Zelandiya dolları və Koreya vonunda istehsal edilən yerli emitentlərin səhmlərinə və istiqrazlarına daha aktiv şəkildə sərmayə qoyurlar.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gömrük Komitəsi büdcəyə ödənişləri azaldıb – 44 milyon manat azalma

posted in: Xəbər | 0

2020-ci ilin 4 ayı ərzində Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 1 milyard 347 milyon 886 min manat daxil olub.

Bu barədə Komitənin aylıq hesabatına istinadən xəbər verilir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43 milyon 973 min manat və ya 3% azdır.

2019-cu ilin 4 ayı ərzində Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 1 milyard 391 milyon 859 min manat daxil olmuşdu.

Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 0,4% azaldaraq 963 milyon 925 min manata, aksizlər 54,4% azalaraq 43 milyon 841 min manata, yol vergisi üzrə daxilolmalar isə 4,4% azalaraq 12 milyon 637 min manat olub.

Mənbə: banker.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun