Hüquqi şəxs icarəyə götürdüyü torpağa görə torpaq vergisi ödəməlidirmi?

posted in: Xəbər | 0
birbank biznes

gəlir vergisi,vergitutma, yükdaşımalar,Sual: Hüquqi şəxs bələdiyyə orqanlarından torpaq sahəsi icarəyə götürüb. Hüquqi şəxs bu torpaq sahəsinə görə torpaq vergisi ödəməlidirmi?

Cavab: Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Vergi Məcəlləsinin 207.1.2-ci maddəsinin müddəalarına əsasən dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar torpaq vergisindən azaddır.

Eyni zamanda “Torpaq icarəsi haqqında” Qanununun 14-cü maddəsinin müddəalarına əsasən icarəyəverən torpaq vergisi tədiyyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. Qeyd olunanlara əsasən yerli özünü idarəetmə orqanlarının mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri torpaq vergisindən azaddır. Həmin torpaq sahələri hüquqi şəxslərə icarəyə verilən zaman icarəyəverən yerli özünü idarəetmə orqanı torpaq vergisinin tədiyyəçisi olmadığı üçün icarəyə götürən hüquqi şəxslər icarəyə götürülmüş torpaq sahəsinə görə icarə haqqı ödəməklə yanaşı, bu torpaq sahələrinə görə dövlət büdcəsinə torpaq vergisi ödəməli və vergi orqanına torpaq vergisi bəyannaməsini təqdim etməlidirlər.

Mənbə: taxes.gov.az


Bax: ƏDV depozit hesabı üzrə məlumat mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsində göstərilməlidirmi?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email