Azərbaycanda orta aylıq əmək haqqı artıb

posted in: Xəbər | 0

Azərbaycanda orta aylıq əmək haqqı artıb

Aylıq əmək haqqı, büdcə, orta aylıq maaş, orta aylıq əmək haqqı, orta aylıq nominal əmək haqqıBu il aprelin 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 65,3 min nəfər və yaxud 4,1% artaraq 1 646,1 min nəfər olub.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, onlardan 911,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 734,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Məlumata görə, muzdla işləyənlərin 20,3%-i təhsil, 17,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 13%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,9% artaraq 744,5 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Mənbə: report.az


Bax: Gömrük Komitəsi büdcəyə ödənişləri azaldıb – 44 milyon manat azalma


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pensiyanın bir növündən başqa növünə keçmə hüququnda məhdudiyyət aradan qaldırılacaq

posted in: Xəbər | 0

MDSS, işsizlik sığortası üzrə rekvizitlər, işsizlik səviyyəsi, Birdəfəlik ödəmə, işsiz şəxslərin sayı, birdəfəlik ödəmə, İşsiz şəxslər, İşsiz, İşsiz şəxslərin qeydiyyatı, sektorlara dəstək, xəbərdarlıq sahibkarlarPensiya ilə bağlı yeni qanun layihəsində pensiyaçıların maraqları nəzərə alınmaqla, heç bir istisna olmadan pensiyaçının əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququnun təsbit edilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  verilən məılumata görtə, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə əsasən, pensiyaçının yaşa görə pensiya növündən əlilliyə görə pensiya növünə keçirilməsi məhdudlaşdırılıb. Yəni yaşa görə pensiya alan şəxsin əlilliyə görə də pensiya hüququ yarandıqda, o, yaşa görə pensiyadan imtina edib əlilliyə görə pensiyaya çıxa bilməz.

Yeni qanun layihəsində nəzərdə tutulan dəyişiklik bu məhdudiyyəti aradan qaldırmağa yönəldilib. Yəni, hər hansı bir pensiyaçı öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə istisna olmadan keçə biləcək.

Bu zaman pensiyaçının ərizəsinə ən geci 10 iş günü müddətində baxılmaqla onun digər pensiya növünə keçirilməsi və həmin pensiyanın hesablanaraq təyin edilməsi təmin olunacaq.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sığorta şirkətləri niyə bəzi obyektləri sığortalamaqdan imtina edir?

posted in: Xəbər | 0

sığorta sektoru,“EuroHome” ticarət mərkəzində baş verən növbəti yanğın kommersiya obyektlərinin sığortalanması məsələsini də yenidən gündəmə gətirdi. 2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. Ticarət mərkəzlərində baş verən yanğınlara baxmayaraq bəzi sahibkarlar hələ də sığortaya lüzumsuz xərc kimi baxır. Bəziləri isə sığorta şirkətlərinin onları sığortalamaqdan imtina etdiklərindən gileylənir. Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndəsi Rüfət Ağazadənin sözlərinə görə, həqiqətən də sığorta şirkətləri heç də hər obyekti sığortalamaqda maraqlı deyil:

“EuroHome” kimi ticarət mərkəzində risk böyük olduğundan sığorta şirkətləri bu yükün altına girmək istəmir. Bu ticarət mərkəzində ən elementar təhlükəsizlik normalarına riayət edilmədiyinə görə həmin obyektdə yenidən yanğın baş verməsi heç də göydəndüşmə hadisə olmadı. Həmin ticarət mərkəzində müəyyən texniki parametrlərə, təhlükəsizlik qaydalarına əməl olunsaydı, standartlara uyğun tədbirlər həyata keçirilsəydi, təbii ki, sığorta şirkətləri onlarla işləməkdə maraqlı olardı”.

İcbari Sığorta Bürosunun məlumatına əsasən, 2020-ci ilin may ayının 1-nə daşınmaz əmlakın icbari sığortası üzrə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çox – 204 minə yaxın müqavilə imzalanıb. Ötən il yığılan sığorta haqlarının həcmi 13 milyon manata yaxın olduğu halda, bu il 21 milyon manatı keçib. Bu da onu göstərir ki, daşınmaz əmlakın sığortasının əhəmiyyəti ilə bağlı son dövrlər ölkədə həyata keçirilən maarifləndirmə tədbirləri öz bəhrəsini verir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ötən həftə 5 konsaltinq şirkəti ləğv edilib

posted in: Xəbər | 0

yerli şirkət, emek muqavilesi, xarici şirkət, əmək müqaviləsi,Vergilər.Az saytında olan məlumatlara əsasən ötən həftə ərzində 5 konsaltinq Şirkəti ləğv edilib:

“CASPİAN ACCOUNTİNG AND CONSULTİNG SERVİCES (CASC)” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1800360201

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1038 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı ŞTQ, Dirçəliş küçəsi, dalan 3, mənzil 2 ünvanına bildirə bilərlər.


“KASPİAN AKKAUNTANTS” MƏHDUD MƏSULİYYƏTLİ MÜƏSSİSƏSİ

VÖEN: 1700408991

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1134 Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 66, mənzil 18 ünvanına bildirə bilərlər.


“FİN ADVİSER” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1303250781

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1073 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 3 ünvanına bildirə bilərlər.


“LEGAL KONSALTANSİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1302364661

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1073 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 3 ünvanına bildirə bilərlər.


“VES FİNANCE” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1301850931

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1073 Bak; şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, küçəsi, ev 3 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun