ABŞ-da son yüz ilin ən böyük işsizliyi proqnozlaşdırıldı
ABŞ-ı Böyük Depressiya dövründən bəri işsizliyin ən güclü dalğası gözləyir. Bloomberg Economics agentliyinin analitikləri belə bir fikir söyləyiblər. Gözlənildiyi kimi, Amerikanın Əmək Nazirliyi cümə günü, iyunun 5-də işsizliklə bağlı hesabatı dərc edəcək. Öz proqnozlarında iqtisadçılar agentliyə bildiriblər ki, nazirlik ölkədə işsizliyin 19,6 faizə yüksəldiyini bəyan edəcək ki, bu da 100 il ərzində tarixə ən yüksək göstərici olaraq düşəcək. Agentlik ilin yekunlarına görə, işsizlik səviyyəsinin enəcəyini və iqtisadiyyatın bərpa olunması hesabına bu səviyyənin 10 faiz təşkil edəcəyini gözləyir.
Bundan əvvəl isə Avropanın əmək bazarında ən güclü çöküşün yaşandığı barədə məlumat verilmişdi. Almaniyada işsizlik səviyyəsi artıq 2008-2009-cu illərin bütün maliyyə böhranı dövründəki səviyyədən də yüksək həddə çatıb.
Boston Consulting Group-un qiymətləndirməsinə görə, növbəti iki-üç ayda dünyada koronavirus pandemiyasının nəticələri üzündən planetin hər altıncı sakini işsiz qala bilər. Əmək gəlirlərinin itkisi 3,4 trilyon dollar səviyyəsinə, işsizlik səviyyəsi isə dünyada 17 faizi ötüb keçə bilər.

Hörmətli Sahibkar! Sizi, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkil etdiyi növbəti onlayn seminarda iştirak etməyə dəvət edirik.
KOBİA-dan verilən məlumata görə, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) koronavirus pandemiyasından zərərçəkmiş sahələrdə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların böhranın idarəedilməsi ilə bağlı bilik və bacarıqlarının artırılması üçün məlumat platforması yaradıb.
Yeddi dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, elana çıxarılan vəzifələrin 5-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 22-si B növü vəzifələrə (inzibati-icraçı) aiddir.