Yardım almış sahibkarlara ödənişlə bağlı səhvən SMS göndərilib

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, dövlət dəstəyi alan fərdi (mikro) sahibkarların bəzilərinə maliyyə yardımının bank hesabına təkrar köçürülməsi ilə bağlı bildiriş SMS-i göndərilib.

Mesaj İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən göndərilib.

DVX-dən “Report”a bildirilib ki, vergi ödəyicisinə təkrar gəlmiş SMS-lə bağlı məsələ araşdırılacaq:

“Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi birdəfəlik ödəmələrdir. Əgər həmin fərdi sahibkar pandemiyanın təsirinə məruz qalan sahələr üzrə çalışırsa və muzdlu işçisi varsa, təbii ki, həmin muzdlu işçilərin əmək haqqına görə də müraciət hüququ vardır. Bu halda muzdlu işçilərin əməkhaqqına görə müraciəti təsdiq olunacağı halda, ona maliyyə dəstəyi 2 tranşla köçürülür. Lakin fərdi sahibkarlar üzrə maliyyə dəstəyi proqramından yalnız bir dəfə yararlana bilər”.

Tədbirlər Planına əsasən, sahibkarlara minimum 250 manat, maksimum 5 000 manat ödənilə bilər.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu dövlət rüsumu ləğv edilib

posted in: Xəbər | 0

Bu dövlət rüsumu ləğv edilib

dövlət rüsumu, Sosial sığorta, Vergi Məcəlləsində dəyişiklik, Vergi orqanlarının vəzifəli şəxsləri, müavinət, lisenziyadan azad, icazələr, Lisenziyalar, -ci il üçün ehtiyac meyarıMilli Məclisin 19 may tarixində keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik III oxunuşda müzakirəyə çıxarılıb.

Qanuna təklif edilən dəyişikliyə əsasən xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə tutulan 15 manat dövlət rüsumu ləğv edilib.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ASK “Gələcəyin sahibkarı” mövzusunda yazı müsabiqəsi elan edir

posted in: Xəbər | 1

Müsabiqə – Gələcəyin sahibkarı

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə uşaqlar arasında “Gələcəyin sahibkarı” mövzusunda yazı müsabiqəsi elan edir.

Müsabiqədə 8-11, 12-15 yaş qruplarında şagirdlər iştirak edə bilərlər.

Müsabiqə Azərbaycanda sahibkarlığın təbliği, erkən yaşlarda sahibkarlıq anlayışının formalaşdırılması, uşaqları gələcəkdə sahibkar olmağa ruhlandırmaq məqsədi daşıyır.

Mükafat fondu:

1-ci yer – 200 AZN dəyərində hədiyyə
2-ci yer – 150 AZN dəyərində hədiyyə
3-cü yer – 100 AZN dəyərində hədiyyə

Müsabiqənin şərtləri:

Müsabiqədə iştirak etmək istəyənlər 8-11, 12-15 yaş qruplarında, şagirdlər olmalıdırlar;
Bir uşaq yalnız bir məqalə ilə iştirak edə bilər;

Yazıya qarşı olan tələblər:

Yazı “Arial” yazı şriftində, 12 punto ölçüsündə, A4 formatlı səhifədə yazılmalıdır;
Yazının həcmi 3000-6000 işarədən (boşluqlar nəzərə alınmadan) çox olmamalıdır;

Müraciət:

Hazırlanan yazılar 27 may 2020-ci il tarixinə qədər aşağıda göstərilənlərlə birlikdə elektron ünvanına, məktubun mövzusunda “MÜSABİQƏ” qeyd edilməklə göndərilməlidir:

Şəxsiyyət vəsiqəsinin sürəti;
Oxuduğu məktəb və sinif;
Ev və ya mobil telefon;

Qeyd: Təqdim edilmiş yazılar şərtlərə uyğun olmadıqda müsabiqəyə buraxılmayacaqdır.

Müsabiqənin qalibləri 1 iyun 2020-ci il tarixində elan ediləcəkdir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu təqaüdün verilmə qaydası dəyişdirildi

posted in: Xəbər | 0

Aylıq əmək haqqı, əlavələr, Sosial xidmətlər, Sosial yardımın müddəti, aylıq əmək haqqı, müavinət, vergi,kompensasiya, muzdlu işçilər, muzdlu işçilərin sayı, Kompensasiya məbləği, dəstək proqramı, dəstək proqramı, Əmək haqqı, maaş, Valyuta rejimi, orta aylıq əmək haqqı,Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə hər bir ixtisas üzrə təqaüdlərin sayı nəzərə alınmaqla, imtahan sessiyasının nəticələrinə əsasən ÜOMG-yə görə ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti semestrdə təqaüd alacaq tələbələrin siyahısı, semestr başlayanadək müəyyən ediləcək.

Akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni (fənləri) dinləmədən imtahan verib müvəffəq qiymət almış tələbə də növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil ediləcək.

Təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər (birinci tədris ilinin birinci semestri istisna olmaqla) fənlər üzrə göstəricilərinə görə aşağıdakı kimi müəyyənləşdirilir:

– fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrə “əlaçı” təqaüdü;

– fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə “həvəsləndirici” təqaüdü. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100 olmalıdır;

– fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə “adi” təqaüd.

İndiyə qədər təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər semestr üzrə (birinci tədris ilinin birinci semestri istisna olmaqla) imtahan sessiyasının nəticələrinə əsasən fənlər üzrə göstəricilərinə görə müəyyənləşdirilirdi.

Bu qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun