Vakansiya: Mühasib – Zeytun Pharmaceuticals

posted in: İş elanı, muhasibat, Xəbər | 0

mühasib üzrə vakansiya, mühasib köməkçisi,Vakansiya: Mühasib tələb olunur.

İşəgötürən: Zeytun Pharmaceuticals.

Vakansiya barədə məlumat:
  • İş yeri: BEGOC Biznes Mərkəzi
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı 600-900 manat
Mühasib üçün tələblər:
  • Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
  • Mühasibatlıq sahəsində 2 ildən artıq iş təcrübəsi
  • Azərbaycan dili; Rus dili arzu olunandır
  • Debitor və kreditorlarla hesablaşmalar üzrə biliklər və təcrübə
  • Əmək haqqının hesablanması üzrə bilikləri
  • Vergi məcəlləsi, Əmək pensiyaları haqqında qanun üzrə biliklər
  • MS Office(Excell vacibdir) üzrə sərbəst biliklər
  • 1C (8.3) proqramında işəmək bacarığı

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi / elektron ünvanına göndərin.

Xahiş olunur CV-nizi göndərdikdə subject (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Auditor şirkəti: “Həmin bankın bağlana biləcəyini hesabatda yazmışdıq”

posted in: Xəbər | 0

vergi sərəncamıAzərbaycanda bankların bağlanmasının detalları ilə bağlı müzakirələrə bankların illik hesabatlarını hazırlayan auditor şirkətləri də qoşulub. «Ağ Bank»ın kapitalının mənfi olduğunu və bu vəziyyətin bankın fəaliyyəti üçün risk yaratdığını illik hesabatlarda davamlı olaraq göstərmişik» – bu barədə AMB-nin qərarı ilə mayın 11-də lisenziyası geri alınan «AG Bank»ın illik auditor hesabatlarını hazırlayan «RSM Azerbaijan» şirkətinin audit partnyoru Günel Xəlilova bildirib.

Xaırladaq ki, bir qədər əvvəl AMB rəhbəri Elman Rüstəmov kənar auditorların hazırladığı hesabatların təhrif olunduğunu bildirmişdi. O qeyd etmişdi ki, «AG Bank»ın hesabatında mənfi kapitalla bağlı AMB-nin və kənar auditorların göstəriciləri bir-birindən fərqlənib.

«RSM Azerbaijan»ın nümayəndəsi Günel Xəlilova bu fərqin olmasını təbii sayır. Onun sözlərinə görə, məsələ bankın vəziyyəti ilə bağlı hesabatların hansı standartlara əsasında hazırlanmasından asılıdır: «Mərkəzi Bankın hesablamaları ilə Beynəlxalq Standartlara Uyğun Maliyyə hesabatlarının təqdim olunması prinsipində müəyyən fərqlərin yaranması mütləq şəkildə mümkündür. Burada əsas fərqlər yaranır ehtiyatların hesablanması ilə bağlı, və çox güman ki, bizim verdiyimi rəqəmlərlə Mərkəzi Bankın hesablaması arasındakı fərq də oradan qaynaqlanıb».

Bununla yanaşı, G. Xəlilova bildirib ki, bankın problemləri şirkətin hazırladığı bütün hesabatlarda göstərilib: «Elman Rüstəmov özü də qeyd etdi ki, kənar auditin hesabatında da kapitalın mənfiyə düşməsi qeyd olunub. Və biz «AG Bank»ın hesabatını hazırladığımız bu dövrlər ərzində hər dəfə qeyd edirik ki, bankın kapitalı mənfidədir. Onun fasiləsiz fəaliyyət prinsipinin təhlükəsi yaranıb və yaxın gələcəkdə bankın fəaliyyəti dayandırıla bilər. Bu qeyd bir neçə ildir ki, hesabatımızda göstərilir. Hesablamalarda müəyyən fərqlər ola bilər. Amma bu da, dediyim kimi, AMB-nin yanaşması ilə beynəlxalq standartların yanaşması arasındakı prinsiplərin fərqli olması səbəbindəndir».

«Hansı yanaşma banklara münasibətdə daha liberaldır?» sualına cavab verən Günel Xəlilova bildirib ki, «İFRS 9»un (beynəlxalq maliyyə hesabatı standartı) tətbiqindən başlayaraq beynəlxalq standartların yanaşması daha liberaldır: «Yəni Mərkəzi banka baxanda bu standart daha liberaldır. Mən bilmirəm ki, AMB aktivlərin təsnifləndirilməsi ilə bağlı qaydalara müvafiq dəyişiklik edəcəkmi, amma onu deyə bilərik ki, son dövrdə standartlarda dəyişikliklər bunu deməyə əsas verir».

Şirkət nümayəndəsi bildirir ki, bağlanan bankların hesabatları ilə bağlı «RSM» şirkətilə Mərkəzi Bank arasıda müzakirə olmayıb. Ümumiyyətlə, onun sözlərinə görə, əvvəllər AMB bank sektoruna nəzarət etdiyi dövrdə bankların hesabatları ilə bağlı auditorlara sorğular verilsə də, Maliyyə Palatasının fəaliyyəti zamanı maliyyə hesabatları ilə bağlı detallı sorğu gəlməyib: «Hesabatı təqdim etmişik, hətta gözləmişik ki, palatanın müvafiq bölmələri bunu oxuduqdan sonra kənar auditolara müəyyən suallar verə bilərlər. Bu normaldır və əvvəlki illərlə AMB-dan belə suallar istənilən bankın hesabatları ilə bağı gəlirdi. Amma son bir neçə ildə belə hallar və suallar olmayıb».

Günel Xəlilova sifarişçinin bank olması səbəbindən auditorun öz hesabatında bankın xeyrinə dəyişiklik etməsi ilə bağlı iddiaları qəbul etmir: «Biz hesabataları beynəlxalq standartların qoyduğu tələblər əsasında hazırlayırıq. Maliyyə hesabatlarının tərtibi prinsipi varsa, auditin də özünün beynəlxalq standartları var. Həmin standartların və etika məcəlləsinin tələblərindən heç bir halda kənara çıxmırıq. Burada artıq qərəz və ya kiminsə şəxsi marağı heç vaxt rol oynaya bilməz».

G.Xəlilova bildirir ki, əgər maliyyə bazarının requlyatorunun (yəni Mərkəzi Bankın) bununla bağlı şübhəsi varsa, qanunvericiliyə dəyişikliyə gedib bu sahəyə nəzarəti əlinə ala bilər: «Requlyator düşünürsə ki, auditorun seçimi təsisçiyə həvalə olunduğu üçün burada qərəz yarana bilər. O zaman qanunveriilikdə müəyyən dəyişiklik edilə bilər ki, auditorların seçiminə özü də müdaxilə edə bilsin. Qanunda belə dəyişiklik olunsa, bəlkə də bu aradan qaldırıla bilər. Əslində biz bunu gözləyirik və dünyada, o cümlədən Avropada belə bir təcrübə var. (requlyatorun auditor seçminə müdaxilə etməsi və nəzarət etməsi). Qayda nə olacaqsa, biz onunla işləyəcəyik. Problem deyil, biz qanunla işləməyə borcluyuq».

Mənbə: fed.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ailə başçısını itirməyə görə pensiya alanlarla bağlı yeni yanaşma

posted in: Xəbər | 0

Əmək məzuniyyətindən geri çağırılma, işçi qüvvəsi, Məşğulluq orqanları,“Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həmin ailələrin pensiya təminatı ilə bağlı yeni humanist yanaşma əksini tapıb. Belə ki, layihə qəbul edilərsə, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvü bu və ya digər səbəblərdən (özünün digər növ pensiya və ya müavinət hüququ yaranması ilə və s. hallarda) payına düşən pensiya məbləğini almağa davam etmədikdə, ona hesablanan həmin pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürüləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib.

Misal üçün, ailə başçısını itirməyə görə ailəyə ayda 420 manat pensiya ödənilir. Bu pensiya ailənin 3 nəfər üzvü arasında bölünərək (hər birinə 140 manat) verilir. Həmin şəxslərdən biri digər pensiya və ya müavinət almağa başladıqda, onun payına düşən 140 manat vəsait qalan iki ailə üzvünün pensiyasının üzərinə (hər birinə 70 manat olmaqla) əlavə olunacaq.

Yeni qanun layihəsi hazırda aidiyyəti dövlət qurumları ilə müzakirə mərhələsindədir.

Cari ilin əvvəlindən qüvvəyə minmiş digər bir qanunverciliklə ailə başçısını itirməyə görə ailəyə hüququ olduğu halda, onun üçün nəzərdə tutulan iki sosial təminat növündən birini seçmək hüququ verilib. (Ailə başçısını itirməyə görə pensiyanı və ya ailə başçısını itirməyə görə müavinəti).

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ailə başçısını itirməyə görə hazırda 116 min ailəyə aylıq pensiya, 27 min ailəyə isə aylıq müavinət ödənilir.

Ötən il həyata keçirilən sosial islahatlar çərçivəsində digər sosial ödənişlər kimi, ailə başçısını itirməyə görə aylıq müavinətin məbləği də artırılıb. Bu məbləğ hər ailə üzvü üçün 80 manata çatdırılıb.

Həmçininailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə müvafiq qanunvericiliyə dəyişiklik edilib. Bu dəyişikliyə əsasən 2020-ci ilin əvvəlindən həmin ailələrə onlar üçün nəzərdə tutulan sosial təminat növlərindən (ailə başçısını itirməyə görə pensiya və ya müavinət) hansı yüksək məbləğdədirsə, onu seçmək hüququ verilib.

Mənbə: sosial.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İtaliyada absurd vergilər

posted in: Məqalə, Vergi, Xəbər | 0

İtaliyada absurd vergilər

İtaliyada yüzdən çox müxtəlif vergi növü mövcuddur. O cümlədən elə vergi növləri var ki, rasional və məntiqi izahı belə yoxdur. Aşağıda həmin vergi növlərindən bir neçə nümunəni diqqətinizə çatdırırıq.

Kölgəyə görə vergi: Əgər mağaza sahibi talvar tikirsə və onun kölgəsi ictimai əraziyə “daxil olursa”, ictimai torpağın “qeyri-leqal işğalına görə” məcburi ödəniş etməlidir.

Bataqlıq vergisi: Sözügedən vergi növü 1904-cü ildə kral fərmanı ilə qüvvəyə minib və vətəndaşlar, bataqlıq ərazini qurudub, oranı kənd təsərrüfatı məhsullarının becərilməsindən ötrü istifadə etsələr, buna görə ödəniş etməlidirlər. İtaliyanın bir çox regionlarında hələ də bu vergini ödəməkdə davam edirlər.

Göbələk yığımına görə vergi: İtaliyada hətta meşələrdən göbələk yığımına görə belə vergi tətbiq olunub.

Magistrala çıxan yollara görə vergi: Evlərdən magistral yollara aparan “cığırlara” (ensiz yollar) görə vergi ödənişi ideyası 1997-ci ildə doğulub və bir çox kommunalarda bu vergi növü öz çiçəklənmə dövrünü yaşamaqdadır.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Elektrik enerjisindən səmərəli istifadəyə görə vergi: Elektrik enerjisi ödənişi ilə bağlı qəbzinizə diqqət yetirin; bir çoxlarınız orada sirli Ef-En abbrevaturasını aşkar edəcəksiniz, bu müştərinin elektrik enerjisindən nə qədər səmərəli istifadə etməsinin göstəricisini əks etdirir. Nəticə belə olur, həmin vergi səbəbiylə xəzinəyə milyonlarla avro daxil olur.

Üç rəngli bayraqdan istifadəyə görə vergi: Bayramlar dövründə mağaza, otel, restoran və s. sahibləri İtaliyanın dövlət bayrağını görünən yerdən asarlarsa, çox güman ki, yaxın vaxtlarda öz poçt qutularında brenddən şəxsi məqsədləri üçün istifadə etdiklərinə görə vergi ödəməli olmaları ilə bağlı qəbzə rast gələcəklər.

Yaddaşa görə vergi: bu vergi növü müxtəlif texnoloji avadanlıqlara sahib olan şəxslərdən tutulur, hansılar ki, şəxsi istifadə üçün musiqi trekləri və kinofilmlərinin surətini çıxarmağa imkan verir. Bu, müəllif hüquqlarının qorunmasına xidmət edir. Mahiyyət etibarilə, mobil telefon, smartfon, daşınan sərt disk, fləş-kart sahibləri həmin vergini ödəməyə borcludurlar.

Xəyali atom elektrik stansiyalarına görə vergi: Eletrik enerjisindən istifadəyə görə qəbzlərə italyan AES-nə xidmətə görə vergi də daxil edilib. Amma, təssüflər olsun ki, İtaliyada hələ AES-lər yoxdur. Həmin vergi növünü italyanlar yalnız ölkə ərazisində  AES-lər istifadəyə verildikdən sonra ödəməli olacaqlar.      


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun