Koronavirus qarşısında ən həssas valyuta müəyyən edilib
Koronavirus qarşısında ən həssas valyuta
Koronavirusun qlobal pandemiyası və Avropa ölkələrinin ümumi təhlükə qarşısında birləşə bilməməsi fonunda inkişaf etmiş iqtisadiyyata malik ölkələrin pul vahidi olan avro ən zəif valyutaya çevrilib. Bu haqda Bloomberg agentliyi məlumat verib.
İlin əvvəlindən bəri avro dollara nisbətdə 3,5 faiz zəifləyib. Bazar iştirakçıları sözügedən valyutanın zamanla öz dəyərini daha da itirəcəyinə əmindirlər. Epidemiyanın tüğyan etdiyi vaxtda belə Avropa birliyi ölkələri hələ də iqtisadiyyatı dəstəkləmək üçün vahid fiskal siyasət işləyib hazırlaya bilmirlər. Məsələn, İtaliyanın dəstəklənməsindən ötrü 540 milyard avroluq qısamüddətli plan işlənib hazırlanıb. Amma ölkə iqtisadiyyatının bərpasının uzunmüddətli proqramı ilə bağlı ölkələr hələ də öz aralarında razılaşa bilməyiblər. Yaranmış vəziyyət isə valyuta bazarında narahatlıqlar doğurur.
Bir müddət əvvəl isə İspaniya baş-nazirinin müavini Pablo İqlesias Avropa ittifaqının dağılmaq təhlkəsilə üzləşə biləcəyi ilə bağlı xəbərdarlıq da etmişdi. O bəyan etmişdi ki, hazırda ölkələr arasında COVİD-19-dan əziyyət çəkən vətəndaşlara maliyyə yardımı barədə fikir birliyi yoxdur.
Pandemiya dövründə ən dayanıqlı valyutalara gəldikdə isə, bunların Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya milli valyutaları olduğu müəyyən edilib. Bu ölkələr digər dövlətlərlə müqayisədə koronavirus epidemiyasının öhdəsindən daha uğurla gəlməyi bacara biliblər. İndi investorlar Avstraliya və Yeni Zelandiya dolları və Koreya vonunda istehsal edilən yerli emitentlərin səhmlərinə və istiqrazlarına daha aktiv şəkildə sərmayə qoyurlar.
TELEGRAM KANALIMIZA ÜZV OLUN
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Gömrük Komitəsi büdcəyə ödənişləri azaldıb – 44 milyon manat azalma
2020-ci ilin 4 ayı ərzində Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 1 milyard 347 milyon 886 min manat daxil olub.
Bu barədə Komitənin aylıq hesabatına istinadən xəbər verilir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43 milyon 973 min manat və ya 3% azdır.
2019-cu ilin 4 ayı ərzində Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 1 milyard 391 milyon 859 min manat daxil olmuşdu.
Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 0,4% azaldaraq 963 milyon 925 min manata, aksizlər 54,4% azalaraq 43 milyon 841 min manata, yol vergisi üzrə daxilolmalar isə 4,4% azalaraq 12 milyon 637 min manat olub.
Mənbə: banker.az
TELEGRAM KANALIMIZA ÜZV OLUN
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Azərbaycanda orta aylıq əmək haqqı artıb
Azərbaycanda orta aylıq əmək haqqı artıb
Bu il aprelin 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 65,3 min nəfər və yaxud 4,1% artaraq 1 646,1 min nəfər olub.
Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, onlardan 911,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 734,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Məlumata görə, muzdla işləyənlərin 20,3%-i təhsil, 17,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 13%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Bu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,9% artaraq 744,5 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Mənbə: report.az
Bax: Gömrük Komitəsi büdcəyə ödənişləri azaldıb – 44 milyon manat azalma
Vakansiya: Mühasib tələb olunur.