Azərbaycanda sahibkarların vergi yükünün bir qədər də azaldılması təklif edilir

posted in: Vergi, Xəbər | 0

vergi güzəşti, vakansiya, baş mühasib köməkçisi,“Azərbaycanda “Kölgə iqtisadiyyatı”nın azaldılması ilə bağlı “Yol xəritəsi” hazırlayaraq Nazirlər Kabinetinə təqdim etmişik. Həmin sənəd tədbirlər kompleksidir və hazırlanarkən qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınıb”.

Bu barədə Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.

Onun sözlərinə görə, artıq Nazirlər Kabineti “Yol xəritəsi”nə rəy verilməsi üçün onu müvafiq qurumlara göndərb: “Bundan sonra isə “Yol xəritəsi”nin tətbiqi istiqamətində müxtəlif səpkili tədbirlərin görülməsi  gözlənilir”.

V.Novruzov qeyd edib ki, sənəddə vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı müddəalar, o cümlədən uçotun, hesabatlılığın, nəzarətin təkmilləşdirilməsi, ictimai nəzarətin geniş tətbiq edilməsi kimi məsələlər yer alıb: “Əsas məqsəd sahibkarların vergi yükü-nün optimal səviyyədə yüngülləşdirilməsidir ki, vergidənyayınma halları, “kölgə iqtisadiyyatı” olmasın”.

Xatırladaq ki, ölkədə “kölgə iqtisadiyyatı”nın azaldılması, şəffaflığın stimullaşdırılması ilə bağlı böyük bir qanunvericilik paketinin Milli Məclisə daxil olması gözlənilir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadiyyat naziri özünə yeni müşavir təyin etdi

posted in: Xəbər | 0

İqtisadiyyat naziri özünə yeni müşavir təyin etdi

Dövlət vergi xidməti, dövlət dəstəyi, Sahibkarlar, sahibkarlıq subyektləri, Yardım proqramları, iqtisadiyyat, koronavirusun ölkə iqtisadiyyatına təsirinin azaldılması, maliyyə hesabatları, sahibkarlar, Mikayıl Cabbarov, İqtisadiyyat, vergiler naziri, Vergilər Naziri, Mikayıl Cabbarov,qeyri-neft vergi daxilolmaları Vergi dəyişiklikləri Rəqəmsalİqtisadiyyat Nazirliyində kadr dəyişikliyi olub.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Əmrə əsasən, Sahir Məmmədxanov İqtisadiyyat nazirinə müşavir təyin olunub.

Qeyd edək ki, S. Məmmədxanov Vergilər nazirinin birinci müavini olub.

Mənbə: fins.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“ƏDV ödəyicisi olan obyektlərə xüsusi lövhə vurulmalıdır”

posted in: Vergi, Xəbər | 0

“ƏDV ödəyicisi olan obyektlərə xüsusi lövhə vurulmalıdır”

ƏDV hesablanması, EDV ƏDV Müavinət məbləği Əsas məbləğAzərbaycanda vergi yığımları və iqtisadi şəffaflaşma sahəsində ən maraqlı və, təkcə dövlət büdcəsi üçün deyil, əhali üçün də faydalı olan yeniliyə start verilib.

Bu – Əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılmasıdır.

Yeni sistemin tətbiq edildiyi ilk gündən əhalinin və alıcıların böyük marağı yanaşmanın doğru olduğunu göstərib.

Faktiki olaraq ölkə əhalisi, vətəndaşlar iqtisadiyyatın şəffaflaşması prosesində dövlət qurumlarının müttəfiqinə çevriliblər.

Əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması imkanı vətəndaşları nağdsız hesablaşmalara və kassa çeki tələb etməyə həvəsləndirir. Bu da son nəticədə kölgə iqtisadiyyatının azalması, gəlirlərin və dövriyyələrin şəffaflaşması ilə nəticələnir.

Bununla yanaşı, ilk vaxtlar aparılan müşahidələr göstərir ki, bəzi hallarda obyektlər vətəndaşların məlumatsızlığından və ya şirkətlərin fəaliyyəti ilə bağlı məlumatların bağlı olmasından sui-istifadə edərək bu prosesdən kənarda qalmağa çalışırlar.

Bir qədər əvvəl FED.az-ın apardığı sorğu zamanı məlum olub ki, hələ də bəzi obyektlərdə yeni kassa aparatları tətbiq edilməyib. Bir sıra obyektlər isə ümumiyyətlə ƏDV ödəyicisi olmadıqlarını əsas gətirərək belə çekləri verməkdən imtina edirlər.

Fikrimizcə, bu əlverişli vəziyyətdə dövlət vergi xidməti məlumatlandırma işini daha da gücəndirmək və qeyri-müəyyənliyi aradan qaldırmaq üçün yeni təşəbbüslə çıxış edə bilər. Belə ki, ƏDV ödəyicisi olan bütün obyektlərin – ticarət, xidmət və sair – üzərində bunu göstərən xüsusi lövhə və ya nişan vurulmalıdır. Məsələn, «ƏDV qaytarılır» məzmunlu.

Bu zaman istifadəçilər obyektdə ticarət ediləcəyi halda ƏDV-nin bir hissəsinin geri qaytarılacağını dəqiq bilərək daha əminlikdə xidmətlərdən istifadə edəcək. Digər tərəfdən bu üsul vəziyyətdən yayınmaq istəyən obyektlərin saxtakarlıq etmək üçün imkanlarını azaldacaq.

Bundan başqa, ƏDV ödəyicisi olan  obyektlərin hər birində azı bir belə kassa  aparatının olması təmin edilməlidir ki, ƏDV-ni geri almaq istəyən vətəndaşlar texniki problemlərə görə, dövlətin yaratdığı bu imkandan istifadə edə bilsinlər.

ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür.

Mənbə: fed.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank Group-IB TDS vasitəsilə kibertəhlükəsizliyini gücləndirdi

posted in: Xəbər | 0

Kapital Bank kiberhücumların qarşısının alınması üzrə ixtisaslaşan beynəlxalq Group-IB şirkətinin dəstəyi ilə kibertəhlükələrin öncədən aşkarlanması üçün istifadə olunan Group-IB Threat Detection System (TDS) adlı kompleksi uğurla tətbiq edib. Group-IB-nin təqdim etdiyi bu proqram-aparat kompleksini Kapital Bank öz rəqəmsal sərhədlərini mürəkkəb təhlükələrdən, eləcə də əvvəllər bilinməyən zərərli proqram təminatı vasitəsilə edilən hədəfli hücumlardan qorumaq üçün istifadə etməyi planlaşdırır.

“Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə müəssisəsi olaraq 3 milyondan artıq fiziki və 22 mindən çox hüquqi şəxsə bank xidmətləri göstərir. Belə böyük müştəri auditoriyasına yüksək səviyyədə xidmət göstərmək və onların vəsaitlərinin hərtərəfli təhlükəsizliyini təmin etmək üçün Banka aktual kibertəhlükələrdən müdafiə vasitələri də lazımdır. Əminəm ki, Group-IB ilə əməkdaşlığımız qarşıya qoyulan bütün məqsədlərə nail olmağa imkan verəcək”, – deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov bildirib.

“Rusiyadan test poliqonu kimi istifadə edib, rusdilli və maliyyə cəhətdən motivasiyalı APT-lər yaxın ölkələrə hücum edərək, coğrafi ekspansiyanı davam etdirir. Hazırda Azərbaycan Rusiya bazarında artıq bir neçə ildir ki, mübarizə apardığımız bu mürəkkəb təhlükələrlə üzləşir. Təhlükələrin təbiətini dərindən anlayan Kapital Bank seçimini Anti-APT həllinin üzərində saxlamaqla sübut edir ki, Bank qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində fəaliyyət göstərir. Riskləri minimuma endirmək üçün naməlum alətləri və hücum verktorlarını aşkarlamağa çalışır”, – deyə, Group-IB-nin Kommersiya Direktoru İqor Smirnov qeyd edib.

Qeyd edək ki, Group-IB — kiberhücumların aşkarlanması və qarşısının alınması, şəbəkədə dələduzluğun aşkar edilməsi və intellektual mülkiyyətin qorunması isiqamətlərində fəaliyyət göstərən və baş qərargahı Sinqapurda yerləşən aparıcı şirkətlərdən biridir. Gartner, Forrester və IDC rəylərinə görə Group-IB Threat Hunting Intelligence kibertəhlükələr haqqında məlumat toplama sistemi dünyanın ən yaxşılarından biri hesab olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun