2011-2020-ci illərdə Azərbaycanda lisenziyası ləğv olunmuş 14 bankın 11,2 milyon manat vergi borcu var.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, borcu ən çox olan bank 2016-cı ildə bağlanmış “Texnika Bank” ASC (5,3 milyon manat), ən az olan bank isə 2012-ci ildə bağlanmış “Royal Bank” ASC-dir (2,9 min manat).
Beynəlxalqavtomobilnəhəngi kütləvi ixtisarlara hazırlaşır.
Renault (Reno) beynəlxalq avtomobil nəhəngi, koronavirus pandemiyası səbəbi ilə baş verən böhran fonunda əməkdaşların kütləvi ixtisarları barədə anons verib. Bu haqda şirkətin saytında məlumat verilib.
Ümumilikdə, fransız korporasiyası üç il ərzində təxminən 15 min, o cümlədən öz vətəni Fransada 4,6 min əməkdaş sayını azaltmağı planlaşdırır. Şirkət əməkdaşları məcburi olaraq işdən azad etmək niyyətində deyil. İşçilərin pensiyaya göndərilməsi, könüllü işdən çıxarılması və işçilərin yenidən ixtisaslaşdırılması hesabına ştatları azaltmağı planlaşdırır.
İxtisarlardan başqa, Renault istehsal həcmini təxminən 20 faiz azaldaraq xərcləri optimallaşdırmağa hazırlaşır. Belə ki, qrup Mərakeş və Rumıniyada istehsalı artırmaq planlarından imtina edib. Şirkət həmçinin Rusiyada istehsal gücünü tənzimləmək imkanını nəzərdən keçirir.
İşçilərin işdən çıxarılması və istehsal həcmlərinin azaldılması, önümüzdəki üç il ərzində iki milyard avroya qənaət etmək, rəqabət qabiliyyətini bərpa etmək və uzunmüddətli inkişafı təmin etmək üçün Renault şirkətinin planının bir hissəsidir. Planın özünün həyata keçirilməsi şirkətə 1,2 milyard dollara başa gələcək. Ümumilikdə, şirkətdə dünyanın müxtəlif ölkələrində 180 min nəfər çalışır.
Avtomobil sənayesi koronavirus pandemiyası fonunda tələbatın güclü bir enişi ilə qarşılaşıb. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, 2020-ci ilin yanvar-aprel aylarında AB maşınlarına tələbat 38,5 faiz azalıb ki, bu da rekord bir göstəricidir. Avtomobil bazarının üç əsas ölkəsində – İtaliya, İspaniya və Fransada, demək olar ki, 50 faizlik güclü azalma qeydə alınıb. Almaniyada isə tələbat 30 faiz azalıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Sizi, 02 iyun 2020-ci il tarixində saat 16:00-da “Günümüzün biznes trendi – françayzinq” mövzusunda Azərbaycan Françayzinq Mərkəzinin (Azerbaijan Franchising Center) eksperti – məsləhətçisi Elnur İslamovun və Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katib əvəzi Kristina Məmmədovanın moderatorluğu ilə ASK-nın Facebook platforması üzərindən keçiriləcək canlı yayıma dəvət edirik.
Canlı yayımda iştirak etmək üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının facebook səhifəsini izləməyinizi xahiş edirik:facebook.com/sahibkarlar
Vakansiya: Maddi vəsaitlər üzrə mütəxəssis tələb olunur.
İşəgötürən: Veysəloğlu Şirkətlər Qrupu.
Şəhər: Bakı
Yaş: 22 – 30 yaş
Cins: Fərqi yoxdur
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs: HR
E-mail: /
Əmək haqqı: Razılaşma əsasında.
Vakansiya barədə məlumat:
– Yeni alınmış vəsaitləri sistemə daxil etmək və hər bir vəsaitə müvafiq kod təyin etmək;
– Alınmış əsas vəsaitlər üçün istismar müddəti və amortizasiya faizini qəbul olunmuş standartlara əsasən təyin etmək, vəsaitlər haqqında məlumatları sistemə daxil etmək;
– Əsas vəsaitlərin cari (3 aydan bir), illik (il sonu) və növbədənkənar inventarizasiyasını aparmaq və vəsaitlərdən məsul şəxslərə akt şəklində təhvil vermək;
– Əsas vəsaitləri onların sistemdəki koduna uyğun olaraq barkodlamaq;
– Dəftərxana, promosyon, təsərrüfat, vitrin və əsas vəsait anbarında aylıq sayımlar həyata keçirmək, nəticələri barədə birbaşa rəhbərinə və mühasibatlıq şöbəsinə məlumat vermək;
– Əsas vəsaitlər üzrə yerdəyişmələrə nəzarət etmək, hər bir yerdəyişmə üzrə təhvil-təslim aktı tərtib etmək;
– İstifadəsiz vəsaitlər barədə aylıq olaraq aparıcı mütəxəssisə məlumat vermək;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
İş yeri: Bakı şəhəri
Namizədə tələblər
İş təcrübəsi: 1 il iş təcrübəsi
Təhsil: Ali (Mühasibatlıq, ümumi iqtisadiyyat üzrə nəzəri biliklərə malik olmalı)
Yaş həddi: 22 – 30 yaş
– Analitik düşünmə və problemləri həll etmə bacarığı;
– MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı;
– Logo Tiger və ya digər ERP proqram bilikləri;
– Hesabat və təqdimat bacarıqları;
– Tapşırıqların yerinə yetirilməsində operativ, məsuliyyətli olmalı;
– Komanda ruhuna malik, həvəsli və enerjili olmaq;
Müraciət qaydaları: / elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – Maddi vəsaitlər üzrə mütəxəssis yazaraq CV göndərməklə müraciət edilir.