– Bütün növ vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
– Vergi orqanları ilə vergi ödənişlərinin üzləşməsinin aparılması, elektron şəxsi vərəqəyə gündəlik nəzarət
– Vergi məsələlərinə dair vergi orqanları ilə yazışmaların aparılması
– E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– Tikinti sahəsinə aid olan pul vəsaitinin uçotu və hərəkətinə nəzarəti, xərclər smetasının hazırlanmasını, iş və xidmətlərin yerinə yetirilməsinin təşkili və nəzarəti, zərərlərin qarşısı alınması məqsədilə tətbiqlərin həyata keçirilməsi
– Balansın çıxarılması,əmək qanunvericilikləri üzrə məlumat
– Daxil olan pul vəsaitlərinin,mal-material qiymətlərinin uçotunu aparmaq və muhasibat uçotu hesablarında onların hərəkətini , dövriyyəsini izləmək
– Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
İş şəraiti
5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
Nahar Şirkət tərəfindən təmin olunur;
Əmək haqqı müsahibə əsasında təyin olunacaq
Namizədə tələblər
– Ali təhsil (İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit)
– Yaş həddi: 50 yaşadək
– Müvafiq sahə üzrə 5 ildən artıq iş təcrübəsi;
– Dil bilikləri: Azərbaycan (ana dili), Rus dili (sərbəst)
– Proqram bilikləri: MS Word, MS Excel, 1C 8.3
– e-taxes.gov.az və BTP–də işləmək bacarığı.
– Baş mühasib vəzifəsində təcrübəsi olan şəxslər müraciət etsinlər
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi / elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə subject (mövzu) hissəsində müraciət etdiyiniz (Baş mühasib) vakansiyanın adını qeyd edəsiniz.
Daşkənd vilayətinin Akkurqansk rayon hakiminn (icra başçısı) müavini “Məhəllə” fondunun rayon şöbəsinin baş mühasibi ilə birlikdə iki fonddan ümumilikdə 153 milyon sumdan (15 min dollar) çox vəsaitləri mənimsəyiblər. Bu hadisə barədə Özbəkistanın baş prokurorluğunun mətbuat xidməti məlumat verib. Cinayətdə şübhəli bilinənlərin adları çəkilməyib. Yalnız müvafiq olaraq ad və soyadlarının baş hərfləri (M.A. və B.N.) göstərilib.
Onlar birlikdə cinayət əlaqəsinə girərək, “Məhəllə” ictimai xeyriyyəçilik fondundan 109, 2 milyon sum (10,7 min dollar) və “Saxovat va kumak” (“Xeyirxahlıq və dəstək”) xeyriyyə fondundan isə 44 milyon sum (4,3 min dollar) vəsaitləri mənimsəyiblər. Mənimsədikləri pulları onlar özlərinin şəxsi ehtiyacları üçün sərf ediblər.
Mənimsəmə faktı üzrə Baş prokurorluğun Daşkənd vilayət idarəsi, Özbəkistan CM-nin 167-ci maddəsinin 3-cü hissəsinin “a” bəndi üzrə cinayət işi qaldırılıb. (Mənimsəmə və ya israfçılıq yolu ilə xüsusilə külli miqdarda oğurluq etmə).
Azərbaycanda COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı son aylarda Nazirlər Kabineti iqtisadi subyektlər üçün iş günlərini azaldıb. Bu məsələ ilə bağlı sahibkarlarda, mühasiblərdə, kadrlar üzrə mütəxəssislərdə müxtəlif suallar yaranır: qeyri-iş günlərində əmək haqqı hesablanmalıdırmı? Tabellər necə doldurulmalıdır? İstehsalat təqviminin və iş vaxtının normasının dəyişdirilməməsi dedikdə nə başa düşülür? Suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib.
Normal halda, bayram günləri və ya istirahət günləri qeyri-iş günləridir. Lakin Nazirlər Kabinetinin müvafiq qərarlarından göründüyü kimi, fors-major hallarında xüsusi iş (əmək) rejimi tədbiq edilməklə qeyri-iş günləri müəyyənləşdirilib. Yəni qeyri-iş günü kimi göstərilən bu tarixlər nə bayram, nədə də istirahət günləridir, sadəcə ümumi bir anlayış kimi qeyri-iş günüdür. Ona görə də qanunvericiliyin tələbinə görə qeyri-iş günlərində işçilərin əmək haqqı ödənilməlidir və işləmədiyinə görə onlar sonradan əlavə işə cəlb edilə bilməzlər.
Burada digər vacib bir məqam var. Nazirlər Kabinetinin son qərarında “xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir” yazılıb. Bu məsələyə misallarla aydınlıq gətirək.
Misal 1: Tutaq ki, “AA” MMC beşgünlük iş rejimi ilə işləyir və may ayında normal fəaliyyət göstərir. Şirkət 2020-ci ilin may ayı üçün tabeldə iş günlərini və iş saatlarını necə əks etdirməlidir?
Bu il üçün iş vaxtı norması və istehsalat təqvimi ötən ilin sonlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilib. Bütün iqtisadi subyektlər öz iş rejimlərinin müxtəlifliyinə baxmayaraq iş vaxtını və istehsalat təqvimini normalara uyğunlaşdırmalıdır. 2020-ci ilin may ayı üçün beşgülük iş rejimində çalışanlara 134 saat norma qoyulub. Amma Nazirlər Kabineinin bu qərarına görə beşgünlük iş həftəsi ilə işləyənlər üçün 29 may qeyri-iş günü müəyyənləşdirilib. Deməli, may ayı üçün faktiki işlənilən saatların həcmi 134 yox 126 (134-8) olacaq. Həmçinin, normal halda praktiki olaraq iqtisadi subyektlər iş vaxtının uçotunu, işçilərin işə davamiyyətini aparmaq üçün tabel tuturlar. Tabelin hansı formada tutulmasından asılı olmayaraq orada ən azı işçilərin ay ərzində işlədiyi və işləmədiyi iş günləri, iş saatları haqqında məlumatlar olmalıdır. Beləliklə, işçilərin faktiki olaraq işləmədiyi günləri tabeldə işləmiş kimi yazmaq düzgün olmaz.
Məsələn, tabeldə 29 mayda işçinin işləməsi yazılarsa və həmin gün işçi tərəfindən hər hansı bir inzibati xəta və ya cinayət əməli törədilərsə, müəssisə üçün böyük problemlər yaranar. İşçi həmin gün faktiki olaraq işləmədiyinə görə tabeldə qeyri-iş günü göstərilməlidir. Amma həmin gün üçün əmək haqqı saxlanılmalı və işçiyə tam ödənilməlidir.
Misal 2: Tutaq ki, “AA” MMC altıgünlük iş rejimi ilə işləyir və 2020-ci ilin may ayında normal fəaliyyət göstərir. Şirkət bu ay üçün tabeldə iş günlərini və iş saatlarını necə əks etdirməlidir?
Altıgünlük iş rejimində işləyən iqtisadi subyeklər üçün əmək haqqı hesablamaları və ödəmələri yuxarıdakı misaldakı kimidir. Amma tabeldə 23, 29, 30 may günləri qeyri-iş günü kimi yazılacaqdır.