Bu tip Asan İmza ödənişsiz olacaq

posted in: Xəbər | 0

"ASAN imza" sertifikatları, Sertifikat, Asan İmza Simkartı, ASAN İmza Sim KartıRəqəmsal iqtisadiyyat mexanizmlərinin təmin edilməsi və əlverişli investisiya mühitinin yaradılması, eləcə də ən son innovasiyaların tətbiqi və əhalinin bu innovasiyalara kütləvi əlyetərliyinin təmin edilməsi üzrə ölkənin dünya liderləri sırasına daxil olması üçün dövlət tərəfindən qarşıya qoyulan məqsədə nail olunmasına dəstək məqsədilə “Asan İmza” mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru hesab edilən “B.EST Solutions” şirkəti iyunun 20-dən etibarən “Asan İmza” gücləndirilmiş mobil elektron imza xidmətini respublika vətəndaşları üçün (“Vətəndaş” tipli “Asan İmza” xidməti) 3 il müddətinə ödənişsiz təqdim etmək qərarına gəlib.

Bu barədə şirkətdən məlumat verilib.

Məlumatda deyilir ki, koronavirus (COVID-19) epidemiyası ilə bağlı mövcud vəziyyəti nəzərə alaraq, Azərbaycanda rəqəmsal iqtisadiyyatın sürətli inkişafı və vətəndaşların dövlət və özəl sektorların elektron xidmətlərinə geniş əlyetərliyinin təmin edilməsi zəruridir: “Vətəndaşlar üçün “Asan İmza” xidməti onlara sosial sığorta, pensiyalar, sosial müavinətlər kimi elektron xidmətlərə uzaq məsafədən əlyetərlikdən əlavə nağdsız ödənişlərdən, onlayn kreditləşmələrdən, notariuslardan və s. kütləvi istifadə imkanı yaradacaq. Bu da öz növbəsində şəffaflığı artıracaq, vaxt və resurslara qənaət edəcək və vətəndaşları lazımsız bürokratiyadan azad edəcəkdir. Xatırladaq ki, əvvəllər bu xidmətin aktivləşdirilməsi ödənişli olub, 18 manat təşkil edirdi.

Qeyd etmək lazımdır ki, “Asan İmza” xidmətinin sahibkarlar və dövlət qulluqçuları üçün nəzərdə tutulan “Biznes” və “Dövlət” tiplərinin qiyməti, həmçinin “Asan İmza” istifadəçilərinin bütün kateqoriyaları üçün aylıq abunə haqqı dəyişilməz olaraq qalır. Xüsusilə vurğulayaq ki, “Asan İmza” xidmətini mövcud mobil nömrədə aktivləşdirmək olar və yeni bir nömrənin alınmasına ehtiyac yoxdur”.

Mənbə: report.az


Bax: Müflisləşmə ilə bağlı vəzifədən azad olunmuş rəhbər şəxslər yenidən rəhbər işçi ola bilərmi?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünya iqtisadiyyatı üçün təxminən 9 trilyon dollar zərər proqnozlaşdırılır

posted in: Məqalə, Xəbər | 0

2020-ci ildə dünya iqtisadiyyatı üçün 8,8 trilyon dollara kimi zərər proqnozlaşdırılır. Bu məlumatlar Asiya İnkişaf Bankının (AİB) hesabatında verilib, bu haqda TASS agentliyi məlumat yayıb.

“Dünya iqtisadiyyatı koronavirus  xəstəliyi səbəbi ilə baş verən pandemiyaya görə 5,8 trilyondan 8,8 trilyon dollara kimi zərər ilə üzləşə bilər ki. Bu da qlobal ümumi daxili məhsulun 6,4-9,7 faizinə ekvivalentdir, – sənəddə belə qeyd olunur”.

Bankın ekspertləri dəqiqləşdiriblər ki, epidemiyanın qarşısının alınması müddətinin uzadılması ilə bağlı ssenaridə daha böyük itkilər mümkündür. Belə halda məhdudiyyətlər yarım il ərzində davam edə bilər. Lakin, iqtisadi aktivliyin üç ay ərzində bərpa olunması halında itkilər 5,8 trilyon dollara çata bilər.

Bildirilir ki, Asiya-Sakit Okean regionunda iqtisadi itkilər üç aylıq məhdudiyyətlər çərçivəsində 1,7 trilyon dollar təşkil edəcək. Məhdudiyyətlər yarım ilə qədər uzadılarsa bu rəqəm 2,5 trilyon dollara qədər dəyişə bilər. Bununla yanaşı, həmin məhdudiyyətlər çərçivəsində Çinin itkiləri 1,1 trilyondan 1,6 trilyon dollara qədər ola bilər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasib öz işinin səmərəliliyini necə artıra bilər? (2-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasib işinin səmərəliliyi 

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Baş mühasib üzrə vakansiya

Mühasibatlıq masa üzərindən başlanır.

“İş fəzası” sahəsi diqqətin fokuslaşdığı yer hesab olunur. Ona görə, əməkdaşın qarşısındakı stolun üzərində hazırkı anda yalnız müəyyən işləri yerinə yetirmək üçün zəruri olan obyektlər (sənədlər, telefon, kompüter və s.) olmalıdır. “Şüur ərəfəsi diqqət” sahəsində (bu barədə məqalənin 1-ci hissəsində məlumat vermişdik) 9-dan çox obyekt qoyulmamalıdır. Digər mühasibat sənədləri, qovluqlar, kalkulyator və bir çox digər əşyalar stolun kənarında qoyulmalıdır ki, ən azından diqqəti özünə cəlb etməsin. Prinsipcə isə lazım olmayan şeyləri oradan götürmək lazımdır, yoxsa onlarda neqativ tendensiyalar cəmlənəcək və bir-birinin üzərinə qalaqlanmış sənədlər Nyu-York göydələnləri duyğusu yaradacaq.

Unutmaq lazım deyil ki, “şüur ərəfəsi diqqət” sahəsindən lazım olan şeyləri həmişə götürmək və sonrakı işlərdə istifadə üçün onları fokuslaşmış diqqətə yönəltmək mümkündür. Şüuraltı diqqət zonasında da eyni şeylər baş verir: ağlınızda tutduğunuz obyektlər (məsələn, hesabatı tərtib edərkən,  onu saat 15-ə qədər təhvil verməli olduğunuzla bağlı fikirlər “üzərək” üzə çıxır) zəruri anda fokuslaşmış diqqətə keçəcək. (hesab edək ki, hesabat hazır olduqdan sonra sənədin lazım olan vaxtda  rəhbərliyə çatdırmalı olduğunuzu diqqətdən qaçırmırsınız).

Keyfiyyət prosesdən asılıdır.

Düzgün təşkil olunmuş iş yeri, bütün diqqətin yerinə yetirməli olduğunuz işin üzərinə daha yaxşı cəmləşdirməyə kömək edir.

İş stolunun üzərinin düzgün təmizlənməsi prinsipinə nəzər yetirək. Adətən mühasib bir neçə on santimetrlik qalınlıqda olan sənədlər dəstini qarşısına qoyur və onları bir növ emal etməyə başlayır. Sonra o, ilk sənədi kənara qoyur və həmin kağızlar topasına baxır, ikinci sənədi əlinə götürür. Belə bir neqativ duyğu yaranır ki, bu sənədlər topası heç vaxt qurtaran deyil. Hətta onları bir-bir ardıcıl olaraq diqqətdən keçərsən belə, gözlər önündə nəhayətsiz sənədlər toplusu yüksəlməkdə davam edəcək. Birinci məsləhət ondan ibarətdir ki, ilkin olaraq həmin sənədlər dəstini qarşınızda deyil, bir qədər kənarda yerləşdirin, baxmaq üçün lazım gələn sənədi isə qarşınıza bir-bir oradan götürüb qoyun. Sənədi diqqətdən keçirdikdən sonra həmin kağızı elə yerə qoyun ki, sizə mane olmasın. Sənədlərlə bu cür işləsəniz, onda artıq obyektlər diqqətinizi cəlb etməyəcək və onlar sizə neqativ psixoloji təsir göstərməyəcək.

III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Mühasib köməkçisi – U and R Company

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

mühasib köməkçisi, böyük mühasib, baş mühasib, vakansiya, mühasib təcrübəçi,Vakansiya: Mühasib köməkçisi tələb olunur.

İşəgötürən: U and R Company.

Vakansiya barədə məlumat

– 1C proqramında mühasibat uçotu və əmək haqqı hesablanmasının avtomatlaşdırılmasının öyrənilməsi və tətbiqi

– Şirkətin xidmət göstərdiyi digər şirkətlərdən gələn sorğuların qəbul edilməsi və cavablandırılması

– Mövcud proqram təminatları üzrə konsultasiya xidmətinin göstərilməsi

İş şəraiti:

– Həftədə 5 gün (09:00-18:00)

– Təcrübə artımı imkanları

– 3 aylıq sınaq müddəti uğurla bitdikdən sonra daimi işlə təmin olunması.

Namizədə tələblər

– Maliyyə-Mühasibatlıq sahəsində ali təhsil

– 1C 8.2,8.3

– Dil qabiliyyəti (Rus dili, İngilis dili)

– Microsoft Office (Excel, Word, Outlook)

– Komandada işləmək həvəsi

– Məntiqi-analitik qabilliyyət, riyazi biliklər

– Araşdırma qabiliyyəti, özünü inkişaf etdirməyə meyillilik

– Tapşırıqları müstəqil yerinə yetirilməsi

– Məsuliyyətlilik , kreativlik, dəqiqlik

Əlaqə: /

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun