Mühasib işinin səmərəliliyi
I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun
Mühasibatlıq masa üzərindən başlanır.
“İş fəzası” sahəsi diqqətin fokuslaşdığı yer hesab olunur. Ona görə, əməkdaşın qarşısındakı stolun üzərində hazırkı anda yalnız müəyyən işləri yerinə yetirmək üçün zəruri olan obyektlər (sənədlər, telefon, kompüter və s.) olmalıdır. “Şüur ərəfəsi diqqət” sahəsində (bu barədə məqalənin 1-ci hissəsində məlumat vermişdik) 9-dan çox obyekt qoyulmamalıdır. Digər mühasibat sənədləri, qovluqlar, kalkulyator və bir çox digər əşyalar stolun kənarında qoyulmalıdır ki, ən azından diqqəti özünə cəlb etməsin. Prinsipcə isə lazım olmayan şeyləri oradan götürmək lazımdır, yoxsa onlarda neqativ tendensiyalar cəmlənəcək və bir-birinin üzərinə qalaqlanmış sənədlər Nyu-York göydələnləri duyğusu yaradacaq.
Unutmaq lazım deyil ki, “şüur ərəfəsi diqqət” sahəsindən lazım olan şeyləri həmişə götürmək və sonrakı işlərdə istifadə üçün onları fokuslaşmış diqqətə yönəltmək mümkündür. Şüuraltı diqqət zonasında da eyni şeylər baş verir: ağlınızda tutduğunuz obyektlər (məsələn, hesabatı tərtib edərkən, onu saat 15-ə qədər təhvil verməli olduğunuzla bağlı fikirlər “üzərək” üzə çıxır) zəruri anda fokuslaşmış diqqətə keçəcək. (hesab edək ki, hesabat hazır olduqdan sonra sənədin lazım olan vaxtda rəhbərliyə çatdırmalı olduğunuzu diqqətdən qaçırmırsınız).
Keyfiyyət prosesdən asılıdır.
Düzgün təşkil olunmuş iş yeri, bütün diqqətin yerinə yetirməli olduğunuz işin üzərinə daha yaxşı cəmləşdirməyə kömək edir.