Allen Carr – Dünyanı dəyişən mühasib

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Allen Carr – Dünyanı dəyişən mühasib

Dünyada vaxtilə mühasib işləmiş, lakin sonra ömrünü bundan daha faydalı işlərə sərf etmiş insanlara az-az rast gəlmək olur. Onlardan biri də ingilis Allen Carr-dır.

Allen Carr 1934-cü il sentyabrın 2-də Londonda anadan olub. 18 yaşının tamamında bütün gənclər kimi o da ordu sıralarında xidmətə çağırılır. Elə ordu sıralarında xidmət zamanı siqaret çəkmək kimi bir zərərli vərdişə düçar olur. Ordudan tərxis olunduqdan sonra Allen Carr mühasiblik peşəsi üzrə təhsil alır. Elə bu peşə üzrə də əmək fəaliyyətinə başlayır. Londonda adi həyat sürməyə başlayır.

Hər şey ondan ötrü 1983-cü ilin iyulun 15-dən kəskin şəkildə dəyişir. Otuz illik siqaret çəkmə stajından və onu tərgitməklə bağlı bir neçə uğursuz cəhddən sonra o, nəhayət sözügedən ilin 15 iyul tarixində siqareti atır. Onun həyatını da elə kəskin şəkildə dəyişdirən, məhz bu amil olur. O, siqaretdən necə can qurtarmağın yolları ilə bağlı öz təcrübəsini həmin zərərli vərdişi davam etdirməkdə olan insanlarla bölüşmək qərarı verir. Siqaretlə mübarizə aparmağın carçısına çevrilən Allen öz metodikasından yararlanmaqla “Siqareti atmağın ən yüngül üsulu” adlı məşhur kitabını yazır. Bununla kifayətlənməyən bu yorulmaz şəxs “Yüngül üsul” adlı (“Easy Way”) beynəlxalq klinikalar şəbəkəsi yaradır. Həmin andan başlayaraq yəni, metodun siqaret çəkənlər arasında populyarlaşdırılması üzərində çalışmalara başlayır. Həmin metodun effektivliyi özünü çox gözlətməyib.

Allen Carr-ın metodundan istifadə etməklə dünyanın müxtəlif yerlərində on minlərlə insan həmin zərərli vərdişdən can qurtara bilib. Maraqlıdır ki, keçmiş mühasib, təkcə siqaretə qarşı mübarizə aparmayıb. O, həm də öz metodunun alkoqol asılılığından xilas olmağa da kömək etdiyinə əmin olduğundan, adamların spirtli içki asılılığından xilas olması sahəsində də böyük nailiyyətlər əldə edə bilir. Bunun ardınca isə o, artıq çəkidən əziyyət çəkən insanlara kömək etməyə başlayır. Carr-ın metodu daha çox psixoloji amillərə söykəndiyindən istənilən zərərli vərdişləri önləməkdə həqiqətən də insanlara çox kömək edir.

2006-cı ilin iyun ayında həkimlər Carr-ın ağ ciyər xərçəngi xəstəliyinə tutulduğunu aşkar edirlər. Ona 9 ay ömrü qaldığını bildirirlər. Lakin Carr heç 9 ay da yaşaya bilmir. O, 2006-cı il noyabrın 29-da İspaniyanın Malaqa şəhərində vəfat edir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pandemiya dövründə 1 milyon 660 min işçinin iş yeri və əmək haqqı gəliri qorunub

posted in: Xəbər | 0

Pandemiya dövründə 1 milyon 660 min işçinin iş yeri və əmək haqqı gəliri qorunub

Əmək müqaviləsi, əmək haqqı gəliri,Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev koronavirus pandemiyasının əmək və məşğulluq sahəsinə mənfi təsirinin azaldılması, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində Azərbaycanda aparılan işlər barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Təlim Mərkəzinin əməkdaşı Bertrand Momoya video müsahibə verib.

Nazirlikdən verilən xəbərə görə, müsahibə zamanı nazir pandemiyanın Azərbaycan iqtisadiyyatına mənfi təsirinin qarşısının alınması istiqamətində aparılan işləri qeyd edib. O, Prezident İlham Əliyevin siyasətinə uyğun olaraq, bu gün ölkəmizdə əhalinin sağlamlığının qorunmasının və məşğulluğun, sosial rifahın dəstəklənməsinin, iqtisadiyyatın stimullaşdırılmasının görülən tədbirlərin əsas istiqamətləri olduğunu vurğulayıb. Pandemiyanın iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkədə reallaşdırılan tədbirlərdən bəhs edən S.Babayev bu sahəyə 3,5 milyard manatdan çox, o cümlədən məşğulluq və sosial rifah bölməsinə 600 milyon manat vəsait ayrıldığını diqqətə çatdırıb.

Nazir 4 istiqamət üzrə həyata keçirilən 12 tədbirin 4,8 milyondan çox vətəndaşı və ya ölkə əhalisinin 48 faizindən çoxunu əhatə etdiyini, pandemiya dövründə 1 milyon 660 min muzdla (əmək müqaviləsi ilə) çalışan işçinin iş yerinin və əmək haqqı gəlirinin qorunduğunu deyib. O, eyni zamanda, hər ay əhalinin 23 faizindən və ya 2 milyon 340 min nəfərindən çoxuna sosial ödənişlərin davamlılığının təmin edildiyini bildirib.

İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxsi əhatə edən birdəfəlik ödəmə proqramı barədə də məlumat verən nazir ödənişli ictimai iş yerlərinin sayının 38 mindən 90 minə çatdırılması işlərinin aparıldığını qeyd edib. S.Babayev bu il azı 12 min ailənin özünüməşğulluq proqramı üzrə  kiçik müəssisələrinin qurulması, 100 minədək ailənin ərzaq yardımı ilə təminatı, işsizlikdən sığorta ödənişlərinin 20 minədək şəxsi əhatə etməsi üçün aparılan işləri diqqətə çatdırıb.

Müsahibə BƏT-in COVID-19 portalının xüsusi bölməsində yerləşdiriləcək.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları – COVID-19 ilə əlaqəli uçot aspektləri

posted in: Məqalə, Xəbər | 0

Pandemiya həm miqyasına, həm də müddətinə görə artdıqca, subyektlər ümumi iqtisadi tənəzzüllə bağlı şərtləri hiss edirlər. Bura, maliyyə bazarının dəyişkənliyi və eroziyası, kreditləşmənin pisləşməsi, likvidlik problemləri, dövlət müdaxiləsinin daha da gücləndirilməsi, işsizliyin artması, istehlakçıların diskresion xərclərinin əhəmiyyətli dərəcədə azaldılması, ehtiyatların səviyyəsinin artırılması, tələbatın azalması, işdən çıxarılma və məzuniyyət və digər restrukturizasiya tədbirləri daxildir. Bu halların qorunub saxlanması müəssisənin maliyyə nəticələrinə uzunmüddətli mənfi təsir göstərə biləcək daha geniş iqtisadi tənəzzülə səbəb ola bilər. Hazırda Maliyyə Hesabatlarının Beynəlxalq Standartları fokusunda mühasibat uçotunun bir sıra əsas aspektləri müzakirə olunur. Bu da COVİD-19 pandemiyası nəticəsində baş verə bilər.

Əsas dəyişikliklərə aralıq hesabatlar, qiymətləndirmələrin həssaslığının açıqlanmasının hesabat tarixindəki şərtlərə (ayrıca açıqlanması, lazım olduqda, hesabat tarixindən sonrakı hadisələrin təsiri barədə) hissiyatlılığı, gec çatdırılan cərimələrin uçotu ilə bağlı izahatlar, icarəçinin dəyərsizləşmə barədə xatırlatması da daxil olmaqla dəyişiklikləri necə nəzərdən keçirməsi və əlavə izahatlar daxildir.

Dəyişikliklərə mənfəət və zərər haqqında hesabat, işin davamlılığı, qeyri-maliyyə aktivlərinin və icarələrin dəyərsizləşməsi daxildir.

Əsas dəyişikliklər alternativ fəaliyyət göstəriciləri, pul vəsaitləri və pul ekvivalenti, borc xərcləri və valyuta məzənnələrinin kapitallaşdırılmasına dair yeni bölmələri əhatə edir. Mühasibat uçotu siyasətində hesabat gecikmələri və ardıcıllığı aradan qaldıran konsolidasiyaya alt bölmə əlavə edilib. İcarə haqqındakı bölmə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları risk hesabatı layihəsinin yayımlanmasını əks etdirmək üçün yenilənib.

Eləcə də müştərilərlə bağlanmış müqavilələrdən əldə olunan gəlir, dövlət yardımı, gəlir vergisi və aralıq maliyyə hesabatları bölmələrində də dəyişiklik edilmişdir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotunun əsas prinsipləri hansılardır?

posted in: muhasibat, Məqalə, Xəbər | 0

vakansiya, mühasib, auditor, auditorun etikası,, vakansiya mühasib, Peşəkar mühasib,Mühasibat uçotu – Əsas prinsiplər hansılardır?

Avtonomluq (muxtariyyət) prinsipi. Bu prinsip istənilən təşkilatda sərbəst hüquqi şəxs kimi mövcuddur. Mühasibat uçotunda yalnız konkret təşkilatın və ya müəssisənin mülkiyyəti hesab olunan mülkiyyət nəzərdə tutulur.

İkili qeydiyyat prinsipi – bütün təsərrüfat əməliyyatları bir hesabın debetində və eyni məbləğdə başqa hesabın kreditində eyni vaxtda əks olunur.

Mövcud təşkilatın prinsipi gələcəkdə iqtisadi bazarda mövqelərini müəyyən şərtlər və müəyyən edilmiş qaydalar əsasında öz tərəfdaşları qarşısında götürdüyü  öhdəlik əsasında fəaliyyətini davam etdirməyi planlaşdırır.

Obyektivlik prinsipi. Bu ondan ibarətdir ki, bütün biznes əməliyyatları mühasibatda əks olunmalı, mühasibatın bütün mərhələlərində qeydə alınmalı, mühasibat uçotu aparılmasına əsaslanan sənədləri dəstəkləməlidir.

Ehtiyatkarlıq prinsipi qeyri-müəyyənlik şəraitində hesablamalar üçün zəruri olan qərarların formalaşdırılması prosesində müəyyən dərəcədə diqqətli olmağı nəzərdə tutur ki, bu da aktivlərin və ya gəlirlərin həddindən artıq istifadəsinin və ya öhdəliklər və xərclərin bilərəkdən şişirdilməsinin qarşısını almağa imkan yaradır. Bu prinsipin gözlənilməsi, gizli rezervlərin və həddən artıq ehtiyatların yaranmasının qarşısını alır. Bilərəkdən aktivlər və gəlirlərin, ya da bilərəkdən öhdəliklər və xərclərin şişirdilməsinin qarşısını alır.

Hesablama prinsipi – bütün əməliyyatlar ödəniş zamanı deyil, onların yaranma ardıcıllığı ilə, əməliyyatın başa çatdığı ərəfədə qeydə alınır. Bu prinsipi şərti olaraq belə bölmək olar:

  • gəlirin (mənfəətin) qeydə alınma prinsipi – gəlir onunla bağlı ödəniş edildiyi vaxtda deyil, əldə olunduğu zaman qeydə alınır;
  • uyğunluq prinsipi – hesabat dövrünün gəlirləri xərclər ilə əlaqələndirilməlidir, hansı ki, onların sayəsində bu gəlirlər alınmışdır.

Dövrilik prinsipi – mühasibat balansı və hesabatı bu mərhələr üzrə müntəzəm olaraq tərtib olunmalıdır: il, yarımillik, rüb, ay. Bu prinsip hesabat məlumatlarının müqayisə olunmasını təmin edir. Ьüəyyən bir müddətdən sonra maliyyə nəticələrini hesablamağa imkan verir.

Məxfilik prinsipi –  Daxili uçot məlumatlarının məzmunu – təşkilatın kommersiya sirridir. Onun açıqlanması və təşkilatın maraqlarına zərər vurulumasına görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət öhdəliyi var.

Pul vəsaitlərinin ölçülməsi prinsipi iqtisadi fəaliyyət göstəricilərinin kəmiyyət pul ölçüsünün vahidi kimi ölkənin valyutası çıxış edir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Keçidə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.