Vergi güzəştlərinin tikinti sektoruna da aid edilməsi təklifi verilib

posted in: Vergi, Xəbər | 0

vergi güzəştləri, tikinti sektoru,Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) vergi güzəştlərinin tikinti sektoruna da aid edilməsini təklif edib. ASK-dan verilən məlumata görə, bu təklifi Konfederasiyanın tərkibində fəaliyyət göstərən “Tikinti müəssisələri ilə İş Komissiyası”nın iclası zamanı ASK-nın vitse-prezidenti Vüqar Abbasov səsləndirib.

İclasda pandemiyasından zərərçəkən tikinti şirkətlərində əmək ödənişləri ilə bağlı dəstək proqramının tətbiqi, vergi güzəştləri, bank kreditləri ilə bağlı vəziyyət müzakirə edilib.

V. Abbasov həmçinin tikinti sektoruna kredit güzəştlərinin də şamil edilməsini təklif edib.

O tikinti sektorunun iqtisadiyyatda lokomotiv rolu oynadığını və arxasınca çox sahələri apardığını vurğulayıb. Məhz buna görə sektorun dayanmaması üçün ASK-nın vitse-prezidenti kreditləşmənin, xüsusən də güzəştli kreditlərin verilməsinin vacibliyini qeyd edib.

Öz növbəsində, Komissiyanın sədri Şahin Məmmədov mövcud vəziyyətlə bağlı məlumat verərək, karantin dövründə tikinti sektorunda da fəaliyyətin zəiflədiyini bildirib. Daha sonra sahibkarlar mövcud vəziyyətlə bağlı məlumat veriblər. Tikinti materialları sahəsində çalışan şirkətlər ötən müddətdə satışın kəskin zəifləməsi, inşaat sektorunda çalışan işçilərin əmək haqlarının ödənilməsi məsələsini müzakirə ediblər. İclasın sonunda təkliflər toplanaraq sənədləşdirilib.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi sistemlərinin inkişaf tarixindən 27 dərs (II hissə)

posted in: Vergi, Xəbər | 0

vergi sistemləriVergi sistemləri – inkişaf tarixi (II hissə)

I hissəni oxumaq üçün keçidə daxil olun.

Böyük imperiyaların vergilərlə özlərini məhv etdiyi tezisi getdikcə daha çox təsdiqini  tapır. Vergilər çox vaxt böyük sosial partlayışlara  gətirib çıxaran bir qığılcım idi. Alimlərdən birinin rəyinə görə, Mayya sivilizasiyasının çöküşü, sakinlərinin vergilər üzündən cəngəlliklərə  qaçmasıdan  sonra başlanmışdı. Gəlin baxaq görək, vergitutmanın çoxəsrlik tarixi bizə hansı dərslər verir.

Budur, vergi sistemləri və sivilizasiyaların inkişafı tarixindən əsas dərslər:
  1. Böyük xərclər tələb edən müharibə və ya fövqəladə vəziyyət zamanı bütün vətəndaşların vergi kollektorlarının müəyyən etdiyi ixtiyari prinsiplərə deyil, onların yerləşən aktivlərinə uyğun olaraq vergiyə cəlb edilməsi lazımdır.
  2. Təbiət sərvəti bərabər paylamır. Hamımız bilirik ki, insanlar öz qabiliyyətləri və istedadlarına görə müxtəlifdir. Bəzi vətəndaşlar digərlərinə nisbətən daha varlı olacaqlar. Onlar cəmiyyətə bir çox xidmətlər, o cümlədən iş yerləri, yeni texnologiyalar təqdim edirlər. Onlar daha çox vergi ödəyir və xeyriyyəçiliklə məşğul olurlar. Zəngin vətəndaşların öz sərvətlərini cəmiyyətlə bölüşməsi üçün qanunvericilikdə nəzərdə tutulan məcburiyyəti deyil, əqidənin və ictimai fikrin qüvvəsindən istifadə etmək lazımdır.
  3. Çağırışçılardan tutmuş liderlərə kimi bütün vətəndaşlar, dövlətə təmənnasız və mümkünsə ödənişsiz xidmət etməlidirlər. Onları vətənə sevgi və ölkəyə xidmət etmək borcu motivasiya etməlidir. Onların əsas mükafatı ictimaiyyət tərəfindən təriflənmək və gördükləri işin həmvətənləri təəfindən bəyənilməsi olmalıdır.
  4. Vergi ödəyicilərinin narazılığı rifah və sosial asayişi, vergi ödəyicilərinin özlərini düzgün aparmadıqlarından daha çox təhlükə altına qoyur. Ona görə də qanun pis vergi ödəyicilərinə qarşı deyil, vergi orqanı işçilərinin lazımsız istəklərinə qarşı yönəldilməlidir.
  5. Vergilərin hamı tərəfindən qanuni olaraq qəbul edilməsi üçün ictimai razılığın əldə olunması çox vacibdir. Əgər dövlət vergiləri vətəndaşlarla razılaşmadan tətbiq edirsə, onda vətəndaş itaətsizliyi və qiyamlar özünü doğrultmuş olur.
  6. Vergi istisnaları, əgər onlar hamıya tətbiq edilmirsə, öz təbiətinə görə ədalətsizdir. Əgər vergilərə münasibətdə qanun qarşısında bərabərlik konstitusiya prinsipi tətbiq olunursa, bütün vətəndaşlar və şirkətlər eyni vergiləri ödəməlidirlər.
  7. Azadlıq şəxsi həyata qarışmamaq hüququnu qoruyub saxlamaq yolu ilə dövlətin dominantlığından qoruyur. Bank sirri azadlığın ən mühüm ünsürlərindən biridir. O, öz kökləri ilə “Mənim evim – mənim qalamdır” erkən ingilis hüququna gedib çıxır. Burada aktivlər nəzərdə tutulur.

III hissəni oxumaq üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Uyğunsuzluq bildirişi alan sahibkarlar dövlət dəstəyindən yararlanmaq üçün nə etməlidirlər?

posted in: Xəbər | 0

Uyğunsuzluq bildirişi alan sahibkarlar dövlət dəstəyindən yararlanmaq üçün nə etməlidirlər?

DTA-03 Forması, azadolma, bəyannamə, sıfır faiz, Dövlət reyestrindən çıxarış, Dövlət reyestrindən çıxarışın surətinin verilməsi, dövlət reyestrindən çıxarışın verilməsi, vergi ödənişləri, Bəyannamələrin təqdim edilməsi, Vergi orqanlarında könüllü fəaliyyət, Vergi orqanları, koronavirus, test imtahanı, Vergilər Nazirliyi, Dövlət reyestrindən çıxarış, muzdlu iş, gəlir vergisi, ümidsiz borclar, Əmək müqaviləsi, işə qəbul, Vergilər Nazirliyi, Üzləşmə aktı, Bəyannamələrin tərtibi, Bəyannamələrin tərtibi,, Şəxsi hesab vərəqəsi, Vergi işçiləri, Vergi öhdəliyi, ödənilməli vergilər, Məlumat Forması, ƏDV ödəyiciləri, E-qaimə altsistemi, istifadəçi təlimatı, E-qaimə, bəyannamə, arayış, hesabat, Vergi bəyannamələri, maliyyə sanksiyası, Təsis paylarının yüklülüyü, təsis payı, Vergi borcu barədə arayış, , Yerli MMC, şirkət,Vergi Məcəlləsi, hüquqi şəxslər, Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə həyata keçirilən məhdudiyyətlərin ölkə iqtisadiyyatına təsirinin minimallaşdırılması üçün dövlət sahibkarlara sıra dəstək proqramları həyata keçirir.

Vergilər Nazirliyinin şöbə rəisi Tural Vəliyevin sözlərinə görə, zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının bir hissəsinin ödənilməsi və fərdi sahibkarlara maliyyə yardımının göstərilməsi ilə bağlı maddi dəstək proqramının icrası hazırda uğurla davam edir: “Sahibkarlar muzdlu işçilərinə görə ödənişi iki dəfə ala biləcəklər. Bir aylıq əməkhaqqı bərabər hissələrə bölünərək iki dəfəyə veriləcək. Bu, aprel və may aylarını əhatə edəcək. Mikro sahibkarlara isə bu maliyyə dəstəyi bir dəfə ödənilir.

Sahibkarlar İnternet Vergi İdarəsindəki (e-taxes.gov.az) şəxsi kabinetlərinə daxil olaraq dəstək proqramlarından yararlanmaq üçün müraciət etməlidirlər. Bəzi vergi ödəyiciləri şəxsi kabinetlərinə girmək üçün lazım olan istifadəçi kodu, parol və şifrəni unutduğundan müraciət göndərə bilmir. Həmin sahibkarlar vergi orqanlarına gəlmədən poçtla müraciət edərək istifadəçi kodu, parol və şifrələrinin surətini ala bilərlər.

Aktiv bank hesabı olmadıqda, riskli vergi ödəyiciləri ilə əməliyyat apardıqda, 2019-cu il üzrə vergi və sosial sığorta ödənişləri olmadıqda sahibkarlar müraciət edərkən uyğunsuzluqlar çıxa bilər. Aradan qaldırılması mümkün olan uyğunsuzluqlar həll edildikdən sonra yenidən müraciət etmək mümkündür.

2019-cu il ərzində fəaliyyəti aktiv olan sahibkarlar nadir hallarda bu cür uyğunsuzluqla qarşılaşırlar: onların fəaliyyəti 1 mart 2020-ci il tarixinədək dayandırıldığı və 1 aprel 2020-ci il tarixindən sonra aktivləşdiyi üçün müraciəti göndərə bilmirlər. Həmin sahibkarlar dərhal elektron kabinetlərindən vergi orqanına ərizə ilə müraciət etməlidirlər. Əgər hansısa rəqəmsal uyğunsuzluq varsa, tez bir zamanda aradan qaldırılacaq və sahibkarın dövlət dəstəyi ilə bağlı müraciəti təmin olunacaq”.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qeyri-rezidentin əldə etdiyi gəlirə azadolma tətbiq edilməsi Ərizəsi (DTA-03 Forması)

posted in: Xəbər | 0

müavinətlərdən imtina, VÖEN necə ləğv edilməlidir, Vergi ödəyicisi, Vergi hesabatlarının vaxtı, ödənilmiş vergi, DTA-02 forması, verginin nəzərə alınması, vergi məbləği, Rezidentlik sertifikatı, DTA-01 Forması, Rezidentlik sertifikatının verilməsi, vahid bəyannamə, qeyri-muzdlu, vergi hesabatları, vergilər nazirliyi, Vergi orqanlarına işə qəbul, Vergilər Nazirliyi, xidməti müqavilə, Əmək müqaviləsi, Qeydiyyat sənədləri, gəlir vergisi, Muzdlu iş, Sadələşdirilmiş vergi, Apelyasiya Şurası, kommersiya qurumları, MDSS, fəaliyyət,imtahan nəticələri, işə qəbul, ödənilməli vergilər, vergi ödəyicisi, vergi borcu,Xərc,təlimlər, Vergilər Nazirliyi, Səyyar vergi, Vergi ödəyicisinin fəaliyyət növü, Dövriyyələrin şəffaflaşması, vergi güzəştlərinin müddəti, Vergilər Nazirliyi, Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,Xidmətin adı: “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” Ərizə (DTA-03 Forması).

Tələb olunanlar: – VN tərəfindən verilmiş gücləndirilmiş elektron imza.

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 24-cü maddəsi

– VN Kollegiyasının 12.06.2017-cü ilə tarixli 1717050000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.etaxes.gov.az)

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin struktur bölmələri, MGD-nin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələri, BŞLGDnin, BŞKSİD-nin, ƏVD-nin və ƏVİnin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri Beynəlxalq vergitutma və vergi monitorinqi departamentinin rəyi əsasında

İcra müddəti: Sənədlər daxil olduğu gündən sonra 20 iş günü – əlavə araşdırılmasına vaxt tələb edildikdə 20 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: Razılıq məktubu

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun