E-kassanın tətbiqi gecikir

posted in: Xəbər | 0

2020-ci ilin ilk 3 ayında ticarət və xidmət obyektlərində POS-terminalların sayı 3 min 659 ədəd artaraq 31 Mart 2020-ci il tarixində 71 min 217 ədədə çatıb.

Mərkəzi Bankın statisikasına istinadən xəbər verilir ki, cəmi POS terminalların sayı 2020-ci ilin Yanvar ayında 1336 ədəd, Fevral ayında 1286 ədəd, Fevral ayında isə 1037 ədəd artıb.

2019-cu ildə POS – terminalların sayı 1358 ədəd artaraq ilin sonunda 67 min 468 ədədə çatmışdı.

Qeyd edək ki, POS terminalların sayındakı artım qənaətbəxş hesab oluna bilməz. Belə ki, 01 İul 2019-cu ilin əvvəlindən Azərbaycan Respublikasının ərazisində 4 mərhələdən ibarət olmaqla e-kassaların keçidinə başlanılıb. 01 Aprel 2020-ci il tarixindək Bakı,Gəncə və Sumqayıt şəhərlərindəki pərakəndə ticarət və ictimai iaşə obyektlərində POS-terminal funksiyasını da yerinə yetirən e-kassa tətbiq olunmalı idi. Lakin müşahidələr göstərir ki, Bakı,Gəncə və Sumqayıtda əksər ticarət və ictimai iaşə obyektlərində e-kassa mövcud deyil.

Mənbə: marja.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Mal – Material üzrə Mühasib – İceland

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0

mühasib köməkçisi, vakansiya baş mühasib Əmək haqqı üzrə mühasibVakansiya: Mal-Material üzrə Mühasib.

İşəgötürən: İceland.

Vakansiya barədə məlumat:
  • Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək;
  • Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq;
  • Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək;
  • Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq;
  • Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək;
  • Anbar mal çıxışına nəzarət etmək və sənədləşdirmək;
  • Anbar sayımı və stok nəzarətini həyata keçirmək;

Əmək haqqı namizədlə keçirilən müsahibənin nəticələrinə uyğun olaraq müəyyən ediləcəkdir.

Namizədə tələblər

  • Ali təhsilli (iqtisadiyyat/maliyyə üzrə);
  • İstehsalat sahəsinsə minimum 1 il iş təcrübəsi olmalı;
  • Məhsulların kalkulyasiyası barədə məlumatı olmalı;
  • 1 C 8.3 , MS Office ( Excell-yüksək səviyyədə) proqramlarında işləməyi bilməli;
  • Yaş həddi 25-45;
  • Satış və anbar arasındakı koordinasiyasını bilməli;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;
Özünü müvafiq vakansiyada sınamaq istəyən namizədlərdən / ünvanına Mal-Material üzrə Mühasib başlığı altında CV göndərmələri xahiş olunur.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hansı əmanətlər sığortalıdır?

posted in: Xəbər | 0

əmanətlərBu yazımızda yeni dəyişiklik edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” Qanundan irəli gələrək sığortalı əmanətlər barədə məlumat verəcəyik.

Əvvəla qeyd edək ki, yeni dəyişikliklərdən sonra 02.03.2016-cı ildən başlayaraq 4 il 9 ay müddətinə banklarda olan və Əmanətlərin Sığortalanması Fondu (Fond) tərəfindən müəyyən edilmiş dərəcələr üzrə faizdə qoyulmuş əmanətlər sığortalıdır.

Mövzu çərçivəsində qeyd etmək mümkündür ki, qorunan əmanətlər üzrə faiz dərəcəsi

– 01.07.2019-cu ilədək milli valyutada 15%

Xarici valyutada 3%

– 01.07.2019-cu ildən sonra isə milli valyutada 10%, xarici valyutada 2.5% olaraq yuxarı həddə müəyyən edilib.

Bu o deməkdir ki, qeyd edilən müddətlərdə müvafiq faiz həddində olan və əmanət müqaviləsində sığortalı əmanət kimi göstərilən əmanətlər adıçəkilən Fond tərəfindən sığortalanmışdır.

Bu hallarda Fond əmanətçiyə kompensasiya ödəmək öhdəliyi daşıyır:

– iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud

– qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və

– bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının nəzarət orqanı tərəfindən təsdiq edilməsi.

02.03.2016-cı il 4 il 9 ay müddətinə əmanətin məbləğindən asılı olmayaraq Fondun müəyyən etdiyi faiz həddində olan əmanətlərlə bağlı göstərilən hadisələr baş verərsə, Fond əmanəti tam həcmdə ödəmək öhdəliyi daşıyır.

Əmanətlərin tam sığortalanması müddəti bitdikdən sonra baş verən bu hadisələrdə isə 30 min manatadək olan hissədə sığortalanmış əmanətlər Fond tərəfindən kompensasiya olunur. Qalan hissədə isə əmanətçi məbləği bankdan tələb etməli olacaq.

Əlavə olaraq qeyd edək ki, şəxsin bir bankda yaxud filial və şöbələrində 1 neçə əmanəti olsa da, onlar göstərilən hadisələr zamanı 1 əmanət kimi toplanır və kompensasiya edilir. Bir neçə bankda olduqda isə ayrılıqda hesablanır. Əmanət üzrə faizlər isə hadisə gününə hesablanmış məbləğdə verilir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pul vəsaitlərinin uçotdan gizlədilməsi halları necə müəyyən edilir?

posted in: Xəbər | 0

Pul vəsaitlərinin uçotdan gizlədilməsi halları necə müəyyən edilir?

Sual: VM 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.  Burada pul vəsaitlərinin uçotdan gizlədilməsi və uçota alınmaması dedikdə, konkret hansı hallar nəzərdə tutulur?

Cavab: Bildiririk ki, nəzarət tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) mövcud olan malların və pul vəsaitinin uçotunu təsdiq edən uçot sənədlərinin və ya elektron faylların 1 iş günü ərzində vergi orqanının vəzifəli şəxsinə (şəxslərinə) təqdim edilməsi üçün vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə Vergi Məcəlləsinin 42-ci və 50.5-ci maddələri ilə müəyyən edilmiş qaydada dərhal Tələbnamə təqdim olunur.

Tələbnamə əsasında vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər (uçot sənədləri) qanunla müəyyən olunmuş müddət ərzində təqdim edildikdə, malların və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarının aşkar edilməsi məqsədi ilə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən tərtib olunmuş siyahı ilə vergi ödəyicisinin təqdim etdiyi təsdiqedici sənədlər (uçot sənədləri) üzləşdirilir.

Üzləşdirmə nəticəsində malların və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması halları aşkar edildikdə, tərtib olunmuş siyahıda qeydlər aparılır. Operativ vergi nəzarəti tədbiri zamanı malın (işin, xidmətin) satışından daxil olmuş pul vəsaitinin uçota alınmaması faktları aşkar edildiyi halda, həmin vəsait uçotdan gizlədilmiş pul vəsaiti kimi qiymətləndirilir. Vergi ödəyicisinin uçot sənədlərində (NKA-ya mədaxil edilməklə və ya ciddi hesabat blankında əks etdirilməklə) bərpa edilir.

Əsas: Vergi Məcəlləsinin 42-ci və 50-ci maddələri, Azərbaycan Respublikasının Vergilər nazirinin 14.01.2020-ci il 2017040100044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” Qaydalar.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun