Mühasib keçmişdə və gələcəkdə (I hissə)

posted in: Mühasib, Xəbər | 0

mühasibMühasib keçmişdə və gələcəkdə (I hissə)

İnsan – hər şeyin ölçüsüdür.

Protaqor

Mühasibat uçotu da daxil olmaqla, böyük problemlərdən danışarkən, biz, bir qayda olaraq, elmi mənşəyə malik olan müxtəlif sxemlərə diqqət yetiririk və bu sxemlər üzrə işləyənləri çox tez-tez unuduruq. Əslində uçotdan daha çox, mühasibatlıqda çalışan işçilərin özləri daha mühümdür.

“Bizə yaxşı insanı verin”

Bu görkəmli bir rus publisistinin (1856-1919) çağırışı idi. Və o, bu deyimində haqlı idi. İnsan mühasibatlığı öyrənə bilər, burada problem yoxdur. Vacib olan insanın özünün layiqli biri olmasıdır. Və əslində əgər dərindən düşünsək, mühasibat uçotunun predmeti kimi çıxış edir: fəaliyyət göstərən təsərrüfat subyekti olan insan (sahibkar) və düşünən, anlayışlı bir insan (mühasib). Birinci öz fəaliyyətinin izlərini sənədlər dəsti şəklində qoyur, ikinci isə həmin məlumatları hesabata çevirməklə onları nəzərdən keçirir və təhlil edir.

Əlbəttə, mühasib iş adamından ötrü mövcud olur. Amma mühasibsiz heç bir biznes növü mövcud ola bilməz. Təsadüfi deyil ki, məşhur iqtisadçı V. Zombart (1863-1941) haqlı olaraq hesab edirdi ki, insanlar ikili qeydiyyatı ixtira etməmişdən əvvəl kapitalizm mövcud ola bilməzdi. Çünki onsuz maliyyə nəticələrini sistematik olaraq hesablamaq olmazdı. Buradan belə nəticəyə gəlmək olar ki, bütün mühasibat uçotu onun registrləri və məlumat faylları ilə və ən çətin hesabatla birlikdə yalnız insanların beyin fəaliyyətinin nəticəsidir. Hansı ki, onlara ümumi dildə hesablama işçiləri deyirlər. Həqiqi əsaslı mühasibat, ilk növbədə, məlumat daşıyıcılarında, Misir papirusu, Babil kərpicləri, Peru ipləri və ya bizə yaxşı məlum olan kağızda deyil, mühasiblərin beyinlərində aparılır. Bütün bu informasiya daşıyıcıları yalnız mühasibin “iradəsindən” asılı olurlar. O isə canlı insandır və bizlərdən hər biri kimi öz məqsədinə doğru irəliləyir.

Mühasibin məqsədləri açıq qanunidir: çevik iş qrafiki, şirkətin stabil mövcudluğu, yaxşı məzuniyyətlər, müalicə üçün pul, layiqli və daim yüksələn əmək haqqı və müxtəlif əsaslarla mükafatlar. Bütün bunlar mühasibat uçotunun özü deyil, mühasibat uçotuna aid olan şəxsin necə başa düşülməli olduğunu göstərir. Yalnız bir insanı başa düşdükdən sonra mühasibat uçotunu da anlamaq şansı olacaq. Soruşula bilər, niyə? Bir sadə həqiqətə görə, çünki əşyaların niyyəti olmur, insanın isə niyyəti olur, hesablayıcıda bu olmur, mühasibdə isə olur. Buradan niyyətin insanı yaxşı bir insana necə çevirdiyini bilmək vacibdir. Bununla əlaqədar, tez-tez unudulan bir hala diqqət yetirməlisiniz: mühasibat uçotu yalnız insanlara bilik vermir, həm də onları yetişdirir.

Çünki daha doğrusu, məhz insanın yenidən qurulması üçün bir vasitə ola bilər: belə ki, əgər effektiv uçot sistemi və nəzarət olan yerdə bir məkrli fırıldaqçını mağaza müdiri vəzifəsinə qoysanız, bütün cəhdlərinə və oğurlamaq mahirliyinə baxmayaraq, o burada heç nə edə bilməyəcək, bir növ “müqəddəsə” çevriləcək. Buna çoxlu nümunələr var. Əgər şirkətdə bundan sonra da çatışmazlıqlar və ya şübhəli artıqlıqlarla bağlı dəlillər ortaya çıxacaqsa, bunu hər şeydən öncə uçot sistemində olan çatışmazlıqlar olduğunu söyləyəcəklər. Lakin, bu və buna oxşar hallarda uçotun deyil, uçotla məşğul olan insanların çatışmazlıqlarından söhbət gedə bilər, əgər istəsəniz, bunu onların günahı kimi də dəyələndirmək olar. Kimin nə deməsindən asılı olmayaraq, amma mühasibatlıq zorakılığın qanuni vasitəsidir və səmərəli işləyirsə, təşkilatın bütün komandası belə təzyiq altında mehriban və əyləncəli şəkildə çalışır. Məhz, məcburiyyət və zorakılığın düzgün dozası sayəsində vəzifə hissi yaranır və bütün iqtisadi sistem səmərəli işləməyə başlayır.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda müvəqqəti rejimdə ərzaq məhsulları ƏDV-dən azad ediləcək

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda ərzaq məhsullarının idxalının ƏDV-dən azad olunması təklif olunur.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Təklif olunan dəyişikliklə müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi məqsədilə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məhsul (mal) növlərinin idxalı ƏDV-dən azad edilir.

Məcəlləyə dəyişiklik Milli Məclisin mayın 1-i keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: report.az


Bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi Məcəlləsinə koronavirusla bağlı fəsil əlavə edilir

posted in: Vergi, Xəbər | 0

vergitutma, Mənfəət vergisi üzrə güzəşt, debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt, , maliyyə sanksiyası, Vergi Məcəlləsi, Gəlir vergisi, 102.2.5 maddəsi, 102.2.5 maddəsindəki güzəşt, güzəşt hüququ, satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Azərbaycanın Vergi Məcəlləsinə koronavirusla bağlı yeni fəsilin əlavə edilməsi təklif edilir.

Vergi Məcəlləsinə yeni – XVIII fəsil (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) əlavə olunur.

Məcəlləyə dəyişiklik Milli Məclisin mayın 1-i keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: report.az


Bax: Dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyətin vaxtı uzadıldı


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyətin vaxtı uzadıldı

posted in: Xəbər | 0

fəaliyyət bərpa olunur, Azərbaycanda xüsusi karantin rejimi uzadıldı, İşsiz şəxslər üçün birdəfəlik ödəmə, İcbari tibbi sığorta, birdəfəlik ödəməAzərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixinədək uzadılıb.

Bu barədə “Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumatda deyilir:

“Hazırda dünya dövlətləri tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam edir. Həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salıb.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilib və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixədək uzadılıb”.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun