İki bankın lisenziyası ləğv edildi

posted in: bank, Xəbər | 0

xidmət haqqı, idxal bəyannamələri, valyuta rejimi, Azərbaycan Mərkəzi Bankı, uçot, daşınmaz əmlakın icbari sığortası, uçot dərəcəsi, Mərkəzi Bank, vergidən azad, uçot dərəcəsi, Azərbaycan Mərkəzi Bankı, Mərkəzi Bank, nağdsız əməliyyatlar uçot dərəcəsi azərbaycan pul nişanları“Atabank” və “Amrah Bank”ın lisenziyaları ləğv edilib.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin aprelin 27-də qəbul etdiyi qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunmuş, adı çəkilən bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Bildirilir ki, Mərkəzi Bankın İdarə Heyətinin aprelin 28-i tarixli qərarına əsasən həmin banklardan ikisinin – “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilib.

Qeyd olunan bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlamışdır, xüsusən “Atabank” ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 noyabr tarixli, 1616 nömrəli Sərəncamına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra Mərkəzi Bank tərəfindən hər iki bankda aparılan yoxlamalar nəticəsində məlum olmuşdur ki, onlar ciddi maliyyə itkilərinə yol vermiş, öz kapitallarını tam itirmiş və müflis vəziyyətinə düşmüşdür. Bankların səhmdarları ilə müzakirələrdə onlar yoxlamaların nəticələri barədə məlumatlandırılmış və onlara bankları əlavə kapitallaşdırmaq təklif olunmuşdur, lakin onlar bu imkandan istifadə etməmişlər.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı ölkənin bank sisteminin bütövlükdə dayanqılı olduğunu bəyan etmiş, lakin sistemdə “nöqtəvi” problemlər olduğunu dəfələrlə bildirmişdir. Qeyd olunan iki problemli bankın sektorun aktivlərində xüsusi çəkisi 2,1%, kredit portfelində isə 3% təşkil edir.

Maliyyə dayanıqlığı problemi olan kommersiya bankları ilə bağlı situasiyanın maliyyə sabitliyi xarakteri daşıması, habelə aidiyyəti dövlət qurumları və Əmanətlərin Sığortalanması Fondu ilə koordinasiya edilmiş qaydada həll edilməsi zərurəti nəzərə alınaraq, məsələ ilə bağlı Maliyyə Sabitliyi Şurasında ətraflı müzakirələr aparılmış və Mərkəzi Bank qəbul etdiyi qərarlarda Şuranın tövsiyələrini nəzərə almışdır.

Qeyd olunanları nəzərə alaraq, məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdardan az olduğuna, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 28 aprel 2020-ci il tarixindən etibarən ləğv edilmiş və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.

Bildiririk ki, “Atabank” ASC və “Amrah Bank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən tam ödəniləcəkdir. Fondun vəsaiti çatmasa mövcud qanunvericiliyə uyğun olaraq çatışmayan məbləğ üzrə Mərkəzi Bank tərəfindən kredit ayrılacaqdır. Bu kredit Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcəkdir. Əmanətlərin ödənilməsi mövcud prosedurlara uyğun şəffaf şəkildə təşkil olunacaq və əmanətçilər dövri olaraq məlumatlandırılacaqlar.

“Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcəkdir.

Müvəqqəti inzibatçı təyin edilmiş digər iki bank – “AGBank” ASC-də və “NBCBank” ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Mərkəzi Bank bildirir ki, bank sisteminin sağlamlaşdırılması, problemli bankların sistemdən uzaqlaşdırılması nəticəsində əhalinin öz əmanətlərindən istifadə hüquqlarının bərpa edilməsi atılan digər addımlarla birgə bank sektoruna inamın daha da artırılmasına şərait yaradacaqdır.

Qeyd olunan prosesləri qanunla müəyyən edilmiş prosedurlar və müddətlərdə icra etmək üçün Azərbaycan Mərkəzi Bankı xüsusi tədbirlər planı hazırlamışdır və bu planın icrası barədə əmanətçilər, ictimaiyyət mütəmadi məlumatlandırılacaqdır.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu günə qədər neçə muzdlu işçinin əmək haqqı kompensasiya edilib?

posted in: Xəbər | 0

kompensasiya, muzdlu işçilər, muzdlu işçilərin sayı, Kompensasiya məbləği, dəstək proqramı, dəstək proqramı, Əmək haqqı, maaş, Valyuta rejimi, orta aylıq əmək haqqı,Bu günə qədər neçə muzdlu işçinin əmək haqqı kompensasiya edilib?

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş tədbirlər planına əsasən, 27 aprel tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 22 976 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 73 760 fərdi (mikro) sahibkar, cəmi 96 736 vergi ödəyicisi müraciət edib.

Bu barədə İqtisadiyyat Nazirliyinə istinadən məlumat verilir.

“Muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 178 587 işçini əhatə edən 19 061 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir”, – məlumatda bildirilir.

İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 80,72 mln manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 40,36 mln manat təşkil edir. Aprelin 27-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 17 568 vergi ödəyicisinə 168 778 nəfər muzdlu işçinin əmək haqqı üzrə 38,46 mln manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 73 760 vergi ödəyicisindən müraciət daxil olub, 67 497 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 44,42 mln manat təşkil edir. Aprelin 27-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 40,03 mln manat vəsaitin 59 148 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Mənbə: report.az


Bax: Karantini pozmaq üçün saxta arayışlar satan daha bir şirkət rəhbəri saxlanıldı


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Karantini pozmaq üçün saxta arayışlar satan daha bir şirkət rəhbəri saxlanıldı

posted in: Xəbər | 0

Karantini pozmaq üçün saxta arayış satan daha bir şirkət rəhbəri saxlanıldı.

Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən məqsədyönlü tədbirlər davam etdirilir.

Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Keçirilmiş növbəti uğurlu əməliyyat nəticəsində Şəki şəhər sakini Orxan Ələkbərov karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə direktoru olduğu, faktiki heç bir fəaliyyət göstərməyən “Vest Corporation” MMC-nin adından saxta arayışların hər birini 60-100 manat müqabilində satarkən saxlanılıb.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, adıçəkilən şəxs özü də daxil olmaqla 18 vətəndaşın saxta sənədlər əsasında “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib həmin şəxslərin adına saxta əmək müqavilələri tərtib edib. Bununla da Orxan Ələkbərov saxta sənəd satdığı şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıb.

Saxlanılan şəxsin paytaxt ərazisindəki yaşayış ünvanına baxış zamanı eyni məqsədlə hazırlanmış saxta arayışlar, boş blanklar, möhür və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Qeyd edilən faktla bağlı Baş İdarədə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir. Orxan Ələkbərov və digər şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunublar.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi sistemlərinin inkişaf tarixindən 27 dərs (I hissə)

posted in: Vergi, Xəbər | 0

Vergi sistemləri – inkişaf tarixi.

Böyük imperiyaların vergilərlə özlərini məhv etdiyi tezisi getdikcə daha çox təsdiqini  tapır. Vergilər çox vaxt böyük sosial partlayışlara  gətirib çıxaran bir qığılcım idi. Alimlərdən birinin rəyinə görə, Mayya sivilizasiyasının çöküşü, sakinlərinin vergilər üzündən cəngəlliklərə  qaçmasıdan  sonra başlanmışdı. Gəlin baxaq görək, vergitutmanın çoxəsrlik tarixi bizə hansı dərslər verir.

Hökumət tərəfindən vergi yükünün kəskin artırılması dörd vəziyyətə gətirib çıxara bilər ki, onlardan da üçü  pis hesab olunur:

1) qiyam;

2) vergidən yayınma;

3) digər vergi yurisdiksiyasına keçmək.

Yüksək vergilər ölkəsində çox vaxt inflyasiya, aşağı əmək məhsuldarlığı, iqtisadi artım templərinin yavaşlaması və bürokratiyanın səlahiyyətlərinin genişləndirilməsi də baş verir. Bütün bunlar fərdi azadlıqların eroziyasına gətirib çıxarır. Vergi ödəyiciləri, bir qayda olaraq, vergi yükünün nə qədər böyük olduğunu dərk etmirlər. Onlar 20 – 30 il bundan əvvəl necə olduğunu bilmirlər. Ona görə məsələ vergi qiyamlarına nadir hallarda gedib çıxır: hökumət vergiləri birdəfəlik təkanla qaldırmır. Bunu kiçik “addımlarla” həyata keçirir. Müharibələr və ətraf mühitin çirklənməsi ilə yanaşı, vergiləri XX əsrin ən böyük fəlakətlərindən biri adlandırmaq olar.

Vergilər sosial qaydanın dəqiq bir barometridir. Ölkədə hansı vergilərin müəyyən edilməsi, kim onları ödəyir, vergi bazasını kim qiymətləndirir, vergiləri kim toplayır və onlar necə xərclənirlər əsasında cəmiyyət haqqında çox şey demək olar. Sivilizasiyaların tarixi göstərir ki, səlahiyyətlilər və siyasətçilər, adi şəxslərdən daha az vergi ödəyirlər.

Etika baxımından, vergi sistemi iki müddəaya əsaslanmalıdır: birincisi, ədalətli və səmərəli vergi sisteminin işlənib hazırlanması hər bir hökumətin borcudur. “Ədalətlilik” – dəyərləndirmə vergilərin yığımı baxımından. “Səmərəlilik” – dövlət pullarının necə idarə olunması və xərclənməsi baxımından.

Budur, vergi sistemləri və sivilizasiyaların inkişafı tarixindən əsas dərslər:
  1. Bir çox böyük dövlətlər özlərini vergilərlə məhv etdilər və əksinə: bir çox ölkələr böyük və zəngin oldular, çünki iqtisadi artımı və biznesin inkişafını stimullaşdıran səmərəli vergi sistemi yaratdılar.
  2. Hansı vergiləri tətbiq etməyinizdən asılı olmayaraq, azadlıq bundan ziyan çəkməsin deyə, həmin vergilərə həmişə nəzarət etmək lazımdır.
  3. Hər şeyi əhatə edən vergi sistemi məmurların əlində böyük bir hakimiyyətin olmasını nəzərdə tutur. Zamanla həmin hakimiyyət böyük bir gücə transformasiya olunur – bu güc təkcə vergi ödəyicilərinin deyil, həm də digər hakimiyyət orqanlarını öz əhatəsinə alır. Hətta krallar və imperatorlar belə, vergi orqanları qarşısında təslim olublar.
  4. Qədim yunanlar despotizmdən azad ilk sivilizasiyanı qurublar. Onlar mütərəqqi cəmiyyətə yol açdılar, zülmün pis vergi sisteminin, xüsusilə birbaşa vergilərin məhsulu olduğunu başa düşdülər.

II hissəni oxumaq üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun