Rezidentlik sertifikatının alınması haqqında Ərizə (DTA-01 Forması)

posted in: Vergi, Xəbər | 0

DTA-01 Forması, Rezidentlik sertifikatının verilməsi, vahid bəyannamə, qeyri-muzdlu, vergi hesabatları, vergilər nazirliyi, Vergi orqanlarına işə qəbul, Vergilər Nazirliyi, xidməti müqavilə, Əmək müqaviləsi, Qeydiyyat sənədləri, gəlir vergisi, Muzdlu iş, Sadələşdirilmiş vergi, Apelyasiya Şurası, kommersiya qurumları, MDSS, fəaliyyət,imtahan nəticələri, işə qəbul, ödənilməli vergilər, vergi ödəyicisi, vergi borcu,Xərc,təlimlər, Vergilər Nazirliyi, Səyyar vergi, Vergi ödəyicisinin fəaliyyət növü, Dövriyyələrin şəffaflaşması, vergi güzəştlərinin müddəti, Vergilər Nazirliyi, Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,Xidmətin adı: Rezidentlik sertifikatı alınması haqqında Ərizə (DTA-01 Forması).

Tələb olunanlar: – VN tərəfindən verilmiş gücləndirilmiş elektron imza.

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 24-cü maddəsi

– VN Kollegiyasının 12.06.2017-cü ilə tarixli 1717050000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.etaxes.gov.az)

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin struktur bölmələri, MGD-nin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələri, BŞLGDnin, BŞKSİD-nin, ƏVD-nin və ƏVİnin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələr

İcra müddəti: Sənədlər daxil olduğu gündən sonra 20 iş günü – əlavə araşdırıl masına vaxt tələb edildikdə 20 iş günü.

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Rezidentlik sertifikatı.

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb.

Mənbə: taxes.gov.az


Bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Vergi stimullarını özündə əks etdirən qanunvericilik paketi üzrə iş başa çatdırılıb

posted in: Xəbər | 0

Vergi stimulları üzrə qanunvericilik paketi üzrə iş başa çatdırılıb


Vergi güzəştləri, zərgərlik bazarı, pensiya təminatı, vergi mədaxili, emek muqavilesi, manat, əmək müqaviləsi,Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib.

Müşavirədə İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək deyib:

2020-ci ilin ilk rübündə, yanvar-fevralda müşahidə edilən sağlam artım birinci rübün ümumilikdə müsbət fonda yekunlaşmasını şərtləndirdi. Eyni zamanda, mart ayında pandemiya dünya enerji bazarlarında artım tempinə mənfi təsir etmiş və mütləq göstəricilərin enməsinə səbəb olmuşdur.

Möhtərəm cənab Prezident, Siz qeyd etdiyiniz kimi, qeyri-neft ümumi daxili məhsulunun 3,5 faiz səviyyəsində artımına nail olmuşuq. Ümumi daxili məhsulda ən sürətli artım və azalma sahələrini diqqətinizə məruzə etmək istərdim. Qeyri-neft sənayesində artım 23 faiz təşkil etmişdir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində 18 faiz, dağ-mədən sənayesində 12 faiz, kənd təsərrüfatı sahəsində 3,7 faiz artım olmuşdur. Elektrik enerjisi, o cümlədən qaz-buxar istehsalı 17 faiz və yük daşımaları 7,2 faiz artmışdır. Eyni zamanda, azalan sahələr arasında turizm, iaşə, xidmətlər, sərnişin nəqliyyatı və tikintini qeyd etmək lazımdır.

Xarici ticarətə gəldikdə, ümumilikdə, qeyri-neft ixracımız rüb ərzində bir faiz azalmışdır. Müsbət trend ondan ibarətdir ki, kənd təsərrüfatı məhsulları və ərzaq ixracı ötən ilin birinci rübü ilə müqayisədə 4 faiz artmışdır. Qızıl ixracı 17 faiz və kimya sənayesi məhsulları 14 faiz artmışdır. Eyni dövrdə kənd təsərrüfatı məhsullarının və ərzağın idxalı 5 faiz azalmışdır. Müsbət haldır ki, ərzaq məhsullarında daxili istehlakımızla, o cümlədən idxalla ixrac arasında fərq xeyli azalmışdır.

Sizin tapşırığınıza əsasən, tədbirlər planına uyğun olaraq məruzə edirəm ki, sahibkarlara dəstək proqramı artıq fəaliyyətdədir. Onun ilkin nəticələrini, bu günə olan rəqəmləri məruzə etmək istərdim. Belə ki, muzdlu işçilərə əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və sahibkarlara dəstək proqramı çərçivəsində 10 min 914 vergiödəyicisi onlayn sistem vasitəsilə müraciət etmişdir. Həmin vergiödəyiciləri üzrə muzdlu işçilərin sayı 124 min 510 nəfərdir.

Maliyyə Nazirliyi ilə və agent banklarla birlikdə çalışırıq ki, həmin siyahı üzrə maliyyə dəstəyinin birinci ay üzrə ödənilməsini təmin edək. Bu məqsədlə nəzərdə tutulan vəsaitin məbləği 16 milyon 890 min manat təşkil edir. Faktiki olaraq dünən axşama artıq ödəniş edilmiş vergiödəyicilərinin sayı 2636 vergiödəyicisi olmaqla, həmin vergiödəyiciləri üzrə muzdlu işçilərin sayı 24 min 463 nəfərdir. Fərdi və mikro sahibkarlara maliyyə dəstəyi proqramı da həyata keçirilir. Bu günədək müraciət etmiş vergiödəyicilərinin sayı 16 min 502 sahibkardır. Müvafiq olaraq bu günədək təqdim edilmiş müraciətlər üzrə nəzərdə tutulmuş maliyyə dəstəyinin məbləği 15 milyon 483 min manat təşkil edib.

Vergi stimulları üzrə qanunvericilik paketi üzrə iş başa çatdırılıb. Həmkar strukturların vizalarının razılaşdırılması prosesi həyata keçirilir. Dövlətin kredit zəmanəti dəstəyinin verilməsi istiqamətində dövlət sektoru və banklarla iş başa çatmaq üzrədir. Bizim hədəfimiz bu ayın sonuna qədər proqramı işlək vəziyyətə gətirməkdir. Burada mən xüsusilə qeyd etmək istəyirəm ki, biz bank sektoru ilə birgə müəyyən olunmuş çərçivədə bu işi həyata keçiririk və məhsuldar iş gedir. Həmçinin yeni iqtisadi şəraitdə, tədbirlər planında müəyyən edilmiş iqtisadiyyatın 8 sektorunda müvafiq sektoral planlar üzərində işlərə başlanılıb.

Göstərişinizə uyğun olaraq, dövlət investisiya proqramı çərçivəsində iqtisadi artımın bərpa edilməsinə yönəlmiş layihələri təhlil edirik. Bu gün Sizin verdiyiniz tapşırığa uyğun olaraq, həmkar qurumlarla birlikdə çalışaraq qısa müddət ərzində məlumatı diqqətinizə təqdim edəcəyik.

Mənbə: marja.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Mühasib – Veysəloğlu Şirkətlər Qrupu

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0

Mühasibat uçotu, mühasib köməkçisi, vakansiya,Vakansiya: Mühasib tələb olunur.

İşəgötürən: Veysəloğlu Şirkətlər Qrupu.

Vakansiya barədə məlumat:

İşin Təsviri:
– Mühasibatlıq əməliyyatlarının yerinə yetirilməsi və nəzarət edilməsi
– Mühasibat hesabatlarının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərin və s. hesabı) yerinə yetirmək;
– Sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirib,sənədlər mübadiləsi prosesinin düzgün qurulmasını təşkil etmək;
– Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük

Namizədə tələblər:

– Mühasibatlıq və Vergi qanunvericiliyi biliyi;
– MC Office proqramları və 1С 8.3 proqramı biliyi;
– Azərbaycan və rus dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
– Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı.

Müraciət qaydaları: / elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – Mühasib yazıb CV göndərməklə müraciət edə bilərsiniz.

Mənbə: finstaff.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sənədsiz mallar necə rəsmiləşdirilə bilər?

posted in: Xəbər | 0

Sənədsiz mallar necə rəsmiləşdirilə bilər?


Malların alışı, sənədləşmə prosedurları,Sual: Mən bazar şəraitində işləmişəm. Mənim əlimdə olan məhsullarım nağd şəkildə alınmışdır və heç bir sənədim yoxdur. Hal-hazırda işlədiyim firmalar məndən ödənişi rəsmi şəkildə tələb edirlər. Bu da mənə işləməkdə çətinlik yaradır. Mən öz anbarımda olan məhsulları necə rəsmiləşdirə bilərəm?

Cavab: Bildiririk ki, vergi ödəyicisi malları sahibkarlıq subyektlərindən aldıqda malların alışı qanunvericiliklə müəyyən edilmiş sənədlər (elektron qaimə-faktura) əsasında, vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda isə “Malların alış aktı” tərtib edilməklə, belə alınmış malların anbara təhvil verilməsi isə forması Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların təhvil-qəbul aktı” (MAA-1) ilə sənədləşdirilir.

Vergi ödəyicisinin anbarında aşkar edilən elektron qaimə-faktura tərtib edilmədən alınmış malların sənədləşdirilməsi ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-17 nömrəli 16 iyul 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nın 3.7-ci bəndinə əsasən, uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən torpaq, tikili və avadanlıqlar bazar qiymətlərinə uyğun qiymətləndirilir. Onların mühasibat uçotu subyektinin balansına daxil edilməsi məqsədilə müvafiq aktla rəsmiləşdirilir.

Buna əsasən, inventarizasiya zamanı aşkar edilən elektron qaimə-faktura ilə rəsmiləşdirilməyən mallar həmin malların bazar qiyməti ilə uçota alınır. Həmin malların dəyəri vergi ödəyicisinin satışdankənar gəlirlərinə aid edilir. Mallar vergi ödəyicisi tərəfindən təqdim edilən zaman malların vergi ödəyicisinin balansına mədaxil dəyəri vergi ödəyicisinin xərclərinə aid edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən, malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.


 Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun