“Etibarnamə”ni necə yazmalı??
Etibarnamə nədir və necə yazılır??
Etibarnamə ərəb mənşəli “etibar” və fars kəlməsi olan “namə” sözlərindən düzələrək, bir şəxsin və ya idarənin adından iş görmək üçün verilən rəsmi sənəddir. “Etibar” ərəbcə çoxmənalı sözdür:
a) nəzərə almaq, əhəmiyyət vermək.
b) hörmət və nüfuz.
c) etimad.
“Namə” isə farsca məktub, əsər mənasındadır. Bütövlükdə etibarnamə zaminlik kağızı, etibaretmə sənədi mənası verir.
Etibarnamənin mahiyyəti. Etibarnamə hər hansı bir işin icrasını bir tərəfin (etibar edən, etibarnaməni verən) başqa bir nəfərə (etibar edilənə, etibarnaməni alana) etibar etdiyini bildirən sənəddir. Sənəd hüquqi əhəmiyyət daşıyır. Etibar edilən şəxs etibar edilən işi icra etməyə borcludur. Hər hansı bir səbəbdən iş icra edilə bilmədikdə, etibar edənə mütləq məlumat verilməlidir.
Etibarnamənin məzmunu. Etibarnamələr müxtəlif məzmunda ola bilər. Səlahiyyət həcminə görə etibarnamələrin 3 növü qeyd edilir:
1. Konkret bir işi görmək üçün birdəfəlik etibarnamə verilir. Buna birdəfəlik etibarnamə deyilir. Bir nəfər imkanı olmadığı üçün əmək haqqını, ev orderini, mükafatı ala bilmədikdə istədiyi adama etibarnamə verir ki, bu, birdəfəlik etibarnamə adlanır.
2. Xüsusi etibarnamə müəssisə rəhbəri tərəfindən müəssisənin hüqüq məsləhətçisinə verilir. Arbitraj – iqtisad məhkəməsində etibar edilən şəxs etibarnaməni qeydiyyatdan keçirərək təmsil etdiyi müəssisənin hüquqlarını, mənafeyini qoruyur.
3. Bundan əlavə, ümumi və baş etibarnamə də vardır ki, bu etibarnamənin səlahiyyəti daha böyükdür. Son vaxtlar belə etibarnamələr daha çox avtomobillər üçün verilir.
Baş etibarnamə mülkiyyətin başqa növlərini də idarə etmək üçün verilə bilər. Məsələn, sürülərin, evlərin və başqa əmlakın idarə edilməsi üçün verilən etibarnamələr 3 il müddətinə verilir. Əgər etibarnamədə idarəetmə müddəti göstərilməyibsə, onda həmin etibarnamə verildiyi gündən bir il keçdikdən sonra öz əhəmiyyətini itirmiş olur. Etibarnaməni verən şəxsin ünvanı, habelə pasport və ya onu əvəz edən sənəd haqqında məlumat, etibarnaməni alanın adı, atasının adı və soyadı, ünvanı haqqında məlumat da etibarnamənin məzmununa aiddir.
Etibarnamənin forması. Etibarnamənin (xüsusən də baş etibarnamənin) xüsusi forması olur və notarius tərəfindən təsdiq edilir. Birdəfəlik etibarnamədə vərəqin ortasında «Etibarnamə» sözü yazılır. Aşağıdakı sətirdə sol tərəfdə etibarnamənin yazıldığı şəhər, həmin sətirdə, vərəqin sağ tərəfində etibarnamənin verildiyi tarix göstərilir. Etibarnamənin məzmunu qurtardıqdan sonra etibar edən şəxs onu imzalayır. Əgər tərəflər bir müəssisədəndirlərsə, müəssisənin kadrlar şöbəsinin rəisi və ya rəhbəri tərəfindən, əgər tərəflərlər müxtəlif idarə və təşkilatlara aiddirlərsə, onda etibarnaməni notarius təsdiq edir.
Faylı yükləyin: Etibarnamə-Nümunə

Xidmətin adı: “Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair” Ərizə (DTA-02 forması).
Prezident İlham Əliyevin “Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramların hazırlanmasını və icra edilməsini biznes ictimaiyyəti böyük razılıqla qarşılayıb.
Koronavirus (COVID-19) pandemiyasının yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əməkhaqlarının azaldılması hallarına yol verilməməlidir.