Mühasib peşəsinə namizəd seçimi (2-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasib peşəsi üçün namizəd seçimi (2-ci hissə)

1-ci hissəni oxumaq üçün keçidə daxil olun


mühasib peşəsi

Mühasib peşəsi biznesdə ən vacib və məsuliyyətli vəzifələrdən biridir, pul qazanmaqla bağlı sıx bağlı olan bir peşədir.

Buna görə ideal mühasibin hansı keyfiyyətlərə malik olduğunu və şəxsi xüsusiyyətlərinə görə – danışıq tərzi, geyimi, suallara cavab verməsi və s. –  necə müəyyən edilə biləcəyini bilmək vacibdir. Yəni, hansı nitq modelləri və davranış əlamətləri mühasibin yerinə yetirdiyi vəzifələrə mükəmməl uyğun gəlir.

Qeyd edək ki, biz vəzifənin profilindən deyil, məhz şəxsiyyətin profilindən danışacağıq və başlanğıc üçün onların bir-birindən nə ilə fərqləndiyini və nədən ibarət olduğunu müəyyənləşdirəcəyik.

İddiaçının zahiri görkəmində məsuliyyət və səliqəliliyi nə göstərə bilər? Yalnız onun geyimi.

Mühasibliyə potensial namizəd qadındırsa və o, müsahibəyə həddən ziyadə parlaq makiyajda, dərin dekoltedə gəlirsə, bu çox pisdir. Vəziyyətə uyğun geyinmək lazımdır: evdə – ev geyimi, işdə iş geyimi, ofis geyim tərzi səliqəli və ütülü olmalıdır. Geyimdə səliqəlilik və təmizlik onu göstərir ki, insan özünə diqqət yetirir, öz zahiri görünüşünü izləyir. Belə adamlar həmişə təsadüfən geyimlərində haradasa ləkə salıb-salmadıqlarına belə diqqət yetirirlər. Belə adamlar müsahibatlıq işlərini də səliqə ilə aparacaqlar, hətta iş yerində kompüter ətrafında belə hər şey dəqiqliyi və səhmanlılığı ilə seçiləcək. Beyində qayda-qanun – stol üzərində də qayda-qanun deməkdir. Qarmaqarışıqlıq və xaosa yol verən, yoxlama aktını haraya qoyduğunu lap son məqamda xatırlayan mühasib heç kimə gərək deyil.

Detallılıq nitqdə də, danışıq üslubunda da özünü göstərməyə meyllidir. İddiaçıya belə bir sual verin: “əvvəlki iş yerində nə ilə məşğul olurdunuz?” və ya “öz ilk iş gününüzü necə təsəvvür edirsiniz?” və onun buna necə təfərrüatlı cavab verib-verməyəcəyini izləyin.

Detallılıq mühasib üçün çox mühümdür, əgər iddiaçı bu formada cavab verirsə, bu çox yaxşıdır:

– “mən işə gəldikdə, bütün kollektivlə tanış oluram, rəhbərlikdən mühasibatlıqda mənə aid olan blok məsələlərini dəqiqləşdirirəm, kimin burada əsas işçi olduğunu dəqiqləşdirirəm, otururam, özümə aid şeyləri yerləşdirirəm, kompüter proqramını öyrənməyə çalışıram…”.

Belə bir cavab isə arzuolunan deyil: “necə deyim? Adətən olduğu kimi! Gələcəm və öz mühasibatlıq işlərim ilə məşğul olacam…”.

Bir şəxsin gələcək iş haqqında nə qədər bütöv bir fikrə malik olduğunu aydınlaşdırmaq faydalıdır. Bunun onun xoşuna gəlib-gəlmədiyini müəyyənləşdirməyə çalışın, o, işi barədə ürəkdənmi danışır? Belə bir dəqiqləşdirici sual da yerinə düşərdi: “söyləyin, işinizdə məhz, nə xoşunuza gəlir?” Öz işinin incəliklərini sevmək mühasibdən ötrü çox mühümdür. Debetin kreditə uyğun gəlməsi, rəqəmlərdə qurdalanmaq, vergi müfəttişliyində olmaq və öz şirkətinin nüfuzunu müdafiə etmək, onun xoşuna gəlməlidir.

Bir çoxlarında ideal mühasib barədə belə bir təəssürat var: bu qırx yaşını ötmüş qadındır, onun zəhmli baxışları var.

Əgər bu baş mühasibdirsə, o təkcə öz yerində qayda-qanun yaratmaqla kifayətlənməyəcək, həm də qaydalara necə əməl olunması ilə bağlı digər şöbələrə də baş vuracaq, bütün sənədləşmələri vaxtında təhvil verilməsinə məcbur edəcək. Sərt qadın obrazı həqiqətən mühasib üçün ən yaxşı obraz kimi görünə bilir.

Bəli, bu insan bir qədər kobuddur. Çox yəqin ki, belə bir şəxslə neytral mövzularda – məsələn, “necə istirahət etdiniz?” kimi – ünsiyyət qurmaq bir qədər çətin olacaq. Əvəzində işdə ona həmişə etibar etmək olar, o sizi heç vaxt məyus etməyəcək: “bu tapşırığı yerinə yetirmək lazımdırsa, onu yerinə yetirməyənə kimi – stol arxasından durmayacağam”.

Maraqlanın, namizəd necə istirahət etməyi xoşlayır. İdeal profildə bu peşədən olan insan fiziki yüklənmə növündə istirahətə üstünlük verir. İdeal mühasib təxminən belə bir cavab verir: “məndən ötrü təbiət qoynuna və ya bağ evinə getmək, orada ləklərdə əlləşmək daha mühümdür” və ya “evdə ev işləri ilə məşğul olmağı, yemək hazırlamağı sevirəm”. Vacib olan budur ki, mühasib artıq yüklənmədən xilas olmalı, əlləri ilə işləməklə gərginliyi aradan qaldırmalıdır.


3-cü hissəni oxumaq üçün keçidə daxil olun

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Bu sahələrdə çalışanlar digər rayon və şəhərlərə gedə bilərlər

posted in: Xəbər | 0

ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiNazirlər Kabinetinin “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 2020-ci il 2 aprel tarixli qərarına aşağıdakı məzmunda 1.2-1-ci bənd əlavə
edilib:

“1.2-1. Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı məsələlər bu Qərarın 3 nömrəli əlavəsi ilə tənzimlənir.”.

Qeyd edək ki, bu Qərara əsasən  5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri tətbiq ediləcək

Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı TƏLİMAT
  1. Ümumi müddəalar

Bu Təlimat xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin, o cümlədən yardımçı sahələrdə (xammal, istehsal vasitələrinin (gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, texnika və materialların, aqrokimyəvi maddələrin) istehsalı, idxalı, satışı və aqrotexniki xidmətlərin göstərilməsi) fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı qaydaları müəyyən edir.

  1. Şəxslərin hərəkətini zəruri edən hallar

2.1. Xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinə aşağıdakı hallarda yol verilir:

2.1.1. kənd təsərrüfatı məhsullarının və xammalının istehsalı, idxalı, tədarükü, təchizatı, saxlanması, daşınması, emalı, satışı, utilizasiyası ilə bağlı fəaliyyət;

2.1.2. heyvandarlıq sahəsində fermer fəaliyyəti: baytarlıq tədbirlərinin aparılması, heyvanların yemlənməsi, məhsullarının toplanması, daşınması (heyvan və ya məhsul),

satışı, kəsilməsi, soyuducuya yığılması, utilizasiyası; iri və xırdabuynuzlu heyvanların qış otlaqlarından yay otlaqlarına aparılması;

2.1.3. bitkiçilik sahəsində fermer fəaliyyəti: şum, səpin, əkin, suvarma, budama və digər aqrotexniki qulluq (dərmanlama, gübrələmə və s.), məhsul yığımı, daşınması, anbara yığılması;

2.1.4. gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, suvarma və kənd təsərrüfatı texnika və materiallarının, aqrokimyəvi maddələrin istehsalı, idxalı, daşınması, satışı, qurulması və tətbiqi;

2.1.5. aqrotexniki və baytarlıq xidmətlərinin göstərilməsi;

2.1.6. heyvanlar üçün yem satış məntəqələrinin fəaliyyəti.

  1. Hərəkətinə icazə verilən şəxslərin siyahısı
3.1. Bu Təlimatın 2.1-ci bəndində göstərilən sahələr üzrə fəaliyyət göstərən aşağıdakı şəxslərin rayon və şəhərdaxili, habelə rayonlar və şəhərlərarası hərəkətinə icazə verilir:

3.1.1. fermerlər (kənd təsərrüfatı məhsullarının istehsalçıları);

3.1.2. tədarükçülər və təchizatçılar;

3.1.3. aqronomlar;

3.1.4. baytar həkimlər;

3.1.5. zootexniklər;

3.1.6. süni mayalanma mütəxəssisləri;

3.1.7. mövsümi işçilər (budama, alaqlama, məhsul yığımı və s. sahələrdə);

3.1.8. mexanizatorlar (kənd təsərrüfatı texnikalarını idarə etmək hüququ olan şəxslər);

3.1.9. bu Təlimatın 2.1-ci bəndində göstərilən sahələr üzrə fəaliyyət göstərən şəxslərin işçiləri.

3.2. Bu Təlimatın 3.1-ci bəndi il’ müəyyən edilən şəxslər ilə birgə onların istifadəsində olan nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.

  1. Şəxslərin hərəkətinin təşkili

4.1. Hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər – bu Təlimatın 2.1-ci bəndində göstərilən sahələrdə fəaliyyət göstərəcək əməkdaşları barədə məlumatları elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil etdikdən sonra onların şəhərlərarası, rayonlararası, habelə rayon daxilində hərəkətinə (nəqliyyat vasitələri ilə birgə) yol verilir.

4.2. Bu Təlimatın 4.1-ci bəndində göstərilənlər istisna olmaqla, bu Təlimatın 3.1-ci bəndi ilə müəyyən edilən şəxslərin hərəkəti aşağıdakı qaydada həyata keçirilir:

4.2.1. olduğu kənd daxilində – sərbəst qaydada;

4.2.2. olduğu rayon daxilində (kəndlərarası, rayon-kənd, kənd-rayon) – yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı ilə (1 nömrəli əlavə);

4.2.3. rayonlar arasında – mexanizator, “Elektron Kənd Təsərrüfatı” informasiya sistemində (bundan sonra – EKTİS) qeydiyyatdan keçmiş fermer, təchizatçı, tədarükçü – olduğu rayon dövlət aqrar inkişaf mərkəzinin (bundan sonra – DAİM), digərləri – olduğu rayon yerli icra hakimiyyəti orqanının arayışı ilə (2 nömrəli əlavə);

4.2.4.Bakı-Sumqayıt şəhərləri – rayon arasında – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyi və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin arayışı ilə (3 nömrəli əlavə).

4.3.Bu Təlimatın 4.2-ci bəndi ilə müəyyən edilən qurumlar müvafiq arayışların verilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməlidirlər.

4.4.Bu Təlimatda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin, habelə bu Təlimatın 4.2-ci bəndi ilə müəyyən edilmiş sənədin üzərlərində olması məcburidir.

4.5.Bu Təlimatda nəzərdə tutulmuş qaydada hərəkətin təşkili, habelə hərəkət zamanı xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

4.6.Bu Təlimatın tələblərinə əməl etməyən DAİM və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları barədə şəxslər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə (1652) müraciət edə bilərlər.

4.7.Bu Təlimatın tələblərinə əməl etməyən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları barədə şəxslər Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Çağrı Mərkəzinə (1003) müraciət edə bilərlər.

4.8.Bu Təlimatın tələblərinə əməl etməyən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları barədə şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zəng Mərkəzinə (102) müraciət edə bilərlər.

4.9.Müraciət əsaslı hesab olunduqda, bu hal əməkdaşın intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

4.10.Bu Təlimatın tələblərinin pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqdır

Mənbə: nk.gov.az


Bax:

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Azərbaycanda fərdi sahibkarlara ayrılacaq məbləğ məlum oldu

posted in: Xəbər | 0

Azərbaycanda fərdi sahibkarlar üçün ayrılacaq məbləğ məlum oldu


əmək haqqı, müəllimlərin maaşı, büdcə daxilolmaları, ehtiyac meyarının məbləği, təqaüd, əmək haqqı, sosial müavinət,Pensiya, əmək haqqı, emek, orta aylıq əmək haqqı, əmək haqları əmək haqqıPandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün ayrılan kompensasiyanın məbləği açıqlanıb.
Bu barədə məlumat Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nında öz əksini tapıb.
Qeyd olunub ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlar üçün maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə – əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə) üçün 300 min nəfərə 80 milyon manat vəsait ayrılacaq.
Mənbə: report.az

Bax:

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Kompensasiya məbləği və muzdlu işçilərin sayı məlum oldu

posted in: Xəbər | 0

Kompensasiya məbləği və muzdlu işçilərin sayı məlum oldu


dəstək proqramı, dəstək proqramı, Əmək haqqı, maaş, Valyuta rejimi, orta aylıq əmək haqqı,
Azərbaycanda pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 300 min muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi (iş yerlərinin azaldılmaması) nəzərdə tutulub.
Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.
Bu məqsədlə, 215 milyon manat ayrılıb.
Mənbə: report.az

Bax:

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun