Dövlətin dəstək proqramı 2,5 milyard manat təşkil edəcək

posted in: Xəbər | 0

Dövlətin dəstək proqramı 2,5 milyard manat təşkil edəcək


dəstək proqramı, dəstək proqramı, Əmək haqqı, maaş, Valyuta rejimi, orta aylıq əmək haqqı,Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, hazırda dünya iqtisadiyyatı “donub”, tələb və təklif eyni vaxtda daralır, işsizlik artır, pandemiya bəşəriyyəti təhdid edir, səhm və əmtəə bazarları, xüsusən də neft qiymətləri çöküb. “McKenzie”nin hesablamalarına görə, bu il iqtisadi geriləmə dünyada 4,7 faiz, Avrozonada 9,7 faiz, Çində 2,7 faiz və ABŞ-da 8,4 faiz olacaq:”Ən yaxşı halda dünya iqtisadiyyatı 2022-ci ilin üçüncü rübündə böhrandan əvvəlki həddinə çata biləcək.

Bir sözlə, Nassem Talebin “Qara qu quşu” nəzəriyyəsinə uyğun olaraq koronavirus böhranını üç ay əvvələdək heç kim proqnozlaşdıra bilməmişdi, amma qısa müddətdə dünya XXI əsrin ən ağır böhranına qədəm qoydu. Azərbaycan öz iqtisadiyyatının 2017-ci ildən start götürən artım tempinin sürətlənməsi trendinin kulminasiyaya doğru getdiyi bir vaxtda qlobal şoklarla üz-üzə qaldı. Azərbaycan hökuməti dünya iqtisadiyyatı yeni antirekordlara imza atdığı bir şəraitdə qlobal şokların və pandemiyanın nəticələri ilə mübarizə aparır. Prezident İlham Əliyev “Biz birlikdə güclüyük!” mottosu ətrafında cəmiyyətin bütün təbəqələrini və resursları böhranla mübarizəyə səfərbər edib. İndiyədək xalqı öz ətrafında birləşdirən şüarlar Fransada “Azadlıq, bərabərlik, qardaşlıq”, ABŞ-da “Biz Allaha inanırıq”, Meksikada “Öncə vətəndir”, Pakistanda “İman, birlik, qanun” və başqa ölkələrdə müxtəlif formalarda ifadə olunub”.

Azərbaycanın antiböhran proqramının 2,5 milyard manat olmaqla ÜDM-in 3,1 faizini təşkil etdiyini deyən V.Qasımlı qeyd edib ki, Gürcüstan hökuməti 1 milyard gürcü larisi dəyərində, yəni ÜDM-in 2 faizi həcmində yardım paketi qəbul edib. Rusiya 300 milyard rubl civarında yardım paketi qəbul edib ki, bu da Rusiya ÜDM-nin 0,3 faizinə bərabərdir. Türkiyə ÜDM-nin 2 faizini təşkil edən 100 milyard lirəlik yardım paketi açıqlayıb. Qırğızıstanın ÜDM-in 1 faizi həcmində, başqa sözlə desək, 9,4 milyon ABŞ dolları, Özbəkistan isə 1 milyard dollar və ya ÜDM-in 1,5 faizi həcmində antiböhran paketi qəbul edib. İspaniya ÜDM-nin 0,7 faizini təşkil edən 8,9 milyard avroluq paket qəbul edib. Göründüyü kimi, Azərbaycanın dəstək proqramı digər ölkələrlə müqayisədə kifayət qədər sanballı və miqyaslıdır.

O deyib: “Qlobal şokların Azərbaycana təsirini azaltmaq üçün hökumətin dəstək proqramı zərərçəkən 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edəcək. İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrupu sahələrin zərər çəkməsini üç dərəcədə qiymətləndirib: ən çox, əhəmiyyətli və minimal ziyan çəkən sahələr. Belə yanaşma dəstək proqramının ədalətliliyi və ünvanlılığı, habelə resursların səmərəli istifadəsi baxımından əhəmiyyətlidir. Bu çərçivədə 9 proqram layihəsi işlənilir. İlk növbədə, 44 min sahibkarı və 304 min muzdlu işçini əhatə edən proqramı qeyd etmək lazımdır.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda 1,6 milyonadək muzdlu işçinin 915 min nəfəri dövlət və neft sektorunda çalışdığından müntəzəm qaydada maaşını alır. Qalan 640 min muzdlu işçinin 304 min nəfərinin maaşına dövlət dəstək verəcək. Burada fəaliyyət sahəsinin çəkdiyi ziyanın dərəcəsinə uyğun olaraq sahibkarlıq subyektinin əməkhaqqı fondu dövlət tərəfindən dəstəklənəcək. Əlbəttə, bu zaman əsas meyar 712 manat səviyyəsində olan orta əməkhaqqı səviyyəsidir. Eyni zamanda, 290 min mikro sahibkar dövlət dəstəyindən yararlanacaqlar. Bu zaman da onların 2019-cu ildə ödədikləri vergi həcmi əsas götürüləcək. Vergi güzəştləri və vergi tətilləri və ipoteka kreditlərinə dəstək verilməsi üzrə dövlət proqramları da işlənilib”.

“Hazırda qlobal şokların təsiri ilə kredit ödənişlərində yarana biləcək çətinliklərin aradan qaldırılması üçün dövlət tərəfindən dəstək verilməsi planlaşdırılır. Təkcə ev təsərrüfatları deyil, bəzi sahibkarların da kredit ödənişlərində çətinliklər yaranması proqnozlaşdırılır. Hazırda 15,5 milyard manatlıq kredit portfelinin 7 milyard manatı ev təsərrüfatlarına, 6,1 milyard manatı isə özəl sektora verilib. Xüsusən də, pandemiyadan daha çox zərərçəkmiş sahələrə – ticarət və xidmət sektoruna 2,4 milyard manat və nəqliyyat və rabitə sektoruna 1,2 milyard manat kredit verilib. Dövlət mövcud kredit portfelinin dəstəklənməsi üzrə 1 milyard manat vəsait ayıracaq.

Bu zaman da ziyan çəkən sahələr və kredit intizamı kimi kriteriyalar əsas götürüləcək. Sahibkarlığın İnkişafı Fondu kreditlərə 10 faiz dəstək verəcək ki, bu da kredit faizinin əhəmiyyətli hissəsini əhatə edir. Çünki Azərbaycanda orta kredit faizi 14 faiz, hüquqi şəxslər üzrə 8,8 faiz və fiziki şəxslər üzrə 16,6 faiz təşkil edir. Eyni zamanda, yeni kreditlərə dəstək proqramı illik maksimum 15 faizlik kreditləri əhatə edəcək və bu kredit faizinin yarısını Sahibkarlığın İnkişafı Fondu ödəyəcək. Dövlətin dəstək proqramları çərçivəsində kommunal xidmətlərin limiti artırılacaq və sərnişindaşımada sistem əhəmiyyətli müəssisələr – AZAL, Bakı Nəqliyyat Agentliyi, metropoliten, dəmir yolu və sair qurumlara da dəstək veriləcək. Bundan başqa, dövlət sosial proqramların əhatə dairəsini genişləndirəcək və aztəminatlı insanlarımıza dəstək veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə İşçi Qrupu da bu yaxınlarda müvafiq təkliflərini təqdim edəcək”.

“Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramı həyata keçirilir. Belə sistemli dəstək proqramı son 100 ilin ən miqyaslı pandemiyasının ölkəmizə təsirini minimuma endirəcək və ölkəmizi post-korona dövrünə daha yaxşı hazırlayacaq.

Dövlət proqramları vasitəsilə həm tələb, həm də təklif dəstəklənəcək və makroiqtisadi sabitlik qorunacaq. Bu günlərdə xüsusi karantin qaydalarına daha ciddi əməl etməliyik. Çünki iqtisadi itkiləri bərpa edə biləcəyik, amma sağlamlığı və insan həyatını qaytarmaq olmayacaq. Azərbaycan dövləti üçün əsas vətəndaş və onun layiqli həyatıdır”, – deyə V.Qasımlı bildirib.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Ən yüksək vergilər tətbiq edən 27 ölkə (1-ci hissə)

posted in: Vergi, Xəbər | 0

Ən yüksək vergilər tətbiq edən 27 ölkə / 1-ci hissə

Ümundünya iqtisadi forumu (ÜİF)  məktəblərdə riyaziyyatın tədrisinin keyfiyyətindən tutmuş ölkədə inflyasiya səviyyəsinə qədər müxtəlif sahələrdə məlumatlara baxır.

Daha sonra bu məlumatlar ölkədə iqtisadi vəziyyət haqqında tam bir təsəvvür yaratmaq üçün istifadə olunur.

ÜİF-in nəzərdən keçirdiyi göstəricilərdən biri ölkədə vergi yüküdür. Bu zaman daha yüksək ballar daha aşağı rəqabətlilik deməkdir. Bundan ötrü Dünya Bankından ümumi vergi dərəcəsi haqqında məlumatlar alınır.

Vergilərin ümumi həcmi hər cür ayırmalardan sonra ödənilən beş müxtəlif vergi və rüsumların məbləğidir:

– təşkilatlardan tutulan mənfəət vergisi,

– sahibkarın ödədiyi sosial müavinətlər və işçi qüvvəsinə görə vergilər,

– daşınmaz əmlak vergisi,

– dövriyyədən vergi və digər kiçik vergilər.

Əslində bütün bu vergilər müxtəlif sahələrdə çalışan insanlara görə deyil, biznesə görə təyin edilir. Aşağıda ümumi vergi dərəcəsi 50% – dən yuxarı olan ölkələrin siyahısı göstərilir.
  1. Yaponiya

Vergi yükü: 51,3%

Vergilərin ümumi həcminin 50% – dən çox olmasına baxmayaraq, Yaponiya dünyanın ən böyük iqtisadiyyata malik ölkələrindən biridir. Bu göstəriciyə görə ölkə Asiyada beşinci yerdədir.

  1. Meksika

Vergi yükü: 51,8%

Meksika Latın Amerikasında ümumi vergi yükünün 50% – dən çox olduğu bir neçə ölkədən biridir. Burada şirkətlər üçün əsas vergi dərəcəsi 30% təşkil edir.

  1. Kot D′ivuar

Vergi yükü: 51,9%

Bu reytinqdə səkkiz Afrika ölkələrindən biridir. Korporasiyanın mənfəət vergisi burada 25% təşkil edir. Lakin telekommunikasiya, informasiya texnologiyaları və kommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlər üçün bu rəqəm 30% -dən yuxarıdır.

  1. Avstriya

Vergi yükü: 52%

Bu, vergi yükünün 50% – dən yuxarı olduğu reytinqdə altı Avropa ölkəsindən biridir. Avstriya vergi sistemində bir neçə maraqlı məqamlar mövcuddur. Belə ki, ər-arvad hətta rəsmi şəkildə evli olsalar belə, vergiləri ayrı-ayrılıqda ödəyirlər.

  1. Ukrayna

Vergi yükü: 52,9%

Ukraynada Biznes yalnız mürəkkəb geosiyasi münasibətlər mühitində deyil, həm də çox yüksək vergilər mühitində də yaşamağı bacarmalıdır. Avropa qitəsində yalnız dörd ölkə Ukraynadan daha yüksək vergilərə malikdir.

  1. Şri-Lanka

Vergi yükü: 55,6%

Şri-Lankada şirkətlər üçün baza vergi dərəcəsi 28% – dir. Lakin spirtli içkilər və ya tütün məmulatı ilə məşğul olan şirkətlər üçün 40% – ə qədər yüksəlir. Bu zaman vergilərin ümumi səviyyəsi bir neçə əlavə vergiyə görə daha yüksək olur.

  1. Belçika

Vergi yükü: 57,8%

Belçika avrozona ölkələri arasında vergi yükünün səviyyəsinə görə dördüncü yeri və Avropa ölkələrinin “böyük beşliyi”nə daxildir.


Ən yüksək vergilər tətbiq edən 27 ölkə – Yazının davamını oxumaq üçün keçidə daxi olun.


TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Mənfəət vergisi üzrə güzəşt tətbiq edilən şəxslərin müəyyən edilməsi meyarları

posted in: Vergi, Xəbər | 0

Mənfəət vergisi üzrə güzəşt tətbiq edilən şəxslərin müəyyən edilməsi meyarları


Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Vergi Məcəlləsinə əlavə edilmiş 106.1.18-ci maddə ilə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi 2019-cu il 1 yanvar tarixindən 10 il müddətinə mənfəət vergisindən azad olunmuşdur.

Vergi hüququ üzrə ekspert Sirac Piriyev bildirib ki, həmin dəyişikliyə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 mart 2020-ci il tarixli Qərarı ilə “Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları” təsdiq edilib. Bununla da elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən təşkilatların hər biri üçün ayrıca meyarlar müəyyənləşdirilib.

Elm sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların meyarlarına – təsis sənədlərində “Elm haqqında” Qanunun 1.0.9-cu maddəsi ilə müəyyən olunan elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş elmi tədqiqat və yaradıcılıq prosesinin həyata keçirilməsinin nəzərdə tutulması, həmin Qanunun 24-cü maddəsinə uyğun olaraq akkreditasiyadan keçməsi, 3.3-cü maddədə göstərilən elm sahəsində dövlət siyasətinin əsas prioritetləri üzrə tədqiqatın aparılması və ən azı 5 (beş) nəfər elmi işçisinin olması daxildir.

Təhsil sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların meyarlarına – dövlət orqanlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyində olması, “Təhsil haqqında” Qanunla müəyyən edilmiş qaydada lisenziya alması aid edilib.

Səhiyyə sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların meyarlarına – dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisəsi olması, köçürülən vəsaitin nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə əhalinin sağlamlığının qorunması ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədləri üçün istifadə edilməsi daxildir.

İdman sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların meyarlarını – “Bədən tərbiyəsi və idman haqqında” Qanunla müəyyən edilmiş ictimai birlik formasında yaradılan respublika idman federasiyaları (assosiasiyaları) və ya idman klubları, köçürülən vəsaitin idman federasiyaları (assosiasiyaları) və ya idman klublarının təsis sənədlərində nəzərdə tutulan məqsədlər üçün sərf edilməsi təşkil edir.

Mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların meyarlarına – Azərbaycan mədəniyyətinin, milli-mədəni irsin təbliği, təşviqi və inkişafı məqsədilə incəsənət və bədii tədbirlərin, yaradıcılıq müsabiqələrinin, sərgilərin, yaradıcılıq gecələrinin, mədəniyyət və incəsənət təqdimatlarının, festivalların, konfrans və simpoziumların təşkilini, nəşr məhsullarının hazırlanmasını və yayımını həyata keçirən, habelə film istehsal edən hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri istisna olmaqla), teatr, kitabxana və ya muzey kimi fəaliyyət göstərən qurumlar aid edilib.

Göstərilən meyarlar üzrə fəaliyyət göstərən müəssisə və təşkilatlara ödənişlər edilərkən ödənişin təyinatı ödəniş sənədində düzgün, tam və aydın şəkildə qeyd olunmalıdır. Ödəniş nağdsız qaydada vəsaiti köçürən şəxsin bank hesabından vəsaiti alan şəxsin bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir.

Təyinatı qeyd olunmayan (düzgün və ya tam qeyd olunmayan) ödənişlər, habelə nağd qaydada ödənilən məbləğlər Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində nəzərdə tutulan mənfəət vergisindən azadolmaya əsas vermir.

Bununla yanaşı, ödənişi alan və güzəşt hüququndan yararlanmaq istəyən müəssisə, idarə və təşkilat hesabat ili bitdikdən sonra 1 (bir) ay müddətində alınmış vəsaitin təyinatı üzrə xərcləndiyini təsdiq edən sənədləri (alğı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş tapşırıqları, bank çıxarışları və s.) vəsaiti köçürən şəxsə təqdim etməlidir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Banklar xüsusi rejim dövründə fəaliyyət göstərəcək

posted in: bank, Xəbər | 0

Banklar xüsusi rejim dövründə fəaliyyət göstərəcək


bankların iş rejimiXüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə maliyyə təşkilatları üzrə bəzi istiqamətlərdə fəaliyyətlər davam etdiriləcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Xüsusi rejim dövründə maliyyə təşkilatları üzrə fəaliyyət göstərəcək sahələr aşağıdakılardır:

• Banklar və valyuta mübadiləsi məntəqələri
• Sığorta təşkilatları
• Ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar

Qeyd edək ki, insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun