“ASAN Xidmət” hüquqi və fiziki şəxslərə növbəti dəfə xəbərdarlıq etdi

posted in: Xəbər | 1

“ASAN Xidmət” hüquqi və fiziki şəxslərə növbəti dəfə xəbərdarlıq etdi


ASAN XidmətPrezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi növbəti dəfə hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib.

Dövlət Agentliyindən verilən məlumata görə, “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların növbəti dəfə təhlili zamanı müəyyən edilib ki, bəzi hüquqi və fiziki şəxslər 2020-ci il 8 aprel tarixində edilmiş xəbərdarlıqdan nəticə çıxararaq icaze.e-gov.az portalından əsassız və lüzumsuz olan 50 000-dək icazəni ləğv edib.

Bununla belə, bir sıra hüquqi və fiziki şəxslər tərəfindən əmək və ya xidmət müqaviləsi olmadan qeydə alınmış 100 000-dən çox icazənin icaze.e-gov.az portalında aktiv qalması müəyyən edilib.

Ötən müddət ərzində portal daha da təkmilləşdirilib, istifadəçilər üçün yeni funksional imkanlar yaradılıb, fiziki və hüquqi şəxslərə sistemə yerləşdirdikləri şəxslərlə olan hüquqi münasibətlərinin (əmək və xidmət müqaviləsi) konkret qeydiyyatını aparmağa şərait yaradılıb.

Hüquqi şəxslərin vəzifəli şəxslərindən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən tələb olunur ki, 2020-ci il 13 aprel tarixinədək portalın yeni funksional imkanlarından istifadə edərək əvvəllər sistemə daxil etdikləri şəxslər arasından xidmət müqavilələri bağladıqları şəxslərin qeydiyyatını aparsınlar.

Hüquqi və fiziki şəxslər tərəfindən əmək müqavilələri və ya icaze.e-gov.az portalında qeydiyyatı aparılmış xidmət müqavilələri olmadan qeydə alınmış icazələr 2020-ci il 13 aprel tarixindən etibarən avtomatik rejimdə ləğv ediləcək.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Özbəkistanın regionlardakı bankları nağd pulların verilməsini dayandırdı

posted in: Xəbər | 0

Sosial ödəniş, Bankomat, Sosial ödənişlərin qrafikləri,Özbəkistanın regionlardakı bankları nağd pulların verilməsini dayandırdı.

Ölkənin regionlarında yerləşən kommersiya bankları nağd pulların verilməsini dayandırıblar. Həmin səbəbdən bankomatlar qarşısında böyük növbələr yaranıb. “Azadlıq” nəşrinin vediyi məlumata görə, belə hallar Əndican, Namanqan, Cizak və Surxandərya vilayətlərinin bir sıra şəhər və rayonlarında müşahidə olunur.

Namanqan vilayətinin Çartaksk rayonundan olan pensiyaçı nəşrə bildirib ki, artıq neçə gündür bankomatlarda pul yoxdur. Bu hal əhali üçün böyük problemlər yaradır. Belə ki, kartla mağazlardan alış baha başa gəlir. Bazarlarda isə məhsulların qiyməti xeyli aşağı olsa da, yalnız nağd pul qəbul edirlər.

Digər həmsöhbətlər isə KİV-ə şikayətlənərək bildiriblər ki, terminalları olan ticarətçilər ödəniş formasında asılı olaraq eyni məhsula müxtəlif qiymətlər qoyurlar. Nağd pulla alanlar daha ucuz, kartla alanlar üçün isə nisbətən baha qiymətlər tətbiq edirlər.

Respublikanın bəzi vilayətlərindən olan vətəndaşlar UzCard ödəniş sistemində kartlardan nağd pulları çıxara bilmədiklərindən şikayətləniblər. Bu zaman Humo kartlarından isə vəsaitlər maneəsiz nağdlaşdırıla bilir. Həmin səbəbdən, məhz Humo-ya xidmət edən bankomatlar qarşısında növbələr yaranır, Cizak sakini belə xəbər verib.

Özbəkistanın müxtəlif regionlarından olan sahibkarlar topdansatış bazarında məhsulların yalnız nağd pulla alındığını bildiriblər.  Banklar plastik kartlardan vəsaitləri nağdlaşdırmağı dayandırdığından, müştərilərdən kağız pullarla ödəniş tələb etmək də lazım gəlir. Əks halda, malların yenilənməsi ilə bağlı çətinliklər ortaya çıxacaq və biznes sadəcə dayanacaq.

“Xamkorbank”, “Asaka bank”, “Xalq bank” və “Aqrobank”ın filiallarının əməkdaşları nağd pul çatışmazlığı ilə bağlı məlumatları təsdiq ediblər. Onlar vəziyyəti karantin dövründə maliyyə təşkilatlarına pul daxilolmalarının kəskin şəkildə azalması ilə izah etdilər. Bank işçiləri müştərilərə ödənişləri plastik kartlar vasitəsilə həyata keçirməyi məsləhət görüblər.

Bundan əvvəl Özbəkistan Mərkəzi bankı əhaliyə alış-verişin mümkün olduğu qədər bank kartları ilə ödənilməsini tövsiyə etməklə bağlı müraciət etmişdi. Çünki nağd puldan istifadə koronavirusun yayılmasına imkan yaradır. Virusun kağız daşıyıcı üzərində 3-4 günə qədər yaşadığı vurğulanmışdı. Plastik kartın üstünlüyü həm də ondan ibarətdir ki, onu həmişə antiseptik vasitə ilə asanlıqla virusdan təmizləmək olur.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Baş mühasib – Azersun Holding

posted in: muhasibat, Vakansiya, Xəbər | 0

Vakansiya: Baş mühasib tələb olunur. 

İşəgötürən: Azersun Holding

Əmək haqqı: Razılaşma
İş yeri: Bakı
İş təcrübəsi: 5 ildən artıq
Yaş: 27 - 45 yaş
Telefon: -
Təhsil: Ali
Email:  / 

 

Vakansiya barədə məlumat

– Vergi, statistika və DSMF hesabatların hazırlanması;

– Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;

– Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;

– Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;

– Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.

Namizədə tələblər

– Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə magistr dərəcəsi olması arzuolunandır);

– Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi;

– Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;

– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;

– MS Office, 1C, BTP, EVHF, B1, B3 hesabatları mükəmməl səviyyədə bilməli;

– ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini / elektron ünvanına (Baş mühasib başlığı ilə) göndərə bilərlər.

Mənbə: finstaff.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun