Read More9
Read More9

Maliyyə naziri koronavirus pandemiyası ilə bağlı əlavə əmr imzaladı

posted in: Maliyyə, Xəbər | 0

Koronavirus, Maliyyə Nazirliyi, QHT, Maliyyə Nazirliyi, Mühasibat uçotu qaydası, maliyyə,kadr, struktur, Maliyyə Maliyyə Nazirliyi vergi gömrükMaliyyə naziri Samir Şərifov koronavirus pandemiyası ilə bağlı əlavə tədbirlər barədə əmr imzalayıb.

Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, əmrdə  deyilir ki, iclasların, müşavirələrin, toplantıların yalnız telefon rabitəsi və internet vasitəsilə keçirilməsinə üstünlük verilsin.

Nazirliyin əməkdaşlarında və onların ailə üzvlərindən birində qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi hallar olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilir. Həmçinin, nazirliyin qaynar xətlərinin fəaliyyəti fasiləsiz təmin edilməsi əmrdə vurğulanır.

Əmrdə qeyd edilib ki, xüsusi zərurət olduğu hallar istisna olmaqla, bütün ezamiyyətlər dayandırılır.

Ezamiyyətə xüsusi zərurət olduğu hallarda isə nazirliyin rəhbərliyinə əsaslandırılmış müraciət edilməlidir.

Həmçinin vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınıb. Bununla yanaşı, nazirliyin əməkdaşlarının xarici ölkələrə şəxsi səfərləri dayandırılır.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət başçısı: “Sahibkarlara xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri də ediləcək”

posted in: Xəbər | 0

Dövlət başçısı: “Sahibkarlar üçün xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri də ediləcək”


Vergidən yayınmaq“Əlbəttə ki, biz bu haqda da düşünürük. Görülmüş tədbirlər arasında, ilk növbədə, məşğulluq problemləri ön plandadır. Çünki sirr deyil ki, indi ölkələr özlərini təcrid vəziyyətinə salırlar və iqtisadi əlaqələr kəsilir, pozulur. Baxmayaraq, hələ ki, yükdaşımalarda normal vəziyyət müşahidə olunur, ancaq iqtisadi əlaqələrin, iqtisadi fəallığın zəifləməsi, əlbəttə, ilk növbədə, məşğulluğa mənfi təsir göstərə bilər. Ona görə bir milyard manatın ayrılmasının əsas məqsədi ondan ibarətdir ki, sahibkarlığa dəstək verilsin, xəstəlikdən və onun fəsadlarından əziyyət çəkmiş sahibkarlara dövlət öz maliyyə dəstəyini göstərsin”.

Bunu Hövsan yaşayış kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı deyib: “Eyni zamanda, biz artıq çox ciddi çağırışlar etmişik. Fürsətdən istifadə edərək mən bu çağırışı bu gün bir daha da etmək istəyirəm bütün sahibkarlara ki, onlar işçiləri ixtisar etməsinlər. Çünki indiki şəraitdə bunu etmək bizim həmrəylik təşəbbüsümüzə zidd ola bilər. Ancaq təbii ki, əgər sahibkarın da fəaliyyəti məhdudlaşıbsa, o, itkilərə məruz qalır və burada dövlət öz dəstəyini verməlidir. Dövlət bunu edəcək. Bu xəstəliklə bağlı ən həssas sahibkarlar qruplarına xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri də ediləcək, digər imtiyazlar da veriləcək. Ancaq bizim əsas tələbimiz və tövsiyəmiz ondan ibarətdir ki, sahibkarlar işçiləri ixtisar etməsinlər. Ona görə bu bir milyard manat məbləğində vəsaitin necə xərclənəcəyi haqda vətəndaşlara müntəzəm olaraq məlumat veriləcək. Çünki burada məşğulluq məsələləri ön plandadır, makroiqtisadi sabitlik təmin edilməlidir”.

“Biz bu ili çox yaxşı nəticələrlə, yaxşı göstəricilərlə başlamışıq. İnflyasiya cəmi 2,8 faizdir, əhalinin gəlirləri isə 9 faizdir. İqtisadiyyat 2,8 faiz artıb, amma qeyri-neft sektorunda 6,7 faiz. Qeyri-neft sektorunda sənaye istehsalı 21,7 faiz artıb. Yəni, ilə çox yaxşı göstəricilərlə başlamışıq. Vergi və gömrük orqanları proqnozdan əlavə 250 milyon manat vəsait toplayıblar. Ancaq biz yaxşı başa düşürük ki, bu tendensiyaya sanki məhdudiyyət qoyulur. Çünki biz indi bu templərlə arta bilmərik. Ona görə makroiqtisadi vəziyyətin sabit saxlanması üçün həmin vəsaitdən istifadə olunacaq. Eyni zamanda, dediyim kimi, sahibkarlığın inkişafı, sahibkarlara dəstəyin verilməsi, bizim ümumi maliyyə vəziyyətimizin sabit saxlanması üçün bu vəsaitdən istifadə olunacaq. Bu sahədə də Azərbaycan bu böyük addımı atmaqla yerləşdiyi regionda birincilik göstərib”, Prezident İlham Əliyev bildirib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (14-cü hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu ilə bağlı ifadələr (14-cü hissə)

13-сü hissəni oxumaq üçün keçidə daxil olun.



Mühasibat uçotu məlumatlarının qərarların layihələndirilməsində istifadə edilməsinin qeyri-ənənəvi olması ondan ibarətdir ki, baxıldığı vaxt ərzində bölüşdürülmüş iqtisadi uduşun yalnız gözlənilən məbləği qəbul edilir.
A.N. Xorin

Mühasibat uçotunun düzgün qurulması dedikdə, biz mühasibat uçotunun tamamilə, düzgün və xüsusilə vacib olan, vaxtında qeyd olunan və iqtisadi proseslərin keçməsini qeyd edən bir şey kimi başa düşürük.

İ. Raskin

Hər bir ictimai təsərrüfatda hesabdarlığın düzgün qurulması əsas vəzifə olmalıdır, çünki yaxşı təşkilat olan zaman hesablama işləri üçün bu ən yaxşı dost, pis halda isə ən qəddar düşmən ola bilər.

A.A. Moşkin

Hesabdarlığın iqtisadi qaranlığı işıqlandıran mayak olması üçün o, hər yerdə ciddi və səmərəli şəkildə tətbiq olunmalıdır.

A.İ Qulyayev

Hesabdarlıq nə qədər düzgün qurularsa və səmərəli təşkil olunursa, onun təsərrüfat əməliyyatlarının bütün sərfəli və əlverişsiz tərəfləri, eləcə də onların yerinə yetirilməsi üçün tətbiq edilən müxtəlif üsul və fəndlərin bütün əsaslılığı və əsassız olduğu bir o qədər hərtərəfli, daha dəqiq və ətraflı şəkildə aydın olar.

P.P. Zatvarnitskiy

Uçotun rasionallaşdırılması – günün devizidir. İndi görünür, ən ucqar hesabdarlıq dünyası belə, bununla məşğuldur.

A.Pikov

Hər bir təsərrüfatın uçotunun səmərəliliyinin zəruri şərtlərindən biri də ondan ibarətdir ki, bu uçot həmin təsərrüfatın iqtisadi təbiəti ilə tam razılaşdırılmaqla – mühasibat uçotunun ümumi prinsipləri, bu təsərrüfata tətbiq olunması üçün həmin təsərrüfatın bütün səciyyəvi xüsusiyyətlərini özündə əks etdirməyə uyğunlaşsın və fərdiləşsin.

A.F. Lomovitskiy

15-сi hissəni oxumaq üçün keçidə daxil olun.



Elektron müraciət edərkən əməl olunmalı şərtlər

posted in: Xəbər | 0

Elektron müraciət edərkən əməl olunmalı şərtlər


Elektron müraciət, online qeydiyyat, müavinət,Bu yazımızda evdə qalaraq bir sıra problemlərinin həlli üçün səlahiyyətli qurumlara müraciət etmək istəyən şəxslər üçün elektron müraciət barədə izah verəcəyik.

Qeyd edək ki, elektron müraciət – müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciətdir.

Elektron müraciət edərkən Siz səlahiyyətli qurumun yaxud məsul şəxsin rəsmi internet saytına müraciəti göndərməlisiniz.

Elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir. Yaxud onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir.

Əgər Siz elektron sənəd formasında müraciət göndərirsinizsə, bu halda sənədin elektron imza ilə təsdiqlənməsi mütləqdir.

Elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya Sizin xahişinizlə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə elektron ünvanınız göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir.

Əgər müraciətinizin baxılmamış saxlanmasını istəmirsinizsə, aşağıdakı şərtlərə əməl etməlisiniz:

– müraciət oxunaqlı, anlaşılan dildə, təhqirə və böhtana yol verilmədən yazılmalıdır.

– müraciətdə Sizi eyniləşdirmək üçün ad, soyad, ata adı, ünvan, əlaqə məlumatları mütləq qaydada göstərilməlidir.

– müraciət edərkən dəqiq məzmunu (ərizə, təklif, şikayət olmasını) qeyd etmək zəruridir.

– Müraciət edərkən cavab məktubunun hansı qaydada göndərilməsi xahiş edilə bilər.

Nəzərə almaq lazımdır ki, vətəndaş müraciətlərinə ilkin araşdırma zamanı 15 iş, əlavə araşdırma zamanı 30 iş günü, sorğu göndərilib öyrənilməsi əlavə vaxt tələb edən işlər üzrə əlavə 30 iş günü müddətində baxılır. Əgər müraciətiniz korrupsiya ilə əlaqdəar hallarla bağlıdırsa, 20 iş günü və əlavə 10 iş günü müddətində müraciətə baxılır.

Xatırlatmaq yerinə düşərdi ki, bir sıra qurumlarda əməkdaşların 30 günlük əmək haqqı saxlanmaqla ödənişsiz məzuniyyətə getməsini və son dövrlər baş verən prosesləri nəzərə alaraq müraciətin baxılması müddətinin dəyişəcəyinə anlayışla yanaşmaq lazımdır.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Müəllifin digər yazısı: Fövqəladə vəziyyət rejimi nədir? Hansı hallarda tətbiq edilir?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
error: Content is protected !!