Payların alqı-satqısı zamanı vergi öhdəlikləri
Sual: Bildirmək istəyirəm ki, şirkətin 2 təsisçisi var və təsisçilərindən biri öz payını digər şəxsə satmaq istəyir. Bu zaman hansı vergi öhdəlikləri yaranacaq və hesablama necə aparılacaq?
Cavab: Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payı və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir).
Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.
Eyni zamanda, Cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və bu zaman bu Məcəllənin 122.1- ci maddəsi ilə ödəmə mənbəyində vergi tutulur.
Əsas: Vergi Məcəlləsinin 96.5-ci, 101.2-ci, 104.6-cı, 105.1-ci maddələri.
Mənbə: taxes.gov.az
Bax:
-
166-cı maddədə “debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt” dedikdə nə nəzərdə tutulur?
-
Gecikməyə görə tətbiq edilən cərimə ƏDV-yə cəlb edilirmi?
-
Aviabiletlərin satışına görə alıcılara elektron qaimə-faktura təqdim edilməlidirmi?
-
Şirkət əvvəlki illərdə alınmış daşınmaz əmlakını satarkən vergilər necə hesablanmalıdır?
-
Bir şəxslə eyni vaxtda həm əmək həm də xidmət müqaviləsi bağlamaq olar?
-
Əmtəəsiz əməliyyat nədir?

Bütün dünya üzrə ictimai şirkətlər, qlobal koronavirus epidemiyası təhlükəsi qarşısında bazarların düşməsi səbəbindən bir həftə ərzində 5 trilyon dollara qədər itirib. Bu haqda Reuters agentliyi məlumat verib.
Vergi ödəyiciləri tərəfindən əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə vergi orqanları tərəfindən nəzarət tədbirləri davam etdirilir.
“Yanvar-fevral aylarında vergi orqanları büdcəyə proqnozdan əlavə 180, gömrük orqanları isə 70 milyon manat vəsait daxil ediblər. Bütövlükdə 250 milyon manat, cəmi iki ay ərzində. Nəyin hesabına? Şəffaflıq, dürüstük, təmizlik və vergi bazasının genişləndirilməsi hesabına”.