Sahil Babayev işəgötürənlərə xəbərdarlıq etdi

posted in: Xəbər | 0

işəgötürən, Səyyar yoxlamalar, 8 saatlıq iş rejimi, pensiya, Minimum pensiya,Minimum pensiyanın artırılması“Əməkhaqqı fondunda da 5 faizlik artım var. Cənab Prezident, özəl sektorda bu müsbət dinamika davam etdiyi təqdirdə, bunun həm iqtisadi səmərəsi çox geniş olacaqdır, eyni zamanda da vətəndaşların sosial təminatı güclənəcəkdir”. (işəgötürən)

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev martın 16-da Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Nazir bildirib ki, bu istiqamətdə təbliğatla bağlı çoxsaylı videoçarxlar çəkilib, çoxsaylı pres-relizlər təqdim olunub: “Şəhərin müxtəlif yerlərində bannerlər yerləşdirilib. Ötən il 50-dən artıq tədbir keçirilib, builki proqramımızda isə 100-dən çox tədbirin təşkili nəzərdə tutulur. Müxtəlif rayonlardan, regionlardan işəgötürənlər, həmkarlar ittifaqlarının nümayəndələri dəvət olunaraq onlarla ciddi təbliğat işləri aparılacaq. Paralel olaraq “Çağrı” mərkəzimiz tam gücü ilə işləyir. Ötən il 280 min müraciət qəbul etmişik. Ehtimal edirik ki, bu il bizim “Çağrı” mərkəzimiz 400 mindən çox müraciət qəbul edəcək. Biz müraciət və şikayətlərə, ilk növbədə, ətraflı izahat veririk. Pozuntularla bağlı işəgötürənlərə xəbərdarlıqlar göndəririk. Xəbərdarlıqlara riayət etməyənlərə cərimələr tətbiq edirik.

Cənab Prezident, məruzə edim ki, Sizin müvafiq fərman və sərəncamlarınızla minimum əməkhaqqı artdıqdan sonra bir ay ərzində təqribən 300 mindən çox şəxsin əməkhaqqı hələ də əvvəlki kimi qalmışdı. Onlarla ciddi təbliğat işləri apardıq, elektron xəbərdarlıq göndərdik, cərimələr barədə məlumat verdik. Nəticədə qısa müddət ərzində 300 min rəqəmi 50 mindən aşağı düşdü. Beləliklə 250 min insanın əmək müqavilələrində müvafiq düzəlişlər edildi. Bu işlər mütəmadi və davamlı olaraq aparılacaq. Əlbəttə, xəbərdarlıqlara məhəl qoymayan, bildirişləri nəzərə almayan işəgötürənlərlə bağlı ciddi tədbirlər görüləcək”.

Mənbə: report.az


Bax: 20 min manatdan artıq dollar alan şəxslər barədə məlumatlar toplanır


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
işəgötürən

20 min manatdan artıq dollar alan şəxslər barədə məlumatlar toplanır

posted in: Xəbər | 0

Şəxsi hesab vərəqəsi, Məcburi dövlət sosial sığortası, mdss, işsizlik sığortası, Vergilər nazirinin müavini, Vergi ödəyicisi, Elektron qeydiyyat, Vergi ödəyicisi vergi ödəyiciləri xidmət mərkəzləri Aktiv vergi Vergilər satıcı xitam“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə müvafiq olaraq, 20.000 (iyirmi min) manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı valyuta əməliyyatları barədə məlumatlar maliyyə monitorinqi orqanına təqdim olunur.

Vergilər Nazirliyi bildirir ki, Vergi Məcəlləsinə uyğun olaraq, müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs qanunla müəyyən olunmuş vergiləri, habelə digər icbari ödənişləri tam həcmdə və vaxtında ödəməli və qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmalıdır.

Vergi orqanları ödənilməli verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, o cümlədən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq və vergilərin tam həcmdə və vaxtında dövlət büdcəsinə ödənilməsini təmin etmək üçün Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada vergi nəzarəti tədbirləri keçirmək hüququna malikdir.

Vergi orqanları digər dövlət orqanları və banklarla birlikdə öz səlahiyyətləri daxilində nağd qaydada valyuta mübadiləsi əməliyyatı aparan şəxslərin iştirakı ilə müvafiq araşdırmalar həyata keçirərək qanunvericilikdə nəzərdə tutulmuş hallarda onların vergiyə cəlb olunmasını təmin edir, valyuta mübadiləsi əməliyyatının predmeti olan pul vəsaitinin mənbəyi və vergilənməsi barədə müvafiq məlumatların əldə edilməsi mümkün olmadığı halda, əməliyyatda cinayət əlamətlərinin olması hallarının araşdırılması üçün aidiyyəti orqanlara müraciət edir.

Xatırladırıq ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması cinayət məsuliyyətinə səbəb olur.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Valyuta

Vergilər Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə müəyyən qaydalar tətbiq edib

posted in: Xəbər | 0

xidməti müqavilə, Əmək müqaviləsi, Qeydiyyat sənədləri, gəlir vergisi, Muzdlu iş, Sadələşdirilmiş vergi, Apelyasiya Şurası, kommersiya qurumları, MDSS, fəaliyyət,imtahan nəticələri, işə qəbul, ödənilməli vergilər, vergi ödəyicisi, vergi borcu,Xərc,təlimlər, Vergilər Nazirliyi, Səyyar vergi, Vergi ödəyicisinin fəaliyyət növü, Dövriyyələrin şəffaflaşması, vergi güzəştlərinin müddəti, Vergilər Nazirliyi, Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyyələrini nəzərə alaraq Vergilər Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı xidməti üzrə müəyyən qaydalar tətbiq edib və bunula bağlı vətəndaşlara müraciət edib.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı tələb olunan sənədləri poçt vasitəsilə (poçt indeksi AZ1029) Vergilər Nazirliyinin Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 105 ünvanında yerləşən Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə göndərməyiniz tövsiyə olunur. Sənədləri təqdim edərkən əlaqə nömrəsini qeyd etməyi unutmayın.

Sənədlərin düzgünlüyünün yoxlanılması məqsədilə müvafiq sənədləri skan olunmuş şəkildə müraciətə əlavə edərək elektron ünvanına göndərilə bilər.

Müraciətdə mütləq qaydada aşağıdakı məlumatlar qeyd olunmalıdır:

• Müraciət edən şəxsin adı, soyadı, atasının adı;

• Müraciət edən şəxsin əlaqə məlumatları.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin dövlət qeydiyyatını elektron qaydada həyata keçirilə bilər.

Hüquqi şəxs qeydiyyata alındıqdan sonra qeydiyyat sənədləri (qeydiyyat şəhadətnaməsi, nizamnamə, dövlət reyestrindən çıxarış) vergi ödəyicisinin elektron kabinetinə göndərilə bilər.

Xarici investisiyalı qurumlara elektron sənəd mübadiləsindən istifadə etməyə imkan verən və kağız daşıyıcıda verilən şifrə və parolu Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən (Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 105) almaq mümkündür.

Əlaqə nömrəsi: (+99412) 403 88 84

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergilər Nazirliyi

Bu müəssisələrdə yoxlamalar başlayacaq

posted in: Xəbər | 0
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik nəzərdə tutulur. Dəyişiklikdən sonra Azərbaycanda özəl tibb müəssisələrində yoxlamalar başlayacaq.
Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
yoxlamalar