Özbəkistanda iri vergi ödəyicilərinə 2021-ci ilin sonunadək beynəlxalq maliyyə hesabat standartlarına (BMHS) keçilməsi tapşırılıb

posted in: Xəbər | 0

ƏDV-dən azad EDVÖzbəkistan Prezidenti Şavkat Mirziyev, səhmdar cəmiyyətlərə, kommersiya banklarına, sığorta təşkilatlarına, həmçinin iri vergi ödəyicisi kimi təsnif edilən hüquqi şəxslərə 2021-ci ilin sonunadək beynəlxalq maliyyə hesabat standartlarına (BMHS) keçməsini tapşırıb. Bu barədə UzA-nın dərc etdiyi prezident sərəncamında belə deyilir.

Onlar 1 yanvar 2021 – ci ildən bu standartlar əsasında mühasibat uçotunun aparılmasını təşkil etməli, 2021-ci ilin sonundan isə maliyyə hesabatlarının tərtib olunmasını təşkil etməlidirlər. Bunun üçün onlar 2021-ci ilin sonuna kimi ya beynəlxalq sertifikatlaşma çərçivəsində “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə (MHBS)” mövzusunu müvəffəqiyyətlə vermiş kifayət qədər sayda (ən azından üç nəfər) mühasiblərə malik olmalı, yaxud beynəlxalq mühasib sertifikatlarından birinə malik olan mühasib əldə etməlidirlər.

Beynəlxalq standartlara keçidi təmin etmək Maliyyə Nazirliyinə tapşırılıb. Maliyyə Nazirliyinin mühasibat uçotu və audit metodologiyasının idarə olunmasında maliyyə hesabatlarının beynəlxalq standartlarının tətbiqinin əlaqələndirilməsi və üç nəfərdən ibarət nəşr olunan maliyyə hesabatlarının xarici keyfiyyətə nəzarət şöbəsi yaradılacaq.

MHBS-ə uyğun olaraq maliyyə hesabatını könüllülük əsasında təşkil edən sahibkarlıq subyektləri maliyyə hesabatlarının milli mühasibat uçotu standartlarına uyğun təqdim edilməsindən azad edilirlər.

Sənəd mühasibat uçotu sahəsində beynəlxalq təşkilatlarla — beynəlxalq andlılar sertifikatlaşdırılmış mühasiblər assosiasiyası (Association of Chartered Certified Accountants) və digərləri ilə bu sahədə mütəxəssislərin hazırlanması üzrə uğurlu dünya təcrübəsinin yayılmasına dair qarşılıqlı əlaqələri genişləndirməyi nəzərdə tutur.

Ali və orta ixtisas təhsili Nazirliyi 1 avqust 2020-ci il tarixinədək BMHS-nin daha dərindən öyrənilməsini nəzərdə tutan bakalavr və magistratura istiqamətləri üzrə “mühasibat uçotu” və “audit” fənlərinin yenilənmiş tədris proqramlarını təsdiq edib təhsil prosesinə daxil etməlidir. 1 yanvar 2021-ci il tarixinədək akkreditə olunmuş təlim mərkəzlərində “Mühasibat uçotu” və “audit” fənnləri üzrə pedaqoji kadrlar hazırlanmalıdır.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
BMHS, vergi, maliyyə

Auditorlar üçün kurslar təşkil olunacaq

posted in: Audit, Xəbər | 0

Auditorlar Palatası? Kölgə iqtisadiyyatı, seminar-təlim, Auditorlar Palatası,imtahan,Daxili audit fəaliyyətinin təşkili, Auditorlar palatası, Təkliflər Paketi, Kölgə İqtisadiyyatı, Auditorlar Palatası seminar imtahan auditorAuditorlar Palatası “Daxili Audit testləri və sübutların toplanması” proqramı əsasında daxili auditor kadrlarının hazırlanması üzrə hazırlıq kurslarını davam etdirəcəyini elan edib. Məqsəd ölkədə daxili nəzarət sahəsində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl olaraq həyata keçirilən tədbirlərin davamlı icrasını təmin etməkdir.

Palatadan verilən məlumata görə, növbəti kurslar qeyd edilən proqram əsasında bu il 13-29 aprel tarixlərində aparılacaq. Hazırlıq kursları Şəffaflığın təminatı, dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə komitənin sədri, sərbəst auditor Üzeyir Fətiyev tərəfindən aparılacaq. Daha ətraflı məlumat üçün  ünvanları ilə əlaqə saxlaya bilərsiniz.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Auditorlar

Vergilər Nazirliyi xidmət mərkəzlərində qəbul yalnız əvvəlcədən yazılmaqla həyata keçiriləcək

posted in: Vergi, Xəbər | 0

test imtahanı, Vergilər Nazirliyi, Dövlət reyestrindən çıxarış, muzdlu iş, gəlir vergisi, ümidsiz borclar, Əmək müqaviləsi, işə qəbul, Vergilər Nazirliyi, Üzləşmə aktı, Bəyannamələrin tərtibi, Bəyannamələrin tərtibi,, Şəxsi hesab vərəqəsi, Vergi işçiləri, Vergi öhdəliyi, ödənilməli vergilər, Məlumat Forması, ƏDV ödəyiciləri, E-qaimə altsistemi, istifadəçi təlimatı, E-qaimə, bəyannamə, arayış, hesabat, Vergi bəyannamələri, maliyyə sanksiyası, Təsis paylarının yüklülüyü, təsis payı, Vergi borcu barədə arayış, , Yerli MMC, şirkət,Vergi Məcəlləsi, hüquqi şəxslər, Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Vergilər Nazirliyi bildirir ki, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində çoxlu sayda insanın toplaşmasının qarşısının alınması məqsədi ilə 17 mart 2020-ci il tarixdən etibarən xidmət mərkəzlərində qəbul yalnız əvvəlcədən yazılmaqla həyata keçiriləcək. Bu barədə Nazirlikdən məlumat verilib.

Əvvəlcədən yazılmaq üçün əlaqə nömrələri:

Bakı şəhərində:

(+99412) 403-81-62, (+99412) 403-82-79, (+99450) 322-23-37, (+99470) 706-46-40

Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş idarəsi:

(+99412) 403-83-19, (+99450) 215-47-86

2 saylı Ərazi Vergilər Baş İdarəsi: (+99455) 528-11-23

3 saylı Ərazi Vergilər İdarəsi: (023) 335-46-72, (+99470) 797-98-87

4 saylı Ərazi Vergilər İdarəsi: (+99450) 254-45-36

5 saylı Ərazi Vergilər İdarəsi: (021) 216-00-10, (+99470) 272-24-42

6 saylı Ərazi Vergilər Baş İdarəsi: (025) 254-64-48, (+99450) 633-26-53

8 saylı Ərazi Vergilər İdarəsi: (021) 225-35-22, (+99450) 330-77-55

9 saylı Ərazi Vergilər İdarəsi: (020) 274-60-14, (+99455) 916-06-90

10 saylı Ərazi Vergilər İdarəsi: (024) 205-05-68, (+99450) 366-03-44

11 saylı Ərazi Vergilər Baş İdarəsi: (022) 336-17-99, (+99450) 405-68-69

12 saylı Ərazi Vergilər Baş İdarəsi: (022) 266-44-50, (+99477) 607-30-08

13 saylı Ərazi Vergilər İdarəsi: (024) 225-27-99, (+99455) 669-56-61

14 saylı Ərazi Vergilər İdarəsi: (022) 305-30-19, (+99455) 689-77-22

Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən maksimum dərəcədə yararlanmağınızı, xidmət mərkəzlərinə isə mümkün qədər az, yalnız zəruri hallarda müraciət etməyinizi xahiş edirik.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergilər Nazirliyi, koronavirus

İşin dayandırılması halında işçinin hüquqları

posted in: Xəbər | 0

işçinin hüquqlarıBu yazımızda müəssisədə işin dayandırılması halında işçinin hüquqları (məzuniyyət hüquqları) barədə məlumat verəcəyik.

Əmək Məcəlləsinin 146-cı maddəsinə görə təbii fəlakət və ya operativ surətdə qarşısı alına bilməyən digər hallarda müəssisədə işin dayanması ilə əlaqədar işçilər qrup halında ödənişli və ya ödənişsiz məzuniyyətə buraxıla bilər. Bu hal isə ya kollektiv müqavilədə, ya da əmək müqaviləsində göstərildiyi halda mümkündür.

İşçinin ödənişsiz məzuniyyətinin müddəti yalnız əsas məzuniyyətinin iki iş ili üzrə ümumi müddətinin cəmindən çox ola bilməz. Misal üçün işçi mütəxəssis statusuna malikdirsə, onun ödənişsiz məzuniyyətinin müddəti 60 gündən çox ola bilməyəcək.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov.


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
işçinin hüquqları, işin dayandırılması