Dividend nədir? – Vergilər Nazirliyinin şərhi

posted in: Vergi, Xəbər | 0

Dividend anlayışının izahı ilə bağlı Vergilər Nazirliyinin şərhində göstərilib ki, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən, hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş dividend hesab edilir.

Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
dividend

ACCA: Mühasibat və Koronavirusla mübarizə

posted in: Məqalə, Xəbər | 0

ACCA, mühasibat, koronavirus,Britaniya şirkətləri koronavirus ilə mübarizəyə hazırlaşırlar. (ACCA, mühasibat)

Koronovirus pandemiya halına keçərək inkişaf etdiyindən, Böyük Britaniya və İrlandiyada mühasiblər adaptasiya üzrə tədbirlər hazırlayırlar.

Böyük Britaniya və İrlandiyada koronavirus halları (COVID-19) artdıqca, mühasibat firmaları pandemiyanın yayılmasını önləmək üçün addımlar atır və yaxın aylara hazırlaşırlar.

Bununla birlikdə firmalar yeni normalara uyğunlaşmağa çalışdıqları üçün epidemiyanın təsiri mühasibat uçotunda dərin hiss olunur.

“Böyük Britaniya, COVİD-19 təsirinin gecikdirilməsinə dair ekspert tövsiyələri və tibbi sübutları nəzərdən keçirərkən, İrlandiyada məktəblər, kolleclər və digər ictimai idarələr koronovirus səbəbiylə bağlanır”, – ACCA elektron poçt idarəsinin icraçı direktoru Meqqi Makli belə söyləyib. “Bu, Britaniya və İrlandiya müəssisələrinə, xüsusilə də xaricdə işləyənlərə əhəmiyyətli təsir göstərərəcək”.

“Buna görə mühasiblər öz təşkilatlarını koronavirus pandemiyası nəticəsində yarana biləcək maddi texniki və çoxsaylı maliyyə tələbləri üzərindən istiqamətləndirmək üçün təşəbbüskarlığı öz üzərlərinə götürməlidirlər”.

“Deloitte” nəşri, maliyyə alətlərinin dəyərinin daha dəyişkən olacağı barədə mühasiblərə xəbərdarlıq edən bir məlumat yayımlayıb. Qeyd edib ki, maliyyə hesabatlarının və bununla bağlı hesabatlarının açıqlanması COVID-19-un nəticələrinin bütün əhəmiyyətli təsirlərini əks etdirməlidir”.

Bunu nəzərə alaraq, mühasiblər öz sağlamlıqlarını və biznes işlərini yaxın gələcəkdə pandemiyanın təsirindən müdafiə etməyə təşviq edirlər.

Dəyişiklilərə hazırlıq

“Peşəkar mühasiblər olaraq, üzvlərimiz bütün dünyada biznes və təşkilatların maliyyə sabitliyi və bütövlüyü məsələləri üzrə idarəetmənin, müdafiənin və məsləhətləşmənin ön cərgəsindədirlər”, – ACCA-nın məlumatında belə deyilir.

Baxmayaraq ki, hökumət özünütəcridlə bağlı müəyyən simptomları nümayiş etdirən, istisnasız olaraq stolüstü proqram təminatından istifadə edən, adaptasiya zamanı çətinliklər hiss edə bilənləri təşviq edir.

Hər hansı bir dəyişiklikdən əvvəl mühasiblər masaüstü kompüteri ilə sinxronizasiya edə bilən və müştərilərlə şəxsən deyil, telefon və ya İnternet üzərindən görüşülə biləcək, kənardan idarə oluna bilən əsaslı proqram təminatına keçməyi düşünməlidirlər.

Bundan başqa, onlar vergi ödəmə müddəti barədə hökumət elanlarına da diqqət yetirməlidirlər. Çünki ABŞ-ın Maliyyə Nazirliyi artıq vergi gününü aprelin 15-dən sonrakı tarixlərə geri çəkib.

Koronavirusun dəyişkən təbiəti hazırlıqları çətinləşdirir. Buna görə mühasiblər də ünsiyyət bacarıqlarını inkişaf etdirməlidirlər və dəyişən ehtiyacları barədə müştərilərlə dialoq aparmalıdırlar.

“Şirkətlər virusu maddi risk kimi qəbul etməlidirlər”, – Makli belə deyir. “FRC daim bunu etməyə təşviq edir və xərcləri azaltmaq üçün tövsiyələr verir.

“Bütün ağlabatan addımların mümkün qədər tez atılması çox vacibdir”.

İstənilən maliyyə iflası və ya böhran ərəfəsində mühasiblər də öz firmalarının ehtiyacları üçün Rişi Sunakın büdcə vədləri ilə möhkəmləndirilmiş “fövqəladə” planlar hazırlamaq istəyə bilərlər.

İngiltərə “gecikmələr” mərhələsinə qədəm qoyduğundan, hər gün heç bir zəmanət olmadan dəyişiklikləri gözləmək olar. Ümumdünya səhiyyə təşkilatının tövsiyələri əvvəlki kimi özünütəcridi, yəni, mümkün olduğur yerdə gigiyena qaydalarına əməl etmək və əlləri diqqətlə yumaq, eləcə də həyatı mümkün olduğu səviyyədə davam etdirməyi nəzərdə tutur.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ACCA, koronavirus

Hökumət sahibkarlara dəstək üçün təkliflər hazırlayır

posted in: Xəbər | 0

Hökumət sahibkarlara dəstək üçün təkliflər hazırlayır

Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 17-də Baş Nazir Əli Əsədovun yanında iqtisadi məsələləri müzakirə etmək üçün hökumətin iclası keçirilib.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

İclasda koronavirus pandemiyasının qlobal miqyasda yaratdığı neqativ mühitin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri və qabaqlayıcı tədbirlər haqqında müzakirələr aparılıb.

Hökumətə tapşırılıb ki, bir həftə ərzində ticarət, ictimai iaşə və nəqliyyat sahələrində tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi üçün dövlət tərəfindən müxtəlif formalarda dəstək verilməsi də daxil olmaqla təkliflər paketi hazırlasın.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
sahibkarlara dəstək

Qeyri-rezidentlərə aid vergitutmada dəyişikliklər

posted in: Xəbər | 0

torpaq vergisi, ƏDV hesabatı,Vergi Məcəlləsinə son dəyişikliklərdən biri də qeyri-rezidentlərin vergitutması ilə bağlıdır. 169-cu maddədəki dəyişikliyi sərbəst auditor Altay Cəfərov şərh edir. (Qeyri-rezident, vergitutma)

169.3. Bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq, vergi dərəcəsinin qeyri-rezidentə ödənilməli olan məbləğə (əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.

Bu dəyişiklikdən sonra vergi ödəyiciləri tərəfindən müxtəlif suallar meydana çıxır:

  • qeyri-rezidentin göstərdiyi işlərə və xidmətlərə görə ƏDV necə hesablanır?
  • ƏDV-nin əvəzləşməsi necə aparılır?
  • ƏDV veriləndən sonra əsas məbləği ödəmədən əvəzləşməni həyata keçirmək olarmı?

Vegi Məcəlləsindəki dəyişiklik bütün qaranlıq məqamları aradan qaldırır. Bir çox vergi ödəyiciləri 1 yanvar 2020-ci il tarixinə kimi Məcəllənin 169.4-cü maddəsinə əsasən hesablanmış (əsas məbləği ödənilməmiş) ƏDV-nin ödənilməsini təsdiq edən sənəd üzrə ƏDV bəyannaməsində əvəzləşmə aparırdı. Bəzi vergi ödəyiciləri də vardır ki, qeyri-rezident üzrə ƏDV ödənilməsinə baxmayaraq, əsas məbləğ ödənilmədikdə əvəzləşdirmə aparmırdı.

169.4-cü maddədəki vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi ifadəsini birdaşa 169.3-cü maddə ilə əlaqəlandirmək lazımdır. Qeyri-rezident üzrə əvəzləşdirmə aparılması üçün ilkin olaraq onunla bağlı olan əməliyyatlara ƏDV hesablanmalıdır. ƏDV hesablanması da 169.3-cü maddə ilə tənzimlənir: bu maddəyə görə ƏDV hesablanmsı üçün ilkin olaraq vergi tutulan əməliyyat olmalıdır. Əməliyyata bundan sonra 18 faiz ƏDV hesablanır.

1 yanvar 2020-ci ildən əməliyyat baş vermiş vaxt ancaq əsas məbləğ ödəniləndə sayılır və bundan sonra 18 faiz ƏDV hesablanmış olur. Deməli, artıq vergi ödəyciləri ancaq ƏDV ödəməklə birbaşa əvəzləşmə apara bilməzlər.

2020-ci ildən qüvvyə minmişyeniliyi misallar üzərində nəzərdən keçirək.

Misal 1: “AA” MMC Türkiyə Respublikasının rezidenti olan “SS” LTD-dən 10.000 dollarlıq (xidmət ƏDV-yə cəlb olunandır) xidmət əldə edib. İşlər 30 yanvar 2020-ci ildə yerinə yetirilib. Xidmətin haqqı isə 10 fevral 2020-ci ildə ödənilib. Hesablanmış ƏDV isə 11 fevral 2020-ci ildə büdcəyə ödənilib.

Belə olan halda “AA” MMC yanvar ayının ƏDV bəyannaməsində nə hesablanma, nə də əvəzləşdirmə qeyd etməyəcəkdir. Fevral ayının ƏDV bəyannaməsində həm 17.000 manat (10.000 dolların qarşılığı) * 18% = 3060 manat hesablama, həm də 3.060 manat əvəzləşmə qeyd edilməlidir.Ona görə ki, 169.3.-cü maddənin tələblərinə görə ödəmə aparılanda ƏDV-nin hesablanması, həmçinin 169.4.-cü maddənin tələblərinə görə də ƏDV-nin ödənilməsi zamanı əvəzşləşmə getməlidir.

Misal 2: Birinci misalımızın davamı kimi nəzərə alaq ki, “AA” MMC 3.060 manat ƏDV-ni fevralda yox, martda büdcəyə ödəyib. Bu halda hesablama fevralda, əvəzləşmə isə mart ayının ƏDV bəyannaməsində aparılacaqdır. Ona görə ki, əsas məbləğ ödənilməyinə baxmayaraq ƏDV martda ödənilib. Bu, 169.4.-cü maddənin tələblərinə aiddir.

Misal 3: İndi isə nəzər alaq ki, “AA” MMC yanvarda 3.060 manat ƏDV ödəyib. Amma əsas məbləğ 10.000 dollar fevral ayında ödənilib.

Bu halda, əvəzləşdirmə yanvar ayında yox, fevral ayında ƏDV bəyannaməsində yazılmalıdır. Ona görə ki, 1 yanvar 2020-ci il tarixindən ancaq ƏDV-nin ödənilməsi ilə əvəzləşmə aparıla bilməz. Əvəzləşdirmə üçün əsas məbləğ də ödənilməlidir. Əsas məbləğ isə fevralda keçirilib.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Qeyri-rezident, vergitutma, vergitutma