Almaniya koronavirus epidemiyasına görə şirkətlərə limitsiz kredit verəcək
Almaniyanın Baş nazirinin müavini, maliyyə naziri Olaf Şolz və iqtisadiyyat və enerji naziri Peter Altmayer birgə mətbuat konfransı keçirib. Şolz 2008-ci il böhranından ibrət dərsləri çıxarıldığını bildirərək: “Bu böhranla mübarizə apara biləcək maliyyə gücümüz var. İqtisadiyyatı dəstəkləmək üçün əlimizdəki bütün imkanlardan istifadə edəcəyik”, – deyib. (limitsiz kredit)
Son illərdə xərclərə diqqətlə yanaşması sayəsində Almaniya hökumətinin epidemiyaya görə xərcləri daha da artırmaq və vergi güzəştləri tətbiq etmək kimi zəruri tədbirləri görə biləcək vəziyyətdə olduğunu vurğulayan Şolz qeyd edib: “Ödəmələrdə güzəştlər də daxil olmaqla şirkətlərə vergi güzəştləri tətbiq edəcəyik. Limitsiz kredit proqramını həyata keçirəcəyik”.
Mətbuat konfransında İqtisadiyyat və enerji naziri Peter Altmayer iqtisadiyyatı dəstəkləmək üçün Almaniya İnkişaf Bankında 500 milyard avroya yaxın vəsait olduğunu bildirib.
TELEGRAM KANALIMIZA ÜZV OLUN
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Turizm sektoru və əlaqədar sahələrdə fəaliyyət göstərən şirkətlər və özüməşğul vətəndaşlar üçün vergi ödəmək müddəti dörd ay uzadılıb. Baş nazir Georgi Qaxariya koronavirusun yayılmasının iqtisadi nəticələrinin azaldılması ilə bağlı hökumətin böhrana qarşı planını açıqlayarkən bildirib ki, “hökumət mehmanxana və restoranlar da daxil olmaqla turizmlə bağlı sahələr və şirkətlər üçün, eləcə də turizm agentlikləri, nəqliyyat müəssisələri, ekskursiya xidmətləri kimi sahələr üçün əmlak və gəlir vergilərinin ödənilmə müddətini dörd ay təxirə salıb”. Baş nazirin sözlərinə görə, bu tədbir 18 min şirkəti və 50 minə yaxın özüməşğul şəxsi əhatə edəcək ki, bununla təxminən 100 milyon lari (60,5 milyon mabat) həcmində vəsaitin turizm sektorunun sərəncamında qalmasına şərait yaranacaq.
Son günlər dünyada yayılan Covid-19 virusu ilə mübarizə aparmaq məqsədilə əksər ölkələrdə təhlükəsizlik və karantin tədbirləri keçirilir, ölkələr xüsusi rejimə keçib. Artıq bir neçə gündür ki, Azərbaycanda da xüsusi rejim tətbiq olunub, bir sıra müəssisələr bəzi məhdudiyyətlər tətbiq edib. 