Riskli vergi ödəyiciləri üzrə nəzarət tədbirləri gücləndiriləcək

posted in: Vergi, Xəbər | 0

dividenddən vergi, Elektron sənəd işə qəbul Apelyasiya ƏDV bəyannamələri EDVVergilər Nazirliyi Əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə Konsepsiyanı” yeni redaksiyada təsdiq edib. Konsepsiya vergi nəzarəti tədbirləri ilə əhatə olunan vergi ödəyicilərində muzdlu işlə əlaqədar ödənilən gəlir vergisi, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta üzrə uyğunsuzluqların araşdırılmasını və müvafiq tədbirlərin görülməsini müəyyən edir. Nazirliyin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini Elşən Rəhimli ilə müsahibədə sənədin maraq doğuran aspektləri nəzərdən keçirilib. (Riskli vergi ödəyiciləri)

– Elşən müəllim, Konsepsiyanın yenilənməsi hansı zərurətdən irəli gəlib?

– Əmək münasibətlərinin leqallaşdırılmasını təmin etmək ölkə rəhbərliyi tərəfindən vergi orqanları qarşısında qoyulmuş prioritet vəzifələrdəndir. Aparılan müzakirələr zamanı müəyyən olunan vergidən yayınmanın yeni sxemləri və metodiki yanaşma prinsipləri nəzərə alınaraq Vergilər Nazirliyi tərəfindən Konsepsiya yenidən hazırlanıb. Vergi orqanlarının əməkdaşları üçün daha aydın olması məqsədilə Konsepsiyaya bütün metodiki hərəkətləri özündə əks etdirən proseslər xəritəsi də əlavə olunub. Sənəd 2020-ci il yanvarın 24-də yeni redaksiyada təsdiq edilib.

– Sənəddə əmək münasibətlərinin tənzimlənməsi üçün nələr nəzərdə tutulub?

– Konsepsiya ilə əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi, işçilərə qanunsuz olaraq minimum əməkhaqqından aşağı əməkhaqqı bəyan edilməsi, vergi ödəyiciləri tərəfindən işçilərə uçotdankənar əmək haqlarının verilməsi, bir sıra vergi ödəyiciləri tərəfindən işçi sayının və əməkhaqqı fondunun real potensiala uyğun əks etdirilməməsi hallarına qarşı mübarizə metodları nəzərdə tutulub.


Aylıq iş vaxtı normasını, əmək funksiyasını yerinə yetirən işçinin aylıq əməkhaqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz

– Bir sıra hallarda direktor, baş mühasib, menecer kimi vəzifələr üçün müəyyənləşdirilmiş əməkhaqqı sıravi işçilər üçün müəyyən edilən məbləğlərlə eyni göstərilir. Bunun qarşısı necə alınacaq?

– Qanunvericiliyin tələbinə əsasən, hər kəsin öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan əməkhaqqı almaq hüququ vardır. Aylıq iş vaxtı normasını, əmək funksiyasını yerinə yetirən işçinin aylıq əməkhaqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz. Əmək Məcəlləsinin 155.1-ci maddəsinin tələbinə əsasən, ixtisaslı əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən məbləğ işçiyə verilə bilməz.

Qeyd olunan halların qarşısının alınması üçün vergi orqanları tərəfindən hazırda intensiv nəzarət tədbirləri aparılır. İlk öncə, qeyd olunan riskli vergi ödəyiciləri vergi orqanına dəvət edilir. Görüş zamanı işçi sayının və onlara ödənilən əməkhaqqı məbləğlərinin real potensiala uyğun əks etdirilməsi təklif olunur. Vergi ödəyicisi ona təqdim edilmiş dəlil və sübutlarla razılaşdıqda işçi sayı və əməkhaqqı məbləği “Əmək müqaviləsi bildirişi” altsistemində və bəyannamə göstəricilərində əks olunur. Vergi ödəyicisi ona təqdim edilən dəlil və sübutlarla razılaşmadıqda və ya vergi orqanına gəlməkdən imtina etdikdə isə onun təsərrüfat subyektlərində vergi nəzarəti tədbirləri həyata keçirilir.


İxtisaslı əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən məbləğ işçiyə verilə bilməz

– Əmək münasibətlərində vergi nəzarətinin daha da gücləndirilməsi üçün hansı addımlar atılacaq?

– Vergi orqanları tərəfindən aşağıdakı risk meyarları üzrə riskli vergi ödəyiciləri üzrə nəzarət tədbirləri xüsusi olaraq gücləndiriləcək:

  • ixtisassız əməyə görə hesablanan əməkhaqqı məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğindən aşağı qeyd edilməsi;
  • əvvəlki dövrlə müqayisədə işçi sayının artırılmasına baxmayaraq bir işçiyə düşən orta aylıq əməkhaqqı fondunun azaldılması;
  • əməkhaqqı fondunun “Əmək müqaviləsi bildirişi” altsistemində eyni ərazi, fəaliyyət sahəsi və peşələr (vəzifələr) üzrə orta aylıq əməkhaqqı məbləğindən aşağı göstərilməsi;
  • əməkhaqqı fondunun Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş “İqtisadi fəaliyyət növləri üzrə peşə və vəzifələr barədə” məlumata əsasən müəyyən olunan orta aylıq əməkhaqqı məbləğindən aşağı olması;
  • vergi ödəyiciləri tərəfindən işçiləri öz hesabına məzuniyyətə göndərməklə əməkhaqqı fondu üzrə öhdəliklərdən yayınma;
  • vergi ödəyiciləri tərəfindən işçilər üzrə ezamiyyə xərclərini əvvəlki dövrlərlə müqayisədə artırmaqla əməkhaqqı fondu üzrə öhdəliklərdən yayınma;
  • vergi ödəyiciləri tərəfindən əməkhaqqı fondu üzrə öhdəliklərdən yayınma məqsədilə işçilərlə mülki hüquqi müqavilə bağlanması.

– Meyarlara uyğun olaraq riskli hesab edilən vergi ödəyicilərinə qarşı hansı tədbirlər görüləcək?

– Vergi orqanları tərəfindən əmək münasibətlərinin rəsmiləşdirilməsini və şəffaflaşdırılmasını təmin etməyən vergi ödəyicilərinə “Əmək münasibətləri üzrə yayınma riskləri barədə” müvafiq bildiriş göndərilir. Bildirişdə vergi ödəyicisinə təqdim edilən bəyannamələrdə və əmək müqaviləsi bildirişlərində işçilərə ödənilən əməkhaqqı məbləğinin 10 iş günü müddətində düzgün əks etdirilməsi tövsiyə olunur. Əks halda, vergi orqanlarının Vergi Məcəlləsinin 37-ci və 83-cü maddələrinin tələblərinə əsasən, öhdəliklərin yenidən hesablamaq, həmçinin vergi ödəyicilərində operativ və səyyar vergi yoxlaması tədbirləri həyata keçirmək hüququ vardır. Bundan əlavə, xeyli sayda (on nəfər və ondan artıq) işçinin əmək müqaviləsi olmadan işəgötürən tərəfindən hər hansı işə cəlb edilməsi halları üzrə əməliyyat-axtarış müşahidələrini gücləndirməklə kənarlaşma müəyyən edilən vergi ödəyicilərində əməliyyat-nəzarət tədbirləri həyata keçiriləcəkdir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Riskli vergi ödəyiciləri

Beynəlxalq daşımalarda çalışan ekspeditorun ƏDV öhdəliyi

posted in: Vergi, Xəbər | 0

EDV, ƏDV ödəyiciləri, hesabat formasıVergilər Nazirliyinin mövzuya dair şərhində bildirilir ki, mülki qanunvericiliyə əsasən, ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Ekspeditorun öz xidmətləri üçün aldığı muzd onun vergitutulan əməliyyatlarına aid edilir. (ƏDV öhdəliyi)

Buna əsasən, mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmadan yüklərin daşınmasını daşıyıcılar vasitəsilə həyata keçirən şəxslər vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələrə görə ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Bunlarla yanaşı vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının həcmi, yəni xidmət haqları 200.000 manatdan artıq olduğu halda ekspeditor xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqları 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV öhdəliyi

Vergilər üzrə ümidsiz borclar nə zaman silinir?

posted in: Vergi, Xəbər | 0

Əmək müqaviləsi, işə qəbul, Vergilər Nazirliyi, Üzləşmə aktı, Bəyannamələrin tərtibi, Bəyannamələrin tərtibi,, Şəxsi hesab vərəqəsi, Vergi işçiləri, Vergi öhdəliyi, ödənilməli vergilər, Məlumat Forması, ƏDV ödəyiciləri, E-qaimə altsistemi, istifadəçi təlimatı, E-qaimə, bəyannamə, arayış, hesabat, Vergi bəyannamələri, maliyyə sanksiyası, Təsis paylarının yüklülüyü, təsis payı, Vergi borcu barədə arayış, , Yerli MMC, şirkət,Vergi Məcəlləsi, hüquqi şəxslər, Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Mövzu ilə bağlı Vergilər Nazirliyinin şərhində bildirilir ki, Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə vergi orqanları tərəfindən silinir.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin müddəalarına əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər və qərarlar çıxarırlar.

Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən, Vergi Məcəlləsinin 93.1.3-cü maddəsində məhkəmə qərarı dedikdə hökmlər, qətnamələr və əmrlər başa düşülməlidir.

Bunlarla yanaşı, Vergi Məcəlləsinin bu il yanvarın 1-dən qüvvəyə minmiş 93.1.3-cü maddəsi bu maddə qüvvəyə mindiyi tarixədək qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına münasibətdə də tətbiq edilir.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ümidsiz borclar, vergilər

Bina tikintisi fəaliyyəti zamanı vergi öhdəlikləri

posted in: Xəbər | 0

Vergi Məcəlləsinə edilən son dəyişikliyə görə, bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri sadələşdirilmiş vergi mükəlləfiyyətini seçmək hüququnu itirərək yalnız əlavə dəyər vergisi (həm də mənfəət (gəlir) vergisi) ödəyicisi kimi fəaliyyət göstərmək imkanına malik olacaqlar. Həmin şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinə görə edilən ödəniş ƏDV-yə (dövlətə ayrılan hissəsinin təqdim edilməsi istisna olmaqla), illik mənfəətdən (gəlirdən) gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra isə mənfəət (gəlir) vergisinə cəlb ediləcəkdir. Mövzunu vergi hüququ üzrə ekspert Sirac Piriyev şərh edir. (vergi öhdəlikləri)

Yeni qaydalar qüvvəyə minənə qədər tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda həmin hissələrin təqdim edilməsi zamanı vergitutma ilə bağlı mübahisələr yaranırdı. Yeni dəyişikliklə dövlətə ayrılan hissədən yaranan dövriyyə vergiyə cəlb olunan gəlir hesab edilir.

Eyni zamanda, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.

Daha bir yenilik də ondan ibarətdir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər səyyar vergi yoxlamasının başlandığı günədək yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi barədə məlumat formasını təqdim etmədikdə və ya belə sahələrin təqdim edilmədiyi barədə məlumat təqdim etdikdə, bu zaman həmin yaşayış və qeyri-yaşayış sahələri vergitutma məqsədləri üçün yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır.

Vətəndaşlar üçün maraqlı yenilik isə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması ilə bağlıdır. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizlik hissəsi geri qaytarılacaqdır.

Misal: Tutaq ki, fiziki şəxs bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdən 236.000 manat (ƏDV ilə) məbləğində ev alır. Bu zaman həmin məbləğin ƏDV hissəsi 36.000 manat ( 236.000 x 18/118) olduğu üçün vətəndaşa geri qaytarılmalı olan ƏDV məbləği 10.800 manat (36000,0 x 30 %) təşkil edəcəkdir.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi öhdəlikləri, Bina tikintisi